Ana səhifə »  Müsahibə »  Konstitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və xalqın istəyi ilə üst-üstə düşür
A+   Yenilə  A-
Konstitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və xalqın istəyi ilə üst-üstə düşür

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Tahir Rzayev www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, sentyabrın 26-da ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar referendum keçiriləcək. Sizcə, Konstitusiya islahatlarını şərtləndirən amillər nədən ibarətdir?
- Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar referendum keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisədir. Ancaq bu məsələyə müxtəlif prizmalardan yanaşmalar mövcuddur.
Bilmək lazımdır ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız ölkədə gedən köklü sosial inkişafdan, həyata keçirilən mühüm islahatlardan, genişmiqyaslı layihələrdən irəli gəlmir, bunu həm də dünyada baş verən qlobal dəyişikliklər, hadisələr, dövləti qorumaq və müdafiə etmək, insanları yad mənfi meyillərdən çəkindirmək zərurəti tələb edir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan keçən 20 ildən çox vaxt ərzində həm ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında baş verən əsaslı dəyişikliklər, eləcə də respublikanın beynəlxalq aləmə çıxışı, dünya problemlərinə münasibətdə seyirçi mövqedə durmaması, Avropa dəyərlərinə yiyələnməsi, xarici dövlətlərlə əlaqələrin durmadan möhkəmlənməsi, digər tərəfdən daxildən və xaricdən ölkəmizin zəiflədilməsinə, asılı vəziyyətə salınmasına yönəldilən səylər, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hərbi qüdrətimizin, ordumuzun möhkəmləndirilməsi bu zərurəti surətləndirmişdir.
- Referendum Aktında bir sıra mühüm məsələlər əksini tapır. Buraya dövlət idarəçiliyinin təkmilləşdirilməsi, seçkili orqanlarda yaş senzinin azaldılması və digər vacib məqamlar daxildir. Bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
- Əlbəttə ki, nəzərdə tutulan dəyişikliklərin hər biri əhəmiyyətlidir. Birincisi, 7 illik prezident müddəti inkişaf etmiş bir çox demokratik ölkələrdə mövcuddur və bu müddət prezidentlərə ölkəni idarə etmək üçün maneə törətmir, əksinə mühüm uzunmüddətli proqramların, layihələrin həyata keçirilməsi, dövlətlərarası münasibətlərin möhkəmlənməsi üçün onlara geniş imkanlar yaradır.
Azərbaycanda Prezidentin 7 il müddətinə seçilməsi həm çevik və səmərəli idarəetmə mexanizminin yaradılıb təkmilləşməsinə, sosial və iqtisadi məsələlərin dinamik həll olunmasına, həm də dövlət büdcəsinə qənaət edilməsinə hesablanmışdır.
Yaş məhdudiyyətinin aradan qaldırılması əslində hər bir gəncə seçim yolu ilə öz bacarığını, savadını sübut etmək imkanı yaradır. Seçimə hörmət, dəyər vermək prinsipinin Konstitusiyada daha dolğun əks olunması, ictimai-siyasi həyatda gənclərin fəallığının yüksəlməsi bir stimul olmaqla bərabər, həm də Azərbaycan gəncinə göstərilən etimadın nümunəsi kimi qiymətləndirilməlidir, bu mütərəqqi bir addımdır.
Birinci vitse-prezident və vitse-prezidentliyin yaradılması Azərbaycan üçün yeni idarəçilik modeli olsa da, artıq bu institut bir çox ölkələrdə mövcuddur və səmərəliliyi ilə fərqlənir. Müəyyən səbəblərə görə - istirahət, müalicə, xarici ölkələrə səfərlər zamanı - vitse-prezidentin prezidenti əvəz etməsi, onun səlahiyyətlərini həyata keçirməsi təbii haldır. Bu, çevik idarəetmə mexanizminin formalaşması üçün vacibdir.
- Referendum Aktında insan hüquq və azadlıqlarının qorunması mexanizmlərinin daha da təkmilləşdirilməsini nəzərdə tutan məsələlər var. Bu dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?
- Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. Konstitusiya insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının da üzərinə vəzifə olaraq qoyub.
Dəyişiklik ediləcək Konstitusiyada insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq. Belə ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Təkcə bu fakt öz-özlüyündə Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün mahiyyətini və mənasını dəqiq ifadə edir. Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakının artırılması yönündə ciddi addımlar atılıb. Hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib. Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılıb. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması tamamilə təbiidir.
Qeyd edim ki, bu gün ölkənin davamlı inkişafının təmini baxımından bir sıra məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq. Məsələn, torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin, həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar uzun müddətə fermerlərə icarəyə verilib. Amma təəssüflə qeyd etməliyik ki, elə fermerlər var ki, bu torpaqlardan heç bir formada istifadə etmir. Dünyanın heç bir yerində torpaqlara belə biganə münasibət yoxdur. Ona görə aqrar sahədə əsas bütün diqqət həm də ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Hesab edirəm ki, Konstitusiyaya ediləcək yeni dəyişikliklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.
Referendum Aktının layihəsinə əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi barədə müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. Konstitusiya islahatından sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil ediləcək. Bu, Qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir.
- Tahir müəllim, radikal müxalifət Konstitusiya islahatlarına qarşı çıxaraq ictimai rəyi çaşdırmağa çalışır. Bu barədə nə deyə bilərsiniz?
- Referendum Aktına münasibətdə radikal müxalifət düşərgəsi gözlənildiyi kimi yenə də əsassız iddialarla çıxış etməkdədir. Qəribədir ki, ölkədə insan hüquq və azadlıqlarının daha dolğun təmin edilməsindən, siyasi sistemin və idarəetmə mexanizminin təkmilləşməsindən, dövlət hakimiyyətinin möhkəmləndirilməsindən, gənclərə öz fəaliyyətlərini göstərmək və genişləndirmək üçün şəraitin yaradılmasından, yerli idarəetmə orqanlarının məsuliyyətinin artırılmasından, ictimai-siyasi sabitliyin qorunmasından daim söz açanlar bu gün dediklərinin əksini söyləməkdədirlər.
Hətta onlar bu dəyişikliklərin insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xidmət etdiyi barədə yanlış bəyanatlar verirlər. Bu bəyanatların hüquqi əsası yoxdur və təbiidir ki, pisliyə yozulan düşüncələrin ifadəsidir.
Ümumiyyətlə, Konsitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və maddələrdə əks olunan yeni fikirlər xalqın istəyi ilə üst-üstə düşür. Bu, səsvermə zamanı özünü bir daha təsdiq edəcəkdir. Sözsüz ki, hər bir azərbaycanlı seçici səsvermədə fəal iştirak edəcək, xalqımızın və dövlətimizin gələcək inkişafında müstəsna rola malik olan bu sənədin lehinə səs verəcəkdir.

 
  • Oxunub:  11160  |  
  • Tarix:  17-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA