Ana səhifə »  Müsahibə »  Azərbaycan növbəti dəfə demokratiyaya sadiqlik nümayiş etdirir
A+   Yenilə  A-
Azərbaycan növbəti dəfə demokratiyaya sadiqlik nümayiş etdirir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Sevinc Fətəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, indiki məqamda müstəqil Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi hansı zərurətdən irəli gəlir?
- Dünyada gedən proseslər, təbii ki, ölkələrin gündəmini də, müəyyən mənada  baxışları da dəyişir, yeni reallıqlar ortaya çıxarır. Bu gün Azərbaycan müasirləşmə xətti götürübsə, özünü dünyaya müasir dövlət kimi təqdim edirsə, bu müasirləşmə  həm idarəçilikdə, həm qanunvericilikdə öz əksini tapmalıdır. Demokratiyanın inkişafı mütəmadi bir prosesdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, həmin ölkələrdə də demokratiyanın daha da dərinləşdirilməsi üçün zaman-zaman müəyyən zəruri addımlar atılmasına ehtiyac yaranır. Bu cəhətdən  Azərbaycan da istisna təşkil etmir. Azərbaycan yüksək səviyyədə demokratik inkişafa nail olmağı özünün strateji hədəfi müəyyənləşdirib. Ölkəmiz Konstitusiyamızın qüvvədə olduğu 20 ildən artıq müddətdə demokratiya yolunda inamlı addımlar atıb. Dediyim kimi, demokratik inkişaf bitən bir proses deyil. Əgər biz mükəmməl dövlət, mükəmməl cəmiyyət qurmaq istəyiriksə, müəyyən dəyişikliklər qəbul etmək lazımdır. Bu gün Azərbaycanın bütün sahələrdə müasir tələblərə uyğun atdığı addımlar birmənalı olaraq qanunvericiliyə də aiddir. Hesab edirəm ki, Əsas Qanunumuza təklif olunan əlavə və dəyişiklikləri ölkəmizin müasir inkişafı ilə bağlı yaranan yeni reallıqlar, yeni inkişaf hədəfləri diqtə edir. Ümumiyyətlə, Azərbaycan indiki mərhələdə Konstitusiya dəyişikliklərinə getməklə bundan sonra da demokratiyaya sadiq qalmaq əzmini ortaya qoyur. Prezident İlham Əliyevin Konstitusiyamıza təklif etdiyi əlavə və dəyişikliklər bu gün gündəmdə olan aktual məsələlərdir. Biz dünyada hansı proseslərin getdiyini görürük. Azərbaycan da təbii ki, heç nədən sığortalanmayıb. Bu gün biz cəmiyyətimiz, xalqımız, gələcəyimiz haqqında düşünməliyik.
- Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin səciyyəvi cəhətləri barədə qısa məlumat verməyinizi xahiş edirik.
- Əlbəttə, dövlət başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər bir sıra mühüm məsələlərin geniş spektirini əhatə edir və bu dəyişikliklər barədə geniş söhbət açmaq mümkündür. Mən diqqəti qısaca olaraq bəzi dəyişikliklərə yönəltmək istərdim. Hesab edirəm ki, təklif olunan bütün əlavə və dəyişikliklərin hər biri öz istiqamətində müəyyən nailiyyətlər üçün təkan verəcək. Məlumdur ki, dəyişikliklərin bir qismi ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Müharibə şəraitində yaşayan bir dövlət üçün təhlükəsizlik məsələsi ilk plandadır və ən önəmli məsələlərdən biridir. Bu baxımdan Silahlı Qüvvələr haqqında dəyişikliklər, təhlükəsizliyi təhdid edə biləcək birliklərin yaradılmasının, həmçinin hüquqdan sui-istifadə hallarının qarşısının alınması üçün nəzərdə tutulan qadağalar və digər bu kimi məsələlər çox aktualdır.
Bundan başqa, bu gün dünyada insan haqları ilə bağlı məsələnin önəmi hədsiz dərəcədə artıb.  Bizim üçün-bir milyon qaçqın və köçkünü olan bir ölkə üçün də insan haqları məsələsi çox vacibdir. İnsan haqlarının Konstitusiya çərçivəsində daha da mükəmməlləşməsi Azərbaycanın bu sahədə niyyətini ifadə edir. 
Mən gənclərimizə olan münasibəti xüsusi nəzərə çatdırmaq istəyirəm. Hesab edirəm ki, dövlət gənclər siyasəti bu dəyişikliklərdə öz əksini tapıb. Təklif olunan dəyişikliklər arasında həm Milli Məclisin deputatı olmaq istəyənlərin , həm də prezidentliyə namizədin yaş həddi azaldılıb. Mən bunu Azərbaycan gəncliyinə böyük etimadın göstəricisi kimi dəyərləndirirəm. Bu gün bizim gənclərimiz özlərini kifayət qədər formalaşan, ayrı-ayrı məsuliyyətli vəzifələrə layiq olan  insanlar kimi təqdim edirlər. Nə üçün hansısa yaş həddi ilə gənclərimizin öz potensiallarını dolğun şəkildə üzə çıxartmalarınan qarşısına əngəllər yaratmalıyıq?  
Eyni zamanda, ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasının mühüm əhəmiyyətini qeyd etmək istərdim. Bu, Azərbaycan cəmiyyəti üçün idarərtmənin yeni bir üsulu kimi təqdim olunur. Düşünürəm ki, bu da müasir tələblərə uyğun olan bir addımdır. Ümumiyyətlə, biz nəzər salsaq, görərik ki, Azərbaycan beynəlxalq əlaqələri kifayət qədər geniş olan bir dövlətdir.  Respublikamız həm xarici əlaqələrini genişləndirir, həm də beynəlxalq təşkilatların üzvü olaraq müxtəlif konvensiyalara qoşulur. Azərbaycan beynəlxalq təşkilatların üzvlüyündən, qoşulduğu ayrı-ayrı konvensiyalardan irəli gələn öhdəlikləri tam şəkildə yerinə yetirir. Hesab edirəm ki, vitse-prezidentlik institutunun yaradılması həm daxili idarəetmədə, həm də xarici siyasətimizdə dinamikliyi, çevikliyi daha da artıracaq.
- Ölkəmiz referenduma hazırlaşır. Konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul edilməsi barədə nə deyə bilərsiniz?
- Konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul edilməsi Azərbaycanın bəyan etdiyi demokratik prinsiplərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və bütün taleyüklü məsələlərdə xalqın iradəsi əsas götürülür. Əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin özü demokratiyanın ən əsas göstəricisidir. Azərbaycan xalqı müasir düşünən , geniş təfəkkürlü bir xalqdır, cəmiyyətimiz yüksək intellektual potensiala malikdir.  İnsanlarımız  Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılmasını və referendum yolu ilə qəbul edilməsini ölkəmizdə demokratik dövlət quruculuğu prosesinin mühüm bir göstəricisi kimi dəyərləndirirlər. Hesab edirəm ki, əsas Qanunumuza referendum yolu ilə qəbul ediləcək əlavə və dəyişikliklər Azərbaycanın inkişafının yeni mərhələsinin əsası qoyacaq.
- Sevinc xanım, yeri gəlmişkən, Siz tez-tez seçicilərinizlə görüşlər keçirirsiniz. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçiciləriniz hansı mövqedədirlər?
- Bəli, seçicilərlə görüşlərdə biz tez-tez Konstitusiyaya təklif olunan dəyişikliklərlə də bağlı müzakirələr aparırıq. Onu deyim ki, ölkə vətəndaşları Əsas Qanunumuza təklif olunan dəyişikliklərə böyük maraq göstərirlər. Seçicilərim Referendum Aktına bütövlükdə müsbət münasibətlərini ifadə edirlər.
Təklif olunan dəyişikliklərə və əlavələrə cəmiyyətin belə yüksək münasibət sərgiləməsi heç də təsadüfi deyil. İnsanların böyük marağı və dəstək ifadə etmələri onunla bağlıdır ki, təklif olunan dəyişikliklər son nəticədə ölkəmizin inkişafına, insanların hüquq və azadlıqlarının daha dolğun şəkildə təmin olunmasına, respublikamızda icra strukturunun təkmilləşdirilməsinə hədəflənib. Qeyd olunan bu və ya digər məsələlər ölkəmizin və bütün vətəndaşların ümumi mənafeyinə xidmət etiyinə görə  insanlar da bəhs olunan dəyişikliklərin  və əlavələrin Konstitusiyamızda təsbit olunmasını arzulayırlar. Mən seçicilərimin yüksək əhval-ruhiyyəsinə istinad edərək əminliyimi bildirirəm ki, Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar keçiriləcək Referendum ölkə vətəndaşlarının yüksək fəallığı şəraitində baş tutacaq. Mən Azərbaycanın xoşbəxt gələcəyi, ölkəmizin qüdrətinin artması naminə seçicilərimi, ölkənin səsvermə hüququ olan bütün vətəndaşlarını sentyabrın 26 seçki məntəqələrinə gəlib Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərlə bağlı öz iradələrini ifadə etməyə çağırıram!

 
  • Oxunub:  11460  |  
  • Tarix:  14-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
17 Oktyabr 10:00
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
17 Oktyabr 09:58
STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur təşkil edilib
17 Oktyabr 09:56
YAP Gədəbəy rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18