Ana səhifə »  Müsahibə »  Rusiyalı politoloq Oleq Kuznetsov: Bakı forumu dünyaya bəşəriyyətin inkişafının alternativ modelini təklif etdi
A+   Yenilə  A-
Rusiyalı politoloq Oleq Kuznetsov: Bakı forumu dünyaya bəşəriyyətin inkişafının alternativ modelini təklif etdi

Sentyabrın 29-30-da Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumun iştirakçıları arasında məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov da var idi. “Azerbaydjanskie izvestiya” qəzeti politoloqun Day.Az-ın müxbirinə Forumla bağlı müsahibəsini dərc edib. AZƏRTAC müsahibəni təqdim edir.
* * *
- Siz artıq ənənəyə çevrilmiş Bakı Humanitar Forumunun əhəmiyyətini necə qiymətləndirərdiniz? Sizin fikrinizcə, bu Forumun əsas xüsusiyyəti nədən ibarətdir?
- Bakı Beynəlxalq Humanitar Forumu öz formatına və nümayəndələrinin səviyyəsinə görə oxşar analoji tədbirlər arasında layiqli yerini tapıb. Hazırda dünyada planetar miqyaslı intellektualların müəyyən dövriliklə ən çox halda on toplantısı keçirilir və onlardan biri Bakı Forumudur. Sizin təbirinizcə desək, həmin Forumun “əsas xüsusiyyəti” ondan ibarətdir ki, Bakıda bu cür - məhdud yönümlü deyil, maksimum geniş mövzulu qlobal tədbir keçirilməsi məsuliyyətini öz üzərilərinə götürməyə qorxmadılar. Dünyanın 50-dən çox ölkəsini təmsil edən 400-dən çox iştirakçı, o cümlədən 15 nəfər Nobel mükafatı laureatı - bütün bunlar mənə həqiqətən çox güclü təsir bağışladı və heyrətləndirdi. Mənim UNESCO xətti üzrə 15-ə yaxın əcnəbi qonağın iştirak etdiyi beynəlxalq elmi tədbirlərin təşkili və keçirilməsi üzrə təcrübəm var. Ona görə də bu işin nə qədər mürəkkəb və məsuliyyətli olduğunu bilirəm. Azərbaycan belə bir beynəlxalq tədbir keçirməklə bütün dünyaya bir daha əyani şəkildə sübut etdi ki, bu ölkə intellektuallar ölkəsidir, onun xalqı dünya humanitar fikrini qiymətləndirməyə qabildir.
- Şəxsən siz hansı müzakirələrdə iştirak etdiniz və özünüz üçün nə nəticə çıxardınız?
- Bakı Forumu beynəlxalq konfrans deyil, onun mövzu dairəsi təşkilatçılar tərəfindən əvvəlcədən müəyyən edilmir. Bu, səviyyəsinə, miqyasına, habelə məzmununa görə fərqli tədbirdir. Fikir mübadiləsi üçün multikulturalizmin Azərbaycan modelindən başlamış tibb elminin və farmakologiyanın etik problemlərinə qədər altı əsas tematik istiqamət müəyyən edilmişdi. Ekologiya və davamlı inkişaf, müasir informasiya dünyasında jurnalistikanın rolunun transformasiyası problemlərinə toxunuldu, hamısı yadımda qalmayıb. Mən Forumun mahiyyəti ilə əlaqədar bir müşahidəmi bölüşmək istərdim, zənnimcə, sizin oxucular üçün maraqlı ola bilər.
Forumun ilk iş günündə çıxışlar iki blokdan ibarət idi: dünya səviyyəli siyasətçilərin və Nobel mükafatı laureatlarının çıxışları. Mən həmin çıxışların əksəriyyətini diqqətlə dinlədim və belə bir fikrə gəldim ki, siyasətçilərin çıxışlarını dinləyəndə məruzə başlanandan iki dəqiqə sonra söhbətin nədən gedəcəyini və nə kimi nəticələr çıxarılacağını bilirdim, Nobel mükafatı laureatlarının çıxışlarını dinləyəndə isə bu, məndə xüsusi maraq doğururdu, çünki cari fikir tamamlanandan sonra konkret nə barədə söhbət gedəcəyini heç vaxt əvvəlcədən müəyyən edə bilmirdim.
Məsələn, molekulyar kimya barədə heç nə bilmirəm, lakin müvafiq məruzəni dinləmək mənim üçün hədsiz maraqlı idi, çünki dərhal aydın olurdu ki, natiq ən yüksək səviyyəli, mövzunu təfərrüatı ilə bilən, öz işi ilə yaşayan və özünün elmə marağını hər bir dinləyiciyə çatdırmağa çalışan peşəkardır. Mənə gəldikdə isə Azərbaycan multikulturalizminə, miqrasiya və dini tolerantlıq problemlərinə həsr edilmiş platformanın və ya seksiyanın işində iştirak edirdim. Burada məruzəçilərin və çıxışçıların səviyyəsi çox yüksək idi və mən belə bir kompaniyaya düşdüyümə, nəinki dinləmək, həm də öz fikrimi söyləmək imkanına malik olduğuma görə həqiqətən xoşbəxtəm.
- İştirakçıların çıxışlarında bugünkü Avropada ksenofobiyanın güclənməsi meyllərinin artması dəfələrlə qeyd edildi. Belə təzahürlərə qarşı mübarizədə bu cür forumların rolu nədən ibarət ola bilər?
- Ksenofobiya Qərbi Avropa kütləvi mədəniyyətinin səciyyəvi cəhətidir, bu barədə tam açıq danışmaq lazımdır. Bunun səbəbi çox sadədir: Avropa ərazisinə görə ən kiçik qitədir. Onun ərazisində əhalinin təmərküzləşmə göstəricisi ən yüksək səviyyədədir. Avropa ərazisinin hər bir kvadratmetri “həyati məkan” uğrunda mübarizədə insan qanı ilə suvarılıb. Buna görə də “özümüzünkü-özgəninki” prinsipi üzrə refleksiya Avropada ənənəvi şəkildə yüksəkdir. Mən hətta deyərdim ki, bu məsələ genetik mənşəlidir. Əvvəlcə xaç yürüşləri, sonra müstəmləkə işğalları, daha sonra İkinci Dünya müharibəsinin əsas səbəbi olan millətçi sosializm. Bütün bunlar Avropada əhalinin ifrat sıxlığının “qaranlıq” nəticələridir. Bunun “işıqlı” nəticələri də var - urbanizasiya və sənayeləşmə. Lakin onlar insanların həyatının maddi tərəfi ilə bağlıdır, avropalıların geniş kütlələrinin həyatının mənəvi tərkib hissəsi isə həmişə daha bəsit olub.
Avropalı obıvatellər nisbi maddi firavanlıq və sosial sabitlik şəraitində qastarbayterlərə münasibətdə rəhmdillik və şəfqət nümayiş etdirirlər. Çünki onlar həmin obıvatellər üçün toxluq və məmnunluq yaradır. Lakin növbəti iqtisadi böhran başlayandan, kəmərləri möhkəm bağlamaq zərurəti yaranandan dərhal sonra orta statistik avropalı obıvatelin şüuraltı məkanından ksenofobiyanın müxtəlif stereotipləri üzə çıxmağa başlayır. Bunun heç bir çarəsi yoxdur, çünki bu cür psixi refleksiya Avropa mentallığının üzvi tərkib hissəsidir. Belə reaksiyaları müvəqqəti dayandırmaq olar, amma onların kökünü kəsmək mümkün deyil.
Bu cür meyillərə qarşı mübarizə işində Bakı Beynəlxalq Humanitar Forumunun rolu məsələsinə gəldikdə isə, bu rol sadə və eyni zamanda, çox böyükdür. Belə tədbirlər bəşəriyyətin gələcək inkişafı üçün real alternativin mövcud olması faktını göstərir, ölkələr və xalqlar isə hansı yolla - təkamül, involyusiya, yoxsa inqilab yolu ilə getmək lazım olduğunu özləri seçəcəklər. İnsanın və insanlığın öz mövcudluğunu təşkil etmək üçün həmişə alternativi olmalıdır və Bakı Beynəlxalq Humanitar Forumu qəbilindən olan tədbirlər belə bir alternativin mövcud olması faktının əyani göstəricisidir.
- 1990-cı illərin əvvəlində yaranmış bütün problemlərə baxmayaraq, Azərbaycan çoxmillətli və tolerant ölkə olaraq qalıb, “Azərbaycan multikulturalizmi” termini isə artıq bütün dünyada dövriyyəyə möhkəm daxil olub. Bu fenomen nə ilə izah olunur?
- Azərbaycan tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə olub, onun ərazisində müxtəlif xalqlara və müxtəlif dinlərə mənsub insanlar yaşayır. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Əgər sualınızın qoyuluşunda onu nəzərdə tutursunuzsa ki, 1990-cı illərin əvvəlində sizin ölkədə yaranmış hərc-mərclik şəraitində Azərbaycanda etnik təmizləmələr olmayıb, mən buna təəccüblənmərəm. Axı siz erməni deyilsiniz ki, bəşəriyyətə qarşı bu cür kütləvi cinayətlər törədəsiniz, sonra isə gerçəkləşməmiş milli istisnalıq hissindən əziyyət çəkməkdə davam edəsiniz. “Azərbaycan multikulturalizmi” termininin tarixinə gəldikdə isə bu, yaxın vaxtlarda yaranıb və bir neçə il əvvəl Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin məqsədyönlü, mütəşəkkil əlaqələrinin məhsulu olan “Bakı prosesi” dünya gerçəkliyində gündəlik normaya çevrilib. BMT, UNESCO və İSESCO bu prosesi bəyənir və təşviq edir. Bu fikir Bakı Beynəlxalq Humanitar Forumu müddətində ən yüksək səviyyələrdə və ən müxtəlif məkanlarda dəfələrlə səslənib.
Lakin əslində bu termin hansısa təzə və ya süni şəkildə yaradılmış anlayış deyil. Azərbaycan əhalisinə xas olan ənənəvi, hətta deyərdim ki, tradisionalist həyat tərzinin və ya mövcudluq tərzinin nəticəsidir. Azərbaycan müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrindən “Azərbaycan xalqı” adlı konkret sosiomədəni fenomen formalaşdırıb. Bu xalqın strukturunda etnik azərbaycanlılarla bərabər, ləzgilərə, talışlara, ruslara, tatarlara, kürdlərə, yəhudilərə, tatlara, udilərə də yer var, hamısını yadda saxlamaq olmur. Azərbaycan sakinlərinin həyat tərzi tarixən və ya ənənəyə görə mehriban qonşuluq, ayrılıqda götürülmüş bir insanın və ya onun mənsub olduğu rezident sosial qrupun subyektiv cizgilərinə hörmət, - burada dini etiqaddan və ya ümumiyyətlə dünya görüşündən söhbət gedir, - özlüyündə ictimaiyyətçilərin XX yüzillikdə “multikulturalizm” anlayışına verdikləri keyfiyyət əlamətlərinə müvafiq olub və yenə də müvafiqdir.
- Azərbaycan cəmiyyətinin real tolerantlığına baxmayaraq, müxtəlif beynəlxalq hesabatlarda bu ölkəni ksenofobiyada və dözümsüzlükdə təqsirləndirməyə çalışırlar. Bəzən hətta monomilli Ermənistan daha münasib formada təqdim edilir. Nəyə görə belə olur?
- Mən bu fenomeni izah edə bilərəm. Mənim izahım kimlərəsə tamamilə fantasmaqorik təsir bağışlaya bilər, amma bununla belə öz fikrimi bölüşmək istəyirəm. Bəri başdan deyim ki, bu izahat təkcə Avropanın Azərbaycana münasibətdə tutduğu mövqeyə aid olmayıb, həm də “Köhnə Dünya”nın birləşmiş ölkələrinin daha iki dövlətə - Rusiyaya və Türkiyəyə münasibətinə də aiddir. Bu üç ölkə humanitar sahədə nə qədər müsbət irəliləyişə nail olsa da, sosial dialoq, multikulturalizm və ya tolerantlıq sahəsində hansı yüksəkliklərə çatsa da, avropalılar və ya ən azı onların intellektual-inzibati elitasının nümayəndələri həmin ölkələri yenə də “barbar” hesab edəcəklər. Bu münasibətin, onun ilkin şəraitinin və səbəblərinin “Köhnə Dünya”nın keçmişi ilə bağlı konkret reallıqlarla izah edilən sırf tarixi kökləri var. Məlum olduğu kimi, Birləşmiş Avropa ideyası “Müqəddəs həmrəylik” və ya Antanta - Birinci Dünya müharibəsi ərəfəsində və həmin müharibənin ilk illərində Böyük Britaniya, Fransa və Rusiya imperiyasının hərbi-siyasi ittifaqı ideologiyasından qaynaqlanır. Tarixdən hamımızın yaxşı xatırladığımız kimi, ilk vaxtlar Antantanın düşmənləri həmin müharibənin gedişində məhv edilmiş Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları idi. Məğlub edilmiş bu imperiyaların ayrı-ayrı hissələri hələ müharibənin gedişində onlardan ayrılaraq Antantanın tərkibinə daxil oldular. Bu da yaxşı yadımızdadır ki, 1917-ci ildə bolşeviklər partiyasının ölkədə hakimiyyətə gəlməsi üzündən Rusiya imperiyası “Müqəddəs həmrəylik” ideallarına xəyanət etdi, buna görə də dünyagörüşü baxımından düşmənə çevrildi və hələ də bu cür qəbul edilir. Osmanlı imperiyasının xarabalıqları üzərində yaradılmış Türkiyə darmadağın edilmiş, lakin məğlub olmamış düşmən obrazına çevrildi və indiyə qədər bu cür assosiasiya doğurur. Avropa bu iki imperiyanın tarixi “qəlpələrini” bir-birinin ardınca udacaq və assimilyasiya edəcək, lakin həmin ölkələrin “nüvəsini” heç vaxt özünə daxil etməyəcək. Azərbaycan isə Rusiya və Osmanlı imperiyalarının yuxarıda göstərilən səbəblər üzündən Avropada dünyabaxışı kimi nifrət doğuran tarixi cizgilərini mənimsəyib.
- Forumun mövzusuna qayıdaq. Sizin fikrinizcə, bu Forumun əsas yekunu nədən ibarətdir?
- V Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin mahiyyətinə və ya formatına görə, onlarda lap əvvəldən hər hansı konkret nəticəyə yaxud tam müəyyən yekuna nail olmaq nəzərdə tutulmur. Bu, sizin üçün hansısa akademik elmi konfrans və ya hansısa eksperimental nümunənin yekun sınağı deyil ki, orada konkret praktiki nəticə olsun. Bu miqyaslı Forum özlüyündə yetərli hadisədir və nəticə də elə bundan ibarətdir. Belə hallarda, filosofların dediyi kimi, “alfa və omeqa” başlanğıc və sondur.
Forumun başlıca nəticəsi ondan ibarətdir ki, o, iştirakçıların möhtəşəm toplantısı kimi keçirildi. Bu Forum özü tarixin bir səhifəsidir, mətni axıra qədər yazılmış gözəl bir səhifədir. Bu səhifə tamamlanıb. İndi onu çevirmək lazımdır ki, “VI Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli yeni səhifə yazmağa başlayaq.

 
  • Oxunub:  15330  |  
  • Tarix:  07-10-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA