Ana səhifə »  Müsahibə »  Bələdiyyələrə subvensiyaların ayrılması nəzərdə tutulur
A+   Yenilə  A-
Bələdiyyələrə subvensiyaların ayrılması nəzərdə tutulur

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov www.yap.org.az saytına müsahibə verib:
- Kamran müəllim, bildiyimiz kimi, hazırda Azərbaycanın regionları sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Yerli özünüidarəetmə orqanları - bələdiyyələr bu prosesdə nə kimi rola malikdir?
- Ümumiyyətlə, insan hüquqları, qanunun aliliyi, hakimiyyət bölgüsü, müstəqil məhkəmə sistemi və digər elementlərlə yanaşı, yerli özünüidarəetmə institutu da demokratiyanın əsas şərtləri sırasında xüsusi yer tutur. Yerli özünüidarəetmənin əsas məqsədi əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Ümumilikdə yerli özünüidarəetmə öz statusuna görə əhaliyə ən yaxın qurum hesab edilir, vətəndaşlarda idarəetmə bacarığını təlqin edir. Bu, vətəndaşların bir növ məsuliyyət və idarəetmə təcrübəsidir.
Yerli özünüidarəetmənin anlayışı çox aydın şəkildə “Bələdiyyələrin statusu haqqında” qanunun 1-ci maddəsində göstərilib. Həmin maddəyə əsasən, yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə qeyri-dövlət sistemidir ki, bu sistem vasitəsilə onlar qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həyata keçirirlər. Bildiyimiz kimi, yerli özünüidarəetmə institutunun əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bələdiyyələrə dövlət dəstəyinin göstərilməsi, təbii ki, Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş Konstitusiyada bələdiyyələrə xüsusi olaraq IX fəsil həsr olunub. Həmin fəsildə bələdiyyələrin statusu, işinin təşkili, müstəqilliyinin təminatı və digər məsələlər öz əksini tapıb.
- Yerli özünüidarəetmə qurumlarının səmərəli fəaliyyətinin təmin edilməsi üçün əsasən hansı şərtlər var?
- Bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi üçün əsas altı şərt var. Bunların sırasına bələdiyyələrin fəaliyyəti üçün hüquqi bazanın mövcudluğu, seçkililiyi, müstəqilliyi, təşkilatlanması, müstəqil maliyyə resurslarına malik olması, kadr təminatı daxildir. Bütün bu məsələlər nəzərə alınmaqla hər bir sivil dövlətdə, demokratik cəmiyyətlərdə belə qurumların yaradılması təmin edilə bilər.
Qeyd edim ki, Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti üçün möhkəm, dayanıqlı, təkmil normativ hüquqi baza yaradılıb. 1999-cu ildən keçən müddət ərzində bununla bağlı 20-yə yaxın qanun qəbul olunub. Buna nümunə olaraq “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Bələdiyyə qulluğu haqqında” və digər qanunları qeyd etmək olar. Qəbul olunmuş qanunlara zərurət yarandıqca dəyişikliklər edilir. Bu gün də həmin qanunların təkmilləşdirilməsi prosesi davam edir. Bunun əsas məqsədi bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın yüksəlməsi, ən əsası, onların maliyyə və iqtisadi potensialının gücləndirilməsidir.
Bələdiyyələrin səmərəli fəaliyyətinin digər bir şərti isə seçkililik məsələsidir. Onların dövlət qurumlarından fərqi məhz seçkili olmaları ilə əlaqədardır. Ölkəmizdə 1999, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkiləri keçirilib. İlk iki seçkilər göstərdi ki, bələdiyyələrə seçilmiş üzvlərin bu fəaliyyətə hazırlıq səviyyəsi o qədər də yüksək olmamışdır. Təbii ki, bu işlə məşğul olmaq üçün bələdiyyələrə rəhbərlik üçün müəyyən idarəçilik bacarığı, bilik, təcrübə, yüksək intellekt və ixtisas olmalı idi. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq, görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında təsəvvürə malik olmamışlar.
Lakin 2009-cu ildə keçirilən seçkilərin nəticələri göstərdi ki, bələdiyyə üzvlüyünə layiqli insanlar seçildi, onların arasında ali təhsillilərin, gənclərin, qadınların sayı artmışdı. Nəhayət, 2014-cü ildə keçirilmiş seçkilər nəticəsində göstəricilər daha da yüksək oldu. 2009-cu il bələdiyyə seçkilərində seçici fəallığı 31,86 faiz olduğu halda, 2014-cü ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə seçici fəallığı artmış, onların 38,93 faizi seçkilərdə iştirak etmiş, bu da əhalinin yerli özünüidarəetmə orqanlarına olan marağının artdığını göstərmişdir. 2014-cü il bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin sayı 38 min nəfəri ötmüşdü. Orta hesabla 2009-cu ildə bir bələdiyyə üzvü yerinə 1,9 nəfər düşdüyü halda, 2014-cü ildə bu göstərici 2,5 nəfər olmuşdur. O zaman 1607 bələdiyyəmiz və 15035 bələdiyyə üzvü var idi. Yəni əvvəlki seçkilərlə müqayisədə rəqabət yüksək idi.
2014-cü ildə yeni seçilmiş bələdiyyə üzvləri sırasında ali təhsilli şəxslərin sayı 89,8 faiz təşkil edib. Eyni zamanda, qadınların sayı 35,0 faiz, gənclərin sayı isə 36,4 faiz olub. Bələdiyyə sədrliyinə seçilən şəxslərin isə 93,7 faizi ali təhsilli, 30,0 faizi qadın, 27,4 faizi gənc idi. Bütün bunlar ondan xəbər verir ki, bizim cəmiyyətimiz, seçicilərimiz bu qurumlara diqqətini artırır. İnsanlar nəinki seçmək, eləcə də seçilmək niyyətlərini daşıyırlar.
- Bələdiyyələrdə vergi və ödəniş yığımları hansı səviyyədədir? Bu sahədə əvvəlki illərə nisbətən irəliləyişlər varmı?
- Qeyd etdiyim kimi, bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas şərtlər sırasındadır. Bələdiyyələr yerli sosial məsələlərin həlli üçün maliyyə imkanlarına sahib olmalıdırlar. Təbii ki, bunun üçün pul vəsaiti lazımdır və onun mənbələri müəyyənləşməlidir. Bu mənbələr sırasında bələdiyyənin yerli büdcəsi, mülkiyyəti və əmlakı durur. Təəssüf ki, 2000-ci illərin əvvəlində bələdiyyələr bu maliyyə mənbələrindən düzgün istifadə etmədilər. Onlar sərəncamlarında olan bir çox torpaq sahələrini satdılar. Hesab edirdilər ki, satılmış torpaqlardan əldə olunan vəsaitləri əhaliyə xərcləyəcəklər və bu, daim davam edəcək. Amma belə olmadı, torpaqlar tükəndi. Belə olan halda, bələdiyyələr ağır vəziyyətdə qalaraq alternativ maliyyə mənbələri axtarmağa başladılar. Bu məqamda onların əsas vəzifələri hesab edilən yerli vergi və ödənişlərin yığımı gündəmə gəldi. Deməliyəm ki, qanunvericilikdə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması sahəsində olduqca geniş səlahiyyətləri mövcuddur. Belə ki, bələdiyyələrin 9 növ vergi və ödəniş yığmaq səlahiyyəti var. Bunların sırasında 4 növ vergi - fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli materiallar üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi var. 5 növ ödənişlərin sırasına isə küçə-divar reklamının yayımına görə ödəniş, mehmanxana, sanatoriya, kurort və digər turizm xidmətlərinə görə ödəniş, nəqliyyat vasitələrinin daimi və müvəqqəti dayanacaqlarına görə ödəniş, bələdiyyə ərazisində stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş və bələdiyyənin mülkiyyətində olan əmlakın və torpaqların icarəsindən və satışından olan ödənişlər daxildir.
Təbii ki, bələdiyyələrin fəaliyyətinin ilk illərində vergi yığımı olduqca aşağı idi. Çünki bələdiyyə büdcəsinə daxil olan vəsaitin çox böyük faizi yalnız torpaq satışından formalaşırdı. Lakin bu sahədə 2014-cü ildə çox inqilabi bir dəyişikliklər baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə bəzi qanun layihələri təqdim edildi. Həmin qanun layihələrinə əsasən, fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydasının tam dəyişdirilməsi, torpaq vergisinin dərəcələrinin dəyişdirilməsi, eyni zamanda, dövlət büdcəsindən bələdiyyələrə ödənilən dotasiyaların verilməsi meyarlarının təkmilləşdirilməsi, bələdiyyələrə dövlət büdcəsindən subvensiyaların verilməsi və bələdiyyələrə ödənilən yerli vergi və ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulurdu. Və həmin il Milli Məclis tərəfindən bu qanunlar qəbul olundu. Bunun nəticəsində də 2015-ci ilin əvvəlindən bələdiyyələr bu sahədə böyük irəliləyişlər əldə ediblər. Yığılan vergi və ödənişlərin həcmi ildən-ilə artır. Məsələn, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcələrinə yerli vergi və ödənişlər nəticəsində daxil olan vəsaitin həcmi 12,5 faiz artıb.
Təbii ki, burada yalnız bələdiyyələrin səyləri kifayət etmir, vətəndaşlar da bu prosesdə fəal olmalıdırlar. Vətəndaşlarda vergi mədəniyyəti yüksək olmalıdır. Qanunla vergiləri ödəməlidirlər. Çünki bələdiyyələr toplanan vəsaiti həmin ərazinin sosial-iqtisadi inkişafına yönəldir. Bu sahədə bir çox işlər görülüb. Bir neçə ildir ki, bələdiyyələrin milli assosiasiyaları tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü həyata keçirilir. Bələdiyyələr gördüyü işləri layihələr formasında reallaşdırırlar və bu layihələrə vəsait xərcləyirlər, görülən işlər haqqında vətəndaşlara hesabat verirlər. Hesab edirəm ki, bələdiyyə-vətəndaş münasibətləri daim güclənməlidir. Və bunun nəticəsində vətəndaşlar tərəfindən də bələdiyyələrə inam və etibar artır. Əgər biz bələdiyyələrin inkişaf etməsini istəyiriksə, vətəndaşlar və dövlət onlara öz dəstəyini göstərməlidir. Dövlət tərəfindən bələdiyyələrə hər il dotasiya verilir. Yarandığı vaxtdan indiyə qədər bələdiyyələrə təxminən 63 milyon manatdan çox dotasiya verilib.
- Bələdiyyələrin uğurlu fəaliyyəti üçün kadr təminatı da başlıca şərtlərdən biridir. Bu istiqamətdə vəziyyət nə yerdədir?
- Əlbəttə ki, bu, çox vacib məsələdir. Təbii ki, bələdiyyələrdə sədr və üzvlərlə yanaşı, bələdiyyə qulluqçuları da çalışırlar. Onların fəaliyyəti və statusu “Bələdiyyə qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət və milli assosiasiyalar tərəfindən bələdiyyə qulluqçularının təcrübələrinin artırılması ilə bağlı bir çox işlər görülür, maarifləndirmə tədbirləri həyata keçirilir. “Bələdiyyə qulluğu haqqında” qanuna edilən son dəyişikliklərə görə, hər bir bələdiyyədə müsabiqə komissiyaları yaradılıb. Bu, o deməkdir ki, bələdiyyə qulluqçuları bələdiyyə sədri tərəfindən deyil, müsabiqə komissiyaları tərəfindən işə qəbul ediləcək. Yəni işə qəbul kollegial qərar əsasında baş tutacaq. Bu da işə qəbul məsələsinin şəffaf qaydada həyata keçirilməsini təmin edəcək. Bununla da əhaliyə ən yaxın sayılan bələdiyyə qulluqçularının insanlarla daha nəzakətli, diqqətli olmasına bir şərait yaradılacaq.
- Kamran müəllim, qeyd etdiniz ki, bələdiyyələr vergi və ödəniş hesabına öz büdcələrini formalaşdırırlar. Bələdiyyələr özlərinin müəssisə və xidmət sahələrini yaratmaqla da maliyyə imkanlarını artıra bilərlər. Yerli özünüidarəetmə orqanlarının belə təşəbbüslərinə rast gəlinirmi?
- Qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var. Həmin müəssisələrdən mənfəət vergisi alınır ki, bu da onların fəaliyyətini stimullaşdırır. 2007-2010-cu illərdə 40-dan çox bələdiyyə müəssisəsi var idi. Bu müəssisələr sırasında təmir-tikinti, məişət tullantılarının yığılması və nəqli, asfalt istehsalı, mineral su istehsalı fəaliyyəti və s. var idi. Son zamanlar isə onların işi zəiflədi, çoxları fəaliyyəti dayandırdılar.
Amma hazırda məsələ ilə bağlı işlər gedir. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, bələdiyyələrə subvensiyaların ayrılması nəzərdə tutulur. Subvensiyaların dotasiyalardan fərqi odur ki, o, konkret layihələr üçün nəzərdə tutulmuş vəsaitdir. Ümid edirik ki, növbəti illərdə dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılacaq. Dövlət həmin pulların təyinatı üzrə xərclənməsinə nəzarət edəcək və təyinatı üzrə xərclənməsə, həmin vəsaiti geri qaytarmaq hüququ var.
Mən nümunə olaraq, millət vəkili seçildiyim Şəmkir rayonunun bələdiyyələrinin fəaliyyətini göstərə bilərəm. Şəmkirdə 42 bələdiyyə var və onların hər birinin müəssisələri fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti bu işdə bələdiyyələrə yaxından dəstək göstərir. Bütövlükdə hesab edirəm ki, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq imkanı var və buradan gələn gəlirləri əhalinin sosial məsələlərinin həllinə yönəltmək mümkündür.

 
  • Oxunub:  12180  |  
  • Tarix:  28-10-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA