Ana səhifə »  Müsahibə »  Konstitusiyaya əlavə və dəyişikliklər inkişafın yeni mərhələsinin təminatıdır
A+   Yenilə  A-
Konstitusiyaya əlavə və dəyişikliklər inkişafın yeni mərhələsinin təminatıdır

Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Elşad Nəsirov www.yap.org.az saytına müsahibə verib:
- Elşad müəllim, hər bir ölkənin inkişafı islahatların davamlılığını bir tələb kimi ortaya qoyur. 26 sentyabr ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən səbəblər hansılardır? Bu əlavə və dəyişikliklər ölkəmiz üçün nə vəd edir?
- İstənilən cəmiyyəti dövlətsiz, istənilən hüquqi, demokratik dövləti isə konstitusiyasız təsəvvür etmək mümkün deyil. Konstitusiya cəmiyyət, dövlət, vətəndaş arasındakı münasibətlərin əsasını, özəyini tənzimləyir, insanın cəmiyyətdə yerini müəyyən edir. Konstitusiya demokratiyanın ən vacib institutlarından, bəşəriyyətin ən mühüm nailiyyətlərindən biridir, hər bir dövlətin hüquq sistemində xüsusi yerə malikdir.
Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası qəbul olunduğu dövrdə həmin dövr üçün ən təkmil konstitusiyalardan biri olmuşdur. Lakin cəmiyyət və dövlət həyatında baş verən fundamental dəyişikliklər, demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, insanın, onun hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması strategiyası ilə bağlı dövlətin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə sadiqliyi və bu sahədə beynəlxalq hüquq normalarının üstünlüyünün qəbul olunması, Azərbaycanın dünyaya, ilk növbədə, Avroatlantika məkanına sürətli inteqrasiyası, çoxsaylı beynəlxalq təşkilatlara üzv olması, habelə dünya dövlətləri ilə beynəlxalq hüquq prinsipləri çərçivəsində səmərəli əməkdaşlıq göstərməsi, ölkə iqtisadiyyatının sürətli inkişafı və onun dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilməsi, “Əsrin müqaviləsi”nin icrası prosesində Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçılarından birinə, həmçinin regionun aparıcı dövlətinə çevrilməsi, beynəlxalq əhəmiyyətli çoxsaylı layihələrin həyata keçirilməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə etibarlı tərəfdaş qismində çıxışı, elmi-texniki tərəqqinin nailiyyətlərinin həm cəmiyyətin siyasi idarəçilik mexanizminin, həm də dövlətin iqtisadi inkişafının təmin olunmasına təsirinin yüksək dəyərləndirilməsi və s. bu kimi əhəmiyyətli məsələlər Konstitusiyada artıq iki dəfə düzəlişlərin edilməsini zəruri etmişdir. Nəticə etibarilə 24 avqust 2002-ci ildə Konstitusiyanın 24 maddəsində 32, 18 mart 2009-cu ildə isə 29 maddəsində 41 əlavə və dəyişiklik edilərək, bir daha təkmilləşdirilmiş, konstitusion norma və prinsiplər dövrün tələblərinə uyğunlaşdırılmış və Azərbaycanın gələcək inkişafı üçün hüquqi zəmin yaratmışdır.
Azərbaycanın ilk milli Konstitusiyasının qəbulundan sonra keçən bu müddətdə aparılan siyasi və iqtisadi islahatların, həyata keçirilən demokratik dəyişikliklərin, ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsinin, respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında böyük uğurların əldə edilməsinin təməlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əvəzolunmaz xidmətləri dayanır. Onun müəllifi olduğu demokratik, hüquqi dövlət quruculuğu konsepsiyası, sosial-iqtisadi inkişaf strategiyası, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və mültikulturalizm prinsipləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün yüksək idarəetmə qabiliyyətinə malik olan cənab İlham Əliyev dünya siyasətinin əsaslarını diktə edən hegemon dövlətlərlə yanaşı, region dövlətləri ilə də balanslaşdırılmış, qətiyyətli və uzaqgörən xarici siyasət kursunu davam etdirməklə müharibələrin tüğyan etdiyi, terrorçuluğun və dini ekstremizmin geniş vüsət aldığı indiki şəraitdə Azərbaycanın təhlükəsizliyini təmin edir, Onun alternativi olmayan rəhbərliyi altında Azərbaycan hərtərəfli və dinamik inkişaf yolundadır, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə edilir, insan ləyaqətinin və insanpərvərlik prinsiplərinin ali dəyərlər kimi qorunması istiqamətində ardıcıl iş aparılır, demokratik, hüquqi dövlət quruculuğu davamlı olaraq inkişaf etdirilir.
Müasir dövrdə ictimai münasibətlərin inkişaf tempindən geri qalmayan qanunvericilik sisteminin daimi inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif sferalarının sürətli inkişaf dinamizminə cavab verə biləcək əməli idarəçilik mexanizminin formalaşdırılması, habelə İKT sistemlərinin əks-təsirindən qorunma zərurəti ilə şərtlənən yeni təhlükəsizlik sistemlərinin yaradılması və inkişaf etdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən birini təşkil edir.
- Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsində də bu reallıq öz əksini tapıb ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyaya növbəti əlavə və dəyişikliklərdə insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edən düzəlişləri necə şərh edərdiniz?
- “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı Konstitusiyanın 23 maddəsində 34 əlavə və dəyişikliklərin edilməsini, həmçinin Konstitusiyaya onun strukturunu dəyişən 6 yeni maddənin əlavəsini nəzərdə tutur. Təklif olunan düzəlişləri iki əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür: insan hüquq və azadlıqlarının məzmun etibarilə zənginləşdirilməsi, beynəlxalq universal və regional xarakterli hüquqi aktlara uyğunlaşdırılması, təminatlarının və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi; hakimiyyət bölgüsü prinsipinin, “çəkindirmə və tarazlaşdırma” mexanizminin, habelə siyasi idarəçilik və yerli özünüidarə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi.
İnsan hüquqları insan azadlığının ölçüsünü müəyyən edir və insan azadlığı mütləq ola bilməz. Əgər belə olsaydı, hər bir insan iradəsi buyurduğu hər bir hərəkəti etmək imkanına malik olardı, bu hal başqalarının maraq və mənafelərinə xələl gətirərdi və nəticə etibarilə insanlar arasında daimi təbii müharibə vəziyyəti mövcud olardı. Mənim azadlığım orda bitir ki, orda sənin azadlığın başlayır. Deməli, insan hüquqları dövlət mənafeyi, habelə digərlərinin hüquq və azadlıqlarının qorunması naminə məhdudlaşdırıla bilər. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarına dair məhdudiyyətlər hər hansı bir normativ hüquqi aktda deyil, yalnız Konstitusiyanın özündə və ya Konstitusiyanın birbaşa yol verdiyi halda qanunda müəyyən oluna bilər. Konstitusiyanın 71-ci maddəsinin III hissəsində qeyd olunur ki, “müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər”. Qeyd olunan hallardan hər hansı biri ilə bağlı məhdudlaşdırılmış hüquq və azadlıqlardan istifadə imkanı müvafiq halın başa çatması ilə bərpa olur və şəxs müvafiq hüquqlarından tam həcmdə istifadə etməyə başlayır. Deməli, birinci halda, yəni “insan hüquq və azadlıqlarının məhdudlaşdırılması” dedikdə müvafiq hüquq və azadlığın konstitusion qaydada çərçivəsinin müəyyən olunması, məzmun etibarilə bu hüquqa münasibətdə bir sira məhdudiyyətlərin nəzərdə tutulması başa düşülürsə, “insan hüquq və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılması” dedikdə artıq Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların məzmununa toxunmadan Konstitusiyada və qanunlarda nəzərdə tutulan hallarda onlardan müəyyən müddətə və qismən istifadə etməyə qoyulan məhdudiyyət anlaşılır. Referendum aktında söhbət birinci haldan gedir.
Hazırda irəli sürülən təklif, əslində, 18 mart 2009-cu il tarixli referendum zamanı 71-ci maddənin II hissəsinə əlavə edilmiş ikinci cümlənin təkmilləşdirilməsinə xidmət edir və yalnız müsbət cəhətdən xarakterizə edilə bilər. Belə ki, 71-ci maddənin II hissəsinin ikinci cümləsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Burada hüquq və azadlıqların məhdudlaşdırılmasının əsasları göstərilsə də, onun məhdudlaşdırılması dərəcəsi müəyyən olunmur. Bu baxımdan qeyd edə bilərik ki, 71-ci maddənin ikinci hissəsinə məhz bu məzmunda yeni cümlənin əlavə olunması Konstitusiyada təsbit olunan insan hüquq və azadlıqlarının əsas prinsiplərinin mahiyyətinə tamamilə uyğundur, insan hüquq və azadlıqlarının təminat mexanizminin təkmilləşdirilməsinə xidmət edir.
Referendum Aktının 9-cu bəndində Konstitusiyanın 53-cü maddəsinin I hissəsində “heç bir halda” sözlərinin çıxarılması və “vətəndaşlığından” sözündən sonra “(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)” sözlərinin əlavə edilməsi təklif olunur. Təklif olunan dəyişiklikdən sonra 53-cü maddənin I hissəsi aşağıdakı məzmuna malik olur: “Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz.” Bu baxımdan araşdırılması zəruri olan məqam vətəndaşlığın qanunla itirilmə halları, onların hansı zərurətdən müəyyən olunması və ümumiyyətlə, Konstitusiyanın vətəndaşlıq hüququ ilə bağlı məsələləri müəyyən edən müddəaları ilə uzlaşması ilə bağlıdır. Hər bir dövlət öz vətəndaşlarının hüquq və mənafelərini müdafiə etmək, hətta vətəndaşları xarici ölkənin ərazisində olduqda belə onlara himayəçilik etmək vəzifəsi daşıyır. Konstitusiyamızda vətəndaşlıq institutunun əsasları hüquq kimi 52-ci və 53-cü maddələrdə nəzərdə tutulur.
İnsan hüquqlarının qorunmasına xidmət edən digər əlavə və dəyişikliklərə diqqət yetirək. Konstitusiyanın insan hüquq və azadlıqlarının əsas prinsiplərini nəzərdə tutan 24-cü maddəsinin ikinci hissəsində qeyd olunur ki, “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.”” Referendum Aktının 10-cu bəndində Konstitusiyanın 56-cı maddəsinin III hissəsində “seçkilərdə iştirak etmək” sözlərinin “seçilmək” sözü ilə əvəz edilməsi təklif olunur. Konstitusiyanın hazırda qüvvədə olan 56-cı maddəsinin III hissəsində nəzərdə tutulur ki, “Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər”. Burada, ilk növbədə, “seçkilərdə iştirak etmək hüququ” və “seçilmək hüququ” “ anlayışlarının mahiyyət və məzmununun araşdırılması, onlardan hansının daha geniş məzmuna malik olmasını müəyyən etmək zəruridir. Çünki konstitusion dəyişikliyin əsas məğzi bilavasitə bu anlayışlarla bağlıdır.
Təbii ki, Konstitusiyanın 23 maddəsinə edilən 34 əlavə və dəyişikliyin, eyni zamanda, əlavə olunan 6 maddənin hər birinin təhlilini bir müsahibə çərçivəsində vermək qeyri-mümkündür. Hər bir əlavə və dəyişiklik öz mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumi nəticə budur ki, insan hüquq və azadlıqlarının qorunması, müdafiəsi dövlət siyasətinin əsasını təşkil edir.
- Konstitusiyaya əlavə və dəyişikliklərdə vitse-prezidentlik institutunun yaradılması, prezidentliyə, deputatlığa namizədliyin yaş həddinin aşağı salınması ən mühüm məsələlərdəndir. Bu struktur islahatların həyata keçirilməsinin zəruriliyini ortaya qoyur...
- Referendum Aktının layihəsi ilə Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri yeni vitse-prezidentlər institutunun yaradılmasıdır. Bu dəyişikliklə əlaqədar əsas məqsəd prezident üsul-idarəsinin təkmilləşdirilməsi və siyasi idarəetmə mexanizminin müasir dövrün tələblərinə cavab verməsinin təmin edilməsi, icra hakimiyyətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, məsuliyyəti və intizamının möhkəmləndirilməsidir. Qeyd edilən institutun təsis edilməsi həmçinin sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsinə və onların icrasının sürətləndirilməsinə də xidmət etmək məqsədini daşıyır.
Yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı əlavə və dəyişikliklər də diqqətçəkəndir. Referendum aktının 17-ci bəndində Konstitusiyanın 85-ci maddəsinin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözlərinin “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz olunması, 20-ci bəndində Konstitusiyanın 100-cü maddəsindən “yaşı otuz beşdən aşağı olmayan” sözlərinin çıxarılması, 27-ci bəndində Konstitusiyanın 121-ci maddəsinin mətninin “Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir” redaksiyasında verilməsi, 28-ci bəndində Konstitusiyanın 126-cı maddəsinin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözlərinin “seçkilərdə” sözü ilə əvəz edilməsi təklif olunur.
Müasir İKT imkanlarından istifadə edən gənc nəsil hadisə və proseslərə daha çevik reaksiya vermək, onları məntiqi cəhətdən təhlil etmək, fikir yürütmək və mövqe bildirmək iqtidarına malik olmaq üstünlüyü ilə fərqlənir. Belə bir şəraitdə süni şəkildə yaş senzinin yüksəldilməsi həm qeyri-demokratikdir, həm də əsassız olaraq seçki korpusunun əhatə dairəsini daraldır, nəticə etibarilə vətəndaşların seçki hüququnu həyata keçirmək imkanını həm aktiv və həm də passiv mənada məhdudlaşdırmış olur.
- Elşad müəllim, Konstitusiyaya əlavə və dəyişikliklər arasında prezidentin səlahiyyət müddətinin artırılması əsas müzakirə olunan məsələlərdəndir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Referendum Aktının 21-ci bəndində Konstitusiyanın 101-ci maddəsinin I hissəsində “5” rəqəminin “7” rəqəmi ilə əvəz edilməsi və “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” məzmunda ikinci cümlə əlavə olunması təklif olunur. Prezidentlərin səlahiyyət müddəti ilə bağlı dünya təcrübəsinə nəzər salsaq, görərik ki, prezidentlərin səlahiyyət müddətləri bir qayda olaraq 4-7 il arasında dəyişir. Prezidentlərin səlahiyyət müddətləri bir sıra səbəblərlə, o cümlədən dövlətçiliyin inkişaf tarixi, ölkənin siyasi sisteminin xüsusiyyətləri, hakimiyyət bölgüsü mexanizmində prezidentin hüquqi statusu, müəyyən qədər ölkənin geosiyasi durumu, habelə siyasi sabitliyin səviyyəsi və ona təsir göstərən amillərin məcmusu və s. amillərlə şərtlənir. Referendum Aktında Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılmasına dair dəyişiklik də, ilk növbədə, qeyd olunan əsaslarla, həmçinin həm dövlət başçısı və həm də icra hakimiyyətinin mənsub olduğu ali vəzifəli şəxs kimi seçki öncəsi proqram və platformasında nəzərdə tutulan və seçiləcəyi təqdirdə strateji əhəmiyyətli çoxsaylı layihələrin həyata keçirilməsi, siyasi sabitliyin qorunub saxlanması, iqtisadi inkişafın davamlılığının təmin edilməsi, çoxsaylı regional və beynəlxalq layihələrin icrasına lazımi şəraitin yaradılması, iqtisadiyyata investisiya qoyuluşunun etibarlılığının təmin edilməsi, eləcə də dövlətçiliyin varisliyinin təmin edilməsi, dövlətin müdafiəsinin və milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Respublikamızda həyata keçirilən çoxsaylı islahatlar sübut edir ki, bir çox layihələri, o cümlədən müxtəlif sferaları əhatə edən Dövlət proqramlarını, habelə prezident seçilmiş şəxsin özünün seçkiqabağı proqramını həyata keçirməsi üçün beş illik müddət yetərli olmur.
Dünya təcrübəsinə nəzər salsaq, görürük ki, müasir dövrdə bir çox ölkələrdə prezidentin səlahiyyət müddətlərinin 6-7 ilə qədər artırılması tendensiyası müşahidə olunur. Məsələn, Rusiya Federasiyası Prezidentinin səlahiyyət müddəti konstitusion islahatlar çərçivəsində 4 ildən 6 ilə artırılmışdır. Prezidentin səlahiyyət müddətinin uzunmüddətli olması praktikası bir çox digər qabaqcıl və demokratik ölkələrdə də mövcuddur. Məsələn, İtaliya, İrlandiya 7 il, Finlandiya, Avstriya, Meksika 6 il və s.
Qeyd olunanları ümumiləşdirsək, Konstitusiyaya prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı təklif olunan dəyişiklik Azərbaycan dövlətçiliyinin varisliyinin, ölkənin ardıcıl və davamlı sosial-iqtisadi inkişafının və siyasi sisteminin sabitliyinin təmin olunmasına, münbit investisiya mühitinin yaranmasına, dövlətin müdafiəsi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, dövlət idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcək.
Ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsində əsas məqsəd Konstitusiyaya əlavə və dəyişikliklərin hər birinin mahiyyətini əsaslı şəkildə seçicilərə çatdırmaq, onları düzgün maarifləndirməkdir. Əminik ki, təbliğat işinin lazımi səviyyədə qurulması seçicilərin 26 sentyabr ümumxalq səsverməsində xüsusi fəallığı ilə müşayiət olunacaq, Azərbaycanın hərtərəfli inkişafına töhfə olan bu düzəlişlər yüksək səviyyədə dəstəklənəcək. Seçki hüququndan istifadə edərək Referendum Aktı layihəsinə səs verək!

 
  • Oxunub:  10860  |  
  • Tarix:  17-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA