Ana səhifə »  Müəlliflər »  Nəsib Nəsibli də “Müsavat”dan getdi, yaxud yeni rəhbərliyi qeyri-legitim sayanlar partiyadan ayrılırlar
A+   Yenilə  A-
Nəsib Nəsibli də “Müsavat”dan getdi, yaxud yeni rəhbərliyi qeyri-legitim sayanlar partiyadan ayrılırlar
Yazdı: Pərviz Sadayoğlu

Noyabrın 8-də isə bu partiyanın parçalanması rəsmiləşə bilər
Müsavat Partiyasının bu il sentyabrın 27-də keçirilən qurultayının fəsadları hələ də davam etməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, partiyadaxili qruplaşmaların açıq mübarizəyə qədəm qoyması ilə “tarixə düşən” bu qurultay “Müsavat”ın parçalanması üçün təkan rolunu oynadı. Yəni, uzun illərdir davam edən və gizli saxlanılan partiyadaxili mübarizədən “qalib” çıxan yeni başqan Arif Hacılı və tərəfdarları çoxdan gözlədikləri fürsəti əldən vermək niyyətində deyillər. Bu baxımdan istər sosial şəbəkələrdə, istərsə də KİV-lərdə Qubad İbadoğlunu və tərəfdarlarını hədəfə götürən A.Hacılının “komandası”nın son addımları isə öz növbəsində, “Müsavat”ın dağılma ehtimalını daha da gücləndirir.
Hadisələrin bu axarla inkişaf etdiyi ərəfədə sədr və məclis üzvlüyünə seçkilərdə saxtakarlıq olunduğunu iddia edən Q.İbadoğlu tərəfdarlarının sədrliyə digər namizəd olmuş Tural Abbaslının tərəfdarları ilə birləşməsi A.Hacılının işini əngələ salıb. Çünki birləşən rəqiblərin fraksiya yaratması artıq partiyanın iki hissəyə parçalanmasının əsasını qoyub. Prosesin davamında Arif Hacılının istefası tələbinin səsləndiriləcəyinə isə kimsə şübhə etmir.
Bunun ən bariz sübutu artıq fraksiya yaradan qüvvələrin “Müsavat”ın yeni “rəhbərliyini” tanımamasıdır. Məsələn, Q.İbadoğlunun yaxın tərəfdarlarından sayılan Vurğun Əyyub bildirib ki, qurultayda keçirilən seçkilərin nəticəsində formalaşan qurumları legitim saymır və o qurumlara da müraciət etməyib. V.Əyyubun sözlərinə görə, qurultayda partiyanın təşkilati işlərinə uzun müddət rəhbərlik etmiş şəxslərdən biri olan Zöhrab Məhərrəmov rayon təşkilatları sədrlərinin qarşısını kəsib, İsa Qəmbərin artıq Arif Hacılını seçdiyini və “müsavat”çıların da bu seçimə səs verməli olduqlarını söyləyib: “Bu, dolayısı yolla qurultay nümayəndələrinin iradəsinə təzyiq idi. İkincisi, qurultayın Təşkilat Komitəsi seçki günü hər hansı siyahıların paylanmasını qadağan etmişdi. Bu qadağanın əksinə olaraq qurultay günü siyahı paylanırdı. İstər sərbəst Məclis üzvləri, istərsə də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri siyahı əsasında seçilmişdi. Bu iki məsələ mənim müşahidə etdiyim məsələlərdir və kimin nə rəy verməsi mənim bu barədə fikrimi dəyişə bilməz”.
Göründüyü kimi, artıq “Müsavat”da rəsmi şəkildə parçalanmanın əsası qoyulub. Onu da vurğulamaq yerinə düşər ki, A.Hacılının əsas rəqibi Q.İbadoğlu gələcək fəaliyyətləri ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün bütün tərəfdarlarını noyabrın 8-də partiyanın qərargahına toplayacağını bildirib. Bu isə o deməkdir ki, Müsavat Partiyası bir neçə gündən sonra rəsmən iki hissəyə parçalana bilər. Bir sözlə, artıq İ.Qəmbərin proseslərə müdaxiləsi bununla da baş verən saxtakarlığın arxasında özünün dayanmasını əməli ilə sübut etməsi digər “müsavat”çıları da narazı salıb. Məhz bunun nəticəsidir ki, istər Q.İbadoğlunun, istərsə də T.Abbaslının tərəfdarları A.Hacılının barışıq təkliflərinə məhəl qoymurlar. Məsələn, başqanlıq seçkilərində Qubad İbadoğlunun ən yaxın tərəfdarlarından biri olmuş “Müsavat”ın qadınlar təşkilatının sədri Ellada Məmmədli A.Hacılının narazı qüvvələrə qucaq açmaq fikrinin sual doğurduğunu söyləyib: “Hər bir partiya üzvünə qucaq açmaq ifadəsindən bir sual doğur: Nədə günah işləmisən ki, indi hər kəsə qucaq açırsan? Bu ifadə 1 aydan çoxdur ki, səslənir, kimə qucaq açdığı bilinmir. Arif bəy dialoq sevən adam deyil. Kimdən xoşu gəlmirsə, onu heç vaxt yaxınına buraxmır. Yəqin ki, dialoq da olmayacaq”.
Bu arada isə keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasından istefa verdiyini açıqlayıb. O, istefasının səbəbləri ilə bağlı danışmaq istəməyib. Amma 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edən, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olan bir şəxsin bu qurumdan istefa verməsi vəziyyətin hansı dərəcədə olmasından xəbər verir. Bu bir daha göstərir ki, artıq yeni “başqan”ın birlik mesajları da effekt vermir. Qarşı-qarşıya durmuş partiyadaxili qruplaşmalar üçün artıq geriyə yol yoxdur. Yəni, istənilən halda bu partiyada parçalanma qaçılmazdır...

 
  • Oxunub:  19380  |  
  • Tarix:  05-11-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir
14:08
16 Noyabr
Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir
14:06
16 Noyabr
Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər
14:02
16 Noyabr
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
13:59
16 Noyabr
Elçin Mirzəbəyli: Fransanın davranışları BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərə tamamilə ziddir
13:00
16 Noyabr
UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
12:51
16 Noyabr
Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:46
16 Noyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib
12:44
16 Noyabr
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
12:38
16 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
12:37
16 Noyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
12:28
16 Noyabr
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır
12:13
16 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans davam edir
11:55
16 Noyabr
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
11:51
16 Noyabr
Bakıda Polşa filmləri festivalı keçiriləcək
11:49
16 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yokohamadakı konserti böyük maraq və alqışlarla qarşılanıb
11:40
16 Noyabr
Həmyerlimiz İslam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
11:34
16 Noyabr
SOCAR radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq
11:28
16 Noyabr
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
11:02
16 Noyabr
Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günüdür
10:53
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
10:51
16 Noyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək
10:49
16 Noyabr
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
10:47
16 Noyabr
Senator: Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
10:46
16 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
20:15
15 Noyabr
Azərbaycan ilə Türkiyə arasında idman sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
20:12
15 Noyabr
İsveçrə və Azərbaycan arasında yüksək səviyyədə dialoq mövcuddur
20:07
15 Noyabr
XİN: Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviqinə yönələn növbəti uğursuz cəhddir
20:02
15 Noyabr
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti yaxın gələcəkdə artacaq
19:57
15 Noyabr
Nino Çikovani: Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir
19:54
15 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Ədliyyə Nazirliyində aksiya keçirib
19:52
15 Noyabr
Vyanada müasir texnologiyaların dəmir yollarında tətbiqinə dair toplantı keçirilib
19:43
15 Noyabr
Siyavuş Novruzov: Müəyyən məsələlərlə bağlı dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılmalıdır
19:40
15 Noyabr
Əli Hüseynov: Qanunlara müvafiq dəyişikliklərin edilməsi onların normativ hüquqi aktlara uyğunlaşdırılması ilə bağlıdır
17:52
15 Noyabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
17:47
15 Noyabr
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
17:42
15 Noyabr
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
17:37
15 Noyabr
AİDA və ADA Universiteti asiyalı və afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil edib
17:33
15 Noyabr
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans
17:18
15 Noyabr
Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
16:58
15 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans öz işinə başlayıb
16:52
15 Noyabr
İtaliyanın “Radio Atene” kanalında Azərbaycandakı multikulturalizm ənənələrindən danışılıb
16:42
15 Noyabr
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
15:45
15 Noyabr
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15:34
15 Noyabr
Bu il ölkədən 201 min tondan çox kimya sənayesi məhsulları ixrac olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +16
gecə+8 +10