Ana səhifə »  Müsahibə »  Referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük inam və etimadını bir daha təsdiq etdi
A+   Yenilə  A-
Referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük inam və etimadını bir daha təsdiq etdi

Milli Məclisin deputatı, AŞPA-nın komitə sədri Sahibə Qafarova www.yap.org.az saytına müsahib verib:
- Sahibə xanım, sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçirildi. Azərbaycan xalqının iradəsini ifadə edən bu referendumu necə qiymətləndirirsiniz?
- Bəli, Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi baş tutdu. Seçicilərin 69,7 faizi səsvermə prosesində iştirak edərək dəyişikliklərə “HƏ” dedi. Referendum beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun, azad, şəffaf, seçicilərin fəallığı şəraitində keçirildi. Referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izlədi. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Yerli müşahidəçilərin sayı isə 53 min 531 olub. Müşahidəçilər də prosesin tam qanunamüvafiq şəkildə baş tutduğunu vurğuladılar. Əminliklə deyə bilərik ki, referendumun nəticələri Azərbaycan xalqının iradəsini tamamilə əks etdirir. Prezident İlham Əliyev də Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə referendumun xalqımızın iradəsini göstərdiyini vurğuladı. Dövlət başçısı dedi ki, referendum bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir.
Beləliklə, Azərbaycan dövlətçilik tarixində çox mühüm bir hadisə olan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun uğurla tamamlandığını və ölkəmizin gələcək inkişafı baxımından yeni bir mərhələnin başlandığını söyləyə bilərik.
- Referendumun nəticələrini təhlil edərkən əsas diqqət çəkən məqamlardan biri seçicilərin ümumxalq səsverməsində fəal iştirakı ilə bağlıdır. Eyni zamanda, seçicilərin mütləq əksəriyyəti təklif olunan dəyişiklikləri dəstəklədilər...
- Seçicilərin belə yüksək fəallığını şərtləndirən amillərdən biri vətəndaşların təklif olunan əlavə və dəyişikliklər barədə məlumatlı olmalarıdır. Burada müvafiq dövlət qurumlarının, o cümlədən Mərkəzi Seçki Komissiyasının və yerli seçki komissiyalarının işini yüksək qiymətləndirməklə yanaşı, təbii ki, ölkənin hakim partiyası olaraq Yeni Azərbaycan Partiyasının apardığı referendum üzrə təşviqat kampaniyasının uğurlarını da vurğulamalıyıq. Çox zəngin seçki təcrübəsinə malik olan və bu günə qədər iştirak etdiyi bütün seçki kampaniyalarını möhtəşəm qələbələrlə başa vuran Yeni Azərbaycan Partiyası referendumun elan olunmasından ötən müddət ərzində müvafiq proqram və planlaşdırma üzrə işlərini yüksək keyfiyyətlə həyata keçirərək Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu prosesə öz mütərəqqi töhfələrini verdi.
Digər bir məqam isə xalqımızın Konstitusiya islahatlarının əhəmiyyətini, bu dəyişikliklərin dövlətimizin inkişafına, vətəndaşların daha yaxşı həyat şəraitinin təmin olunmasına yönəldiyini düzgün qiymətləndirməsidir. Bu fakt onu təsdiqləyir ki, Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxmışdı. Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri edirdi və seçicilərin səsvermə məntəqələrində verdikləri qərar da göstərdi ki, doğrudan da Konstitusiyaya günümüzün reallıqları ilə səsləşən bu dəyişiklikləri etmək qaçılmaz idi. Bu isə referendumun nəticəsində öz müsbət əksini tapdı. Amma əlbəttə ki, ən önəmli məqam Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülməsidir. Çünki Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ölkəmizin tərəqqisinə xidmət etdiyini, bu islahatların Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verdiyinə əmindir. Təbiidir ki, vətəndaşlarımızda bu inamı da formalaşdıran məhz Prezident İlham Əliyevin ötən 13 ildə Azərbaycana uğurla rəhbərlik etməsidir. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan xalqının Prezident İlham Əliyevə mütləq inam və etimadını şərtləndirən, o cümlədən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə münasibətini formalaşdıran digər bir mühüm amil ölkəmizdə mövcud olan, güclü dayaqlara malik sabitlikdir. Başqa sözlə, şübhə yoxdur ki, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Ona görə də, Azərbaycan cəmiyyətində belə bir qənaət mütləq hakimdir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin alternativi yoxdur. Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və dinamik iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi səciyyələndirir. Məhz ölkəmizdə keçirilən ümumxalq səsverməsinin nəticələri də vətəndaşların Prezident İlham Əliyevin siyasətinə dərin inam və etimad bəslədiyini göstərdi.
- Artıq referendum arxada qaldı. Konstitusiyaya qəbul olunan dəyişikliklər Azərbaycan dövlətinə və xalqına nə verəcək?
- Hələ bu ilin əvvəllərində möhtərəm Prezident İlham Əliyev bəyan etdi ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Ölkəmizdə qeyri-neft sektorunun, aqrar sahənin, sahibkarlığın inkişafı ilə bağlı qəbul olunan qərarlar və onların uğurlu nəticələri hamımıza məlumdur. Eyni zamanda, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub. Həmçinin bundan sonra yeni idarəetmə institutları da fəaliyyətə başlayacaq ki, bu da nəticə etibarilə institusional islahatların növbəti mərhələsini təşkil edəcək. Bundan əlavə, islahatlar sosial sferanı da əhatə edəcək ki, bu da yenə də möhtərəm Prezidentimizin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır” tezisinin uğurla reallaşdırılmasına yönəlib.
Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir. Ona görə də, ümumxalq səsverməsində qəbul olunan dəyişiklikləri həm də bu kontekstdə dəyərləndirmək lazımdır. Konstitusiya dəyişiklikləri qarşıdakı dövrdə həyata keçiriləcək islahatların hüquqi və siyasi bazasını təşkil edəcək. Düşünürəm ki, artıq Azərbaycanın qarşısında yeni üfüqlər açılıb. Bu dəyişikliklər bundan sonra da Azərbaycanda ardıcıl inkişaf siyasətinin uğurla həyata keçirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha sağlam müdafiəsinə, dövlət qurumlarının daha effektiv fəaliyyətinə, dövlətimizin və xalqımızın sabitliyinin möhkəm əsaslarda qorunmasına təkan verəcək.
- Sahibə xanım, təbliğat-təşviqat kampaniyası ərəfəsində bəzi dairələrin antireferendum kampaniyası apardığını, ölkəmizə qarşı təxribat xarakterli “qara piar” həyata keçirdiyini müşahidə etdik. Referendum həm də bu kampaniyanın iflasını şərtləndirdi...
- Qeyd etdiyimiz kimi, referendumun nəticələri bir çox həqiqətləri ifadə edir. Şübhə yoxdur ki, yaxın zamanlarda və gələcəkdə də bununla bağlı obyektiv, reallığı ifadə edən təhlillər aparılacaq, qarşıdakı dövrlərdə Azərbaycan vətəndaşları ümumxalq səsverməsində qəbul olunmuş dəyişikliklərin müsbət nəticələrini öz həyatlarında hiss edəcəklər. Bu referendumun ortaya qoyduğu daha bir gerçəklik isə əsasən xaricdən idarə olunan və ölkəmizdəki bəzi “beşinci kolon” təmsilçilərinin də qoşulduqları antireferendum kampaniyasının iflasa uğraması oldu. Azərbaycan cəmiyyəti bir daha öz iradəsini nümayiş etdirərək bəzi islamofob, antiazərbaycançı mərkəzlərin ölkəmizə transfer etmək istədikləri dağıdıcı, təxribat xarakterli ssenarilərin qarşısını ümumxalq səsverməsində öz fəallığı, bu islahatlara verdiyi dəstəklə almaq iqtidarında və gücündə olduğunu sübuta yetirdi. Bu referendum göstərdi ki, Azərbaycan xalqı və dövləti bundan sonra da öz taleyinin, gələcəyinin sahibi olaraq müstəqil inkişafını uğurla davam etdirəcək.

 
  • Oxunub:  13500  |  
  • Tarix:  29-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18