Ana səhifə »  Müsahibə »  Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan modeldir
A+   Yenilə  A-
Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan modeldir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aynur Sofiyeva www.yap.org.az saytına müsahibə verib
- Aynur xanım, cəmiyyətimizin inkişafında, ictimai-siyasi proseslərdə Azərbaycan qadınının özünəməxsus rolu var. Bu gün dövlətimizin qadın siyasəti uğurla həyata keçirilir. Bu mənada gender bərabərliyi, Azərbaycan qadınlarının ölkə həyatında mövqeyi haqqında nə deyə bilərsiniz?
- Azərbaycan qadınına həmişə hörmət, diqqət və qayğı olub. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə qadın məsələsinə dövlət siyasəti səviyyəsində yanaşılıb. Azərbaycan qadınının bu gün cəmiyyətdə özünü təsdiq etməsi üçün hər cür imkan və şərait var. Qanunvericilik baxımından da Azərbaycan qadınının geniş fəaliyyəti üçün lazım olan hüquqi baza formalaşdırılıb. Bilirsiniz ki, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Həmin ildən başlayaraq dövlət qadın siyasəti, qadınların fəallığının artırılması ilə bağlı ölkə Prezidentinin fərman və sərəncamları olub, 2006-cı ildə “Gender Bərabərliyinin Təminatları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahəyə dövlətimizin xüsusi diqqətinin nümunəsidir.
ümumiyyətlə, Konstitusiyamızda və digər qanunlarda gender məsələləri nəzərə alınıb. Yəni, qadınların hüquq bərabərliyi təsbit olunub. Hakimiyyətin hər üç qoluna - istər icra hakimiyyəti orqanlarında, istər qanunvericilik orqanında, istərsə də məhkəmə sisteminə baxsaq görərik ki, qadınların rolu artmağa doğru gedir. Bir neçə il öncə rayon icra hakimiyyətlərində cəmi bir neçə yüksək vəzifəli qadın çalışırdısa, hazırda 30-dək rayonda qadınlar icra başçılarının müavini səviyyəsində təmsil olunur. Bu artıq müsbət göstəricidir. Bəzən belə bir fikir də deyilir ki, qadın olduğuna görə kimsə irəli çəkilməlidir. Mən bununla razı deyiləm. Biz gender məsələsini nəzərə alırıqsa, bu o demək deyil ki, qadınlara üstünlük verilməlidir. Gender hüquq bərabərliyi deməkdir, yəni, qadınların statusunu daha yüksək tutmur. Qadınlığına görə kiməsə üstünlük verilsə, bu kişilərin hüquqlarının pozulması olardı. Bu gün biz hüquqi dövlətdə, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əgər kiminsə bacarığı varsa, öz imkanlarını göstərə bilirsə, təbii ki, irəli çəkiləcək.
Bu baxımdan da, əgər belə bir sual olsa ki, Azərbaycan qadını fəaldırmı, o zaman söyləmək olar ki, bəli, fəaldır. Amma müəyyən problemlər var. Biz tez-tez müxtəlif bölgələrdə oluruq, qadınlarla görüşürük, görürük ki, bir çox qadınlar, hətta öz hüquqlarını belə bilmirlər. Bu gün ona görə də, Dövlət Komitəsinin əsas prioritet istiqamətlərindən biri məhz qadınların maarifləndirilməsi ilə bağlıdır.
- Ailə cəmiyyətin əsasını təşkil edir. ölkəmizdə ailə məsələləri haqqında nə deyə bilərsiniz? Müasir dövrümüzdə xalqımızın ailə ənənələrini qorumaq və inkişaf etdirmək istiqamətində nə kimi tədbirlər görülür?
- Biz fəxr edirik ki, Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir.
Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və s. kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Amma əlbəttə ki, zaman, müasir inkişaf da öz təsirini göstərir. Bilirik ki, inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var. Bu gün təəssüflər olsun ki, məişət zorakılığı halları da mövcuddur. Azərbaycan ailəsində erkən nikah problemi var. Biz bu məsələlərlə bağlı araşdırmalar aparırıq. Erkən nikahlar da təəssüflər olsun ki, əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyirlər, lakin özləri də bilmədən onları risk altına qoyurlar. Erkən nikahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur.
- Milli Məclis tərəfindən Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qeyd etdiyiniz problemlərin həlli ilə bağlı bu Məcəlləyə hər hansı dəyişikliklər ediləcəkmi?
- Azərbaycan ailəsində qan qohumluğu problemi var ki, bu da, təəssüflər olsun, ağrılı problem kimi qalır. Qan qohumlarının evlilik problemi və onun fəsadları haqda əvvəllər elmi məlumat yox idi. Amma son zamanlar bu tibb elmi tərəfindən ortaya qoyulub və insanlar bu haqda məlumat əldə edə bilirlər. Bu kimi faktlar milli genefondumuzu zədələyən tendensiyadır. Bir çox xarici ölkələrdə belə hallara qanunvericilikdə qadağa qoyulur. Bəzi hallarda deyirlər ki, bu ailədaxili problemdir və heç kimin qarışmağa haqqı yoxdur. Amma biz bilirik ki, ailədə yaranan problemlər sonradan cəmiyyətdə yayılır və cəmiyyət üçün pis nəticələr verir. Buna görə də, bizim buna kənarda durub baxmağa haqqımız yoxdur. Bu, həm də dövlətçiliyimiz və milli inkişafımız üçün problem yarada bilər. Ona görə də, dövlət bu məsələni tənzimləməlidir. Biz də Dövlət Komitəsi olaraq bu istiqamətdə iş aparırıq. Bəli, ailə problemlərinin həlli baxımından biz qanunvericiliyin təkmilləşdirilməsi üçün öz təkliflərimizi vermişik. Yəqin ki, yaxın zamanlarda Milli Məclisdə bu məsələyə baxılacaq. Təkliflər sırasında erkən nikahın yaş həddinin qaldırılması, nikah öncəsi tibbi arayışın alınması, nikah müqaviləsi və s. məsələlər daxildir. Belə təcrübə inkişaf etmiş ölkələrdə var. Sağlam cəmiyyətin yaradılması üçün bütün bunlar məcburi qaydada olmalıdır. Bizə olan müraciətlərin 30 faizi məhz əmlakın bölüşdürülməsi ilə bağlı problemlərdir ki, burada ən çox əziyyət çəkən qadınlardır. Nikah müqaviləsi olmadıqda, qadınlar hüquqi olaraq müdafiəsiz qalırlar. Bizim işimiz də qadınları bu sahədə maarifləndirməkdən ibarətdir. Problemlərin böyük bir hissəsi məhz maariflənmənin aşağı səviyyədə olmasından meydana gəlir. Bu məsələdə kütləvi informasiya vasitələrinin dəstəyinə ehtiyacımız var.
- ölkəmizdə 15 may - Beynəlxalq Ailə Günü münasibətilə bölgələrdə ailə bayramınin keçirilməsi ənənəsinin əsası qoyulub. Bu bayramın qeyd olunması hansı müsbət nəticələri ortaya çıxarır?
- Komitəmiz yaranandan sonra biz belə bayram keçirmək təşəbbüsünü irəli sürdük. Burada məqsəd ailənin statusunun qaldırılması, cəmiyyətdə ailəyə diqqətin artırılmasıdır. Komitəmizin təşəbbüsü ilə Beynəlxalq Ailə Günü ərəfəsndə hər bir rayonda nümunəvi ailələrin iştirakı ilə bayram əhval-ruhiyyəli tədbirlər keçirilir və qalib ailələr yekun tədbiri olan “Ailə bayramı”nda iştirak etmək hüququ qazanırlar. Keçən il Şamaxıda, bu il isə Lənkəranda təntənə ilə keçirilən “Ailə bayramı” xalqımıza böyük bayram əhval-ruhiyyəsi bəxş etdi. Digər çox vacib bir tədbirimiz mayın 12-də oldu, bu da “Azərbaycan ailəsi” qısametrajlı filmlər festivalı idi. Martın 10-dan start verilən festival 2 ay davam etdi və çox maraqlı filmlər nümayiş etdirildi. Və biz bu tədbirlə bir daha cəmiyyətin, insanların diqqətini ailə dəyərləri və adət-ənənələrimiz kimi vacib məsələlərə yönəltdik. Festivalda birinciliyi ulu öndərimiz Heydər Əliyevin ailəsinə və Onun ailə siyasətinə həsr olunmuş “Ailə şəcərəsi” filmi qazandı.
- ölkə Prezidenti tərəfindən 2009-cu il Azərbaycan da “Uşaq ili” elan olunub. Dövlət Komitəsi “Uşaq ili” çərçivəsində hansı layihələri həyata keçirməkdədir?
- Uşaq problemləri çox vacib məsələdir. Bizim dövlətimizin siyasətində uşaqlara diqqət və qayğı həmişə olub. “Uşaq ili” ilə əlaqədar müxtəlif layihələr, proqramlar həyata keçirilir. Buna görə biz hörmətli Prezidentimizə təşəkkür etməliyik. Dünya hazırda iqtisadi böhran keçirir və bir çox ölkələr bu cür tədbirləri təxirə salırlar. Amma belə bir vaxtda bizim ölkədə uşaqlarla bağlı dövlət proqramlarının həyata keçirilməsi onlara böyük bir qayğıdır. Uşaqların daha yaxşı təhsil alması, onlara milli-mənəvi dəyərlərin aşılanması, ana-uşaq ölümünün azaldılması yönündə tədbirlər və s. bu kimi işlər həyata keçirilir. Bu il bütün bu işləri təkcə bizim komitə yox, bütün aidiyyatı qurumlar lazımi səviyyədə həyata keçirməkdədir. Dövlət Komitəsi hazırda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı böyük tədbirə hazırlaşır.
- Aynur xanım, siz həmçinin, YAP Qadınlar Şurasının sədr müavinisiniz. ölkəmizin ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da qadınlar böyük üstünlük təşkil edir. ümumiyyətlə, qadınların siyasi proseslərdə fəallığını necə qiymətləndirmək olar?
- Hər birimizə məlumdur ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ağır bir dövründə yarandı. YAP ulu öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin rəhbərliyi ilə fəaliyyətə başladı və xalqın sevgisini, rəğbətini qazandı. Bu illər ərzində partiyamızdakı qadınlar da ümumi işə öz töhfələrini veriblər. Bu gün, doğrudan da, cəmiyyətin bütün sahələrində YAP üzvü olan qadınlar öz fəaliyyətləri ilə xalqın rəğbətini qazanıb. Bir partiya olaraq qadınlarımızın daha fəal olmasında maraqlıyıq. Əslində, bizim qadınların daha böyük potensialı var və daha böyük işlər görə bilərik. ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, bizim əzizimiz Mehriban xanımın timsalında Azərbaycan Qadınının nələrə qadir olduğunun şahidi oluruq. Bilirsiniz ki, bu yaxınlarda YAP Qadınlar Şurasının ümumrespublika konfransı keçirildi və indiyədək görülən işlər qənaətbəxş hesab olundu. Konfransda yeni İdarə Heyəti seçildi və bu yaxınlarda ilk iclasımız olacaq. Fikrimcə, YAP Qadınlar Şurasının fəaliyyəti ümumilikdə qadınlarımızın cəmiyyətdə daha da fəallaşmasına səbəb olacaq.

 
  • Oxunub:  18660  |  
  • Tarix:  22-05-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA