
Partiya üzvləri Əli Kərimliyə qurultay “ultimatumu” ünvanlayıblar
Son dövrlərdə radikal müxalifət partiyalarında baş verən qarşıdurmalar, o cümlədən, istefalar bir daha təsdiq edir ki, antimilli fəaliyyətlə məşğul olan bu qurumlar özlərinin “qürub” çağlarını yaşayırlar. Özünü düşərgə lideri sayan şəxslərin elə partiyalarının üzvləri tərəfindən ifşa edilməsi xarici, ermənipərəst dairələrin buyruq qulu olan həmin “liderlər”in artıq öz partiyaları daxilində də heç bir nüfuza malik olmadıqlarından xəbər verir. Heç uzağa getməyək, Müsavat Partiyasında baş verənlər, o cümlədən, AXCP-dəki son istefalardan sonra verilən açıqlamalar bir daha göstərdi ki, bu qurumların və onların rəhbərlərinin siyasi “fəaliyyəti” birmənalı şəkildə anti-azərbaycançı istiqamətə köklənməklə yanaşı, ümumilikdə iflasa uğrayıb.
Məsələn, AXCP-dən istefa vermiş sədrin müşaviri Şakir Abbasov bildirmişdi ki, partiya pulgirlərin, xaricə adam keçirməklə məşğul olanların əlinə keçib. Əslində, burada yeni bir xəbər yoxdur. Məhz xaricdən aldığı “dəstəyi” bu şəkildə “dəyərləndirən” Ə.Kərimli pul qazanmaq üçün yeni bir peşə tapıb. Nəzərə alaq ki, artıq uzun illərdir Ə.Kərimli və onun kimilərinin fikirləri cəmiyyətdə heç bir asossiasiya yaratmır, bu şəxslər özlərinin siyasi alverçi olduqlarını açıq şəkildə ortaya qoymaq “məcburiyyətində” qalıblar. Azərbaycanın milli maraqlarını satmaqla məşğul olan bu “liderciklər” “siyasi partiya” pərdəsi altında özlərinin şəxsi kooperativlərini işlətməklə məşğuldurlar.
Amma Ə.Kərimlinin bu fəaliyyəti də artıq partiyada narazılıqların artması ilə müşayiət olunur. Belə ki, öz ətrafına yalnız qohumlarını toplayan, bundan başqa, xaricdən “ianə” və ya “qrant” adı altında aldığı “xəyanətpulu”nu qatlayıb cibinə qoyan Ə.Kərimli əldə etdiyi maliyyəni partiya üzvlərinə vermir. Bunun qarşılığında isə partiyadakı narazılıq artır və üsyan halına yetişir.
Yeri gəlmişkən, son dövrlərdə yenidən “mitinq-mitinq” oyununa əl atan Ə.Kərimli antimilli qüvvələrin həmin mitinqlərə ayırdığı pulu tək yemək üçün yeni bir taktika işlətməkdədir. Kimsəyə sirr deyil ki, adı olub, özü olmayan “Milli şura”nın heç bir sosial bazası yoxdur. Amma Ə.Kərimli keçirdyi “icazəli mitinqləri” məhz “Milli şura”nın adına bağlayır ki, orada iştirak edən AXCP üzvlərinə pul verməsin. Nəzərə alsaq ki, “Milli şura” adlanan satqınlar klubunda Cəmil Həsənovdan başqa bir kimsə qalmayıb, onda Ə.Kərimlinin bu yolla yenidən pul mənimsədiyi ortaya çıxır. Bunun nəticəsidir ki, Ə.Kərimli israrla “Milli şura”nın keçirdiyi bu “mitinqlərə” digər partiyaların “qoşulmasının” yolverilməzliyindən bəhs edir. Elə bu səbəbdəndir ki, artıq AXCP üzvlərinin əksəriyyəti bu “mitinqlərdə” iştirak etməkdən boyun qaçırır. Partiya daxilindən verilən informasiyada bildirilir ki, rayon təşkilatları mitinqə qatılmaqla bağlı göstərişləri yerinə yetirməyəcəklərini söyləyiblər. Ə.Kərimlinin təzyiqlərinin qarşılığında AXCP Sumqayıt şəhər təşkilatı kimi partiyanı tərk edəcəklərini bildirən rayon təşkilatları birmənalı şəkildə qurultay tələbi səsləndirməkdədirlər. Ə.Kərimli isə qurultay tələbini arxa plana atmaq üçün bir sıra yollara əl atmağı planlaşdırır. Partiyadakı istefaların qabağını almaq üçün gələn il qurultayın keçiriləcəyini söz verən Ə.Kərimli qazandığı vaxtda sadəcə ona tabe olmayan rayon təşkilatlarının sədrləri ilə haqq-hesab çəkməyi planlaşdırır.
Digər tərəfdən, AXCP-də daxili qruplaşmalar Müsavat Partiyasının “Milli şura”nın keçirdiyi mitinqlərə qoşulmamasında birbaşa Ə.Kərimli və Fuad Qəhrəmanlını günahkar görürlər. Belə ki, oktyabrda keçirilən mitinqdə “Müsavat”ın eks sədri İsa Qəmbəri və radikal düşərgənin “strateqi” sayılan Pənah Hüseyni görməzlikdən gəlməsi, tribunaya dəvət etməməsi Ə.Kərimli üçün baha başa gəlib. “Müsavat” yetkililərini nəzarətində olan KİV vasitəsilə budəfəki mitinqə “dəvət edən” Ə.Kərimli isə “yox” cavabı alıb.
- Oxunub: 20340 |
- Tarix: 06-11-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)