Ana səhifə »  Müsahibə »  Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək
A+   Yenilə  A-
Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Danışıqlar prosesinin hazırkı mərhələsini necə qiymətləndirirsiniz?
- Bu ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə işğalçı Ermənistan ciddi dərs aldı. Həmin döyüşlərin nəticələri həm ermənilər, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri üçün məyusedici oldu. Ona görə də bu hadisədən sonra həmsədrlər narahat olaraq döyüşləri dayandırıb danışıqlar prosesini bərpa etməyi təklif etdilər. Bəlkə də, döyüşlərdə erməni tərəfi üstünlük qazansaydı, onlar belə narahat olmazdılar. Çünki həmsədrlər sanki işğalçı Ermənistanın müdafiəçiləri, havadarları təsiri bağışlayırlar.
Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onlar nəticəsiz fəaliyyət göstərirlər. Bu qurum yaranan gündən ermənilərin xeyrinə nə isə etməyə çalışır. Amma buna da nail ola bilmirlər. Doğrudur, bəyanatlarında status-kvonun dəyişməsinin tərəfdarı olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Amma sözlə əməl bir olmalıdır. Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər icra olunarsa, onda vəziyyət tamamilə başqa cür olardı. Amma həmsədrlər bütün bunlar üçün heç bir əməli iş görməyiblər. Görünən odur ki, heç nə etmək istəmirlər. Bunların işi-peşəsi turist səfərləri etməkdir.
Düşünürəm ki, onların məqsədi münaqişənin həllinin vaxtını uzadıb Azərbaycanı güzəştə məcbur etməkdir. Buna da nail ola bilmirlər. Çünki Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə biz irəli gedirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan inkişaf edir, ordumuz güclənir.
- Həmsədrlər münaqişənin həlli ilə əlaqədar yeni ideyaların olduğunu bildiriblər. Sizcə, bu yeni ideyalar nə ola bilər?
- Məsələ ilə bağlı Azərbaycan dövləti mövqeyini bəyan edib. Bu da ondan ibarətdir ki, biz bir qarış torpağımızı heç kimə güzəştə getməyəcəyik və ərazi bütövlüyü məsələsi danışıqların mövzusu ola bilməz. Biz ərazilərimizi işğaldan azad edəcəyik.
Həmsədrlər bildirirlər ki, biz istəyirik bölgədə dayanıqlı sülhə nail olunsun, tərəflər siyasi iradə nümayiş etdirib razılığa gəlsinlər, qarşılıqlı etimad yaransın və s. Əgər yeni ideyalar bunlardısa, mənasız fikirlərdir. Necə ola bilər ki, erməni silahlı qüvvələri torpaqlarımızı işğal altında saxladığı halda, qarşılıqlı etimad olsun? Bəlkə, həmsədrlər bununla demək istəyirlər ki, həmin torpaqları Ermənistana bağışlayaq? Bu ola bilməz. Onlar nə deyirlər desinlər, Azərbaycan son nəticədə məcbur olacaq ki, sözünü hərb yolu ilə desin.
Azərbaycan Ordusu torpaqları işğaldan azad etmək üçün hər an hazırdır. Həmsədrlərin bu fəaliyyətsizliyi, digər beynəlxalq qurumların ədalətsiz mövqeyi son nəticədə Azərbaycanı məcbur edəcək ki, torpaqlarını hərb yolu ilə işğaldan azad etsin. Bunun məsuliyyəti isə birbaşa işğalçı Ermənistanın, həmsədrlərin və öz qətnamələrini icra etdirə bilməyən beynəlxalq təşkilatların üzərinə düşəcək.
- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsi vaxtaşırı gündəmə gəlir. Hazırda bu məsələ nə yerdədir?
- Artıq uzun illərdir ki, Ermənistanda “Qarabağ klanı” bu münaqişə üzərində siyasi hakimiyyəti zəbt edib və bu ölkəni çapıb talayırlar. Ermənistan bütün sahələrdə fəlakətin, uçurumun astanasındadır. “Qarabağ klanı” nə qədər ki, hakimiyyətdədir, onlar münaqişənin sülh yolu ilə həllinə mane olacaqlar. O cümlədən də icmaların görüşünə, insanların yaxınlaşmasına razılıq verməzlər. Çünki cinayətkar rejim qorxur, bilir ki, bu görüşlər Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirəcək. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizə son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdü. O, səmimi olaraq etiraf etdi ki, Azərbaycan tərəfinin mövqeyindən çox razıdır. Çünki Azərbaycan xalqında erməni xalqına qarşı düşmənçilik hissləri yoxdur. Amma o, Ermənistanda vəziyyətin əksinə olduğunu dedi. Bildirdi ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə Ermənistan hakimiyyətini razı sala bilmir. Erməni tərəfi bu görüşlərin keçirilməsindən qaçır.
Əslində, mən separatçı rejimin rəhbərliy ilə görüşlərin keçirilməsinin tərəfdarı deyiləm. Görüşlər o zaman məqbul olar ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Belə görüşlərin keçirilməsini də onlar bizdən xahiş etsinlər. Amma Dağlıq Qarabağda yaşayan sadə insanlarla, ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsi yaxşı olardı.
- Ermənilər xalqımıza qarşı qətliamlar, vəhşiliklər törədiblər. Gələcəkdə torpaqlar işğaldan azad olunandan sonra ermənilərlə birgə yaşayış çətin olmayacaq ki?
- Düşünürəm ki, zamanla hər şey yoluna düşəcək. Müharibə nəticəsində 30 min şəhid vermişik. Amma nəzərə alsaq ki, dünyada, Avropada nə qədər müharibələr olub, qanlar tökülüb. Bu gün isə Avropa bir ailə kimi yaşayır. Şəxsən mən ermənilərlə bir yerdə yaşamaq istəmərəm, çünki ermənilər doğmalarımı öldürüblər. Amma bu, mənim istəyimdən asılı deyil. Beynəlxalq qayda-qanunlara əməl etməliyik. Birgə yaşamağa məhkumuq. Amma biz Azərbaycan qanunları, Konstitusiyası çərçivəsində bərabərhüquqlu yaşamalıyıq.
- Elman müəllim, Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində nə kimi işlər görür?
- Əsas məqsədimiz daha yüksək səviyyədə təşkilatlanmaq, daha yaxşı fəaliyyət göstərmək üçün səylərimizi artırmaqdır. Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı apardığı işlərə kömək etmək istiqamətini götürməliyik, Ona dayaq olmalıyıq. Qarabağ həqiqətlərinin, ermənilər tərəfindən başımıza gətirilən müsibətlərin dünyaya çatdırılması, Xocalı soyqırımını, təcavüzkarı tanıtmaq, son nəticədə torpaqlarımızı işğaldan azad etmək üçün biz beynəlxalq aləmlə çox işləməliyik.
Xaricə ünvanladığımız müraciətlərdə Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünə, onların hüquqlarının pozulduğuna dair faktlar öz əksini tapmalıdır. Bu, hamımızın üzərinə düşən vəzifədir və həmin vəzifəni də özümüzə borc bilib icra etməliyik. Qeyd etdiyim istiqamətdə bir çox işlər görülüb və hazırda da davam edir. Bizim məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır və inanırıq ki, dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində buna nail olacağıq.

 
  • Oxunub:  13260  |  
  • Tarix:  02-11-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA