Ana səhifə »  Müsahibə »  Konstitusiya islahatlarını zəruri edən şərt dövlətin və cəmiyyətin dinamik inkişafıdır
A+   Yenilə  A-
Konstitusiya islahatlarını zəruri edən şərt dövlətin və cəmiyyətin dinamik inkişafıdır

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Mirzəcan Xəlilov www.yap.org.az saytına müsahibə verib:
- Mirzəcan müəllim, hazırda ölkəmiz ümumxalq səsverməsi ərəfəsindədir. Sizcə, bu gün Konstitusiya islahatlarını şərtləndirən amillər nədən ibarətdir?
- Bilirsiniz ki, bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini yaşayır. Ötən illər ərzində Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, demoqrafik, elmi, texnoloji, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar ölkənin əhəmiyyətli milli gücə sahib olduğunu deməyə əsas verir. Azərbaycanın bugünkü inkişafına nəzər saldıqda milli gücün kəmiyyət və keyfiyyət ünsürlərinin eyni vaxtda inkişafının şahidi oluruq. Ölkənin milli gücü dedikdə məhz bu amil nəzərdə tutulur. Dövlətin inkişafının əsasını təşkil edən bütün komponentlərin paralel və balanslı inkişafı daxili sabitliyi və irəliləyişi təmin edir, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, dövləti regional güc mərkəzinə çevirir, tədricən onun qlobal miqyasdakı rolunu və təsir imkanlarını artırır.
Bu gün Azərbaycan daxili sosial-iqtisadi inkişafa nail olub, hərbi cəhətdən güclənib, eləcə də bütün göstəricilərinə görə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Ərazisinin 20 faizi işğal altında olan bir dövlət kimi, Azərbaycan özünün hərtərəfli müdafiə imkanlarını genişləndirib. Bütün bunların əsasında isə ölkənin coğrafi, iqtisadi, sosial və digər resurslarından səmərəli və məqsədyönlü istifadə dayanır.
Azərbaycan strateji əhəmiyyətli coğrafi məkanda, eyni zamanda, olduqca mürəkkəb geosiyasi mühitdə yerləşir. Qlobal və regional güclərin maraqlarının toqquşduğu regionda yerləşən Azərbaycan şimal-cənub və şərq-qərb dəhlizi üzərindəki əlverişli mövqeyindən, təbii resurslarından, iqlim və relyef şəraitindən milli mənafeləri naminə maksimum istifadə edir. Bunun nəticəsi olaraq, Azərbaycanın makroiqtisadi göstəricilərinin, eləcə də xarici ticarət əlaqələrinin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın ümuminkişaf yolunu, eləcə də iqtisadi prioritetlərini düzgün müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttinin davam etdirilməsi bu gün Azərbaycan iqtisadiyyatını inkişaf sürətinə görə dünyada ön sıralara çıxarıb. Bu gün Prezident İlham Əliyevin bu siyasəti böyük uğurla davam etdirməsi nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlər bütün sahələri əhatə edir. Təbii ki, hər bir cəmiyyət inkişaf etdikcə yeni-yeni tələbatlar ortaya çıxır. Bütün bunlar qanunvericilikdə də öz əksini tapmalıdır. Siz bilirsiniz ki, Milli Məclis mütəmadi olaraq bir çox qanunlara zərurət yarandıqca əlavə və dəyişikliklər edir. Amma bir sıra mühüm məqamlar var ki, onlar ölkənin Konstitusiyasında öz əksini tapmalıdır. Ona görə də bu mühüm məqamlar, əlavə və dəyişikliklər referendum vasitəsilə reallaşdırılır. Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinin də əsas mahiyyəti bundan ibarətdir.
- Azərbaycanda vətəndaş həmrəyliyinin, milli birliyin hökm sürdüyü şübhəsizdir. Bu birlik və həmrəylik Konstitusiya islahatlarının dəstəklənməsində özünü necə ifadə edir?
- Heç şübhəsiz, istənilən dövlətin milli gücə sahib olması üçün təbii resurslar, əhali, iqtisadi, hərbi güc faktorları ilə yanaşı, mənəvi-psixoloji və ideoloji amillər də həlledici rol oynayır. Müasir dünyaya inteqrasiya edən Azərbaycan qloballaşma və inteqrasiya proseslərinin müsbət cəhətlərindən yararlanır. Bununla belə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, doğma vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvər, azərbaycançı mövqedə dayanır. Milli-mənəvi dəyərlərə bağlılıq, eləcə də azərbaycançılıq ideologiyası xalqın özünəməxsusluğunun qorunub saxlanması, son nəticədə isə yeni dünya nizamının formalaşdığı bir dövrdə milli dövlətin mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət daşıyır. Ölkənin əhalisinin eyni amallar və ideyalar ətrafında birləşməsi, bu ideya və amalların dövlətin siyasətinin məqsəd və prioritetləri ilə üst-üstə düşməsi milli gücün ən vacib ünsürlərindən olan milli birliyi təmin edən vacib təməldir. Dövlətin müxtəlif sahələr üzrə qəbul etdiyi qərar və proqramların, həyata keçirdiyi islahatların səmərə verməsi də, ilk növbədə, ictimai əhval-ruhiyyədən, xalqın dövlətin siyasətinə rəğbətindən və dəstəyindən asılıdır. Məhz milli birliyin hökm sürdüyü dövlətin sosial-siyasi sabitliyindən, davamlı inkişafından söz açmaq mümkündür. Müstəqil siyasət aparmaq üçün güclü iradə, cəsarət, iqtisadi dayaqlar olmalıdır. Amma ilk növbədə, cəmiyyətdə birlik olmalıdır. Bu birlik nə qədər güclüdürsə, o qədər də bizim uğurlarımız artır.
Ümumiyyətlə, bu gün xalqla Prezidentimizin birliyi çox sıxdır, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, qəbul etdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Bu mənada əhali dövlət başçısının ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təşəbbüsünü də dəstəkləyir.
- “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər haqqında” Referendum Aktında insan hüquqlarına dair bir sıra müddəalar əksini tapır. Sizcə, bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı hansı səviyyədədir? Konstitusiyaya təklif olunan dəyişikliklər bu sahədəki vəziyyətin daha təkmilləşdirilməsinə necə təsir göstərəcək?
- Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur. Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”, - deyən Ulu öndər demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, həmçinin dünya birliyinə fəal inteqrasiyanı müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan etdi.
Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avroatlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü və KİV üzərindəki senzura ləğv edildi.
Sonrakı illərdə isə bələdiyyələrin, ombudsman institutunun formalaşdırılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də digər bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atır.
Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə hər il islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur. Konstitusiyamızın 12-ci maddəsində də göstərilir ki, insan hüquq və azadlıqlarının təmini, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin təmini istiqamətində dövlət konkret addımlar atır.
Hazırkı Konstitusiya islahatlarında ölkəmizdə insan hüquqlarının konstitusion əsasları daha da möhkəmləndirilir. Belə ki, əsas qanunun 24-cü maddəsinin birinci hissəsinə belə bir əlavə edilir: “İnsan ləyaqəti qorunur və ona hörmət edilir”. Bildiyiniz kimi, Referendum Aktında insan haqlarına aid maddələrə başqa dəyişikliklər də var və bütün bunlar ölkəmizdə bu sahənin daha da təkmilləşdirilməsinə xidmət edir.
- Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur. Bu haqda nə deyə bilərsiniz?
- Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradıb.
Qeyd edək ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Sahibkarlıq sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında Apellyasiya Şuralarının yaradılmasıdır. Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunub. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50 faizinə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddırlar. Bütün bunlar isə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etməsinin əyani göstəriciləridir.
Onu da qeyd edim ki, sahibkarların da hüquqları Konstitusiya ilə qorunur. Əsas qanunun 13.2. maddəsinə belə bir II hissə əlavə edilməsi də buna sübutdur: “II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Amma onu da vurğulamaq lazımdır ki, sahibkarlar sosial məsuliyyət də daşıyırlar. Bu səbəbdən də Konstitusiyaya “xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” kimi müddəa da daxil edilir. Məhz bu müddəa sahibkarları öz fəaliyyətlərində sosial məsələlərdə iştiraka da təşviq edir. Bütövlükdə, təkliflərin hər biri milli və dövlət maraqlarına cavab verir.
- “Yeni Azərbaycan” təşviqat qrupunun tərkibində seçicilərlə keçirilən görüşlərdə iştirak edirsiniz. Sizcə, insanlar hansı əhval-ruhiyyə ilə bu referenduma gedir?
- Təbii ki, insanların Referendum Aktına münasibəti olduqca müsbətdir. Biz seçicilərlə görüşlərimizdə bunun əyani şahidi oluruq. Yuxarıda qeyd etdim ki, xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti, verdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Referendum Aktı Prezident İlham Əliyevin təşəbbüsüdür və bu amil vətəndaşların Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməsini şərtləndirir.
Görüşlərimiz zamanı da insanlar bu məqamı vurğulayırlar ki, dövlət başçısı İlham Əliyevdən gələn bütün təşəbbüsləri müdafiə edirik. Onlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək Referendum Aktına səs verəcəklərini bildirirlər. Bununla belə, “Yeni Azərbaycan” təşviqat qrupu üzərinə düşən vəzifəni yerinə yetirərək Konstitusiya islahatlarının mahiyyətini insanlara izah edir, onları referendum günü fəal olmağa çağırır. Çünki bəzi müxalifət qüvvələri bu islahatların əleyhinə təbliğat aparırlar. Düşünürəm ki, bu cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək. İnanıram ki, seçicilər yüksək səs çoxluğu ilə Referendum Aktını dəstəkləyəcəklər.

 
  • Oxunub:  13260  |  
  • Tarix:  09-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA