Ana səhifə »  Müsahibə »  Yeni Referendum Aktı dövlət müstəqilliyinin daha da inkişaf etdirilməsinə təminat verir
A+   Yenilə  A-
Yeni Referendum Aktı dövlət müstəqilliyinin daha da inkişaf etdirilməsinə təminat verir

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İsa Həbibbəyli www.yap.org.az saytına müsahibə verib:
- İsa müəllim, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər   hansı zərurətdən yaranmışdır?
- Azərbaycan cəmiyyəti ölkəmizin Konstitusiyasına dair Referendum Aktını zamanın sifarişi kimi qəbul etmişdir. Çünki Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi,  ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən  müasir proseslər dövlət idarəetməsi istiqamətində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır. Azərbaycan  müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və geniş miqyaslı islahatların sayəsində irəli gedərək, bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Daha dəqiq desək,  inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də öz növbəsində böyük inkişafa təkan vermişdir. Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək  üçün zaman növbəti islahatların sifarişini irəli sürür. Möhtərəm Prezidentimiz  İlham Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlmişdir. Dövlət başçısı  tərəfindən irəli sürülmüş düşünülmüş dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm nailiyyətlərin və yeniləşmələrin əldə edilməsinə yol açır.  Əslində təklif edilən dəyişikliklər respublikamızda dövlət müstəqilliyinin 25 il ərzində keçilmiş inkişaf yolunun dərslərindən çıxarılan mühüm nəticələrdir. Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsində ölkəmizin hər bir vətəndaşı maraqlı olduğu üçün Konstitusiyaya təklif edilən dəyişikliklər bütövlükdə xalqımızın milli maraqlarını və dövlətçilik ideallarını ifadə edir. Ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun  qərarında deyildiyi kimi, təklif olunan dəyişikliklər ölkəmizin ümumxalq səsverməsi ilə qəbul olunmuş Baş Qanunnaməsinin – Konstitusiyamızın tələblərinə və prinsiplərinə tamamilə uyğundur. Bu, eyni zamanda, tarixə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə daxil olmuş  Konstitusiyamızın cəmiyyətdə baş verən proseslərə açıq olduğunu və mövcud reallıqlardan doğan dəyişikliklərlə zənginləşdiyini bir daha nümayiş etdirir.
- Referendum Aktında insan hüquqlarının müdafiəsi ilə əlaqədar müddəalara münasibətinizi bilmək istərdik…
- Təəssüf ki, insan hüquqları məsələsinə bir çox Qərb siyasi dairələrində ikili standartlar mövcuddur. Bəzi beynəlxalq qurumlar üçün insan hüquqları məsələsindən təzyiq və təsir mexanizmi kimi istifadə olunur. «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsində insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində irəli sürülən təkliflər isə ilk növbədə ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaq. Bu istiqamətdə indiyədək  Azərbaycan cəmiyyətində daim islahatlar həyata keçirilmiş, ciddi bir inkişaf səviyyəsinə nail olunmuşdur. Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsinin tələbatı kimi meydana çıxan dəyişikliklərin əsasən insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması geniş mənada müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafelərinin möhkəmləndirilməsinə şərait yaradır.
- İsa müəllim, son illərin dünya təcrübəsi göstərdi ki, bir çox ölkələr ordu quruculuğu məsələsinə yenidən baxır. Referendum Aktında ölkəmizdə ordunun idarə olunması ilə əlaqədar irəli sürülən müddəaları necə şərh edərdiniz?
- Əlbəttə, möhkəm və güclü orduya malik olmaq dövlət üçün çox əhəmiyyətli məsələdir. Dövlətçilikdə xüsusi çəkiyə malik olan, ölkənin müdafiəsini və təhlükəsizliyini təmin edən Silahlı Qüvvələrin idarə olunmasına dair Referendum Aktında təklif edilən dəyişikliklər bu ciddi və məsuliyyətli sahədə vahid komandanlıq sisteminin formalaşdırılması üçün zəruridir. Azərbaycan ordusunun və ölkəmizdə mövcud olan başqa silahlı birləşmələrin hamısının vahid qaydada Ali Baş Komandana tabe olması, eyni mərkəzdən idarə olunması, hər şeydən əvvəl, dövlət idarəçiliyinin bir daha möhkəmləndirilməsi deməkdir. Bu, eyni zamanda, ordu quruculuğu sahəsində növbəti islahatdır. Heç şübhəsiz, Referendum Aktının tələbinə uyğun olaraq təklif olunan dəyişiklik əsasında «başqa silahlı birləşmələr», yəni Azərbaycan Respublikasının Milli Ordusu ilə yanaşı, ayrı-ayrı nazirliklərin tabeliklərində olan  sahələr üzrə ordu birləşmələri də tabeçilik və idarəetmənin möhkəmləndirilməsi üzrə öz fəaliyyətlərini daha da təkmilləşdirəcək. İllərdən bəri davam edən müharibə şəraitində olan Azərbaycan  üçün ordu quruculuğunda belə bir islahat son dərəcə əhəmiyyətlidir.  Bundan başqa, son vaxtların dünya hadisələrinin təcrübəsi də müxtəlif nazirliklərin tabeliyində fəaliyyət göstərən ordu birləşmələrinin dövlət başçısının - Ali Baş Komandanın əmr və göstərişlərinə tabe edilməsinin zəruri olmasının əhəmiyyətini bir daha təsdiq edir.
- Referendum Aktında ölkəmizdə Prezident üsuli-idarəsinin formalaşdırılması haqqında təklifləri  necə qiymətləndirirsiniz?
- Əslində Azərbaycanda dövlət idarəçiliyi baxımından Prezident üsuli-idarəsi yolu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Baş Nazirinin və Milli Məclisin fəaliyyətinin təkminləşdirilməsinə dair Referendum Aktı layihəsində əksini tapmış dəyişikliklər öz məntiqi etibarilə Konstitusiyada edilməsi nəzərdə tutulan yeniləşmələrlə tamamilə uyğundur. Zəruri hallarda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar  Konstitusiyaya daxil edilməsi nəzərdə tutulan dəyişikliklər ölkəmizdə cəmiyyət həyatında baş verən proseslərdə hüquqi dövlət quruculuğunun təmin edilməsinə şərait yaradan müddəalardır. Nazirlər Kabinetində və Milli Məclisin təşkilindəki yeniliklər geniş mənada dövlət idarəçiliyinin də yeniləşdirilməsi tələbini meydana çıxarır. Bunlar dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən, Azərbaycan Respublikasında ölkədə möhkəm sabitliyi və hərtərəfli böyük inkişafı təmin etmək mənasında özünü tam da isbat etmiş Prezident üsul-idarəsinin daha da möhkəmləndirilməsinə, hakimiyyətin ayrı-ayrı qollarının işinə dövlət rəhbərliyinin gücləndirilməsinə zərurət yaradır. Bu, Prezidentlik institutunun, hakimiyyətin müxtəlif qollarının dövlət və xalq qarşısında məsuliyyətinin daha da artırılmasına təsiri və nəzarətini genişləndirməyə imkan yaradacaq. Nəticədə müstəqil dövlətçilik geniş işlək mexanizmi və möhkəm nəzarət imkanları olan bir sistemə çevriləcək. Bu, yeni, genişləndirililmiş dövlət idarəçilik sistemi təbii olaraq həmin böyük spektrdə idarəetməni məqsədyönlü şəkildə təmin etmək üçün Prezident üsul-idarəsində də yeni strukturların yaradılması zərurətini meydana qoyur. «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktında Konstitusiyanın 103, 105, 106, 108, 110-cu maddələrində ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq öz əksini tapmış vitse-prezidentlik istitutuna dair müddəalar tamamilə yenidir və nəticə etibarilə Prezident İdarəetməsi İnstitutunun daha da inkişaf etdirilməsinə xidmət edir. Prezident hakimiyyətinə əsaslanan idarəetmə sistemində Referendum Aktının müddəalarına əsasən Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin müəyyənləşdirilməsi qəbul olunmuş idarəçilik sisteminin normal fəaliyyətinin təmin edilməsinə öz töhfəsini verəcək. Fikrimizcə, vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda həm də artıq inkişaf etmiş müstəqil bir dövlətin formalaşdığını göstərən əhəmiyyətli bir faktdır. Məhz inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin və yeniləşmiş Azərbaycan cəmiyyətinin bütün istiqamətlər üzrə daha da irəli getməsi üçün ölkə Prezidentinin tabeçiliyində vitse-prezidentlərin fəaliyyət göstərməsi dövlət rəhbərinin həyata keçirdiyi geniş miqyaslı islahatların, dövlət başçısının rəhbərliyi ilə icra olunan möhtəşəm proqramların yerinə yetirilməsinə icra məsuliyyətini artırar, beynəlxalq əməkdaşlıq sahəsindəki çoxcəhətli fəaliyyətə təkan verə bilər. Bu mənada vitse-prezidentlik institutunun yaradılmasına dair Referendum Aktının təklif olunan müddəalarının qəbul edilməsi ölkəmizdə Konstitusiya islahatları səviyyəsində də ciddi bir addımdır. Dövlət idarəetmə sistemində ilk dəfə olaraq vitse-prezidentlik strukturunun formalaşdırılması  Prezident İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Nəinki müstəqillik dövründə, hətta  Azərbaycan dövlətçiliyinin bütün tarixi ərzində vitse-prezident formatında yeni səlahiyyətlər ilk dəfədir ki, tətbiq olunur. Vitse-prezidentlik ölkə Prezidentinin hakim komandasının yeni strukturu kimi dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə öz töhfələrini verəcək.
- Seçkilərdə iştirak etmək üçün yaş həddinə aid yeni maddələrə  baxışınız necədir?
- Fikrimcə, bu da zamanın irəli sürdüyü tələbatdır. Artıq Azərbaycanda möhkəm dövlətçilik prinsipləri formalaşmışdır. Eyni zamanda, ölkəmizdə azərbaycançılıq idealları üstündə köklənmiş yeni gənc nəsil formalaşmışdır. Referendum Aktında seçilmək hüququ ilə əlaqədar müəyyən edilən 18 yaş həddi Azərbaycanda  uğurla həyata keçirilməkdə olan gənclər hərəkatının idealları ilə tam səsləşir. Möhtərəm  Prezidentimiz İlham Əliyevin müstəqil dövlətimizin daha da inkişaf etdirilməsi istiqamətində gəncliyin qarşısında  açdığı geniş meydan ölkəmizin yeni nəslinin istedadlı, bacarıqlı, hərtərəfli hazırlığa malik nümayəndələrinin cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmışdır. Artıq respublikamızda gənclər müasir cəmiyyətin böyük qurucularına çevrilmişlər. Ona görə də seçilmək hüququ üzrə mövcud məhdudiyyətlərin aradan qaldırılması müstəqil Azərbaycan dövlətinin yeni nəslinin cəmiyyətin inkişafında daha yaxından və məsuliyyətlə iştirak etmələrinə yol açacaq. Bu, həm də müasir gənc nəsli ölkə miqyaslı böyük sınaqlara səfərbər etmək üçün də əhəmiyyətli addımdır. Hesab edirəm ki, dünyada özünün yüksək intellektual potensialı və dərin mənəvi dəyərləri ilə fərqlənən Azərbaycan xalqının yeni nəsilləri üçün müəyyən edilən 18 yaş həddində seçilmək hüququ xalqımızın, xüsusən yeni nəslin istedadını və qabiliyyətlərini üzə çıxarmaq baxımından da əhəmiyyətli olacaq.
- İsa müəllim, ölkə Prezidentinin seçilməsi müddəti haqqındakı müddəalar xalqımıza nəyi vəd edir?
- Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycanda müstəqillik dövründə qazanılmış uğurlar dövlət idarə etməsindəki sabit və davamlı proseslərlə əlaqədardır. Dünya xəritəsində rənglərin dəyişməsi təəssüf ki, bir çox hallarda aldadıcı, yalançı rəngli «inqilabların» nəticəsində yaranıb və nəticədə həmin ölkələrin xalqları dərin təəssüf və peşmançılıq hissindən başqa heç nə əldə edə bilməyiblər. Bu mənada Referendum Aktında Azərbaycan Respublikasının Prezidentinin fəaliyyət dövrünün 5 il əvəzinə 7 il müddətində nəzərdə tutulmasına dair dəyişikliklər də, fikrimcə, respublikamızda müasir inkişafın real məntiqindən doğan təbii haldır.  Azərbaycanda bütün sahələr üzrə daxili iqtisadi inkişafın ilkin mühüm problemləri əsaslı şəkildə həll edilmiş, yüksək  həyat səviyyəsi formalaşdırılmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri,  gələcək yeni inkişaf naminə ölkə və beynəlxalq  miqyaslı  davamlı proqramları həyata keçirməkdən, dövlətlərarası möhtəşəm layihələrin icrasına nail olmaqdan ibarətdir. Artıq ölkəmizdə ötən illər ərzində həmin istiqamətdə uğurlu təcrübələr əldə olunmuş, bir çox nəhəng transmilli layihələrin həyata keçirilməsi başa çatdırılmışdır. O da hər kəsə yaxşı məlumdur ki, Azərbaycan hazırda  Şimal-Cənub, «Şahdəniz-2», TANAP, Bakı-Tbilisi-Qars kimi yeni tarixi epoxanın ölkələrarası iri miqyaslı layihələrinə rəhbərlik edir. Ölkəmiz bir çox beynəlxalq səviyyəli böyük proqramların əsas icraçıları sırasında  mühüm yer tutur. Regionda sülhün və siyasi sabitliyin, iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfələr vermiş bu layihələr Azərbaycanı inkişafın hazırkı yüksək mərhələsinə çatdırmaqda mühüm rol oynamışdır. Regionların sosial-iqtisadi  inkişafına dair  Dövlət Proqramları Azərbaycanın ölkədaxili sürətli və hərtərəfli inkişafında tarixi hadisəyə çevrilmişdir. Belə böyük proqramların həyata keçirilməsi baxımından vaxt, zaman amili də çox mühüm faktordur. Bütün bu proseslər hazırda yeni mərhələyə qədəm qoyur. İlk növbədə ölkəmiz, həm də region, ümumiyyətlə dünya üçün əhəmiyyətli olan bu möhtəşəm proqramların həyata keçirilməsi baxımından təklif edilən 7 illik Prezidentlik müddəti daha geniş perspektivlər  vəd edir. Davamlı islahatlar nəticəsində  görüləcək işlər, reallaşdırılacaq böyük layihələr Azərbaycanın daha da irəli getməsinə, problemlərinin  uğurlu həllinə imkan yaradacaq. Bu mənada ölkəmizin və xalqımızın, o cümlədən regionun inkişafı üçün 7 illik dövlət rəhbərliyinin təmin edilməsi daha məqsədəuyğundur.  Bu, daha böyük inkişafın daha möhkəm təminatıdır.
İkincisi, Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin respublikamızda sülhün və sabitliyin, hərtərəfli dinamik inkişafın, xöşbəxt gələcəyin böyük qarantı olduğuna ürəkdən, dərindən, möhkəm inam bəsləyir. Geniş ümumxalq etimadı qazanmış dövlət başçısı  İlham Əliyevin beynəlxalq aləmdə qazandığı böyük nüfuzla xalqımız  fəxr edir. Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin  beynəlxalq nüfuzun qorunub saxlanılmasında, daha da inkişaf etdirilərək  möhkəmləndirilməsində maraqlıdır. Xalqımız bu inamı hər zaman ifadə edir ki,  həm ölkə, həm də beynəlxalq miqyasda  əldə olunmuş mühüm siyasi-iqtisadi, mədəni-mənəvi inkişafın uğurla yeni zirvələrə doğru addımlamasında ölkə Prezidenti İlham Əliyev  böyük təcrübəyə və möhkəm siyasi iradəyə sahibdir.
- Yeni Referendum Aktının təbliğatının hansı  formada həyata keçirilməsini  faydalı hesab edirsiniz?
- Bütövlükdə «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında» Referendum Aktı  müstəqil Azərbaycanda dövlət idarəçilik mexanizminin, siyasi sitemin daha da genişləndirilməsi və möhkəmləndirilməsi yolu ilə müstəqilliyimizin inkişafına və ümumiyyətlə, yeni inkişafa təminat verir. Bütün bunlara görə yeni tarixi epoxada Konstitusiyamıza dəyişiklik edilməsi nəzərdə tutulmuş müddəaların, ümumiyyətlə, yeni Referendum Aktının irəli sürdüyü islahatların mahiyyətini xalqımıza çatdırmaq, bu müddəaları Azərbaycan cəmiyyətinin dinamik inkişaf templəri və gələcək perspektivləri ilə birlikdə təbliğ etmək hər bir ziyalının ən mühüm və şərəfli vəzifəsi, borcudur. Dövlət müstəqilliyimizin  25 ili ərzində qazanılmış böyük nailiyyətlər, dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş mühüm dəyişikliklər Referendum Aktının həyata keçirilməsinə tam təminat verir.

 
  • Oxunub:  12750  |  
  • Tarix:  22-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18