Ana səhifə »  Müsahibə »  Həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə edəcəkdir
A+   Yenilə  A-
Həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə edəcəkdir

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Hüseynbala Mirələmov www.yap.org.az saytına müsahibə verib:
- Hüseynbala müəllim, sentyabrın 26-da ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi – referendum keçiriləcək. Konstitusiya islahatlarınının zəruri edən amillər barədə nə deyə bilərsiniz?
- Sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi – referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatlar fəlsəfəsindən irəli gəlir. Sirr deyil ki, ölkəmizdə siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə, o cümlədən idarəetmə sistemində ardıcıl islahatlar həyata keçirilir. Yəni davamlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Start verilən islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir.
Son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz maliyyə-iqtisadi və siyasi böhranlarla müqayisədə Azərbaycanın davamlı inkişaf göstəriciləri ölkənin hər bir vətəndaşında böyük nikbinlik və sonsuz qürur doğurur. Çünki respublikamız dünya üçün çətin keçən illərdə də öz inkişafını inamla davam etdirir və bütün sahələrdə böyük uğurlara imza atır. Azərbaycanın nailiyyətlərinin təməlində isə ölkədə məqsədyönlü siyasət sayəsində əldə olunan möhkəm daxili sabitlik, xalqla iqtidar arasındakı güclü həmrəylik dayanır. Prezident İlham Əliyevin xalqın iradəsinə əsaslanan və respublikanın davamlı iqtisadi inkişafına, cəmiyyətdən gələn sosial sifarişlərin dolğun şəkildə ödənilməsinə yönələn siyasəti ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən dərin rəğbətlə qarşılanaraq güclü şəkildə dəstəklənir. Yəni Azərbaycanın spesifik milli inkişaf yolunun ən xarakterik cəhəti məhz bu amillə şərtlənir.
Şübhəsiz, ölkəmizdə reallaşdırılan islahatlar sırasında ardıcıl və davamlı xarakter daşıyan demokratik islahatları xüsusi qeyd etmək lazımdır. Əlbəttə, burada başlıca məqsəd hüquqi dövlətin təməllərinin daha da möhkəmləndirilməsidir. Hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir. Onu da qeyd edək ki, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması kimi amilləri də xüsusi qeyd etmək lazımdır.
Bütün bu sadalananların timsalında qeyd edə bilərəm ki, Konstitusiyaya təklif olunan dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək, hüquqların etibarlı təminatçısı olacaq və islahatların səmərəliliyini təmin edəcək.
- Qeyd etdiniz ki, Konstitusiyaya təklif olunan dəyişikliklər, eyni zamanda, hüquqların etibarlı təminatçısı olacaq. Ümumiyyətlə, bu əlavə və dəyişikliklərin hüquqi sahədə - qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması və digər istiqamətlərdə əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Ölkəmizdə insan və vətəndaş hüquqları Konstitusiya tələblərinə görə qorunur. Hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır. Bununla yanaşı, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə də  hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi, insan hüquqlarının qorunması və digər bu kimi istiqamətləri əhatə edən məsələlər öz əksini tapıb. Konstitusiya Aktının layihəsində Konstitusiyanın 24-cü maddəsində III hissəyə “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu cümlənin əlavə edilməsi qeyd edilib. Bu, hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, hüquqlardan sui-istifadə hallarına qarşı mübarizəyə xidmət edən addım kimi səciyyələndirilə bilər. Hüquqların qorunmasından bəhs edərkən layihədə 32-ci maddəyə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”, “Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz” və “Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir” məzmunlu VI, VII və VIII hissələrin Konstitusiyaya əlavə edilməsi də qeyd edilib. Layihədə təhlükəsizliklə bağlı məsələlər də yer alıb. Göründüyü kimi, bütün bunlar demokratik inkişaf fəlsəfəsinə və hüquqi dövlət quruculuğuna uyğun olmaqla sırf qanunların aliliyi prinsipinə xidmət edir.
- Hüseynbala müəllim, ümumxalq səsverməsinə çıxarılan məsələlərdən biri də vitse-prezidentlik institutunun yaradılması ilə bağlıdır. İdarəetmə sisteminin təkmilləşdirilməsi nöqteyi-nəzərindən bu təklifin əhəmiyyəti nədir?
- Hazırda Azərbaycanda həyata keçirilən davamlı, ardıcıl institusional islahatlar idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirir. Referendum Aktının layihəsində vitse-prezidentlik institutunun yaradılması da nəzərdə tutulub ki, bu da ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Buna əsasən deyə bilərik ki, Azərbaycanda yeni effektiv idarəetmə institutu yaradılır və bu, idarəetmədə daha çevik və səmərəli mexanizmin formalaşdırılması baxımından önəmlidir.
- Konstitusiyaya təklif edilən dəyişikliklər sırasında bələdiyyələr və bələdiyyə qulluqçuları ilə bağlı məsələlər də yer alıb. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Əvvəla onu qeyd edim ki, Azərbaycanda reallaşdırılan demokratik islahatlar ölkəmizin davamlı inkişafına xidmət edir. Bu kontekstdə idarəetmə mexanizminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir ki, bu baxımdan yerli idarəetmə sistemi də xüsusi yer tutur. Əlbəttə, yerli özünüidarəetmə orqanı olan bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli idarəetmə mexanizmi formalaşdırmalıdırlar. Bu, ilk növbədə, müasir çağırışlara adekvat cavab vermək qabiliyyətinin formalaşdırılmasından asılıdır. Bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsi, vətəndaşlara münasibətdə onların məsuliyyəti məsələsi, bələdiyyə qulluqçularının qanunlara müvafiq fəaliyyət göstərməsi və digər məsələlər də ayrıca qeyd edilməlidir. Bu baxımdan, Konstitusiyaya bu məsələlərlə bağlı əlavənin edilməsi müstəsna əhəmiyyət daşıyır.  Referendum Aktının layihəsində Konstitusiyaya “Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” məzmunlu cümlənin əlavə edilməsi qeyd edilib. Hesab edirəm ki, bu, vətəndaşların mənafeyinə uyğun olmaqla bərabər bələdiyyələrin və bələdiyyə qulluqçularının işinin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayacaq.
- Hüseynbala müəllim, “Yeni Azərbaycan” təşviqat qrupu referendumla bağlı apardığı təşviqat-təbliğat kampaniyasını necə davam etdirir? 
- “Yeni Azərbaycan” təşviqat qrupu təşviqat-təbliğat kampaniyasını uğurla davam etdirir. Vətəndaşlarla görüş zamanı onlara Konstitusiya dəyişikliklərinin əhəmiyyəti barədə izahlar verilir və bu dəyişikliklərin sırf dövlətin qüdrətinin artmasına, hüquqi dövlət və vətəndaş cəmiyyətinin təməllərinin gücləndirilməsinə, idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə, hüquq və azadlıqların müdafiəsinə və digər bu kimi məsələlərə xidmət etdiyi diqqətə çatdırılır. Bunun müqabilində insanlar görüş zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər. Azərbaycan ictimaiyyəti qəti şəkildə əmindir ki, Konstitusiya dəyişiklikləri inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Fürsətdən istifadə edərək seçicilərə sentyabrın 26-da fəal ümumxalq səsverməsi- referendumda iştirak edərək konstitusiya dəyişikliklərinə səs verməyə və fəallıq nümayiş etdirməyə çağırıram.

 
  • Oxunub:  10890  |  
  • Tarix:  14-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18