Ana səhifə »  Müsahibə »  Kamal Abdullayev: İndi dünyada ölkəmizin həqiqətlərini Azərbaycanın dostları müdafiə edir
A+   Yenilə  A-
Kamal Abdullayev: İndi dünyada ölkəmizin həqiqətlərini Azərbaycanın dostları müdafiə edir

Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev media nümayəndələrinə müsahibə verib.
- Noyabrın 1-də Qafqaz Universitetində “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılmasını necə qiymətləndirirsiniz?
- Bu, çox ciddi və qarşısında böyük hədəfləri olan bir mərkəzdir. Ciddiliyi ondadır ki, Prezident İlham Əliyevin qarşımıza qoyduğu hədəflərə doğru bir addım da atdıq. Azərbaycan təhsil sisteminin çox önəmli bir nöqtəsində - Qafqaz Universitetində, “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin yaranması ilə faktiki olaraq Azərbaycan tədrisinin multikultural və tolerant ənənələr ətrafında formalaşmasına doğru gedən daha bir yola çıxdıq. Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan bir təhsil müəssisəsidir. Güman edirəm ki, məhz burada multikulturalizmin elm və tədris bazasının yaradılması bu universitetin ümumi ideologiyasına böyük fayda verəcək. Bu gün “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzində çalışanlar universitetin tədris auditoriyalarına Azərbaycanda, xüsusilə, son dövrlərdə qəti şəkildə formalaşan multikultural ideyaların daşınmasına kömək edəcəklər. Bu, çox vacib məsələdir.
Bilirsiniz ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 20-dən artıq universitetində Azərbaycan multikulturalizmi fənnini uğurla tədris edir və bu say artan xətlə davam edəcək. Müxtəlif xarici universitetlər artıq özləri bizə bu fənnin tədrisi ilə bağlı müraciətlər edirlər. Qafqaz Universitetində açılan Elm-Tədris Mərkəzinin bir funksiyası da həmin universitetlərin Azərbaycan multikulturalizmi fənninə aid ədəbiyyat, dərs vəsaitləri, fənni yüksək keyfiyyətlə tədris edən müəllimlər və mütəxəssislərlə təmin edilməsi olacaq. Bu dərslərin təmin edilməsi asan yolla başa gəlmir. Bu sıraya müəllim hazırlığı, elmi-metodik vəsaitlər daxildir. Bundan sonra bu işlərlə həm də bu Elm-Tədris Mərkəzi məşğul olacaq.
Mərkəzin açılışından sonra 16 Noyabr -Beynəlxalq Tolerantlıq Günü münasibətilə Qafqaz Universitetində keçirilən tədbir zamanı orada necə savadlı, istedadlı gənclərin və dünyəvi, bəşəri dəyərlər üstündə köklənmiş niyyətlərin olduğuna şahid olduq. Bütün bunlar bizə əsas verir ki, biz bu ali təhsil ocağında və digər universitetlərimizdə Azərbaycan xalqının təbiətinə, ruhuna xas olan dəyərlərin yaşadılmasına və inkişaf etdirilməsinə daha çox dəstək verək.
- Gələcəkdə bu Elm-Tədris Mərkəzinin kafedraya çevrilməsi planlaşdırılırmı?
- Elm-Tədris Mərkəzi faktiki olaraq kafedra və elmi-tədqiqat laboratoriyasının birgə fəaliyyəti deməkdir. Elm-Tədris Mərkəzinə professor Həbib Zərbəliyev rəhbərlik edəcək. O, bundan əvvəl Azərbaycan multikulturalizmi fənnini İndoneziyada tədris edən pedaqoqdur və multikulturalizm dəyərlərini dərindən mənimsəmiş mütəxəssisdir. Onun rəhbərliyi ilə Mərkəz bu istiqamətdə həm nəzəri, həm praktik baxımdan qarşıda duran vəzifələrin həlli ilə məşğul olacaq.
- Hazırda xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənnini azərbaycanlı və xarici mütəxəssislər tədris edirlər. Amma say baxımından hələ ki, azərbaycanlı mütəxəssislər üstünlük təşkil edir. Gələcəkdə tədris prosesində xarici ölkə mütəxəssislərinin sayının artırılması nəzərdə tutulurmu?
- Bu gün multikultural dəyərlərimizi tanıtmağın, öz həqiqətlərimizə kimlərisə inandırmağımızın ən doğru, düzgün və intellektual yollarından biri məhz “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədrisidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu layihəni uğurla həyata keçirir. Bu fənni tədris edən pedaqoqların hazırlanması prosesindən başlayaraq, onun dərs deyəcəyi xarici ölkəyə göndərilməsi prosesi, dərsin gedişatı prosesində oraya monitorinq məqsədilə mütəxəssislərin ezam edilməsi və sonra tədrisin getdiyi xarici ölkə universitetlərindən tələbələrin multikulturalizm yay və qış məktəblərinə dəvət olunması - bütün bunlar Multikulturalizm Mərkəzinin vəsaiti və köməyi ilə həyata keçirilir. Bu iş gələcəkdə daha da genişləndiriləcək. Bu gün elə xarici ölkə universitetləri var ki, orada bu fənni yerli universitetin Azərbaycanı tanıyan, sevən və bizə inanan müəllim-professor heyəti öz öhdəsinə götürüb. Məsələn, Almaniyanın Auqsburq, Portuqaliyanın Lusofona, Rusiyanın Yekaterinburq universitetlərində yerli professorlar bu dərsi keçirlər. İtaliyada da biz buna doğru gedirik. Bu, həm də xarici ölkə mütəxəssisləri ilə əlaqələrin daha da möhkəmlənməsini, həmin auditoriyanın müəlliminə olan inamının daha da yüksək olmasını təmin edir, eyni zamanda həmin ölkənin və Azərbaycanın multikultural dəyərlərinin bir yerdə paralel müqayisəli təhlilinə imkan verir. Başqa ölkələrin və xalqların öz multikultural ənənələrini daha dərindən öyrənməsi, həmçinin öz keçmişlərinə, əldə etdikləri dəyərli nailiyyətlərə bir daha nəzər salması baxımından bu gün Azərbaycan multikulturalizmi katalizator rolunu oynayır.
- Azərbaycan multikulturalizm modelinin təbliği və təşviqi məqsədilə beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkilinin ölkəmizə hansı nəticələr qazandırdığını söyləmək olar?
- Yay və qış məktəbləri Azərbaycan multikulturalizminin təbliği və təşviqi prosesi ilə yanaşı, ölkəmizə yeni dostlar qazandırmaq istiqamətində böyük bir platforma rolunu oynayır. Məhz beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkilindən sonra “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yarandı. Birliyin yüzlərlə üzvü və beynəlxalq auditoriyaya hesablanmış saytı var. Azərbaycan həqiqətlərinə ağız büzən, inanmayan, tənqid edən böhtançı qüvvələrə qarşı bizlərdən öncə Birliyin üzvləri - Azərbaycanın Gənc Dostları Amerikada, Avropada öz səslərini ucaldırlar. İndi dünyada ölkəmizin həqiqətlərini Azərbaycanın dostları müdafiə edir.
- “Azərbaycanın Gənc Dostları klubu”nun sosial bazasının daha da genişlənməsi üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Hesab edirəm ki, bu gənclərlə, tələbələrlə ünsiyyəti Azərbaycan multikulturalizmi fənninin tədrisi prosesi bitəndən sonra da davam etdirmək vacibdir. Vaxtaşırı onları Azərbaycanda olan tədbirlərə, layihələrə cəlb etməyi düşünürük. Həmin gənclər ölkəmizdə öz gözləri ilə şahid olduqları multikultural durum haqqında ailəsinə, dostlarına, tanışlarına məlumat verərək ölkəmizi sevənlərin sayının artmasına səbəb olurlar. Onlar öz gözləri ilə gördükləri və inandıqları doğruları öz dostlarının da həqiqətinə çevirməyi bacarırlar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçiriləcək təntənəli mərasimə Azərbaycanın Gənc Dostlar Klubunun üzvlərini də dəvət edib. Düşünürəm ki, onların Azərbaycanla əlaqəsini ömür boyu davam etdirmək lazımdır.
- Qafqaz Universitetindəki tədbirdə çıxış edərkən qeyd etdiniz ki, təqvimdə “Multikulturalizm ili” başa çatsa da, multikultural əhval-ruhiyyə davam edir və edəcək. Bu əhval-ruhiyyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaxın zamanlarda daha hansı yeni layihələrində özünü göstərəcək?
- Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə, əlbəttə ki, bu hadisəyə, bu fenomenə çox böyük siyasi qiymət verdi. Və eyni zamanda Azərbaycan cəmiyyətini multikulturalizm ideyaları ətrafında müzakirələr aparmağa, bir araya gəlib görüşməyə, fikir mübadiləsi aparmağa və daha dəqiq orientlərə çıxmağa bir növ daxilən səfərbər etmiş oldu. Məndə qəti bir inam var ki, təqvim ili sona çatandan sonra cəmiyyətdə həm bu il, həm də bundan əvvəlki illər, hətta əvvəlki əsrlərdən bəri intuitiv şəkildə toplanan, bəlkə özümüzdən də xəbərsiz canımıza yığışan o multikultural və tolerantlıq enerjisi gələcəkdə də davam edəcək. İndiyə qədərki layihələrimiz - ölkə və xarici universitetlərdə tədris, yeni-yeni kitabların çapı, həmçinin ilk sayından böyük marağa səbəb olmuş “Multikulturalizm” jurnalının fəaliyyəti davam etdiriləcək.
Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi daha yeni bir layihəyə imza atır. Artıq Multikulturalizm Mərkəzinin nəzdində elmi-metodiki seminar yaradılıb. Bu seminar faktiki olaraq Azərbaycan multikulturalizminin “Multikulturalizm ili”ndə və ondan əvvəl əsrlər boyu əldə etdiyi nailiyyətlərin təhlili, qiymətləndirilməsi və gələcək perspektivlərə uyğunlaşdırılması, əldə etdiyimiz uğurların işığında yeni hədəflər müəyyənləşdirib onları gerçəkləşdirməyin yolları məsələləri ilə məşğul olacaq. İndiyədək Azərbaycan multikulturalizmi haqqında dəyərli fikirlərin müəlliflərinin, Azərbaycan multikulturalizmi fənnini ölkə universitetlərində tədris edən mütəxəssislərin, Azərbaycan multikulturalizminin dostlarının və multikulturalizmin ab-havasında yaşam tərzini qurmaq istəyən insanların daxil ediləcəyi elmi-metodiki seminara professor Etibar Nəcəfov rəhbərlik edəcək. Seminarın ilk mövzusu artıq bəllidir: “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” . Eyni zamanda biz ilk seminarda akademik Ramiz Mehdiyevin Bakıda keçirilən Beynəlxalq Humanitar Forumla bağlı “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsinin təhlilini nəzərdə tutmuşuq.
Görəcəyimiz işlər, həyata keçirəcəyimiz önəmli layihələr gələn illərdə də davam edəcək, yeni-yeni “Azərbaycan multikulturalizmi” Elm-Tədris mərkəzlərinin açılması, bölgələrdə gənclərin məşğulluğunun təmin edilməsi və multikulturalizm ideyalarının daha dərindən aşılanması məqsədilə peşəyönümlü Yaradıcılıq fakültələrinin təşkili nəzərdə tutulur. Bütün bunların həyata keçirilməsində məqsəd sevgi, mərhəmət, şəfqət hissləri üzərində bərqərar olan Azərbaycan multikulturalizminin ali dəyərlərinin işığında cəmiyyətdə münasibətlərin daha gözəl səviyyəyə çatdırılması, gənclərin müəyyən peşələrə yiyələnib işlə təmin olunmasıdır. Bu multikultural dəyərlər əsrlərdən bəri Azərbaycan ədiblərinin yaradıcılığında öz əksini tapıb. Multikulturalizm ideyaları humanitar təmayüllü ixtisaslarla yanaşı, daha çox texniki, dəqiq elmlər sahəsində təhsil alan, peşə öyrənən gənclər arasında təbliğ olunmalıdır. Azərbaycan multikulturalizminin əsas ideyası heç bir fərqliliyə baxmadan bir-birini sevmək və mərhəmət göstərməkdir. Məhz bunun sayəsində cəmiyyətin əmin-amanlığı və rifahı təmin oluna bilər.

 
  • Oxunub:  14820  |  
  • Tarix:  04-11-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18