Ana səhifə »  Müsahibə »  Ekoloji problemlərin həlli indiki qədər ardıcıl olmayıb
A+   Yenilə  A-
Ekoloji problemlərin həlli indiki qədər ardıcıl olmayıb
Hüseyn Bağırov: Prezident İlham Əliyevin hakimiyyəti dövründə qətiyyət, iradə, birmənalı dəyişikliklər arzusu, istənilən işi müəyyən zaman kəsiyində başlayıb başa çatdırmaq prinsipi öz nəticəsini verib
ölkəmiz yeni mərhələyə qədəm qoyub. Qarşımızda növbəti beşillik var. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin beşillik nəticələri və növbəti mərhələdəki əsas hədəfləri məlumdur. Bəs, bu siyasətin əsas icraçıları fəaliyyətlərini necə qurub? Onlar rəhbərlik etdikləri sahələrdə icra vəziyyətindən razıdırlarmı? Həmin suallara cavab tapmaq məqsədilə ilk müraciət etdiyimiz ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oldu:
- Azərbaycanda ekoloji siyasətin icrasında vəziyyət nə yerdədir?
- Belə bir fikir var: qanunla, yaxud anlayışlarla yaşamaq. Hamımız bilirik ki, qanunları əsas tutmaq lazımdır. Ancaq təəssüf ki, çox vaxt məhz anlayışlarla qiymətləndiririk. O cümlədən, ekologiya, tullantı, çirklənmə, dənizin vəziyyətindən söhbət gedəndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yada düşür. Bu, anlayışlarla düşünmək deməkdir. Ekologiya həyatın hər sahəsini əhatə edir və hamı ona təsir göstərir. çox vaxt da bu təsir mənfi istiqamətli olur. Ekologiyanın isə belə bir prinsipi var: ziyan vuran ödəyir.  Ya cərimə ödəyir, ya bərpası ilə məşğul olur, ya da məsuliyyət daşıyır. Bu baxımdan, ekologiya elə sahədir ki, bu tip məsələlərin hamısının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olması mümkün deyil. Yəni, demək istəyirəm ki, hörmətli Prezidentimizin ekoloji siyasətini yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirmir. Bir nümunə deyim. 2007-ci ildə hörmətli Prezidentimizin yanında ekoloji problemlərin həllinə həsr olunan müşavirə keçirildi. Müşavirədən sonra proqram təsdiq olundu və ölkə rəhbəri bu məqsədlə büdcə ayrılmasını tapşırdı. Nəticədə ilk dəfə olaraq sırf ekoloji məsələlərin həllinə yönəlik vəsait ayrıldı və bu məbləğ 18.3 milyon manat təşkil etdi. Həmin vəsaitin 17 milyon manatı “Azərsu”ya verildi. Qalanı isə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya Agentliyi və başqa bir sıra təşkilatların arasında bölüşdürüldü. Bölüşdürmə hər təşkilatın üzərinə nə qədər yük düşdüyünü açıq göstərir. Başqa bir nümunəyə baxaq. Ekoloji sahənin ən mürəkkəb məsələlərindən biri Abşeron yarımadasının çirklənməsidir və bununla bağlı ayrı-ayrı qurumların qarşısına konkret məqsədlər qoyulub. Odur ki, ölkədə ekoloji siyasətin bir sıra icraçıları və hər qurumun da öz məsuliyyəti var. ölkədə aparılan ekoloji siyasətin məzmununa gəlincə, düşünürəm ki, bunun əsası ulu öndər Heydər Əliyevin zamanında qoyulub. Nazirlik yaranmazdan öncə də O, bu məsələ üzərində müzakirələr aparıb ki, müəyyən konseptual baxış formalaşıb və nəticədə nazirlik yaradılıb. ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə isə qətiyyət, iradə, birmənalı dəyişikliklər arzusu, istənilən işi müəyyən zaman kəsiyində başlayıb başa çatdırmaq prinsipi öz nəticəsini verib. Hər bir dövrü səciyyələndirən açar sözlər var. Prezident İlham Əliyevin siyasətini ifadə edən isə məhz qətiyyətdir. Bəzən bir işi başlayıb yarımçıq qoymaq, uzun fasilədən sonra davam etdirmək nəticəsiz sonluqla bitir və bunu hər birimiz müşahidə etmişik. ölkə Prezidentinin fəaliyyət prinsipi isə tam fərqlidir. Müəyyən vaxt kəsiyində işə başlansın və bitsin. Məhz bu prinsipin nəticəsidir ki, mürəkkəb sayılan ekologiya sahəsində irəliləyişlərə, dəyişikliklərə nail olmaq mümkün olub. Bu siyasətin əsas prinsiplərindən biri də obyektiv yanaşmadır. Bu baxımdan, işimiz nə qədər çətin olsa da, onun icrası nəticə verir. Prezident İlham Əliyevin müəyyən etdiyi sürətlə addımlamağa, onun ardınca gedərkən çox geri qalmamağa çalışırıq və eyni zamanda işimizin məsuliyyətini hiss edirik. Prezident tapşırıq verəndə onun resursunu da nəzərə alır, çətinliyini də. Onun siyasətində ardıcıllıq aydın görünür. Birmənalı deyirəm ki, ekoloji problemlərin həlli indiki qədər ardıcıl olmayıb. Bunu Xəzərin ekoloji vəziyyəti ilə bağlı görülən işlər də göstərir. Azərbaycan bu problemlərin həllinə çalışan ilk və yeganə ölkədir. Abşeronda Xəzər dənizinə məişət çirkab suları iki mənbədən axıdılır. Birinci mənbə Bakı Kanalizasiya İstehsalat Birliyi tərəfindən idarə olunan və sistem köhnə olduğu üçün suları yaxşı təmizlənmədən dənizə axıdılan mənbələrdir. Onlar yığılır və pis-yaxşı, təmizlənərək dənizə axıdılır. Halbuki, təmizləyici qurğular alınmalı və ya bərpa edilməli, su təmizlənəndən sonra dənizə axıdılmalıdır. İkinci qism isə tam sahibsizdir. Tutaq ki, kanalizasiyası olmayan yaşayış məntəqələrində insanlar ənənəvi qaydada quyu qazır və çirkli suları həmin quyuya axıdırlar. Həmin su isə yox olmur, axarını tapıb boşluğa gedir. Boşluq, aşağı səviyyə dəniz sahilidir. Belə sular ya dəniz sahilində bataqlıq əmələ gətirib dənizə axıb tökülür, ya da yeraltı su mənbələrinə qarışıb onları da çirkləndirir. Hal-hazırda bu problemin  həllinə çalışırıq. Məsələn, fevral ayında koreyalılar ölkəmizə gəldi. 70 milyon manatlıq sərmayə qoyaraq böyük təmizləyici zavod tikmək istəyirlər. Şübhə etmirəm ki, həmin zavod 7 ay müddətinə tikilib təhvil veriləcək. Lakin bir sual ortaya çıxır. Həmin zavodun təmizləyəcəyi çirkli suları yığıb gətirəcək şəbəkə varmı? Cavab: yoxdur. Şəbəkəni qurmaq zavodun özündən dəfələrlə baha başa gələcək. 1000 kilometrlərlə asfalt dağıdılmalı, xəndəklər qazılmalı, xətt açılmalıdır. Hər bir evdə quyular müasir sanitar qovşağına uyğunlaşdırılmalıdır. Hətta vəsait ayrılsa belə, bu, 5 ildən tez başa gələ bilərmi? 70 milyona zavod tikilirsə, şəbəkənin qurulması 300-400 milyona başa gələcəkmi? ümumiyyətlə, dünyada baş verən iqtisadi böhran şəraitində bu vəsaiti təmin etmək mümkün olacaqmı? Şəbəkə olmadan qurulacaq zavod nəyin hesabına işləməlidir?
- Elə isə başqa çıxış yolu varmı?
- Vəziyyət düşünülmüş yanaşma tələb edir. Bu cür ağır problemlərin fonunda daha məqbul variant var: hər bir kəndin çirkli suyu yığılıb orada emal olunmalı və əhaliyə irriqasiya suyu kimi qaytarılmalıdır. Artıq bu, ölkəmiz üçün qəbul edilən normadır. Xəzəri idarəsiz sulardan qurtarmaq üçün məhz bu yanaşma əsasında 100 kilometrə qədər ərazidə sahil mühafizə olunur. Pirallahı adasından Sumqayıtadək gücü gündə 100 kub metrdən 1000 kub metrə qədər olan modul bioloji təmizləyici qurğulardan ibarət 15-16 stansiya işə düşüb. Xatırlayırsınızsa, ötən il 9 belə stansiya təhvil verilib. Azərbaycan bunu ilk dəfə həyata keçirir. Nə 14 milyon əhalisi Xəzərin sahilində yaşayan İranda, nə Xəzərin suyunun 75-80 faizini özü ilə gətirən Volqanın hovuzunda, nə də Qazaxıstanda bu yoxdur.
- Yeri gəlmişkən, ölkəmizdə çirkli məişət sularından fərqlənməyən su mənbələrindən içməli su kimi istifadə edən regionlarda bu problemin həlli istiqamətində iş gedir və əsas yük sizin nazirliyin üzərinə düşüb. Sutəmizləyici qurğuların quraşdırılması hələ davam edəcək?
- Azərbaycan içməli su problemi olan regionlarında bu məsələnin həllinə ötən beşillikdən başlayıb və indi də davam edir.  çirkli su mənbələrindən istifadə edən, az qala kanalizasiya sularından fərqlənməyən suları qaynadaraq içən bir sıra rayonların bu problemi artıq həll edilir. ölkə Prezidentinin tapşırığı ilə artıq 122 kənddə bu iş başa çatdırılıb. Bu isə 250 mindən artıq əhali deməkdir. Daha 185 kənddə modul tipli sutəmizləyici qurğular işə salınacaq.
- Səhv etmirəmsə, ayrılan vəsaitdən qənaət edib nəzərdə tutulandan daha artıq qurğu quraşdırılmasına nail olunub... Halbuki, bəzi KİV-də dövlətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətinə kölgə salmaq məqsədi ilə real xərclərdən daha artıq vəsait xərclənməsinə dair iddialar səsləndirilir...
- Bəli, qənaət olunan vəsaitlə bağlı Maliyyə Nazirliyinə məlumat verdik və oradan bildirdilər ki, həmin vəsaiti də bu istiqamətə yönəldək. Nəticədə, 100 kənd nəzərdə tutulsa da, 122 kənddə belə qurğular quraşdırıldı. Qoy bu əsassız fikirləri səsləndirənlər bir kəndi içməli su ilə təmin etmək üçün nə qədər vəsait tələb edildiyini hesablasınlar. 1000 kilometrə yaxın bölüşdürücü şəbəkənin boru xətti çəkilib, 1000-dən artıq bulaq tikilib. İndi isə bulaqları daha müasir vasitələrlə əvəz etmək barədə düşünürük. Məsələn, Amerikada xüsusi su kranları var: sıxanda su gəlir və buraxanda özü yavaş-yavaş su axmasını dayandırır. Burada kranı unudub açıq qoyan olarsa, suyun itkiyə getməsi problemi qalmır. Bu variantdan istifadə etsək, bulaqların arasındakı qədər 150-200 metrlik məsafə də olmayacaq. Türkiyədə üçqat, İsraildə beşqat artıq qiymətə satılan “osmos” qurğularını Koreyadan daha ucuz aldıq. Biz artıq bilirik ki, bəzi QHT-lər bunu müstəqil şəkildə həyata keçirib və həmin qurğular 3-4 dəfə artıq qiymətə başa gəlib.
-  Ancaq yerlərdə əhali iddia edir ki, bu qurğuların istifadəsində bəzən problemlər yaranır. Məsələn, qurğuları bələdiyyələrə təhvil verirsiniz, onlar isə buna nəzarət edə bilmir...
- Bu “osmos” metodu mürəkkəb texnologiya olduğundan baxım, qulluq, nəzarət tələb edir. Lakin qüsursuz olduğu üçün onu başqaları ilə əvəz etmək istəmirik. çünki çayda suyun tərkibi daha da pisləşə bilər. Biz bilmirik ki, çay suyunun tərkibində daha nələr gələcək. Odur ki, məhz bu qurğuların üzərində dayandıq. Xidmətə gəlincə, burada problemlər olur. Bələdiyyələr özünüidarəetmə qurumudur. Dövlət bu qurğuları onlara təhvil verir ki, işlətsin. İstər pullu etsin, istərsə də pulsuz. Pullu etsin ki, ona xidmət göstərmək üçün vəsait tapsın. Ya da pulsuz olsun, ancaq kənd camaatının problemləri birgə həll etməsini təşkil etsin. Məsələn, İvanovka kəndinə daxil olan andan orada səliqə-sahman görünür. Bələdiyyə və insanlar öz həyatlarını təşkil edib. Ancaq elələri də var ki, ya bələdiyyə təcrübəsiz, bacarıqsız, məsuliyyətsizdir, ya da əhalidə icma əhval-ruhiyyəsi yoxdur. Bunu nəzərə alaraq, nazirlik ölkə Prezidentinin tapşırığı əsasında öz tərkibində idarə yaradıb. Bu qurğuların işinin başlı-başına buraxılmaması məqsədi ilə nazirlik hələlik həmin idarəni öz daxili imkanları hesabına saxlayır. Onlara texniki maşınlar alınıb. Mühəndislər işləyir, qurğuları quraşdıran təşkilat treninqlər keçirir. Bir gün qurğu dayananda, əhalidən teleqramlar gəlir, biz də dərhal araşdırırıq. Suyun verilməsinin dayanması daha çox elektriklə bağlı olur. Başqa bir tərəfdən, həmin qurğular xüsusi kompüter proqramı ilə idarə olunur. Kompüter proqramı olmayan qurğular isə avtomatlaşdırılmış sistemə malikdir. Elektrikin qəfil kəsilməsi qurğuların işləmə ardıcıllığını pozur. Məsələn, qurğu işlək vəziyyətdə olarkən elektrik kəsilərsə, elektrik verilişi təmin olunandan sonra qurğu işini davam etdirmir, içərisindəki çirkli suyu təmiz su çəninə atır. Ona görə də, nəzarətçi onun işinə nəzarət etməli, prosesi tam dayandırmalıdır. Bir sözlə, qurğular qulluq tələb edir. Ayrı-ayrı bələdiyyələr işini düzgün qura bilmədiyi üçün su ilə bağlı əlavə problemlər yaradırlar. Məsələn, qurğunu işlətmək istəmir, xarab olduğunu deyir və ya işi rahat olsun deyə suyu rejimlə verir. Halbuki, bu qurğuları rejimlə işlətməyə ehtiyac yoxdur. Təmiz su çəni dolanda qurğu dayanır, boşalanda isə işləməyə başlayır. Bəzən də problemlər sırf əhalinin özü ilə bağlıdır. Bütövlükdə isə qurğular çox yaxşı işləyir.
- Yeri gəlmişkən, bu günlərdə Bolqarıstanda ölkəmizin bu təcrübəsindən danışmısınız və eşitdiyimizə görə, çox maraqla qarşılanıb?
- Bolqarıstanın paytaxtı Sofiya şəhərində BMT Baş Katibinin su və sanitariya məsələləri üzrə Məşvərətçi Şurasının 12-ci toplantısı çərçivəsində “Qara dəniz regionunda kiçik kənd ərazilərində su təchizatı və sanitariya” mövzusunda Nazirlər Konfransı keçirildi. Konfransda müzakirə olunan məsələlər sırasında Azərbaycanda gedən proseslər, sürətli iqtisadi inkişaf, ekoloji sahədə görülən işlər, xüsusilə də, kənd ərazilərində su təchizatı və sanitariya sahəsində fəaliyyət xüsusi yer tuturdu. Orada Prezident İlham Əliyevin ölkədə bütün sahələrdə, o cümlədən, ətraf mühit sahəsində gördüyü işlər haqqında geniş məlumat verdim. Son illər ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması və Xəzər dənizinin çirklənmədən qorunması sahəsində həyata keçirilən və qısa zamanda geniş əraziləri əhatə edən  layihələr barədə məlumat maraqla qarşılandı. Bu istiqamətdə fəaliyyətin davam etdirildiyi və yaxın zamanda “Minilliyin İnkişaf Məqsədləri””ndən biri olan 2015-ci ilədək təhlükəsiz içməli su ilə təmin olunmamış əhalinin sayının 2 dəfə azaldılması”na nail olunacağı, ehtiyacı olan bütün kənd əhalisinin ekoloji cəhətdən təmiz su ilə təmin ediləcəyi barədə danışdım. Eyni zamanda, Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə gündə 6140 kub metr çirkab sutəmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının sahilboyu ərazilərində 16 stansiyanın istismara verildiyini, “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin yaradıldığını söylədim. Proqramların icrası ilə bağlı videomateriallar nümayiş etdirdik. Verdiyimiz məlumatlar konfrans iştirakçılarının çox böyük marağına səbəb oldu, Azərbaycanın bu sahədəki təcrübəsi iştirakçılar tərəfindən müzakirə edildi. Hətta iclasa sədrlik edən Kral zati-aliləri şahzadə Oranski Azərbaycan rəhbərinin həyata keçirdiyi islahatların bütün dünyada maraqla izləndiyini söylədi. O da qeyd etdi ki, Azərbaycanın bu sahədəki təcrübəsini təqdirəlayiqdir.
- ölkəmizdə yaşıllaşdırma və meşəsalma layihələrinin həyata keçirilməsi sahəsindəki vəziyyəti də qənaətbəxş sayırsınızmı?
- Elə ərazilər var ki, orada ağaclar üçün şərait var. Elə yerlər də var ki, orada tarixən ağac bitməyib. Belə yerlərdə, hətta ən ucqarlarda yaşıllaşdırma işləri aparılır. Ən müasir texnologiyalardan istifadə edilir. Damcılı suvarma texnologiyaları tətbiq olunur. Digər nazirliklərlə birgə genişmiqyaslı işlər həyata keçirilir. Məsələn, atmosfer havasının mühafizəsi ilə bağlı fəaliyyəti nümunə göstərə bilərik. Monitorinq şəbəkəsi tam bərpa olunub. Hazırda müşahidə şəbəkələrimizi müasir texnika ilə təchiz edir, avtomatlaşdırırıq ki, qısa zamanda təhlillər aparıb ictimaiyyəti məlumatlandıraq. Havada səhhət üçün ziyanlı təsirlər, torpağın vəziyyəti barədə məlumat verək. Artıq müəssisələrdə vəziyyət nəzarət altına alınıb. Havanı zərərli tullantılarla zəhərləyən bir sıra dövlət və özəl müəssisələr artıq ziyan vermədən işləməyə başlayıb. Tullantılarla bağlı da vəziyyət eynidir. Artıq zərərli tullantıların xüsusi ayrılmış poliqonlarda basdırılmasına başlanılıb. Lakin bu, hələ başlanğıcdır.
- Ancaq cərimələnənlər də var...
- Bəli, təkcə ötən il 33 milyon manat cərimə tətbiq etmişik. Ancaq 1 milyon manatdan bir qədər artıq məbləğin ödənilməsi təmin edilib. Burada da ciddi problemlər var. Məsələn, anlayışlar və qanunlar arasında ziddiyyət özünü göstərir. İstər cəmiyyət, istər vətəndaşlar, istərsə də təşkilatlar yerli-yersiz “filan qurum hara baxır?” - deyə kimisə qınaq obyektinə çevirərkən problemin əsl səbəblərini gizlətmiş olur. Hər kəs hərəkətinin məsuliyyətini dərk etsə, havaya, ətraf aləmə verdiyi ziyanın mahiyyətinə varsa, bu problemlər yaranmaz. Ətraf mühitin çirklənməsindən, meşələrin qırılmasından yazan jurnalist kənddə yaşayan qohumuna oduncağa alternativ yanacaq növlərindən hədiyyə ala bilər. Bununla da, ətraf mühitin mühafizəsində daha yaxından iştirak etmiş olar. Ancaq jurnalistlər nə edir? Həm meşələrin qırılmasından yazır, həm də “bəs, camaat nə etməlidir?” - deyir. Ona görə jurnalistləri nümunə çəkirəm ki, onların ətraf mühitin sağlam qalmasında rolunun çox böyük olduğunu düşünürəm. Qanunların işləməsinin bir prinsipi var. Onlar kütləvi qanun pozuntularının qarşısını almaq üçün yaradılmayıb. Qanunlar cəmiyyətin özü üçün qəbul etdiyi normalardır. Son beş ildə həyata keçirdiyimiz addımlardan biri də təbliğat xarakterli reklam çarxları hazırlayıb insanları ətraf mühitin mühafizəsinə çağırmaq oldu. Zavod direktoru rəhbərlik etdiyi müəssisənin tüstüsündən özü boğulur, ancaq planı əsas gətirib bu zərərli addımdan çəkinmir. Adımızın  belə çəkilmədiyi həmin klipin telekanallarda yayımlanması üçün ona çəkilən xərcin bir neçə qatını istədilər. Biz bu klipi özümüz üçün çəkməmişdik ki?! Biri göstərmədi, o biri görmədi. Nəticədə həmin davranış davam edir. Digər tərəfdən, məhkəmələrdə qanunu pozanlarla bağlı iddiamız təmin edilmir, işlər illərlə məhkəmə orqanlarında yatıb qalır, hətta baxılmadan geri qaytarılır. Belə təəssürat yaranır ki, kim istəsə, yeri qaza bilər, torpağın üst qatına ziyan vura bilər, məhkəmə isə iddianı qəbul etməyə bilər. Hətta özümüzə qarşı iddia qaldırarlar ki, vətəndaşı düzgün cərimələməmişik. Bu problemlərə baxmayaraq, irəliləyiş var. Məsələn, keçən il 33 milyon manat cərimə tətbiq edilib, 1 milyon manat ödənilib. Beş il əvvəl 2.5 milyon manat tətbiq edilmişdi, 350-400 min manat ödənmişdi. Dəyişiklik də var, irəliləyiş də. Görülən işlərin müəyyən mərhələsini yekunlaşdırıb yeni mərhələyə başlamaq istəyirsən və arxaya baxanda həyata keçirilən nəhəng işləri görməmək mümkün deyil. Prezidentimizin dinamik siyasətinin nəticəsi də məhz budur: problemlər vardı və onların çoxu artıq arxada qalıb. Biz artıq yeni problemlərin həlli barədə düşünürük. Məsələn, Prezidentimizin ötən il imzaladığı sərəncamlardan biri “Yaşıllaşdırma və landşaft quruluşu” Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı oldu. Təbii mühitə uyğunlaşdıraraq landşaft quruluşunun da gözəlləşdirilməsinə diqqət yetirilir. Bir neçə il əvvəl İsveçrə Ətraf Mühiti Mühafizə Fondunun prezidenti Azərbaycanda səfərdə oldu. ölkə üzrə səyahət edəndən sonra soruşdu ki, sizdə ekskovator zavodu var? Sualı başa düşmədiyimdən belə bir zavodun olmadığını söylədim. Bu sualı verməsini isə hər yerdə ekskovator görməsi ilə izah etdi. Yəni, niyə qazıldığı məlum olmayan və yarımçıq qalan bu işlər kənardan gözə çarpır. Biz isə artıq bu tipli problemlərin həllinə çalışırıq. Prezidentin Xəzər dənizinin mühafizəsi, Xəzər bioresurslarının bərpası, atmosfer havasının mühafizəsi, meşələrin bərpası, çirkab sularının, bərk tullantıların idarə olunması ilə bağlı verdiyi sərəncamlar da məhz ölkədəki problemlərdən yaranan narahatlığın və onların həllinə istiqamətlənmiş fəaliyyətin göstəricisidir.
- Yayda adətən meşə yanğınları narahatlıq yaradır. Bu sahədə hazırlıq hansı səviyyədədir?
-  On il əvvəlki vəziyyətdən qat-qat yaxşıdır. Meşələrdə ağacların kütləvi qırılması prosesinin qarşısı alınıb. Xaricdən ölkəmizə 70 milyon manatdan çox ağac material gətirilir. Halbuki 7-8 il əvvəl bu rəqəm cəmi 4-5 milyona bərabər idi. Bütün bunlara baxmayaraq, oğurluqların qarşısını tamamilə almaq mümkün olmayıb. Başqa bir tərəfdən, artıq sahibkarların çoxu işini oğurluq material əsasında qurmur. Ancaq meşələrdə oduncaq oğurluğu hələ də müşahidə edilir. Bunu da belə izah edə bilərəm ki, rayonlarda sənaye özəlləşdirilib. Dövlətin ixtiyarında olan sahələrdən biri də meşələrdir. Müdaxilə etmək imkanı olan nüfuz sahiblərinin səlahiyyət çərçivəsi, təsir dairəsi azalıb və onlar üçün də meşələr qalıb. Kimi desəniz, meşələrə müdaxilə etməyə çalışır. Hansı nazirliyin strukturu olduğunu deməyəcəm, ancaq səlahiyyətli şəxslərin ağacı qırdıqları barədə fakt aşkarlanıb, telefona çəkilib. Meşə qıran bu şəxslər fakt üstündə yaxalananda əməkdaşlarımızı “avtomatın qabağına verməklə”, güllələməklə hədələyiblər. Təbii ki, nazirliyin əməkdaşlarının hamısının ideal olduğunu iddia etmirəm. Hər biri adi Azərbaycan vətəndaşıdır. Lakin “səlahiyyətli şəxslər” idarə rəislərini çağırıb konkret tapşırıqlar verir, əvəzində işçilərimizə kömək edəcəklərini vəd edirlər. Birini işdən çıxarırıq, başqasını qoyuruq, ona da əlləri çatır. Əslində vaxtı bitmiş, qocalmış sahələrin ağacları qırılmalı, orada yeni meşə salınmalıdır. Ancaq meşələrin qanuni qırılması prosesini dayandırmışıq. çünki meşədə işləyənlər  təzyiqlərə tab gətirmir və ya iştahını saxlaya bilməyib sağlam meşələri qırır. Qanunsuza da qanuni don geyindirmək cəhdinin qarşısını almaq üçün bu prosesi bütövlükdə saxlamışıq. Halbuki meşələrimizin məhsuldarlığından effektiv istifadə üzrə bir layihə işləyə və tətbiq edə bilərik. Bunun üçün meşələrə baxış dəyişməlidir. Sıx ərazilərdəki ağacların üçdəbirini götürüb satışa çıxarmaq, gələn gəlirlə yeni meşələrin salınmasını təmin etmək olar. Bu təcrübədən dünya ölkələrinin çoxunda istifadə edilir. Meşələrin ən böyük düşmənlərindən biri də mal-qaradır. Bu, meşələrin təzələnməsinin, inkişafının qarşısını alan ən böyük təhlükədir. Meşə ziyanvericiləri ilə konservativ mübarizə üsullarından istifadə edilib və artıq nəticə də var. Meşələrimiz davamlı meşələrdir. Meşələrimiz yaş olduğundan orada yanğın ehtimalı çox azdır. Yanğın yol kənarında, kolluqlarda ola bilər. Bunun da qarşısını almaq üçün hazırlıqlar var. Fövqəladə Hallar Nazirliyinin yerlərdəki qurumları da effektiv işləməyə başlayıblar.
- Daha çox təbiətə təsirdən danışdınız. Ancaq son zamanlar əksi də müşahidə olunmağa başlayıb. Məsələn, vəhşi heyvanlar əhaliyə, insanlara, ev heyvanlarına hücum etməyə başlayıb...
- Bu da daha çox insanların fəaliyyətinin nəticəsidir. Heyvanların da hüquqları, toxunulmaz ərazisi olmalıdır. Təbiətimizdə ayı olmasını istəyiriksə, ona şərait yaratmalıyıq. Kənddə hamı heyvan saxlayır və bunu özü üçün ayrılan pay torpaqlarında deyil, dövlətə məxsus torpaqlarda, ərazilərdə edir. çöl pişiyi “Qırmızı kitab”a düşən növlərdən olsa da, Azərbaycan ərazisində onların sayı kifayət qədərdir. Vaxtilə onlar çöl ərazilərdə də yaşayıb. Ancaq artıq bu ərazilərdən çəkiliblər. çünki çöllüklər dözülməz dərəcədə istismar edilir.
- Qeyri-neft sektoruna keçid məqsədi ilə turizmin inkişafı əsas hədəflərdəndir. ölkəmizin ekoloji durumu bu inkişafa imkan verir. Bəs, həmin inkişafın ekologiyaya ziyan vurmasının qarşısını almaq mümkün olacaqmı?
- Bu proses dərin, düşünülmüş, götür-qoylu olmalıdır. Təbii ki, turizm maraqları ilə olsa, nəticə ekologiya üçün yaxşı olmayacaq. Əksinə olsa, hər ikisinin inkişafı yüksək nəticə verəcək. Tutaq ki, Şirvan Parkında müəyyən sayda turist olması bu sahənin inkişafına səbəb ola bilər. Məsələn, orada işləyən üçün parkda diri ceyranın olması daha çox gəlir gətirəcək, nəinki ceyranı brokonyerin güdazına vermək. Ancaq turistin sayını insan əlindən ceyrana yer qalmayacaq səviyyəyə çatdırmaq yolverilməzdir.
- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan Xəzərin problemləri ilə məşğul olan Xəzəryanı ölkələr arasında yeganə ölkədir. Ancaq Xəzərin resurslarının mühafizəsi sahəsində problemlər də olur...
- Problem ondan ibarətdir ki, SSRİ-nin dağılması ərəfəsində Xəzər Bioresursları üzrə Komissiya yaradıldı. Elə ilk gündən Xəzəryanı 4 ölkə arasında elə şərtlər qoyuldu ki, SSRİ-ni təmsil edərkən çox mühüm əhəmiyyətə malik Azərbaycan müstəqil ölkə kimi Xəzərdə hüquqsuz duruma düşdü. ölkədəki Balıqçılıq zavodları SSRİ üçün balıq emal edirdi. Ancaq Azərbaycanın bölgüdə aldığı pay əvvəlki dövrdəkinə nisbətən balığın 5 faizini də etmirdi. Vuruşa-vuruşa 5 faizi 12 faizə çıxartdıq. Məsələ qoymuşduq ki, ya imtina edək, ya da faizlər rəqəmlərə görə bölüşdürülsün. ölkələr dəniz sektorunun ölçüsünə, balığın yetişdirilməsindəki roluna, ərazisindən dənizə axıdılan şirin suların həcminə, həmin ölkədə dəniz sektorunda suyun təmizliyinə, balıqların yem bazasının mövcudluğuna və yetişdirilib dənizə buraxılan süni balıqların sayına görə faiz götürsün. Bu bölgüdə artıq mövqelər dəyişdi. İran birinci yerdədir. Azərbaycan isə müqayisə olunan dərəcədə həcm əldə edir. Ancaq şərtlər özəl sektoru cəlb etmək imkanlarını məhdudlaşdırır. Sahibkar balıq yetişdirilməsi, brokonyerlərlə mübarizədə kömək edib buradan qazanc götürə bilərdi və bu halda kvota da yüksəlirdi. İndi bu yoxdur. Eləsək də, buna imkan verilmir. Məsələn, zavod tikib hər il 15 milyon kiçik balıq buraxırıq, digər ölkələr toplantılarda az qala irad tutur ki, “bizdən icazəsiz niyə tikirsiz”? Söhbət Xəzərin qayğısına qalmaqdan getmir. Bu,  siyasi müzakirələrdə ekoloji və bioloji arqumentlərdən istifadədir. Nə özləri qayğı göstərir, nə də iş adamlarının marağını cəlb etmək istəyirlər.
- Məlum olduğu kimi, Prezident İlham Əliyev Qobuda zooloji park salınması üçün Sərəncam imzalayıb. Bir az əvvəl heyvan hüquqlarının tapdanmasına toxundunuz. Bu park insanla təbiət münasibətlərindəki təsəvvürü dəyişə və eyni zamanda turizmin inkişafına da dəstək verə biləcəkmi?
- Park Bakıda asudə vaxtın təşkilində, gənclərin tərbiyəsində mühüm rol oynayacaq. Eyni zamanda heyvanat aləminin təmsil olunması, nəsli kəsilməkdə olan heyvanların çoxaldılıb təbiətə buraxılması və ümumiyyətlə, təbiətə sivil münasibəti nümayiş etdirmək üçün çox böyük əhəmiyyəti olacaq. Qəfəsdə heyvan saxlamaq olmaz. Gənc nəslin tərbiyəsindəki rolu bilirik, ancaq heyvana istədiyi şəraiti yaratmırıq. Sahibkarlardan biri dağın ətəyində otel tikib. İnsanları cəlb etmək üçün heyvanxana da yaradıb. Səliqə ilə qəfəslər düzəltdirib heyvanları içərisinə yığıb. Halbuki dar qəfəslərin əvəzinə bu heyvanlar üçün təbiətin qoynundan daha böyük ərazi ayıra bilər, heyvanlar üçün elə şərait yarada bilərdi ki, onlar insanları görməsin. Tapdığı qidanı onlara insanların verdiyini hiss etməsin. Heyvanxananın tərbiyəvi funksiyasından danışırıq. Ancaq görün, nəyi tərbiyə etmişik. Prezidentimiz də bütün məqamları nəzərə alıb. Onun ölkəmizi bütün sahələrdə gözəlləşdirmək istəyi var. Dövlət başçısı imzaladığı həmin Sərəncamla həm təbiətə sevgisini, həm də beynəlxalq aləmə bizim necə olduğumuzu nümayiş etdirib. 230 hektar sahədə salınacaq parkın dünya heyvanxanalar şəbəkəsində öz yeri olacaq. Burada dünyada mövcud olan müxtəlif heyvan növləri təmsil olunacaq.
- Bəs, iqlim şəraiti buna imkan verəcəkmi?
- Parkda yalnız tropik və arktik iqlim şəraitini yaratmaq lazım gələcək. Kommersiya prinsipi ilə idarə olunan təşkilat olacaq Zooloji Parkda istənilən şəraiti qurmaq mümkün olacaq və bu, özünü doğruldacaq.
- Nazirlikdə işğal olunmuş Azərbaycan ərazilərində işğalın nəticələrinin hesabatı aparılırmı?
- Bəli, hələlik qeydə almaqla kifayətlənməli oluruq. Lazım gələndə bu faktlardan istifadə edəcəyik. Təbii sərvətlərimiz istismar edilir, meşələrdə ağaclar qırılır. Sərvətimiz dünya bazarında satışa çıxarılır. Azərbaycana vurulan ziyanı rəqəmlərə çeviririk. Yaxın gələcəkdə Ermənistana qarşı bu rəqəmlərə uyğun tələblər qoyulacaq.
- Cənab nazir, ötən ilin ən böyük hadisələrindən biri də ölkəmizin ilk ekspedisiya qrupunun Antarktidaya səfəri oldu...
- Bununla bağlı Norveç səfiri Nazirlikdə olub. Antarktidaya getməkdə məqsədlərimizlə maraqlanırdı: məqsədimiz nədir? Həmin ərazilərə iddiamız varmı? Gətirdiyimiz nümunələrlə bağlı soruşdu. Dedik ki, niyə narahatsız, Antarktidanı bizdən əvvəl siz tədqiq etmisiz. Biz nə edə bilərik ki?!  Azərbaycanda eyni mineralların 2 milyondan artıq yaşı yoxdur və onlar bioloji təsirlər şəraitində formalaşırlar. Antarktidada bioloji təsir olmayıb, donmuş vəziyyətdə qalıb. Eyni tərkibə malik olmalarına baxmayaraq, onların yaşı daha çoxdur - artıq 100 milyon yaşı var. Bu fərqləri araşdırmaq istəyirik. Böyük elmi kəşf olmasa da, hansısa elmi əsərin mövzusudur.
- Elmi araşdırma haqqı səfəri maliyyələşdirən Qərb Universitetinə aiddir, yoxsa...
- Bir neçə İnstitut bu araşdırma ilə məşğul olacaq. Metereologiya İnstitutu, Geologiya İnstitutu və Qərb Universiteti.  Bundan başqa, Rəsmi Antarktida müqaviləsinə qoşulmaq istəyirik. Bunun üçün artıq sənədlərin hazırlanmasına başlanıb. Antarktida müqaviləsinin tərkib hissəsi olan Menecerlər Şurasına, Elmi Tədqiqatlar Şurasına qoşulmaq istəyirik.  İki ay sonra Baltimorda Antarktida Müqaviləsinin konfransına müşahidəçi qismində qatılmaq istəyirik. Sonra isə müqaviləyə birləşmiş üzv kimi qatılmaq niyyətimiz var. Azərbaycan istəyir ki, qlobal proseslərdə öz rolu olsun. O cümlədən, ekspedisiyaların təşkilində, okeanlarda tədqiqatların aparılmasında, Arktika və Antarktidada tədqiqatlarda iştirak etmək istəyirik. Bəlkə daha mürəkkəb işlərdən danışmaq hələlik tezdir, ancaq biz peyk də buraxmaq istəyirik. Hətta elmi məqsədli nüvə reaktoruna da sahib olmaq niyyətindəyik. Azərbaycan müsəlman şərqində ilk Respublika tipli dövlət yaradan, ilk qəzet buraxan, ilk teatr yaradan ölkə, latın qrafikalı əlifbaya keçən ilk türk dövlətidir. Elə isə Azərbaycanın Antarktidaya ekspedisiya edən ilk türk və müsəlman dövləti olması niyə təəccüb doğurmalıdır ki?!
- Rəhbərlik etdiyiniz Hava və Ekstremal İdman Növləri üzrə Federasiyanın fəaliyyəti nə yerdədir?
- Paraşütlə tullanma üzrə Ukrayna və Rusiyadan məşqçilər gətirmək istəyirik. 50 nəfərə qədər gənc toplamışıq. Onların da arasından 5-10 nəfəri seçib beynəlxalq yarışlara hazırlamaq fikrimiz var. Bu, çox elitar idman növüdür. Qoy, bu idman növündə də nümayəndələrimiz olsun və beynəlxalq çempionatlara qatılıb lap sonuncu yerlərdən birini tutsun. Əsas istəyimiz odur ki, Azərbaycan bu yarışlarda təmsil olunsun. Biz paraşütləri Almaniyadan, Ukraynadan alanda artıq təəccüb doğurmuşdu. Nə bu idmanla maraqlanmağımızdan, nə də çempionatlara qatılmağımızdan dünya və uçmağı bacarmayan “pinqvinlərimiz” təəccüblənməsin. Yalnız paraşütlə tullanma deyil, bir sıra idman növlərini inkişaf etdirməyi düşünürük. Sualtı idman növləri, dağ motosikletçiliyi, dağ ekstremal idman növləri, texniki ekstremal idman növləri, paraplan, deltaplan, müəyyən ekstremal elementləri olan spiralogiya istiqamətləri üzrə klublar yaratmaq, maksimum adamlar cəlb etmək, klublararası yarışlar təşkil etmək, daha təqdimatlı yarışlar keçirmək, ən güclüləri ortaya çıxarmaq istəyirik. Bu sahələrin inkişafı imkan verəcək ki, hərbi xidmətə gedən yeniyetmə və gənclər daha gözüaçıq olsun. Bizə intuziazlar lazımdır. Vəsait tapılacaq və lazım olan yerə xərclənəcək.
RUHİYYƏ DAŞSALAHLI

 
  • Oxunub:  18750  |  
  • Tarix:  30-05-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA