Ana səhifə »  Müsahibə »  Konstitusiyaya islahatlarının tətbiqi ilə Azərbaycanın müasir inkişaf tarixinin yeni səhifəsi yazılır
A+   Yenilə  A-
Konstitusiyaya islahatlarının tətbiqi ilə Azərbaycanın müasir inkişaf tarixinin yeni səhifəsi yazılır

YAP İcra katibinin müavini, «Yeni Azərbaycan» təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, MM-in komitə sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, atılan hər bir addımı zəruri edən səbəblər mövcuddur. Bu nöqteyi-nəzərdən yanaşdıqda 26 sentyabrda  keçiriləcək ümumxalq səsverməsinə çıxarılacaq Konstitusiyaya  əlavə və dəyişiklikləri şərtləndirən amillər hansılardır?
- Artıq ümumxalq səsverməsinə  hazırlıq prosesinin son-təbliğat və təşviqat mərhələsindəyik. Bir neçə gündən sonra bu mərhələ də uğurla başa çatacaq, səsvermə prosesi keçiriləcək.
Son  ümumxalq səsverməsindən, yəni  18 mart 2009-cu ildən bizi 7 illək zaman ayırır. Bu dövrdə Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və beynəlxalq həyatında baş verən dəyişikliklərə  nəzər salmaq kifayətdir ki, Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən səbəblər açıqlansın. Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin keçirilən  iclasları ölkəmizin bütün sahələrdə qazandığı uğurlara bir baxış olmaqla yanaşı gələcək prioritetlərin müəyyənləşdirilməsi üçün  mühüm əhəmiyyət kəsb edir.  Ölkədəki sabitlik,  əlverişi iqtisadi mühit  Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının gunbəgün artmasında, bir sözlə, yeni dostlar qazanmasında stimulverici amildir.  Bu günlərdə  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan «Əsrin müqaviləsi»nin imzalanmasının 22 ili tamam oldu. Bu zaman baxımından qısa dövrdür. Amma uğurlara, iqtisadi imkanların fonunda digər sahələrdə əldə olunan nəticələrə diqqət yetirdikdə onların miqyasının nə qədər geniş olduğunu görürük. Ən əsası neft gəlirlərinin  idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə təmin olunması  qarşıya prioritet məsələ kimi qoyulan  iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinə imkanlar yaradır. Ölkə Prezidenti İlham Əliyev  ilk gündən neft kapitalının insan kaptialına çevrilməsini əsas məsələ kimi qarşıya qoyub. Bu istiqamətdə atılan addımların uğurlu nəticələri göz önündədir. Bu gün beynəlxalq səviyyədə də ölkəmizdə qeyri-neft sektoru sahəsində əlverişli mühitin mövcudluğu etiraf edilir.  Cənab İlham Əliyev sahibkarlığın inkişafını prioritet məsələ kimi irəli sürüb. Son zamanlar bu məqsədə xidmət edən Prezident fərman və sərəncamları ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Konstitusiyaya əlavə və dəyişikliklər arasında sahibkarlığın inkişafına yönələn düzəlişlər də əsas yer tutur.
İqtisadi tərəqqini sürətləndirən demokratikləşmə prosesinin bugünkü səviyyəsi də  göz qabağındadır. Ulu öndər Heydər Əliyevin «Demokritya bizim strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz» tezisi dövlətimizin həyata keçiridiyi  siyasətin əsasında dayanır.  Son ümumxalq səsverməsindən sonra  ölkəmizin siyasi həyatında  qazanılan uğurlara diqqət yetirək.  Hər bir dövlətin  inkişafında mühüm hadisə olan seçkilərin nəticələri dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, eyni zamanda ölkədəki ab-havanın göstəricisidir. Son 7 ildə bir prezident, iki parlament, iki bələdiyyə seçkiləri  keçirilib. Hər bir seçki prosesinin yüksək fəallıq şəraitində keçirilməsi dövlətin həyata keçirdiyi siyasətə xalqın dəstəyini bir daha ortaya qoyub. Azərbaycanın qazandığı biri-birindən əhəmiyyətli uğurlarda öz payı olan ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Yeni Azərbaycan Partiyası bu seçkilərdən qələbə ilə çıxıb. Hər bir seçki partiyanın uğur tarixinə yeni bir səhifəni yazıb.
Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyi beynəlxalq səviyyədə də qeyd edilir. Məlum olduğu kimi, ABŞ-ın «Gellap İnternasional» təşkilatı hər bir seçkidən öncə ölkədə siyasi durumu, xalqın həyata keçirilən siyasətə inam və etimadını öyrənmək üçün sorğular təşkil edir. Hər bir sorğunun nəticəsi ölkəmizdə xalq-iqtidar birliyinin yüksək səviyyədə olduğunu, atlan addımların təqdir edildiyini, ən əsası irəli sürülən təşəbbüslərin dəstəklənməsinin hərtərəfli inkişafa geniş yol açdığını bir daha nümayiş etdirir. Bu fikir beynəlxalq ekspertlər tərəfində də etirafd edilir ki, xalq-iqtidar birliyinin möhkəm olduğu bir ölkədə xalqın narazılığından danışmaq qeyri-mümkündür. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında bu reallığı diqqətə çatdırır ki, həyata keçirilən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır.  İqtisadi tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.  Konstitusiyaya əlavə və dəyişikliklərə diqqət yetirdikdə də insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verir.
Demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər ölkəmizdə mövcuddur. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların  və ictimai birliklərin fəaliyyəti üçün  lazımi şəraitin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və yeni təcrübələrin tətbiqi  ölkəmizdə demokratik prinsiplərin yüksək  səviyyədə qorunduğu bir daha ortaya qoyur.  Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir.  «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul olunması onlara diqqət və qayğının təsdiqidir. Ölkədə bütün siyasi partiyalara bərabər şərait yaradılıb, ayrı-seçkilikdən söhbət gedə bilməz. Hər bir siyasi qüvvə ölkədə keçirlən seçki prosesinə qatılıb  nüfuzundan və sosial dayağından bəhrələnərək  qələbəsini təmin edə bilər.  Seçki qanunvericiliyinin təkmilləşdirilməsi də  demokratik inkişafa xidmət edən mühüm addımlardandır. Məlum olduğu kimi, 2003-cü ildə Azərbaycan hökumətinin  ATƏT-in Demokratik Təsisatlar  və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsi qəbul olunub. Bu sənəd ölkədə bütün seçkilərin, eyni zamanda ümumxalq səsverməsinin demokratik, azad və şəffaf keçirilməsini təmin edir. Amma  hər bir inkişaf, tərəqqi yeniləşməni, təkmilləşməni tələb etdiyi üçün Seçki Məcəlləsinə də mütəmadi olaraq  əlavə və dəyişikliklər edilir.
Ölkəmizin  iqtisadi və siyasi islahatların vəhdətliyi fonunda qazandığı uğurlar onun beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərir. 2009-cu ildən, yəni son ümumxalq səsverməsindən sonra Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlara diqqət yetirdikdə 2011-ci ildə  155 ölkənin dəstəyini qazanaraq  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusi qeyd etməliyik. Bu, Azərbaycanın bütün sahələrdə qazandığı uğurlara, eyni zamanda ədalətli mövqeyinə  verilən önəmdir. Azərbaycanın bu gün müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də artan nüfuzunun və siyasi çəkisinin təsdiqidir.  Bunların arasında “Avrovizia” mahnı yarışmasını və birinci Avropa oyunlarını xüsusi qeyd etmək olar.
Təbii ki, bu uğurlar yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də öz müsbət təsirini göstərir. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın münaqişənin həllində hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Aprelin əvvəllərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü və qüdrətini bir daha dünyaya nümayiş etdirdi.
Uğurlarımaza qısa təhlil bir daha bu fikri söyləməyə əsas verir ki, zaman dəyişdikcə, yeni tələblər gündəmə gəlir. Hərtərəfli inkişafı həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimiz daim yeni təcrübələrin öyrənilməsinə və tətbiqinə səy göstərir. Bu baxımdan Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi mütləqdir, zamanın, dövrün tələbidir. İqtisadi inkişaf modeli, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, hazırda beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan möhtərəm Prezidentimiz  İlham Əliyevin böyük inam və qətiyyətlə  söylədiyi kimi,  sürətlə müasirləşir, yeniləşir, demokratik  proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da  prioritet olacaq.
Bir əsas məqamı da qeyd edək ki, müasir dovrdə  qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin  güclənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Dövlətimiizn başçısı İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə «Multikulturlizm ili» elan  olunması multikultural cəmiyyətlərin formalaşmasına ölkəmizin  verdiyi töhfələri artırmaq istəyimizi nümayiş etdirir. Bu, mühüm addım  eyni zamanda,  Azərbaycanda  müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir.
Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlar «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının qəbulunu və uğurlu icrasını şərtləndirdi. Bu inkişaf konsepsiyası növbəti illər üçün əsas hədəfləri özündə əks etdirir. Sözsüz ki, Konstitusiyaya edilən əlavə  və dəyişikliklər bu hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək.
- Növbəti  referendumun ölkəmizin demokratik inkişafı baxımından əhəmiyyətini necə şərh edərdiniz?
- Əvvəldə də vurğuladığım kimi,  reallıq  budur ki, Azərbaycan mətbuat azadlığı, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması  sahəsində heç bir Qərb və Avropa  dövlətindən geri qalmır. Ölkəmizdə hazırda 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının, yüzlərlə mətbu orqanın, müxtəlif səpkili internet portalların və s. qeydiyyatdan keçməsi də demokratik inkişafın göstəricilərindəndir. Sosial şəbəkələr tam sərbəst fəaliyyət göstərir. Qeyd etdiyim kimi, onların fəaliyyəti üçün  mövcud qanunvericilik bazasının ildən-ilə  təkmilləşdirilməsi dövlətimizin siyasətində müasirləşmənin, yeniləşmənin əsas xətt kimi qəbul edildiyini təsdiqləyir.  Bu kimi faktlar eyni zamanda  göstərir ki,  siyasətində  insan hüquqlarının qorunmasına və demokratik islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirən  Azərbaycanın dünya dövlətləri, beynəlxalq  təşkilatlarla  əməkdaşlığı  tərəflərin maraqlarına uyğun şəkildə  davam etdirilir.   Ölkəmizdəki   sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması  ilə xarakterizə edilən iqtisadi tərəqqi  demokratik təsisatların  inkişafı üçün etibarlı zəmin yaradır. Möhtərəm Prezidentimiz İlham Əliyev uğurlarımızın təhlili fonunda bir daha bildirir ki, əsas məqsədimiz  Azərbaycanda bütün sahələrdə işləri ən yüksək səviyyədə təmin etməkdir.
Bu gün ortaya çıxan yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və  26 sentyabrda   keçiriləcək referendum bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Ümumiyyətlə, Konstitusiya islahatları demokratik inkişaf nöqteyi-nəzərindən olduqca önəmlidir. Bəllidir ki, 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bütövlükdə, Konstitusiyanın qəbulu hüquqi dövlət quruculuğu istiqamətində atılan mühüm addım idi. Bununla belə, zaman keçdikcə, Azərbaycanın inkişafı, yeni çağırışların gündəmə gəlməsi qeyd etdiyimiz kimi,  Əsas Qanuna yenilikləri  qaçılmaz etdi. Bu baxımdan, həm 24 avqust 2002-ci il, həm də 18 mart 2009-cu il tarixində keçirilən referendumlar ölkə qanunvericiliyinin təkmilləşdirilməsinə yol açdı, zəruri Konstitusiya islahatlarının həyata keçirilməsini təmin etdi. Həmin referendumlarda Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanda demokratikləşmə proseslərinin dərinləşməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə stimul oldu. Qeyd etdiyim kimi, müstəqillik tariximizdəki sayca üçüncü referendum da demokratik inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edəcək,  hüquqi dövlət quruculuğu prosesinin intensiv xarakter almasında xüsusi rol oynayacaq. Edilən əlavə və dəyişikliklərə diqqət yetirsək. Onların bir hissəsi insan və vətəndaş  hüquqlarının, azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, digər qismi isə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə xidmət edir. Demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın qarşıdakı illər üçün uğurları daha möhtəşəm, davamlı olacaq.  Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında əksini tapan bu fikri bir daha qeyd etmək istərdim ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Ölkəmiz 2001-ci ildə  dünyanın nüfuzlu, əsasən demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, son 15 ildə münasibətlərin yüksələn xətt üzrə inkişafı ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirir. Bir məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə ölkəmizdə İnsan hüquqları Günün təsis edilməsi dövlətimizin siyasətində insan amilinə verilən dəyərin göstəricisidir. Konstitusiyanın «Dövlətin ali məqsədi» maddəsində də bu fikir xüsusi  qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bir əsas məqamı da unutmayaq ki, Konstitusiya siyasi, iqtisadi və sosial aktdır. Hər bir əlavə və dəyişiklik ümumilikdə  bu üç sferanı əhatə etmiş olur.  
- Siyavuş müəllim, dövlətimizin siyasətində siyasi və iqtisadi islahatların vəhdətliyinə verdiyi önəm beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir…
- Dünyada insan hüquq və azadlıqlarına dair başlıca dəyərlər hesab olunan etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsin qanun qarşısında bərabərliyi, söz, mətbuat, vicdan azadlığı, demokratik siyasi sistem, vətəndaş cəmiyyəti institutlarının geniş şəbəkəsi artıq respublikamızda formalaşıb. Azərbaycandakı demokratik inkişafı ölkə əhalisi ilə yanaşı, beynəlxalq ictimaiyyət də görür və dəyərləndirir.
Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Bütövlükdə, bələdiyyələrin, ombudsman institutunun səmərəli fəaliyyətinin təmin olunması, məhkəmə islahatlatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də digər bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə hər il islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.
Bu uğurların ümumiləşdirilmiş ifadəsi olaraq, deyə  bilərik ki, Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Azərbaycanın demokratik dəyərlərə, fundamental insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Bununla yanaşı, demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla irəliləyir. Azərbaycanda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və praktiki dəstəklə bağlıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə dövlətimizin  başçısı İlham Əliyev tərəfindən  eyni ardıcıllıqla davam etdirilir. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur.
Azərbaycan dünyada qəbul olunan demokratik dəyərlərə və ölkənin sosial-iqtisadi reallıqlarına əsaslanan özünəməxsus demokratik inkişaf yolu müəyyənləşdirib və bu yolda inamla irəliləyir.
Qeyd etdiyimiz kimi, ölkəmizin demokratiya təcrübəsi, iqtisadi inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu həyata keçirilən uğurlu islahatların nəticəsidir. Bir məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan qarşıdakı illərdə  inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyub. Təbii ki, bu istəyimizi şərtləndirən amillər mövcuddur. Möhkəm təmələ əsaslanan siyasət ölkəmizin qarşısında geniş imkanlar açır. İstər beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələrində, istərsə də hesabatlarda Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin yüksək səviyyədə qorunması təqdir edilir.   Hesab edirəm ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin qəbul olunması da sadalananlar nöqteyi-nəzərindən mühüm töhfə olacaq. Ölkəmizin demokratik inkişafı iqtisadi tərəqqini daha da sürətləndirəcək. Məhz bu uğurların nəticəsidir ki, Azərbaycan  ən islahatçı ölkə kimi tanınır və nüfuz qazanır.
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə də insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur. Bütövlükdə, bu əlavə və dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, o cümlədən ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn dəyişikliklərdir.
- Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında idarəetmənin daha da təkmilləşdirilməsini nəzərdə tutan məsələlər xüsusi yer tutub. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
- Təbii ki, dövlətin, cəmiyyətin inkişafı idarəçilik sisteminin təkmilləşdirilməsi ilə sıx bağlıdır.  Bu baxımdan  Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında yer alan bir çox məsələlər islahatlar kursunun tərkib hissəsi olmaq etibarilə həm də idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Ümumiyyətlə, Konstitusiyaya təklif edilən dəyişikliklər mütərəqqi xarakter daşıyır. Təsadüfi deyil ki, ayrı-ayrı ekspertlər bu dəyişikliklərin ölkəmizdə siyasi, iqtisadi islahatların daha da dərinləşməsinə, hüquq və azadlıqların möhkəmlənməsinə töhfə verəcəyini bildirirlər.
Bu günlərdə, daha dəqiq desək, sentyabrın 21-i Venetsiya Kommisiyasının referenduma çıxarılan məsələlərlə bağlı ekspert  rəyi açıqlandı. Onlar da ümumilikdə nəzərdə tutulan dəyişikliklərin insan hüquqlarının genişlənməsi, konstitusion təminat alınması və qorunması baxımından müsbət hadisə olduğunu xüsusi vurğulamışlar. Lakin təəssüflər olsun ki, rəydə  bir sıra subyektiv məqamlar da yer almışdır. Bu da heç şübhəsiz, ekspertlərin Bakıya gəlib yerində bizim mütəxəssislərlə geniş müzakirələr aparmadan tələsik qərar verməklərindən qaynaqlanır. Belə ki, onlar vitse-prezidentlik institutunun və prezidentlik müddətinin 7 ilə çıxarılmasının icra hakimiyyətini hakimiyyətin digər qolları – qanunvericilik və məhkəmə ilə müqayisədə xeyli gücləndirəcəyi qənaətinə gəlmişlər.  Halbuki, dünya təcrübəsi bu iddianın yanlış olduğunu sübut edən faktlarla kifayət qədər zəngindir. Bu baxımdan bəzi məqamlara diqqət yetirmək maraqlı olardı.
Belə ki, Referendum Aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulub. Söhbət vitse-prezidentlik institutunun yaradılmasından və prezidentə əlavə səlahiyyətlərin verilməsindən gedir. Demokratik ənənələrə və təkmil siyasi sistemə malik olan bir sıra inkişaf etmiş xarici ölkələrdə bu kimi nümunələrə rast gəlinir. Yeni çağırışlar və tələblər daha çevik, daha operativ qərarların qəbulunu tələb edir. Qətiyyətlə söyləmək olar ki, vitse-prezidentlik institutunun təsisi, daha yüksək effektiv idarəetmə sisteminin bərqərar olunmasına gətirib çıxaracaq ki, bu da milli inkişaf nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edəcək. Misal üçün ABŞ, Bolqarıstan və s. ölkələrdə bu müəssisə kifayət qədər səmərəli fəaliyyət göstərir.
Prezidentin səlahiyyət müddətinin artırılması da əlavə və dəyişikliklər sırasında əhəmiyyətli yer tutur. Dünya təcrübəsinə diqqət yetirsək, bu müddət bir çox ölkələrdə 4-7 il arasında dəyişir. Konstitusiyaya  prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadlıması ilə bağlı  təklif olunan dəyişiklik ölkəmizin davamlı sosial-iqtisadi inkişafının,  siyasi sistemin sabitliyinin  təmin olunmasına, yeni-yeni hədəflərin gerçəkləşməsinə, ən əsası dövlətimizin müdafiəsi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə, bir sözlə, gələcəyə hesablanmış inkişaf konsepsiyasının uğurlu icrasına xidmət edir. Nümunə vermək lazımdırsa, qeyd edim ki, İtaliya, İrlandiya, İsrail və s. bu kimi ölkələrdə prezidentlik müddəti çoxdan 7 ildir.
Yaş məhdudiyyətinin aradan qaldırılması da önəmli addımlardandır. İnkişaf, tərəqqi sözsüz ki, yeni texnologiyaların öyrənilməsini və tətbiqini bir zərurətə çevirir. Müasir dövrdə gənclərin bu imkanlardan maksimum istifadə etməsi təqdirəlayiq haldır. Bir əsas məqamı da  qeyd etmək istərdim ki, dövlət idarəçiliyi sistemində gənclərin irəli çəkilməsi qarşıya qoyulan əsas məsələlərdəndir. Xatırlasaq, ötən parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizlərinin artırılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Yeni Azərbaycan Partiyasının bu istiqamətdə göstərdiyi səylər uğurlu nəticələrdən aydın görünür.
Yaş məhdudiyyətinin aradan götürülməsinə xidmət edən əlavə və dəyişikliklər cəmiyyətdə təqdir olunan mühüm düzəlişlərdəndir. Yeni-yeni hədəflərə doğru inamla irəliləyiriksə, müasir gəncliyin bu istiqamətdə töhfələrinin davamlılığına geniş imkanların yaradılması qaçılmazdır.
Hər bir əlavə və dəyişiklik özündə bir təkmilləşməni, yeniləşməni ehtiva edir. Dəyişikliklərdə ölkəmizin təhlükəsizliyi ilə bağlı mühüm məsələlər öz əksini tapıb. Milli təhlükəsizliyin konstitusion əsaslarının yaradılması üçün əsas qanuna ediləcək dəyişikliklər olduqca böyük əhəmiyyətə malikdir. Əsas məsələ bu əlavə və dəyişikliklərin mahiyyətini seçicilərə düzgün çatdırmaq, onları maarifləndirməkdir.  Bu sahədə MSK-nın fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır. Onların hazırladığı və vaxtında bütün seçicilərə paylanılmış maarifləndirici broşürlər  və digər seçki materialları referendumun əsl mahiyyətini xalqa çatdırılması istıqamətində atılmış mühüm addımlardır. Bu yerdə bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, «Yeni Azərbaycan»” təşviqat qrupu da öz növbəsində referenduma çıxarılmış məsələlərin geniş hüququ açıqlamasını ehtiva edən kitabçalar hazırlayaraq seçicilər arasında yaymışdır.  
- Siyavuş müəllim, «Yeni Azərbaycan» təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində yerlərdə keçirdiyi  görüşlər 26 sentyabr ümumxalq səsverməsi ilə bağlı hansı mənzərəni yaradır?
- «Yeni Azərbaycan»” təşviqat qrupunun təşviqat-təbliğat kampaniyası çərçivəsində keçirdiyi  görüşlərdə seçicilərin ümumxalq səsverməsinə  böyük maraq və diqqət göstərdiyi diqqətdən kənarda qalmır. Ümumilikdə bu günədək yerlərdə 397 min 785 seçicini əhatə edən 1172 görüş keçirilmişdir. Təbii ki, ölkə ictimaiyyəti hər zaman bu reallığın şahidi olur ki, atılan addımlar bir məqsədə-ölkənin hərtərəfli inkişafına, insanların rifah halının daha da yaxılaşdırılmasına xidmət edir. Görüşlər zamanı seçicilərin rəyləri də bunu söyləməyə əsas verir.  Konstitusiyaya təklif ediləb əlavə və dəyişikliklərlə bağlı vətəndaşlara geniş məlumat və şərhlər verilir, bu dəyişikliklərin bir çox sahələri əhatə etdiyi və sırf milli maraqlara xidmət göstərdiyi diqqətə çatdırılır. Vətəndaşlarda belə bir qənaət mövcuddur ki, bu dəyişikliklər islahat xarakterli tədbirlərin davamıdır və ölkəmizin inkişafına xidmət edir. Əlbəttə, seçicilərdə belə bir qənaətin formalaşması təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Yəni həyata keçirilən bütün islahatlar və tədbirlər məhz xalqın  mənafeyinə və dövlətçilik maraqlarına, ölkənin firavanlığına xidmət edir. Bir sözlə, təbliğat-təşviqat kampaniyasında çox ciddi vətəndaş fəallığı müşahidə edilir.
Əminik ki, seçicilər təbliğat və təşviqat kampaniyası dövründə əldə etdikləri dolğun məlumatlara söykənərək, 26 sentyabr ümumxalq səsverməsində fəallıq nümayiş etdirəcək, seçki hüquqlarından istifadə edərək, iqtisadi tərəqqinin, demokratikləşmə prosesinin, yeni-yeni hədəflərin gerçəkləşməsini sürətləndirəcək Referendum Aktı layihəsinə səs verəcək.

 
  • Oxunub:  14070  |  
  • Tarix:  24-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA