Ana səhifə »  Müsahibə »  Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir
A+   Yenilə  A-
Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkili Ağalar Vəliyev www.yap.org.az saytına müsahibə verib:
- Ağalar müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsi - referendum keçiriləcək. Ana Qanuna əlavə və dəyişiklikləri zəruri edən amillər hansılardır?
- Atılan hər addımda məqsəd, sözsüz ki, ölkənin hərtərəfli inkişafını təmin etmək, yeniləşdirmək, müasirləşdirmək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tətbiq etməkdir. Azərbaycan müstəqillik tarixinin 25-ci ilini arxada qoyur. Milli Konstitusiyamızın qəbulundan isə bizləri 21 illik zaman fasiləsi ayırır. Bu müddət ərzində iki dəfə - 2002 və 2009-cu illərdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirilib.
Atılan addımın mahiyyətini düzgün dəyərləndirmək üçün keçilən yolun təhlili bir tələb kimi ortaya çıxır. Son ümumxalq səsverməsindən, yəni 2009-cu ildən bu günə qədər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz qabağındadır. Siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycan davamlı uğurları ilə diqqət çəkməkdədir. Bu nailiyyətlərə diqqət yetirmək kifayətdir ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklikləri zərurətə çevirən amillər barədə aydın təsəvvür yaransın. Konstitusiyada əksini tapan “Dövlətin ali məqsədi” maddəsində qeyd olunduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, yüksək rifahın təmin olunması dövlətin ali məqsədidir. Məhz bu məqsəddən irəli gələrək, insan amili dövlət siyasətinin əsasında dayanır. Hər bir yeniləşmənin, təkmilləşmənin əsasında dövlətin bu məqsədi özünün aydın ifadəsini tapır.
Son illərin uğurlarına, ayrı-ayrı sahələrin inkişafına yönələn Dövlət proqramlarının icrasına qısa nəzər salaq. Məlum olduğu kimi, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq, bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəyə xüsusi önəm verdi. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbulu və uğurlu icrası da deyilənlərin təsdiqidir. O da məlumdur ki, 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi növbəti 2009-2013 və 2014-2018-ci illər üçün Dövlət proqramlarının qəbulunu zərurətə çevirdi. Məhz bu sənədlərin uğurlu icrası nəticəsində bu günədək 1 milyon 500 mindən çox yeni iş yeri yaradılıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, regionların inkişafı qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması deməkdir. Bu gün ümumi daxili məhsulda özəl bölmənin payının 85 faiz təşkil etməsi də qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Bu faktı da xüsusi vurğulamalıyıq ki, 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından Azərbaycanın az itki ilə çıxmasını şərtləndirən əsas amillərdən biri məhz iqtisadiyyatını düzgün əsaslar üzərində qurması, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsidir. Regionlarla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları həyata keçirilir. Məqsəd yenə də, qeyd etdiyimiz kimi, ölkənin hərtərəfli inkişafını təmin etməkdir. Bu gün Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi seçilməsi də uğurlu sosial-iqtisadi islahatlara əsaslanır. Azərbaycanın iqtisadi inkişaf modeli dünyada dəstəklənir. Bu gün dünyanın qlobal çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və tətbiqi vacib amil kimi qeyd edilir. Hazırda işsizlik, eyni zamanda, yoxsulluq 5 faiz səviyyəsindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev yoxsulluq kimi sosial bəlanın aradan qaldırılmasını prioritet məsələ kimi öndə saxlayır. Bu inam beynəlxalq maliyyə qurumlarının hesabatlarında da qeyd edilir ki, Azərbaycanda hazırkı inkişaf tempi davam edərsə, yoxsulluq həddi qısa zamanda minimuma enəcək. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Dünyada iqtisadi və maliyyə böhranının dərinləşdiyi, sosial ödəmələrin azaldığı bir zamanda ölkəmizdə ayrı-ayrı sahələrdə çalışanların əmək haqlarının, pensiyaların artırılması, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnməsi dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığını bir daha təsdiqləyir.
Təbii ki, bu uğurlara yol açan islahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, ötən uğurlara söykənərək yeni-yeni hədəflərin müəyyənləşdirilməsidir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirməsi də deyilənlərin təsdiqidir. O da məlumdur ki, ölkələrin biznes mühitini qiymətləndirən “Doing Business 2016” hesabatında Azərbaycanın mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 63-cü pilləyə yüksəlmiş, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur. “Qlobal Rəqabət Qabiliyyəti 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir ki, lider mövqeyini qoruyur. Bu hesabatın ardınca ABŞ Dövlət Departamenti 2016-cı il üçün maliyyə şəffaflıq hesabatını təqdim etmişdir. Həmin hesabatda da ölkəmizdə aparılan islahatların təkmilliyi, zamanın tələblərinə uyğun olduğu öz təsdiqini tapır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ölkəmiz bu gün yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunur. Buna əsas yaradan, təbii ki, Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi, gələcək inkişafın parametrlərini düzgün müəyyənləşdirməsidir. Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara əsasən işlənib hazırlanan və qəbul olunan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası davamlı inkişafın təmin olunmasında yol xəritəsi kimi dəyərləndirilir. Bu fikir beynəlxalq səviyyədə də vurğulanır ki, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun qarşıdakı illərdə daha iki dəfə artırılmasını hədəf kimi qaşıya qoymaq uğurlu sosial-iqtisadi islahatlara inamdan irəli gəlir. Ən əsası, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz uğurlarımızın və gələcəyə inamımızın ən aydın ifadəsidir.
- Dövlət siyasətində sahibkarlığın inkişafının prioritet olduğu Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərdən də aydın görünür...
- Konstitusiyanın 59-cu maddəsinə edilən əlavəyə görə, “Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlıqlarının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir”. Möhtərəm Prezidentimiz İlham Əliyevin sahibkarlığın inkişafına yönələn son Fərman və sərəncamları, həyata keçirdiyi tədbirlər iş adamları tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Ən əsası, cənab İlham Əliyevin Sərəncamı ilə Sahibkarlar Gününün təsis edilməsi bu qayğının hansı səviyyədə olduğunun göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, əldə olunan sosial-iqtisadi göstəricilərə söykənərək, daha təkmil islahatlarla qarşıya qoyulan məqsədə doğru inamla addımlamalıyıq. Əsas hədəflərdən biri də iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Görülən tədbirlərin miqyasının genişliyi, antiinhisar tədbirlərinin gücləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi də bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafını şərtləndirir. Hər bir sahənin inkişafına yönələn qanunların qəbulu və onların təkmilləşdirilməsi, həmçinin Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi də dövlət siyasətinin ana xəttini təşkil edən hərtərəfli inkişafın prioritetliyini bir daha təsdiqləyir. Düşünürəm ki, bu dəyişikliklərin mahiyyəti daha dolğun şəkildə ictimaiyyətə çatdırılacaq, insan amilinə dəyərdən qaynaqlanan yeniliklər və təkmilləşmə yüksək səviyyədə dəstəklənəcək.
Son illərin uğurlarından bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyev davamlı inkişafın yol xəritəsi kimi dəyərləndirdiyi Dövlət proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq bölgələrə səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, problemlərin həlli ilə bağlı aidiyyəti orqanlara tapşırıqlarını verir. Cənab İlham Əliyevin hər səfəri yeni-yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Hər bir obyekt yeni iş yeri olmaqla işsizlik probleminin həllinə yönələn addımdır. Cənab İlham Əliyev sahibkarlara diqqət və qayğının davamlı olacağını hər çıxışında bəyan edir və bunu imzaladığı Fərman və sərəncamlarla, qanunlarımıza, Konstitusiyamıza edilən dəyişikliklərlə, təkmilləşmə ilə təsdiqləyir. Bu əminlik ifadə olunur ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır.
- Ağalar müəllim, dövlət siyasətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təmin edilməsidir. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin böyük hissəsi bu azadlıqların etibarlı formada təmin edilməsinə xidmət edir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan ölkədir. Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə vətəndaşların bütün azadlıqları təmin olunub və qanun çərçivəsində qorunur və müdafiə olunur. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Amma dövrün tələbi, zamanın çağırışı olan təkmilləşmə Milli Konstitusiyamıza edilən əlavə və dəyişikliklərdən də aydın görünür. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” fikirləri, eyni zamanda, bu gerçəkliyin təsdiqidir ki, demokratikləşmə, sadəcə, bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Demokratikləşmə prosesinin sürətlənməsi iqtisadi tərəqqiyə geniş yol açır. Məlumdur ki, hər bir dövlət əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədə ilk olaraq ictimai-siyasi duruma, sabitliyə diqqət yetirir. Sabitliyin, qanunun aliliyinin yüksək səviyyədə təmin olunduğu ölkədə demokratik inkişaf inkaredilməzdir. Bu isə, öz növbəsində, iqtisadi əlaqələrə geniş yol açır. Sözsüz ki, Azərbaycanın bu gününü müstəqilliyinin ilk illərindəki durumu ilə müqayisə etdikdə deyilənləri təsdiqləmiş olarıq. Həmin illərdə ölkədə xaos, anarxiya və özbaşınalığın hökm sürməsi, bir sözlə, ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olurdu. İş adamları ölkə iqtisadiyyatına qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə daxili sabitliyin və malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək üçün əlverişli şəraitin yaradılması Azərbaycana investisiya axınını daha da sürətləndirdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Son 20 ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollardır. Bu rəqəm Azərbaycana inamın göstəricilərindəndir.
Bu uğurlara söykənərək, möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin yüksək səviyyədə qorunduğunu qeyd edir. Azərbaycanın bu sahədə təcrübəsi də beynəlxalq səviyyədə təqdir edilir. Çünki iqtisadi cəhətdən elə güclü ölkələr var ki, onlarda demokratiya, şəffaflıq, demokratik inkişafın yüksək olduğu ölkələrdə isə iqtisadi tərəqqi aşağı səviyyədə olur. Ölkəmizdə siyasi və iqtisadi islahatların paralelliyi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. Buna əsas yaradan isə, təbii ki, hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulu və uğurlu icrasıdır.
İnsan hüquqlarının qorunması və müdafiəsi sahəsində də davamlı addımlar inkaredilməzdir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi insan amilinə verilən yüksək dəyərin nümayişidir. Son ümumxalq səsverməsindən, yəni 2009-cu ildən sonra Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi də bu reallığı ortaya qoydu ki, insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımların davamlılığının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı”nda da sosial yönümlü, ölkənin iqtisadi inkişafının daha da sürətlənməsinə, hüquqi sistemin təkmilləşdirilməsinə, demokratikləşmə proseslərinin dərinləşməsinə təkan verəcək siyasi islahatlara, dəyişiklik və əlavələrə xüsusi diqqət yetirilib. Bu da öz dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmağa səy göstərən Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasının sürətlənməsindən irəli gəlir. Konstitusiyanın 24-cü maddəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərə diqqət yetirsək, insan amilinə dəyər daha qabarıq şəkildə özünü büruzə verir. “İnsan ləyaqəti qorunur və ona hörmət edilir”, həmçinin “Hüquqlardan sui-istifadəyə yol verilmir” kimi əlavələr deyilənlərin təsdiqidir. Daha mütərəqqi dəyişiklik şəxsi toxunulmazlıq hüququ ilə bağlıdır. Hər bir əlavə və dəyişiklik obyektiv yanaşmanı və düzgün təhlil aparmağı zərurətə çevirir. Mahiyyətin düzgün dəyərləndirilməsi fonunda əhəmiyyət daha aydın görünür. Prezidentlik səlahiyyətlərinin 5 ildən 7 ilə qədər uzadılması, vitse-prezidentlik institutunun yaradılması, dövlət və seçkili orqanlarda yaş senzi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması kimi maddələrin Konstitusiyaya əlavə olunması vətəndaşların cəmiyyətdə, ictimai-siyasi proseslərdə daha fəal iştirakı üçün nəzərdə tutulur ki, bu kimi əlavə və dəyişikliklər birbaşa insan hüquq və azadlıqlarının qorunmasına yönəldilir.
Ölkəmizin son illərdə ayrı-ayrı sahələrdə qazandığı uğurları bir müsahibə çərçivəsində əhatə etmək, təbii ki, mümkünsüzdür. Reallıq budur ki, daim irəliyə baxan Azərbaycan yeniliklərdən, yeni təcrübələrdən kənarda qalmır, yeni-yeni hədəflərə doğru inamla irəliləməklə Cənubi Qafqaz regionunun parlayan ulduzu, dünyanın xoşbəxt ölkəsi kimi mövqeyini möhkəmləndirir. Bu xoşbəxtlik insanların inkişafdan, tərəqqidən, özlərinin sosial durumlarının səviyyəsindən razılıqlarından qaynaqlanır. Beynəlxalq sorğu mərkəzlərinin keçirdikləri sorğuların nəticələrində də bu reallıq öz əksini tapır ki, xalqın hakimiyyətə inamının böyük olduğu ölkədə hansısa sahədə narazılıqdan danışmaq mümkünsüzdür. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanın uğurlu gələcəyinə hesablanan hər bir addımı ictimaiyyət tərəfindən dəstəklənir. Konstitusiyaya ediləcək əlavə və dəyişiklik, öz növbəsində, inkişafa, tərəqqiyə böyük töhfə verməklə bu birliyi daha da möhkəmləndirəcək.
- Ümumiyyətlə, bu günün reallıqları Azərbaycan haqqında hansı ümumiləşdirməni aparmağı tələb edir?
- Bu gün Azərbaycan daha sürətli inkişaf mərhələsindədir və bu inkişaf tempinin istənilən qanunda, Konstitusiyada əksini tapması yeniləşməyə, qanunlarımızın yeni standartlara, tələblərə uyğunlaşdırılmasına ehtiyac yaradır. Yeni-yeni hədəflər möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli hər bir çıxışının əsasında dayanan bu fikrin təsdiqidir: “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq”. Ən yüksək zirvələri fəth edən Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

 
  • Oxunub:  12120  |  
  • Tarix:  07-09-2016  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6