Ana səhifə »  Müsahibə »  Milli-mənəvi dəyərlərimiz Azərbaycan dövlətinin əsaslarını təşkil edir
A+   Yenilə  A-
Milli-mənəvi dəyərlərimiz Azərbaycan dövlətinin əsaslarını təşkil edir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, ilk öncə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında fikirlərinizi bilmək istərdik. Bu sahədə mövcud vəziyyəti, bu dəyərlərin dövlət quruculuğu prosesindəki rolunu necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı da bu günədək, məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da andiçmə mərasimində əlini Qurani-Şərifə basaraq milli-mənəvi dəyərlərimizi qoruyacağına and içdi. Bu fakt dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi önəmin göstəricisidir.
Müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu mövcud idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə sapdırmağa çalışırdı. Lakin Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Belə ki, Ulu öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli-mənəvi dəyərləri başlıca dayağa çevrildi.
Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaqdır. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısının daim diqqətindədir. Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib. Məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir.
- Andiçmə mərasimində dövlət başçısı Azərbaycandakı tolerantlıq mühitinin dünya üçün örnək olduğunu vurğulayıb. Ümumiyyətlə, tolerant cəmiyyətlərin üstünlükləri nədən ibarətdir?
- Azərbaycan hər zaman fərqli dinlərin daşıyıcılarının qardaşlıq zəminində yaşadığı ölkə olub. Azərbaycanın dünya üçün bir tolerantlıq nümunəsi olması hər zaman xüsusi olaraq vurğulanır. Təbii ki, müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XXI əsrdə Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması Ulu öndərimiz tərəfindən əsası qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsidir. Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutu sayılmalıdır. Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.
Son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir. Bütün bunların fonunda Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri odur ki, qeyd etdiyimiz kimi, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır. Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini, mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.
Oktyabrın 19-da inauqurasiya mərasimində çıxış edən Prezident İlham Əliyev də bu məsələyə münasibətini bildirib: “Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir”. Ümumiyyətlə, ölkəmizdə dini zəmində qeyri-sabitliyin yaranmasının qarşısını alan əsas səbəblərdən biri müasir Azərbaycan dövlətçiliyinin xalqımıza məxsus mənəvi keyfiyyətlərə söykənməsi və onları qorumasıdır. Bunun təsdiqini, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında görmək mümkündür. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali Qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki, “bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. 48-ci maddədə isə Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.
Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir.
- 9 oktyabr seçkilərində xalqımız Prezident İlham Əliyevə yenidən yüksək etimad göstərdi. Təbii ki, bu etimadın əsasında ötən illərdə həyata keçirilən uğurlu siyasətin nəticələri dayanır. Bir ziyalı kimi ötən dövrə nəzər saldığımız zaman Azərbaycan mədəniyyətinin vəziyyətini necə dəyərləndirərdiniz?
- İnkişaf tempinə görə qabaqcıl ölkələrlə yanaşı addımlayan Azərbaycanımız bütün sahələrdə olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib. Ölkəmizin dünyada tanıdılmasında, xalqımızın mənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsində, eləcə də, mədəni irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı tədbirlər bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin mədəniyyətin tərəqqisinə göstərdiyi diqqət və qayğı söz yox ki, bu yüksəlişdə başlıca amildir. Çünki cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın əsl himayədarı olmuş, öz fərman və sərəncamları ilə bu inkişafa güclü stimul yaratmışdır. Məhz bunun nəticəsidir ki, Ulu öndər Heydər Əliyevin mədəniyyətin inkişafı ilə bağlı ölməz ideyaları bu gün dönmədən həyata keçirilir.
Azərbaycan getdikcə daha müasir və daha sivil dövlətə çevrilir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Xalqımızın bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Məlum olduğu kimi, dövlətin mədəniyyət siyasəti də, məhz milli dəyərlərin müasir dövrdə yeni bir formada inkişaf və təşəkkülünə yönəlib. Belə ki, mədəniyyətin hər bir növü zaman və məkan çərçivəsində yüksəliş dövrünü yaşayır. Ümumiyyətlə, Azərbaycanın mədəniyyət siyasəti haqda təsəvvür əldə etmək üçün, ilk növbədə, onun tarixi, təbii-coğrafi şəraiti ilə, eləcə də, həmin ölkədə ictimai və fərdi həyat sahələrində ümumi vəziyyətlə tanış olmaq lazımdır. Bütün bu illərdə Azərbaycanda əldə olunan uğurların hər biri, nəinki xalqımız üçün, eləcə də, beynəlxalq aləmdə milli dəyərlərimizə olan maraq və diqqəti bir daha artırıb. Belə ki, tariximizin şanlı bir səhifəsinə çevrilən bu 10 ildə görülən işlər və reallaşan layihələr Azərbaycan mədəniyyətinə dövlət qayğısını bir daha nümayiş etdirdi. Sözsüz ki, bu möhtəşəm layihələr və həllini tapan məsələlər gələcəkdə Azərbaycan milli mədəniyyəti ilə bağlı bir sıra işlərin gerçəkləşməsinə də öz müsbət təsirini göstərdi. Ötən müddət ərzində də mədəniyyət nümayəndələrimiz, nəinki Azərbaycanda, eyni zamanda, bütün dünya ölkələrində keçirilən mühüm tədbirlərdə fəal iştirak edərək ölkəmizi layiqincə təmsil ediblər. Bütün bunların əsasında isə dövlətin, şəxsən ölkə Prezidentinin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğı durur.
- Nizami müəllim, qloballaşma dövründə xalqların öz ana dillərini qoruyub, inkişaf etdirməsi də ciddi məsələyə çevrilib. Azərbaycanda dil sahəsində qanunvericilik bazası da zaman-zaman təkmilləşdirilir. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək mümkündür?
- Milli Məclis “Dövlət dili haqqında” qanununun təkmiləşdirilmiş variantını yaxın zamanlarda qəbul edib. Bu sənəd mövcud olan müəyyən çatışmazlıqları aradan qaldırır. Təbii ki, bizim ən uğurlu sənədimiz “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”dır. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm milli xüsusiyyətləri, həm də qloballaşmanın təsirini çox aydın izah edir. Ən mühüm məsələlərdən biri budur ki, dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqə gücləndirilir. Yəni, “qaynar xətt”in yaradılması nəzərdə tutulub ki, insanlar hardasa dil ilə bağlı problem görürlərsə, müvafiq qurumlara məlumat verə biləcək. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür yüksəliş həddindədir. Bununla əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Dünyada müşahidə edilməkdə olan qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir.
Axı onu da nəzərə almaq lazımdır ki, qloballaşma prosesi nəticəsində dilin istifadə edilməsi ilə bağlı bir sıra problemlər yaranır. Bəzi dünya dilləri yox olur, bəziləri isə güclü təsirə məruz qalır. Buna görə də, Azərbaycan dilinin qloballaşma dövründə qorunub saxlanması və inkişaf etdirilməsini vacib hesab edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də, bu amil dilin inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır və Dövlət Proqramında öz əksini tapan müddəalar da bu tələblərə tamamilə cavab verir.

 
  • Oxunub:  31110  |  
  • Tarix:  25-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan jurnalistləri sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıblar

16:54
22 Avqust
Sabiq Prezident Petar Stoyanov: Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir
16:51
22 Avqust
Azərbaycan şahmatçıları Abu-Dabidə keçirilən beynəlxalq festivalın liderləri sırasındadırlar
16:39
22 Avqust
Tahir Rzayev: Dövlət proqramlarının icrası ötən dövr ərzində bölgələrdə infrastruktur və keyfiyyət dəyişiklikləri yaradıb
16:36
22 Avqust
Güləşçimiz Elvin Mürsəliyev dünya çempionatının yarımfinalına yüksəlib
16:19
22 Avqust
Piter Teyz: Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara mənsub insanlar əsrlər boyu bir ailə kimi yaşayıblar
15:55
22 Avqust
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru: Bakının dünya üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb
15:27
22 Avqust
Hikmət Çətin: Azərbaycan qlobal tədbirlərin keçirildiyi məkana çevrilib
15:16
22 Avqust
ABŞ təmsilçisi: Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər
15:09
22 Avqust
“Qarabağ” oyunöncəsi Danimarkada son məşqinə çıxacaq
15:00
22 Avqust
Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
14:08
22 Avqust
“Gəncə Marafonu-2017”də artıq 1000-dən çox iştirakçı qeydiyyatdan keçib
14:04
22 Avqust
Rusiya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
13:55
22 Avqust
Gürcüstan Prezidenti Azərbaycana minnətdarlıq edib
12:59
22 Avqust
Sevinc Hüseynova: Dövlət başçısının hər bir səfəri bölgələrimizin yeni-yeni uğurları ilə müşaiyət olunur
12:54
22 Avqust
Sabah paytaxtda hava günəşli olacaq
12:18
22 Avqust
Füzulidə barama istehsalı 8 dəfə artıb
12:16
22 Avqust
Rusiyanın Birinci kanalında “Jara-2017” çərçivəsində Qriqori Lepsin yaradıcılıq gecəsi yayımlanacaq
11:55
22 Avqust
Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq
11:40
22 Avqust
Qlobal Gənc Liderlər Forumunun ikinci iş günündə qadın və kişi liderliyi mövzusu müzakirə edilib
11:09
22 Avqust
Peru Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən istifadə etməyə maraqlıdır
10:37
22 Avqust
Şamaxıda 40 min tonadək taxıl istehsal olunub
10:29
22 Avqust
Azərbaycan FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsində iştirak edir
10:25
22 Avqust
Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub
10:20
22 Avqust
Ruslana: Azərbaycan mənim üçün doğma yerdir
18:12
21 Avqust
Samuxda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işləri davam etdiriləcək
17:59
21 Avqust
Azərbaycan jurnalistləri "İlham Əliyevin dostları" səhifəsi yaradıblar
17:46
21 Avqust
Aydın Hüseynov: Yeni iqtisadi siyasi kurs çərçivəsində aparılan islahatlar öz bəhrəsini verir
17:42
21 Avqust
Ermənistan silahlı qüvvələrinin zabiti intihar edib
17:25
21 Avqust
Bu ilin 7 ayında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 35,8 min nəfərdən çox şəxs münasib işlərlə təmin edilib
17:07
21 Avqust
Hikmət Çətin: Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə töhfə verəcək
17:03
21 Avqust
Rafiq Məmmədhəsənov: «Turizm haqqında» yeni qanun bu sahənin inkişafına böyük təkan verəcək
16:39
21 Avqust
Daniel Qoldstern: Qlobal Gənc Liderlər Forumu gənclərin öyrənmələri üçün yaxşı platformadır
16:37
21 Avqust
Prezident İlham Əliyev: Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq
16:16
21 Avqust
Rasim Musabəyov: Erməni tərəfi anlayır ki, Azərbaycanın hərbi qüdrəti xeyli artıb
15:59
21 Avqust
Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə Gürcüstana helikopter göndərib
15:56
21 Avqust
Azərbaycan Prezidenti: Bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir
15:55
21 Avqust
İsmail Serageldin: Gələcəyin liderləri ilə birlikdə işləmək qısa müddətdə öz faydasını verəcək
15:50
21 Avqust
Elman Nəsirov: Minsk qrupu münaqişənin həlli ilə bağlı üzərinə düşən məsuliyyətə uyğun fəaliyyət ortaya qoya bilməyib
15:14
21 Avqust
Petar Stoyanov: Bakı vacib çağırışların müzakirə edilməsi baxımından əhəmiyyətli platformaya çevrilib
14:51
21 Avqust
Ankarada keçirilən beynəlxalq festivalda “Azərbaycan gecəsi” təşkil olunub
14:17
21 Avqust
Prezident İlham Əliyev: Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir
14:13
21 Avqust
Ümumdünya Yay Universiadasının taekvando yarışlarında Azərbaycanı 12 idmançı təmsil edəcək
14:02
21 Avqust
“Kopenhagen”–“Qarabağ” matçını ispaniyalı hakimlər briqadası idarə edəcək
13:55
21 Avqust
Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib
13:51
21 Avqust
Şabranda qısa müddətdə səyyar “ASAN qatar”ın xidmətindən 700-dən çox vətəndaş faydalanıb
12:26
21 Avqust
Honco Beynəlxalq Təqaüd Fondunun yubiley konfransında Azərbaycan həqiqətlərindən danışılıb
12:20
21 Avqust
UNEC nüfuzlu beynəlxalq akkreditasiya qazanıb
12:14
21 Avqust
Latviyanın sabiq Prezidenti: Qlobal Gənc Liderlər Forumu əla ideyadır
12:03
21 Avqust
Bu gün Fransada güləş üzrə dünya çempionatı start götürür
11:06
21 Avqust
Valdis Zatlers: Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır
11:04
21 Avqust
Rosen Plevneliev: Gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməlidirlər
10:52
21 Avqust
Katerina Yuşenko: Azərbaycan Qlobal Gənc Liderlər Forumunu keçirməklə dünyaya növbəti töhfəsini verir
10:46
21 Avqust
Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak edib
10:44
21 Avqust
“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub
10:42
21 Avqust
Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub
10:41
21 Avqust
Ali məktəblərin boş qalan plan yerlərinə abituriyentlərin ixtisas seçimi başa çatıb
10:38
21 Avqust
Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu mərhələsi başlayıb
10:36
21 Avqust
“Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi işə salınıb
10:34
21 Avqust
Əsaslı şəkildə yenidən qurulan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq
10:31
21 Avqust
Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib
10:28
21 Avqust
Bakıda Qlobal Gənc Liderlər Forumu işə başlayıb
10:26
21 Avqust
Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib
10:24
21 Avqust
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi sürətlə davam etdirilir
10:22
21 Avqust
Prezident İlham Əliyev Gədəbəy rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib
10:20
21 Avqust
Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub
10:19
21 Avqust
Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub
10:16
21 Avqust
“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb
10:13
21 Avqust
Hikmət Hacıyev: Humanizm prinsiplərinə sadiq olan Azərbaycan beynəlxalq humanitar missiyaları dəstəkləyir
11:37
20 Avqust
Prezident İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib
11:18
20 Avqust
“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA