Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Əsas məsələ vətəndaşların hökumətin fəaliyyətinə verdiyi qiymətdir

Əsas məsələ vətəndaşların hökumətin fəaliyyətinə verdiyi qiymətdir

30.05.2009 [12:46]

Əli Əhmədov: Güman etmirəm ki, hər hansı bir təşkilatın Azərbaycanı məqsədli şəkildə tənqid etməsi bizim dünya birliyindəki yerimizə təsir edə bilsin
Məlum olduğu kimi, iyunun 1-dən etibarən ipoteka kreditlərinin verilməsinə başlanacaq. Artıq kreditlərin verilməsi qaydaları və şərtləri də ictimaiyyət üçün açıqlanıb. Bu barədə jurnalistlərin suallarını cavablandıran Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın icra katibi, millət vəkili Əli Əhmədovun fikrincə, ipoteka kreditləri bu dəfə daha geniş kütləni əhatə edə biləcək:
- Hökumət vətəndaşlara müxtəlif formalarda, o cümlədən də, ipoteka formasında yardımlar göstərməlidir və Azərbaycan hökuməti də bu siyasəti həyata keçirir. Digər tərəfdən, hər bir hökumət, o cümlədən də, Azərbaycan hökuməti hazırda hökm sürən maliyyə böhranından nəticə çıxarmalıdır. İpoteka siyasəti elə həyata keçirilməlidir ki, o, hökumətin öz vətəndaşlarına yardım etmək siyasətinə dəstək vermiş olsun. Eyni zamanda, iqtisadi və maliyyə fəsadlarına gətirib çıxarmasın. Unutmaq olmaz ki, indi dünyada hökm sürən maliyyə böhranının yaranmasında məhz ipoteka kreditlərinin də böyük rolu olub. Dünya təcrübəsi də bunu göstərir ki, ipoteka kreditindən ehtiyatla və düşünülmüş şəkildə istifadə etmədikdə o, elə bir nəticəyə gətirib çıxarır ki, həyata keçirmək istədiyin niyyətin əvəzinə tamamilə başqa bir mənzərə yaranır. Azərbaycan hökuməti öz vətəndaşlarına ipoteka krediti vasitəsilə kömək etmək siyasətini hər zaman ortaya qoyub. Bu niyyətin həyata keçirilməsi ancaq və ancaq həmin məqsədin reallaşmasına gətirib çıxarmalıdır. Başqa fəsadlar törənəcəksə, bunu həyata keçirməsək daha yaxşı olar. Ona görə də, mexanizmlər elə işlənilməlidir ki, niyyət həyata keçirilə bilsin. Hökumətimizin ehtiyatlı mövqe tutmasının mənasını da elə bu məqamda axtarmaq lazımdır. Hazırda ipoteka kreditləri yenidən bərpa olunur. Güman edirəm ki, hazırlanacaq yeni mexanizmlərdə heç bir problem ortaya çıxmayacaq. Bir dəfə demişdim, indi yenə təkrar edirəm, vaxtı gələndə mənzilləri də tikib kreditlə vətəndaşlara vermək mümkün olacaq.
-  Əli müəllim, “Amnesty International” təşkilatı yenidən insan haqlarının vəziyyəti ilə bağlı hesabatında Azərbaycan haqqında mənfi fikirlərə yer verib. Hesabatda iddia olunur ki, Azərbaycanda müstəqil mətbuat sıxışdırılır və müxalifət təqib olunur. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini olaraq, bu fikirlərə münasibətiniz necədir?
- Bilirsiniz, belə təşkilatların sayı çoxdur. Onların bəziləri müstəqil qurum kimi fəaliyyət göstərir və öz baxışları var. Hətta, həmin təşkilatların müəyyən qrupların maraqlarını müdafiə etmək məqamları da ola bilər. Ona görə, hər hansı bir tənqidə bu qədər həssas yanaşmağın da tərəfdarı deyiləm. Hər bir hökumət ilk növbədə ayrı-ayrı məqsədlərlə yaranmış təşkilatların söyləyə biləcəyi tənqidləri nəzərə alaraq yox, öz xalqının və dövlətinin maraqlarına istinad edərək və onu nəzərə alaraq fəaliyyət göstərir. Azərbaycan hökuməti də bu cür işləyir. Və Azərbaycan vətəndaşlarının hökumətin fəaliyyətinə verdiyi qiymət istənilən beynəlxalq qurumun verdiyi və bundan sonra da verəcəyi qiymətdən hökumət üçün də, Yeni Azərbaycan Partiyası üçün də qat-qat üstündür.
- Sizcə, belə hesabatlar Azərbaycanın imicinə mənfi təsir edə bilərmi?
- Hər bir dövlətin imici hər şeydən əvvəl onun iqtisadi qüdrəti ilə müəyyənləşir. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, ölkənin imici də bu qüdrətə uyğun olacaq. Bəzi məqamlarda elə Azərbaycanın iqtisadi cəhətdən güclənməsi bir çox təşkilatlar tərəfindən tənqid hədəfinə çevrilməsinə səbəb olur. Bütün bunları diqqətlə araşdıranda bir çox məqamlar ortaya çıxır. Azərbaycanın imici ölkənin seçdiyi yoldan, ölkə iqtisadiyyatının möhkəmlənməsindən, vətəndaşların rifahının, yaşayış səviyyəsinin yaxşılaşmasından asılıdır. Bundan əhəmiyyətli imic təsəvvür etmək mümkün deyil. Digər bir imic isə Azərbaycanın müasirləşməsi, müasir dünya prinsiplərinə və dəyərlərinə uyğun şəkildə öz həyatını qurmasıdır. Biz bu istiqamətdə çox işlər görürük. Güman etmirəm ki, hər hansı bir təşkilatın çoxlarının oxumadığı, heç xəbərləri olmadığı hesabatlarında Azərbaycanı məqsədli şəkildə tənqid etməsi bizim dünya birliyindəki yerimizə təsir edə bilsin.
- Yeri gəlmişkən, Azərbaycanda “Diffomasiya haqqında” qanunun qəbul olunması ilə bağlı təşəbbüslər irəli sürülür. Sizcə, belə bir qanunun qəbul olunması mümkündürmü?
- Hər məsələnin öz zamanı var. Prinsip etibarilə mənim yanaşmam bundan ibarətdir ki, Azərbaycanda çox güclü mətbuat formalaşıb. Amma eyni zamanda, bu gün mətbuatın özünün daxilində bir sıra problemlər var. Güman edirəm ki, bu istiqamətdə ciddi addımların atılması yolu təmizləyir. Gəlin gözləyək, o yollar tamam təmizlənib qurtarsın, ondan sonra qalan məsələlər həllini tapacaq.

Paylaş:
Baxılıb: 1142 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30