Ana səhifə »  Müsahibə »  Obyektivlik olmasa, ATƏT regionundakı problemlər həll edilməmiş qalacaq
A+   Yenilə  A-
Obyektivlik olmasa, ATƏT regionundakı problemlər həll edilməmiş qalacaq
Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibə verib:
- Bahar xanım, rəhbərlik etdiyiniz nümayəndə heyəti ATƏT Parlament Assambleyasının yay sessiyasında iştirak etdi. Sessiyanın nəticələri barədə nə deyə bilərsiniz?
- Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən ATƏT PA-nın yay sessiyasında Azərbaycan parlamentini 5 nəfərlik nümayəndə heyəti təmsil edirdi. Komitələrdə və plenar iclaslarda müzakirə olunan əsas mövzu ATƏT çərçivəsində şəffaflığın artırılmasıyla bağlı idi və bu mövzu qurumun Siyasi, İnsan haqları və İqtisadi komitələrində müzakirə olundu. Aparılan müzakirələrin nəticəsində 18 əlavə bənd də daxil edilməklə Astana Bəyannaməsi qəbul olundu. Əlavə edilən bəndlər kifayət qədər ciddi müzakirələr nəticəsində qəbul olundu və onlar hər biri ayrı-ayrılıqda ciddi mövzuları əhatə edirdi. Məsələn, Gürcüstan və onun ətrafında yaranmış vəziyyətdən narahatlıq siyasi komitədə müzakirə olunan mövzular arasında ən çox diqqəti cəlb edənlərdən idi. Bu barədə əlavə bəndin sənədə salınmasına uzun müzakirələr nəticəsində nail olundu. Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə İnsan Haqları Komitəsində müzakirə olunan Qolodomor məsələsi də olduqca ciddi xarakter daşıyırdı və nəticədə qəbul edildi. İqtisadi komitənin əsas müzakirə obyekti faydalı qazıntıların istehsalı prosesində şəffaflığın təmin olunması məsələsi idi. ölkəmizin bu sahə ilə bilavasitə yaxınlığını nəzərə alıb müzakirədə yaxından iştirak etdik. çernobıl hadisələri, Kiprdə təhlükəsizlik, elektron informasiya şəbəkəsində baş verən cinayət halları ilə bağlı əlavə bəndlər də yekun bəyənnaməyə salındı. Bundan başqa su ehtiyatlarının istismarı, miqrantların yaşadığı ölkələrin ictimai-siyasi, mədəni və sosial töhfələrinin tanınması (onlar bu ölkələrin inkişafında iştirak etsələr də, verdikləri töhfələr tanınmır), akademik dairələrdə antisemitizmlə mübarizə, insan alveri və bu alverin qurbanı olan uşaqların tələbatlarının öyrənilməsi, uşaqların seksual istismarına, o cümlədən qadınlara qarşı zorakılıqla mübarizə dünyanı kifayət qədər narahat edən məsələlərdir. Bu məsələlər ətrafında da ciddi müzakirələr aparıldı. Hesab edirəm ki, Astana Bəyannaməsi məzmununa görə indiyədək qəbul olunan analoji sənədlər arasında ən zənginidir və kəskinliyi ilə seçilir. Artıq ATƏT üzvü olan ölkələrin həmin tövsiyələrə əməl etmək prosesi başlanmalıdır.
Yay sessiyasında ATƏT PA-nın rəhbər strukturlarına yeni seçkilər də keçirildi. Qoran Len Markerin sədrlik müddəti bitdiyi üçün Portuqaliya nümayəndə heyətinin rəhbəri quruma başçı seçildi. Yeni sədr hamımıza yaxşı tanışdır, bir neçə dəfə Azərbaycanda olub, ölkəmizdə keçirilən seçkilər zamanı ATƏT-in müşahidə missiyasına rəhbərlik edib. O cümlədən Azərbaycanın yaşadığı problemlərlə yaxından tanışdır. Təzə rəhbər qurumda obyektiv insan kimi tanınır. Biz onun seçilməsinə dəstək verdik. Sonradan sədr müaviniləri də seçildi. Hesab edirəm ki, onlar kifayət qədər nüfuzlu və obyektiv şəxslərdir. Onlar ATƏT regionundakı problemləri dərindən bilirlər.
Qeyd edim ki, 2010-cu ildə ATƏT-ə sədrlik edəcəyi baxımından Qazaxıstan sessiyaya çox ciddi hazırlaşmışdı. Bu sessiya həm də Qazaxıstanın təqdimatı xarakteri daşıyırdı. Yay sessiyasının Astanada keçirilməsi, Qazaxıstan Senatının sədrinin ATƏT PA sədrinin müavini seçilməsi və 2010-cu ildə quruma bu ölkənin rəhbərlik etməsi bizi çox sevindirir. çünki Qazaxıstan bizə dost, qardaş, türk birliyinə daxil olan ölkədir.
- Bəs Dağlıq Qarabağla bağlı məruzənin taleyi necə olacaq? Bəzi mətbuat orqanlarının yaydığı məlumata görə, Qoran Len Markerin ATƏT PA-ya sədrlik müddəti bitdiyi üçün məruzənin taleyi sual altındadır. Bu, nə dərəcədə doğrudur?
- Len Marker hələ qurumun sədri olmamışdan öncə məruzəçi təyin edilmişdi. O hələ də bu vəzifəni daşıyır. Düzdür, onun yaxın zamanlarda regiona səfər edəcəyi gözlənilməsə də, bu barədə düşündüyünü deyib. Biz ATƏT rəsmilərinə münaqişə ilə bağlı narahatlığımızı çatdırdıq və sual verdik ki, ATƏT Gürcüstan, Qolodomor məsələləri haqda ciddi müzakirələr apardığı halda, Dağlıq Qarabağ məsələsinə niyə toxunulmadı. Cavab isə ənənəvi xarakter daşıdı və bildirdilər ki, Dağlıq Qarabağ qurumun prioritetlərinə daxil olan məsələdir. Len Marker də öz çıxışında daha çox Dağlıq Qarabağ məsələsi üzərində dayandı. O, bildirdi ki, münaqişənin həlli istiqamətində yaranan "qızıl imkan"dan istifadə edilməsi gərəkliyini vurğuladı və məsələnin tez həll edilməsinin vacibliyini önə çəkdi. Onun fikrincə, bu problemin tənzimlənməsi ATƏT regionunda digər məsələlərin həllinə açar ola bilər. Təbii ki, həlli istəmək yaxşıdır, amma bu istiqamətdə səylər artırılmalıdır. Biz sessiyada təcavüz nəticəsində Azərbaycanın hansı fəsadlarla üzləşdiyini bir daha səsləndirdik. Məsələnin müzakirəsinin vaxtı barədə konkret mövqe yoxdur. Bu isə vasitəçi olaraq ATƏT öz fəaliyyətini gücləndirmək əvəzinə, problemin həllini tərəflərin üzərinə atması istəyindən irəli gəlir.
- Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında hansı məsələlərə önəm verdilər?
- Nümayəndələrimiz sessiyada fəalıqlıq nümayiş etdirdilər. Bəzi ölkələrin nümayəndələri Dağlıq Qarabağ məsələsi ilə bağlı ağlasığmayan fikirlər irəli sürürdülər. Guya, separatçı rejimin, qeyri-qanuni nəzarətsiz ərazilərin nə demək olması onlara aydın deyil. Belə sadəlövh fikirlər bizim etirazımıza səbəb oldu. çıxışımın əsas məzmunu bu məsələləri onlara "anlatmaq"dan ibarət oldu. Bildirdim ki, bir-birimizə münasibətdə səmimi olmalıyıq, hər şeyi öz adıyla çağırmalıyıq. Əks halda ATƏT regionundakı problemlər həll edilməmiş qalacaq. Bildirdim ki, mən separatizmin nəticəsində öz yurdumdan didərgin düşmüşəm, ata evim, doğmalarımın məzarları işğal altında qalıb. Separatizmin nəticələri budur.
- Sessiyanın yekun qətnaməsinə uydurma erməni soyqırımı haqda Türkiyə nümayəndələrinin təklifi də əlavə edilib. bu əlavənin əhəmiyyəti nədən ibarətdir?
- Siyasətçilər tarixçiləri əvəz etməməli və hansısa tarixi hadisələrə tarixi nöqteyi-nəzərdən qiymət verməməlidirlər. Türkiyə nümayəndə heyəti bu əlavəni təklif etdilər. Bizim birgə səyimiz nəticəsində həmin bənd sənədə salındı. Əlavədə bu kimi genosid faktlarının, kütləvi cinayət hadisələrini özündə əks etdirən məsələlərin araşdırılması üçün maraqlı ölkələrin alimlərindən ibarət komissiyaların yaradılması ATƏT üzvlərinə tövsiyə edilir. Məhz elm adamlarının araşdırmalarından sonra bütün bunlara qiymət vermək olar. Əlbəttə, bu, çox ciddi uğurdur. Hesab edirəm ki, Türkiyə bu bəyannamədən soyqırım məsələsində hüquqi sənəd kimi istifadə edəcək. Bu günədək təklif edilən, amma Ermənistanın qeyri-konstruktivliyi nəticəsində ortada qalan qondarma soyqırım məsələsinin araşdırılması mümkün olacaq. Hər halda arxivlərin açılmasına yeni münasibət əhəmiyyətli hadisədir.
- Prezidentlərin görüşündən sonra həmsədrlər regiona səfər etdilər. Sizcə, Ermənistanın yeni hakimiyyəti ilə danışıqlar və həmsədrlərin səfəri danışıqlarda müsbət nəticələrə gətirib çıxara bilərmi?
- Ermənistanda son prezident seçkiləri zamanı ciddi qanun pozuntularına yol verildiyi haqda sessiya zamanı ATƏT-in baş katibinə müraciət etdim. Hətta bu barədə sual da verdim ki, Ermənistanda seçkisonrası vəziyyətlə, ölüm halları, kütləvi həbslər və digər məsələlərlə bağlı müzakirələrə yenidən qayıdılacaqmı. çünki həmin hadisələr Ermənistan xalqı üçün faciə ilə nəticələnib. Bu məsələ bölgədə demokratiyanı da təhlükə altına qoyur. Baş katib cavabında Ermənistanda ATƏT-in daimi nümayəndələrinin olduğunu və uzunmüddətli müşahidə missiyası aparılması nəzərdə tutulduğunu söylədi. Onlar prosesi izləyir və bu məsələlər dəqiqləşdirilir. Ermənistan nümayəndə heyəti üzvləri də bu məsələnin sessiyada gündəmə gətirələcəyini bildiyi üçün çıxışlarını müdafiə taktikası üzərində qurmuşdular. Ermənilər bu vəziyyətin ötəri olduğunu desələr də, sessiyanın gedişi zamanı İrəvanda nələrin baş verdiyini bilirdik və bununla da onlar özlərini gülünc vəziyyətə qoydular. Bizim Qarabağla bağlı suallarımızın qarşılığında da onlar ağır duruma düşdülər. Həmsədrlərin son səfərinə gəlincə, bunun dönüş nəqtəsi olduğunu heç vaxt düşünməmişəm. Nə qədər ki, ATƏT-in tədbirlərində iştirak etmirdim, hardasa həmsədrlərin səfərlərinin nəticə verəcəyinə ümid bəsləyirdim. Amma bu prosesin içində olaraq bu məsələyə münasibətin nədən ibarət olduğunu və necə formalaşdığını gördüyümdən hər hansı səfərin qeyri-adi əhəmiyyətə malik olduğunu sanmıram. Görünür, hələlik müəyyən beynəlxalq dairələr münaqişənin qalmasını istəyir.

 
  • Oxunub:  23280  |  
  • Tarix:  10-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA