Ana səhifə »  Müsahibə »  Referendum Aktı layihəsi qloballaşan dünyada gedən davamlı proseslərin fonunda zərurətdən irəli gələn çağırışdır
A+   Yenilə  A-
Referendum Aktı layihəsi qloballaşan dünyada gedən davamlı proseslərin fonunda zərurətdən irəli gələn çağırışdır

 "Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Bəhruz müəllim, artıq ölkəmizdə referendumla bağlı ümumxalq səsverməsinə sayılacaq günlər qalıb. Siz, Konstitusiyamıza ediləcək əlavə və dəyişiklikləri zəruri edən səbəblər barədə hansı fikirlərinizi bölüşə bilərdiniz?
- Çox doğru bir fikirdir ki, 26 sentyabr tarixində baş tutacaq ümumxalq səsverməsi Referendum Aktı layihəsi, ilk növbədə, zərurətdən doğan bir addımdır və bu təşəbbüsün reallaşdırılması xalqımızın, dövlətimizin daha güclü inkişafına hesablanmış əhəmiyyətli addımdır. Dünya inkişaf edir, proseslər bir-birini sürətlə əvəzləyir. Belə bir ərəfədə Azərbaycan da dünya birliyinin bir parçası kimi inkişaf edir və bu faktor növbəti tələbləri, dövrün zəruri sifarişlərini önə sürür. Eyni zamanda, qeyd etmək olar ki, dövlətin idarə edilməsi hərəkətdə olan bir prosesdir və zaman keçdikcə, bunun təkmilləşməsinə, müasirləşməsinə, modernləşməsinə ehtiyac duyulur. Bu da qloballaşan dünyada gedən davamlı proseslərin fonunda ehtiyacdan irəli gələn zəruri çağırışdır.
Xüsusilə, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə reallaşdırılan düşünülmüş, məqsədyönlü və müstəqil siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə aparıcı dövlətlər sırasında öz mövqeyini möhkəmləndirməyə nail olub. Əlbəttə ki, istər iqtisadiyyatda, istər sosial siyasətdə, istərsə də digər sahələrdə qazanılan uğurlar  xalqımızın rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayıb. Məhz Referendum Aktı layihəsi çərçivəsində Konstitusiyamızda ediləcək əlavə və dəyişikliklər inkişafın növbəti mərhələsinə keçid imkanı yaradır. Bu imkandan istifadə etmək isə günümüzün tələbinə çevrilib. Çünki davamlı islahatlar aparılmasa, əldə edilən inkişaf tərəqqi edən dünya ilə ayaqlaşa bilməz. Bu, həm də bir aksiomadır. Ona görə də Konstitusiyaya təklif edilən əlavələr və dəyişikliklər özündə sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə kifayət qədər ehtiva edir, islahatlar nəticəsində əldə ediləcək növbəti nailiyyətləri səciyyələndirir.
Bu baxımdan, bir daha vurğulamaq yerinə düşərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə dinamik inkişafa nail olunub. Çünki daha öncəki qanunlarımızda da inkişafın sürətli mərhələsini təmin edən müddəalar yer almışdır. Yəni hazırkı müddəalar Ali Qanunda da öz əksini tapıb, indi isə bu qanunları təkmilləşdirmək zərurəti yaranıb. Məsələn, sonuncu referendum ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərə əsasən, 12-ci maddənin I bəndində "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri içərisində göstərilib. İndi isə Konstitusiyaya edilməsi təklif edilən bir sıra əlavə və dəyişikliklər həmçinin, sosial məzmunu da buraya əlavə edib. Ona görə də hesab edirəm ki, biz hazırda zamanın tələblərindən doğan çox mühüm bir mərhələni yaşayırıq. Bu səbəbdən, demək mümkündür ki, 26 sentyabr referendum günü Azərbaycanın inkişaf səhifəsinə növbəti tarixi hadisə kimi yazılacaq.  
- Sizcə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycanın demokratik inkişafı və siyasi baxımından hansı faktorları ehtiva edir?
- Təbii ki, islahatlar digər sahələrlə yanaşı, demokratik inkişafa da öz töhfələrini verəcək. Düzdür, ötən illər ərzində ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu istiqamətində çoxlu sayda böyük uğurlar əldə edib. Lakin biz bu nəhəng uğurlarla kifayətlənməməli, daha böyük nailiyyətlərə imza atmalıyıq. Çünki dövlət quruculuğu prosesi ilə vətəndaş cəmiyyəti institutlarının inkişafı paralellik təşkil etməlidir, eyni zamanda, xalqımız da buna layiqdir.
Həmçinin, qeyd etmək istərdim ki, hər bir inkişaf mərhələsində əsas töhfəverici qüvvə kimi, ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası (YAP) daim öndə olub. Partiyanın yarandığı dövrdən etibarən başlatdığı mübarizə yolu, məhz özündə Azərbaycanın müstəqillik istiqamətini, həmçinin demokratikləşməsi meyarlarını əks etdirib. 1993-cü ildən başlayaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji hədəflər və inkişaf xətti bu gün Onun layiqli davamçısı Yeni  Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev cənabları tərəfindən davam etdirilir. Ona görə də qeyd edə bilərik ki, hər bir inkişaf amili arxasında Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri dayanır. Bu prinsiplərin nəticəsidir ki, əldə edilmiş nailiyyətlər bütün sahələri əhatə edir. Əbəs yerə deyil ki, ötən illər ərzində dövlətimiz tərəfindən aparılan mütərəqqi islahatların nəticəsi olaraq, Azərbaycanda söz və vicdan azadlığı, çoxpartiyalılıq, fikir plüralizmi və s. mühit formalaşıb. Ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan xalqında dövlətin gücünə və gələcəyinə inam hissi, milli təfəkkürdə düşüncə və dönməz ideoloji xətt, azərbaycançılıq ideyası əsasında isə müstəqil dövlətçilik təsəvvürləri formalaşdırıb. Nəticədə Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə siyasi çəkisinə görə sayılıb-seçilən, müstəqil siyasət yürüdən dövlətə çevrilib ki, bu amil nəticəsində ölkəmiz daha yüksək zirvələri fəth etmək imkanını qazanıb. Beləliklə də, Konstitusiya islahatlarının reallaşdırılması sözügedən prosesə stimul verməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsində önəmli rol oynayacaq.
- Bəhruz müəllim, ümumxalq səsverməsinə çıxarılan məsələlərdə digər müddəalarla yanaşı, milli təhlükəsizliklə də bağlı bir sıra məqamlar yer alıb. Necə fikirləşirsiniz, əlavə dəyişikliklər bu istiqamətdə hansı özəllikləri ilə seçiləcək?
- Hər birimizə aydındır ki, əgər dövlətin təhlükəsizliyi təmin olunmasa, onun inkişaf mərhələsi məhdudlaşır. Ona görə də dövlətçiliyin əsas təməl prinsiplərindən biri də məhz bu sferanı əhatə edir. Əbəs yerə deyil ki, Referendum Aktının layihəsində də bu məsələlər öz əksini tapıb. Belə ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsinin "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır" redaksiyada verilməsi təklif edilib. Ona görə də bu və digər nümunələr islahatlar sırasında bilavasitə təhlükəsizliyin təmin olunmasına istiqamət alır.
Bütün bu kimi faktorları incələyərkən, təhlilini apararkən, məhz belə nəticəyə gəlməyə zəmin yaradır ki, inkişafımızın sürətli və dinamikliyi üçün hər bir Azərbaycan vətəndaşı milli təhlükəsizliyin təminatında iştirak etməli, daim dövlətçilik  maraqlarının müdafiəsində fəallıq göstərməlidir. Ümumiyyətlə, tarixin bütün dövrlərində  xalqımız müdrik qərarlara imza atmağı bacardığı kimi, bu dəfə də belə olacaq. Əminəm ki, 26 sentyabrda keçiriləcək referendum da müvəffəqiyyətlə nəticələnəcək,  dövlətimiz, ölkəmiz, millətimiz və hər bir vətəndaşımız üçün xeyirli olacaqdır.   
- Diqqətçəkici məsələlərdən biri də birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması ilə əlaqədardır. Sizcə, idarəçilik praktikasında təklif edilən həmin vəzifələrin təsis  edilməsi hansı yenilikləri gətirəcək?
- Biz bilirik ki, dünyanın ən aparıcı dövlətlərində 1-ci vitse-prezident və vitse-prezident institutları mövcuddur. Azərbaycan da inkişaf və tərəqqi edən ölkə kimi dünyanın siyasi mühitində modern ölkələr sırasında yer aldığına görə, bu institut da yeniliklər etməlidir. Bu institut Respublikada modern bir mexanizm olaraq, çevik idarəetmə sisteminin formalaşmasına xidmət edəcəkdir. Sözügedən təklif isə instisional baza olaraq, bilavasitə dövlətimizin və idarəçilik formatının yeni -  daha çevik idarəetmə xüsusiyyətlərini formalaşdıracaq. Xüsusilə, hazırda dünyada cərəyan edən qlobal təhlükələrdən qorunmaq üçün bu dəyişikliklər çox vacibdir.
Beləliklə, inanırıq ki, təklif olunan dəyişiklərdə nəzərdə tutulan bu vəzifələrin təsis edilməsi ölkəmizin müasir və modernləşmiş siyasi sistemində olduqca münbit təsirlərini göstərəcək.
- Bu arada, təkliflər əsasında yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı da fikirlərinizi öyrənmək istərdik...
- Təbii ki, daha bir əhəmiyyətli məqam Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə iştirakı ilə bağlı dəyişiklərdir. 85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilməsi, həmçinin 100-cü maddədən "Yaşı otuz beşdən aşağı olmayan" sözləri çıxarılması təklif olunur. Bu isə belə qənaətə gəlməyə imkan yaradır ki, yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti, ümumiyyətlə aradan qaldırılır. Yəni bu zərurət, həm də ondan irəli gəlir ki, hazırda ölkəmizdə yürüdülən uğurlu gənclər siyasəti, o cümlədən, gənclərimizə olan dövlət qayğısı sayəsində yeni, intellektual, daha böyük və müasir dünyaya bağlı olan gənc nəsil yetişib. Belə olan təqdirdə onların potensialından, gücündən, ideyalarından milli və dövlət maraqları üçün istifadə etmək vacib amildir. Bu, həm də müasir dövrümüzün aparıcı tələblərindəndir. Hesab edirəm ki, belə milli potensialdan səmərəli istifadə üçün hüquqi bazanın yenilənməsinə həqiqətən də ehtiyac duyulurdu. Mövcud təkliflərdə sözügedən faktorun önə çəkilməsi isə yalnız müsbət qiymətləndirilə bilinər.
- Siz, səlahiyyətli nümayəndə qismində bölgələrdə olursunuz və xalqla təmas qurmusunuz, ümuymiyyətlə, mövcud durumu necə qiymətləndirərdiniz?
- Bəli, biz demək olar ki, Azərbaycanın bütün bölgələrində seçicilərlə görüşlər keçiririk. Görüşlərdən sonra bir daha əmin olduq ki, xalqımız bu təşəbbüsü bəyənir və dəstəkləyir. O cümlədən, vətəndaşlar Referendum Aktının layihəsi ilə bağlı müddəaları oxuyub və əlavə və dəyişikliklərdəki təkliflər barədə tam məlumatlıdırlar. Onu da deyə bilərəm ki, bölgələrdə sakinlərlə keçirilən görüşlər, xalqın proseslərdəki siyasi fəallığı, onların dəyişikliklərlə bağlı kifayət qədər məlumatlı olmaları bu mənzərəni tamamilə təsdiqləyir. Çünki xalqımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursu daim dəstəklədiklərini bildirir, bizimlə söhbətlərində bunu dönə-dönə vurğulayırlar. Biz sentyabrın 26-da bu əminliyin və növbəti qələbələrə doğru atılacaq imzaların növbəti dəfə şahidləri olacağıq. Xalq dinamik inkişafa, davamlı tərəqqiyə "HƏ" deməklə yanaşı, bu inkişafda lokomotiv rolunda çıxış edir və bunu ümumxalq səsverməsi günündə Vətənə, dövlətə sevgisi ilə sübuta yetirəcəkdir.

 
  • Oxunub:  12990  |  
  • Tarix:  21-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA