Ana səhifə »  Müsahibə »  Azərbaycandakı dinamik inkişaf və tərəqqi Konstitusiyada da müəyyən əlavə və dəyişiklikləri zərurətə çevirib
A+   Yenilə  A-
Azərbaycandakı dinamik inkişaf və tərəqqi Konstitusiyada da müəyyən əlavə və dəyişiklikləri zərurətə çevirib

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Nəsib Məhəməliyev www.yap.org.az saytına müsahibə verib:
- Nəsib müəllim, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsindəyik. Əlavə və dəyişiklikləri şərtləndirən amillər hansılardır?
- Dövlətimizin başçısı İlham Əliyevin  «Bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi ölkə  kimi tanınır. Azərbaycanda xalqla iqtidar arasındakı birlik ən yüksək səviyyədədir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə gedir, iqtisadi potensial, hərbi qüdrətimiz güclənir. Azərbaycanda  gözəl ictimai ab-hava var. Bu, doğrudan da nümunəvi bir ölkədir və bütün bu uğurların başlıca səbəbi müstəqillikdir» fikirlərini Azərbaycanın bugünkü uğurlarının ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirmək olar. Atılan hər bir addımın mahiyyətini düzgün dəyərləndirmək üçün təbii ki, keçilən yola baxış keçirmək və bu fonda ümumiləşdirmə aparmaq bir zərurətdir. 
Azərbaycanın 25 ilə yaxın müstəqillik tarixində qazandığı uğurların təhlilini bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Konstitusiyamızın qəbulundan  ötən 21 ildə  iki dəfə əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçirildiyini, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə  sentyabrın 26-da növbəti  referendumun  keçiriləcəyini nəzərə alsaq, bir reallıq özünü daha qabarıq şəkildə büruzə verir ki, yeniləşmə, təkmilləşmə  dövlət siyasətinin əsasıdır, yəni qəbul olunan qanunlar,  hətta Ali Qanunumuz dəyişməz qəbul edilmir.  Dövrün tələbinə uyğun olaraq  zaman-zaman yeniləşməyə, təkmilləşməyə böyük zərurət duyulur. Milli Konstitusiyamızın qəbul olunduğu 1995-ci ilin tələbi ilə, təbii ki, bu günümüzün tələbi eyni deyil. Bu baxımdan ki, Azərbaycan hər bir sahədə inkişaf, tərəqqi dövrünu yaşayır.
Zəngin təbii resurslara malik olan Azərbaycan bu ehtiyatlardan səmərəli istifadə etməklə öz iqtisadi imkanlarını günbəgün genişləndirir.  Təbii ki, atılan hər bir addımın arxasında ölkəmizin iqtisadi qüdrətinin  böyüklüyü dayanır.  Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə diqqət yetirdikdə onların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təmin edilməsinə,  dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlib. Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında bəyan edir ki, iqtisadi tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Konstitusiyamızın «Dövlətin ali məqsədi» maddəsində də bu fikir öz əksini tapıb ki, insan hüquq və azadlıqlarının qorunması, onların yüksək rifah halının təmin edilməsi  dövlətin ali məqsədidir.  
İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətinə də öz müsbət təsirini göstərir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir. İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların fəaliyyəti üçün normal şəraitin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsi və s kimi amillər ölkəmizdə demokratik, hüquqi, sivil dövlət quruculuğu prosesinin sürətlə getdiyinin təsdiqidir. Bir əsas məqamı da vurğulayaq ki, Azərbaycan tolerant ölkədir, Şərqlə Qərbin  arasında bir körpü rolunu oynayaraq, əlaqələrin inkişafına  davamlı töhfələr verir.
- İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda  ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da diqqətdən kənarda qalmır…
-  Azərbaycan dövləti  siyasətində müstəqil olduğunu atdığı hər addımında təsdiqləyir. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, müstəqil iqtisadi siyasət həyata keçirə bilən dövlət  siyasətində müstəqil ola bilər. Azərbaycanın adı  bu sahədə də nümunəvi ölkə kimi vurğulanır.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, məhz iqtisadi güc  bu imkanları  yaradır: «Bizim əvvəllər də enerji  resurslarımız var idi. XIX əsrin sonları- XX əsrin əvvəllərində  Azərbaycan nefti dünya neftinin 50 faizini təşkil edirdi. Ancaq o sərvət, o nəticələr harada idi?! Çünki o resurslar bizə məxsus deyildi. Ancaq müstəqillik illərində  biz böyük nəticələrə nail ola bilmişik.»
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın malik olduğu imkanlardan səmərəli istifadə etiməsi bugünkü uğurlara geniş yol açıb.  1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycan iqtisadi müstəqilliyini bir daha dünyaya nümayiş etdirdi, dünya iqtisadi sisteminin əsası qoyuldu.  Ümummilli lider Heydər Əliyev bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan,  səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı. Azərbaycan iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi.  Hazırda böyük inam və fəxr hissi ilə qeyd ediriksə ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi  200  milyard dollara çatıb, bu məhz həmin dövrdə əsası qoyulan sabitliyin, yaradılan investisiya mühitinin göstəricisidir. «Əsrin müqaviləsi»nin imzalanmasından sonrakı dövrdə imzalanan onlarla müqavilələr Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. 
 Azərbaycanı dost, etibarlı tərəfdaş kimi qəbul edən ölkələrin sayı artmaqdadır. Təbii ki, bu uğurlar ölkəmizin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə münasibətlərini eyni prinsiplər əsasında qurmasından irəli gəlir. «Biz hesab edirik ki,  dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malik olmalıdır» bəyan edən ölkə Prezidentimiz İlham Əliyev bildirir ki, bütün ölkələrlə siyasətimizi  bu prinsiplər əsasında qururuq.  Qarşılıqlı hörmət və maraq əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında əsasdır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də öz müsbət təsirini göstərir. Belə ki, dünya Azərbaycan həqiqətlərini olduğu kimi dəyərləndirməyə çalışır, münaqişənin həllində ölkəmizin mövqeyini dəstəkləyir, problemin regionun iqtisadi inkişafında böyük maneə olduğunu bildirir. Müharibə şəraitində yaşayan bir ölkə olaraq Azərbaycanın inkişaf yolunda inamla irəliləməsi dövlətimizin siyasətinin alternativsizliyinin beynəlxalq aləmdə dəstəklənməsini şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır: «Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir. Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas  vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli  bayrağımız Şuşada, Xankəndidə qaldırılacaqdır. Hər bir Azərbaycan vətəndaşı  bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır.» Bir faktı qeyd etməklə Azərbaycanın bu gün dünyada yeri və rolunun aydın mənzərəsini yarada bilərik. Ölkəmizin 155 dövlətin dəsətyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi  uğurlarımıza, ədalətli mövqeyimizə böyük dəstəyin göstəricisidir. 
Azərbaycanın hazırda  müxtəlif sahələri əhatə edən  tədbirlər üçün əsas məkan seçilməsi də uğurlarımızın əsas tərkib hissələrindəndir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bəyan edir ki,  ölkəmizin iştirakçısı və  təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir. 2014-cü ildə  «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyində «Cənub» Qaz Dəhlizinin təməlinin qoyulması çoxtərəfli əməkadlığa yönələn addım kimi dəyərləndirildi. «Əsrin müqaviləsi» XX əsrin, «Cənub» Qaz Dəhlizi isə XXI əsrin müqaviləsi kimi qeyd edilir.  25 ilə yaxın müstəqillik tarixinə malik  Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda artan siyasi çəkisini, yeri və rolunu gördükdə, əldə olunan uğurlar qarşıdakı 10, 20 ilin prioritetlərinin düzgün müəyyənlədirilməsinə böyük əsas yaradır.   Bu da ondan irəli ki,  Azərbaycan dövləti hər dövrün çağırışını yüksək səviyyədə yerinə yetirməyə səy göstərir.
Qısa təhlil fonunda Konstitusiyaya əlavə və dəyişiklikləri şərtləndirən amillər daha qabarıq şəkildə diqqət çəkir. 2009-cu ildən, yəni son ümumxalq səsverməsindən bu günə Azərbaycanın qazandığı uğurlara, təcrübəyə diqqət yetirsək,  Ali Qanunumuzda təkmilləşmə mütləqdir. Dünyaya inteqrasiya siyasətini uğurlar həyata keçirən Azərbaycanın bu uğurları ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də yüksək dəyərləndirilir. Bu gün artıq dünya Azərbaycanın idman ölkəsi kimi də artan nüfuzundan bəhs edir. Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda həmin tədbirlərin əhəmiyyəti daha aydın görünər. İdman tədbirlərində idmançılarımızın uğurları dövlət himnimizin səsləndirilməsi, bayrağımızın yüksəklərdə dalğalanması ilə müşaiyət olunur ki, bundan yalnız və yalnız qürur duymaq olar.
Bütün bu sadaladıqlarımız bir həqiqətə söykənir ki, Azərbaycanı daha da güclü, qüdrətli dövlətə çevirmək dövlət siyasətinin ana xəttini təşkil edir. Hər sahə üzrə konkret Dövlət Proqamlarının, eyni zamanda qanunlarımızın mövcudluğu, Ali Qanunumuzda  bununla bağlı maddələrin olması və zaman-zaman təkmilləşmə  də deyilənlərin təsdiqdir.
- Nəsib müəllim, demokratik prinsiplərin dünənimizin, bu günümüzün və gələcəyimizin əsası olduğu  Konstitusiyaya əlavə və dəyişikliklərdən də aydın görünür. Vətəndaş  amilinə dəyəri necə şərh edərdiniz?
- Konstitusiya  demokratiyanın ən mühüm nailiyyətlərindən biridir. Qeyd etdiyimiz kimi,  Ali Qanunumuza əlavə  və dəyişikliklər daxili və xarici amillərlə şərtlənir. Ölkə daxilində sabitliyin, iqtisadi, demokratik  inkişafın yüksək səviyyədə təmin edilməsi dünyaya inteqrasiya siyasətinin  daha da sürətləndirilməsinə yol açır. Azərbaycan hər zaman dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır. Konstitusiyada  insan hüquq və azadlıqlarının, onların layiqli həyat səviyyəsinin təmin edilməsini  ali məqsəd kimi bəyan edən Azərbaycan dövləti  mütəmadi olaraq  daha səmərəli müdafiə mexanizmlərinin tətbiqinə səy göstərir. 23 maddəyə ediləcək əlavə və dəyişikliklərə, eyni zamanda əlavə olunan 6 maddəyə diqqət yetirdikdə vətəndaş amilinə diqqət və qayğı bir daha özünü təsdiqləyir. Vətəndaşlığın  prinsipləri də  əlavə və dəyişikliklərdə yer alıb. Referendum Aktına görə  Konstitusiyanın 53-cü maddəsinin I hissəsində  «heç bir halda» sözlərinin çıxarılması vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipini məzmun etibarı ilə  məhdudlaşdırsa da, bu,  ümummili mənafe – dövlət və ictimai təhlükəsizlik, milli-mənəvi dəyərlərin qorunması, digər vətəndaş hüquqlarının təmin edilməsi zərurəti ilə şərtlənir. Vətəndaşların seçki hüquqlarının təminatlarına dair  əlavə və dəyişikliklərdə də diqqətçəkəndir. Reallıq budur ki, ölkəmizdə vətəndaşlara bütün hüquqlar verilib, ən əsası keçirilən seçki proseslərində öz seçim hüquqlarının yüksək səviyyədə istifadə etmək üçün sərbəst şərait yaradılıb.  Referendum Aktının  56-cı maddəsinin III hissəsində «seçkilərdə iştirak etmək» sözlərinin «seçilmək sözü» ilə əvəz edilməsi təklif olunur.  Konstitusiyanın 56-cı maddəsinin I hissəsində  bildirilir ki,  Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Bir əsas məqamı da qeyd edək ki,  Azərbaycan hökumətinin 2003-cü ilin mayında Avropa Şurası Venesiya Komissiyası, eyni zamanda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsi  seçkilərin, eyni zamanda referendumun  beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirsə də, bu sənədə də mütəmadi olaraq əlavə və dəyişikliklər edilmişdir. Yenə də məqsəd  təkmilləşmə, yeniləşmə, dəyişikliklərin, inkişafın bu sənəddə də  öz əksini tapmasına nail olmaqdır.
Ümumiləşdirmə aparsaq, hər bir əlavə və dəyişikliyin əhəmiyyəti  böyükdür. Onların düzgün təhlili və ictimaiyyətə çatdırılması vacib amillərdəndir. Ən əsası insan amilinə dəyər bu əlavə və dəyişikliklərin əsasında dayanır.
- Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönələn əlavə və dəyişikliklər  barədə fikirlərinizi bilmək istərdik…
- Dünya təcrübəsinə istinad etsək,  bir çox ölkələrdə  prezidentin səlahiyyət müddətinin 6-7 ilə qədər artırılması müşahidə olunur.  Bu baxımdan qeyd edə bilərik ki,  Konstitusiyaya Prezidentin səlahiyyət müddətinin 5 ildən  7 ilə uzadlıması ilə bağlı təklif olunan dəyişiklik  ölkəmizin davamlı sosial-iqtisadi inkişıfının, sabitliyin təmin olunmasına, ən əsası dövlətin təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.  Vitse-prezident institutunun təsis edilməsində məqsəd   prezident üsuli-idarəsinin təkmilləşdirilməsi mexanizminin müasir dövrün tələblərinə cavab verməsinin təmin edilməsidir. Bu institutun təsis edilməsinin Referendum Aktında əksini tapması ölkəmiz üçün yeni olsa da,  dünya dövlətlərində  geniş tətdiq olunur.  Qeyd etdiyimiz kimi, dünya dövlətlərinin təcrübəsinə  diqqət göstərilərək, onların tətbiqi istiqamətində addımlar atmaq dövlət siyasətimizin  prioritet istiqamətlərindən biridir.
Təbii ki, bir müsahibə çərçivəsində Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən səbəblər, eyni zamanda  həmin əlavə və dəyişikliklərin mahiyyəti barədə geniş bəhs etmək  mümkün deyil. Reallıq budur ki, Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu inkişaf və tərəqqinin Ali Qanunumuzda da öz əksini tapması zəruridir, mütləqdir.
Düşünürəm ki, təbliğat-təşviqat kampaniyası dövründə hər bir əlavə və dəyişiklik barədə dolğun məlumat seçicilərin 26 sentyabr  ümumxalq səsverməsində  fəallığını, bu düzəlişlərə dəstəyini yüksək səviyyədə təmin edəcək. Səs verək, dəstək olaq!

 
  • Oxunub:  12570  |  
  • Tarix:  19-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA