Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyev Gədəbəy rayonunda Aşıq musiqi məktəbinin təməlini qoydu
A+   Yenilə  A-
Prezident İlham Əliyev Gədəbəy rayonunda Aşıq musiqi məktəbinin təməlini qoydu
Türkü qopuz işığına yığan, saz havasına səsləyən Azərbaycan olacaq
Son illər ölkəmizin mədəni həyatında baş verən hadisələr cəmiyyəti milli mənəvi dəyərlərimizə daha həssas və diqqətlə yanaşmağa sövq edir. Milli mənəvi dəyərlərimizə göstərilən qayğı dövlət siyasətinin başlıca prinsiplərindən biridir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Gədəbəydə Aşıq Musiqi Məktəbinin təməlqoyma mərasimində iştirak etməsi isə bu siyasətin bariz nümunəsi idi. İslam mədəniyyətinin mənimsənilməsi və təbliği, Muğam irsinin qorunması sahəsində atılan uğurlu addımların sırasına qədim saz sənətinin qorunub saxlanılması da əlavə edildi. Bu barədə danışmaq üçün Milli Konservatoriyanın baş müəllimi Mübariz Əliyevi redaksiyamıza dəvət etdik:
- Saz sənəti xalqımızın həyatında nə kimi əhəmiyyətə malikdir?
- Bəllidir ki, xalq yaradıcılığından qaynaqlanan Azərbaycan musiqisinin ən qədim kökünü aşıq musiqisi təşkil edir. Biz Dədə Qorqud dövrünü-XII əsri əsas götürsək də, aşıq musiqisinin kökü daha qədimlərə - III-IV əsrlərə - Atilla saraylarına gedib çıxır. Və bu, isbata ehtiyacı olmayan bir həqiqətdir.
Terminalogiyasına görə də dünya musiqisi dörd yerə bölünür. İbtidai icma quruluşunda nəfəs alətləri kəşf ediləndən sonra taxta musiqi alətləri, daha sonra dəri alətlər geniş yayılmağa başlayıb. Sonuncu sıranı təşkil edən simli alətlərdən sonra isə artıq hər millətin özünə mənsub olan musiqi alətləri yaranmağa başladı. Ona görə də musiqilərin ən dərin kökündə bir-birinə qohumluq əlaqələri çox sıxdır. Türkün xoşbəxtliyindən qopuz onun payına düşdü. Türkün ruhundan gələn bu aləti Dədə Qorqud törəmələri, yəni hər türk boyu özünə uyğun şəklə salıb formalaşdırdı. Fikir verin, qırğızların komuzu, qazaxların domburu da qopuzun törəməsidir. Amma türkün ruhunu özündə əks etdirən, sırf Azərbaycan xalqının ruhunun inikası olan sazdır. Bu saza sahib çıxmaq istəyən çox olsa da, o, yaşayıb və heç bir millət onu mənimsəməyi bacarmayıb.
- Yəni oğurluqları ilə məşhur olan qonşularımızdan başqa da bu işə cəhd edən olub?
- Əslində digər xalqların Azərbaycan sazı haqqında təsəvvürləri az olub. Bu musiqinin dərinliklərinə enə bilməyiblər. Bir dəfə beynəlxalq konfransların birində almanlarla fikir mübadiləsi zamanı söylədim ki, təkcə bizim yox, bütövlükdə dünya musiqisinin kökündə qopuz aləti dayanır. Ona görə ki, qopuz alətinin mövcudluğu zamanı başqa musiqi alətlərindən söhbət gedə bilməzdi. Bir məsələ var ki, qloballaşma dövrü millətləri bir-birinə daha çox yaxınlaşdırır, onların iç dünyası, mənəvi dəyərləri ilə tanışlığa imkan yaradır. Təbii ki, bu zaman sahibsiz qalmış və ya az qorunan sahələrin digərləri tərəfindən mənimsənilmə ehtimalı çoxalır. Bunun bariz nümunəsini ermənilərlə zaman-zaman yaşadıq. Ona görə də milli-mədəni sərvətlərimizə sahib çıxmalıyıq. Bu mənada dövlət başçısının milli-mənəvi sərvətlərlə bağlı yürütdüyü siyasəti bütün ziyalılar kimi mən də ürəkdən alqışlayıram.
-Saz sənətinin inkişafı və təbliği bütün türk dünyasının bir ocağın işığına yığışmasına da vəsilə ola bilər.
- Təbii, saz qopuzun törəməsi olduğundan, əlbəttə, bütün türk xalqlarını öz ətrafına cəm edən bir vasitədir. Hər xalqın özünə uyğun bir şəkil alsa da, Azərbaycan və Türkiyə türklərində saz eyni olub. Bir vaxtlar sərhədlər qapalı olmadığından Azərbaycan və Anadolu aşıq məktəbləri paralel təşkil edilib, həmahəng formalaşıb. Aşıq Şenlik, Aydın çobanoğlu Anadolu aşıq məktəbinin yetirmələri olsalar da, Azərbaycanda, eləcə də bizim sənətkarlar orada məşhur olublar. Lakin Türkiyənin Avropa mədəniyyətinə inteqrasiyası saz sənətinə də nüfuz edib. Nəticədə orada saz musiqisinin bakirliyi pozulub, ilkinliyi itib. Bu xüsusiyyətlər yalnız Azərbaycan saz sənətində qorunub saxlanılıb və qeyd etdiyim kimi, həmin o bakirliyin, ilkinliyin bundan sonra da qorunub saxlanılması və inkişafı üçün dövlət səviyyəsində addımların atılması zəruri idi. Bu addımlar atıldı: Gədəbəy Saz Evinin əsası qoyuldu.
- Bu yöndə uğurlara nail olmaq üçün daha nələr tələb olunur?
- İlk növbədə cəmiyyəti maarifləndirmək...
- 70 illik sovet dövründə saz sənəti ilə bağlı maarifləndirmə işi aparılmırdı. Bununla belə saz öz ilkinliyini qoruyaraq bu günümüzə gəlib çatdı və bu gün artıq biz onu qorumaq haqqında düşünürük...
- Əvvəla, sazın qorunması qayğısına zamanında xalqını canı qədər sevən oğullarımız qalıb. üzeyir Hacıbəyovun təşəbbüsü ilə xalq musiqisini nota almaq üçün bəstəkarlar bölgələrə səfər ediblər. çünki müasir musiqinin əsaslarının qoyulması üçün dərsliklər yaradılmalıydı.
1928, 1938, 1961, 1984-cü illərdə aşıqların qurultayları, ara-sıra festivalları keçirilib. 1941-ci ildə ölməz sənətkarımız Bülbülün rəhbərliyi ilə Bryansk vilayətinin cəbhə bölgələrində Azərbaycan aşıqlarının konsert proqramları olub.
Bununla belə ölkədə baş verən repressiyalardan aşıqlar da qurtula bilməyiblər. Təkcə onu deyim ki, 1937-ci ildə Şirvan bölgəsindən aşıq Bilal sürgün edilib. çünki aşıqların xalq arasında çox böyük nüfuzu vardı və bu, onların daşıdığı missiya ilə bağlı idi. Qədim zamanlardan üzü bu yana aşıqlar həm informasiya ötürücüsü, həm ağsaqqal, həm maarifləndirici rolunu yerinə yetirirdilər. Tariximizə qısa nəzər salaq, “Koroğlu” dastanını vərəqləyəq. Əfsanəvi obrazlarımızdan tutmuş, tarixi qəhrəmanlarımıza qədər bir əlində qılınc tutan o birində ya saz tutub, ya qələm. Ona görə də Sarı Aşıq, Ağ Aşıq, Aşıq Qurbani, Aşıq Hüseyn Bozalqanlı kimi xalqın ruhunu tərənnüm edən, bu ruhun ötürücüsü olan tarixi şəxsiyyətlər meydana gəlib. Mübaliğəsiz demək olar ki, söz xəzinəmizin qorunub saxlanılması, zənginləşməsi, dilimizin formalaşması aşıqlarımızın misilsiz xidmətləridir. Sovet dövrünün bütün mücadilələrindən sonra rəhmətlik Hüseyn Arifin səyləri nəticəsində Aşıqlar Birliyi yaradıldı. Amma bu da problemin tam həlli deyildi. Nəhayət, ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə Azərbaycan Milli Konservatoriyasının yaradılması haqqında qərar verdi. Konservatoriyada xalq musiqisini tədris edən yeni kafedralar yaradıldı. Mən də Konservatoriyanın direktoru Siyavuş Kərimi tərəfindən Milli musiqinin tarixi nəzəriyyəsi kafedrasına dəvət olundum. Məqsəd aşıq musiqisinin tədris bazasını, onun metodikasını yaratmaq idi. Biz buna nail olduq. Bu gün Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə işi olaraq uşaq musiqi məktəblərində saz musiqisinin notla öyrənilməsinə başlanıb.
Digər tərəfdən, aşıq musiqisi daha çox bölgələrdə, yəni bu sözü pis tərəfə yozmayaq, paytaxtdan uzaqda öz ana dilində danışan, onun milli kimliyini təfəkküründə qoruyub saxlayan toplum tərəfindən qorunub saxlanıldı. Paytaxtda isə aşıqları bəylərin, ağaların şənliklərində çalıb-oxuyan zümrə kimi qələmə verən kommunist rejimi onların yalnız komik obrazını yaratmaqla məşğul idi. Dəfələrlə şahidi olmuşdum ki, əgər dövlət konsertlərinə aşıqlar çıxarılırdılarsa, onların xarici görkəminə mütləq mənfi emosiya, ən azından, gülüş doğuracaq bir element əlavə edirdilər. çox acı bir xatirəmi də oxucularla bölüşmək istəyirəm.1985-ci ildə - gənc yaşlarımda Bakıya gələrkən sazımı götürüb Konservatoriyaya getmişdim. Əlimdə sazı görəndə gülməyə başladılar. Təəssüflə düşündüm ki, dahi bəstəkarımız üzeyir bəyin çalışdığı bu məbəddə saza gülürlər.
- Bu gün isə mənzərə fərqlidir. Xalq yaradıcılığına dövlət qayğısı, Heydər Əliyev Fondunun dəstəyi, cəmiyyətin öz ilkinliyinə qayıtmaq cəhdi...
- Bəli, bu gün Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın ən böyük məqsədlərindən biri aşıq sənətinin YUNESKO-nun qeyri-maddi və mədəni irsin qorunduğu şah əsərlərin siyahısına daxil edilməsinə nail olmaqdır. Biz mütəxəssislər də əlimizdən gələni edirik. Məsələn, 2007-ci ildə “Lider” telekanalında aşıqların müsabiqəsini təşkil etdik. Hazırda İTV-də “Ozan” aşıq verilişinin müəllifi və aparıcısıyam.
- Son dövrlərin keşməkeşləri saza daha çox mənfi mənada nüfuz etdi. Saz sənəti gündəmə gəldi və etiraf edək ki, bayağılaşdırıldı.
- Sizinlə razıyam ki, aşıq musiqisini gündəmə gətirənlər bəzi hallarda bayağı şəkildə davrandılar. Amma saz sənətinin aşıq Ələsgər, aşıq Şəmşir kimi nəhənglərini, xalq musiqisinin əsasını təşkil edən və eyni zamanda xalqımızı yaşadan musiqini bu şəkildə təbliğ etmək günahdır. Saz Azərbaycan musiqisinin ilki, millətin ana laylasıdır. Ona görə də maarifləndirmə işi akademik səviyyədə qurulmalıdır.
- üzeyir Hacıbəyov tarı nota alarkən hətta Cabbar Qaryağdıoğlu kimi məşhur sənətkarlar belə bu işə ilk dəfə etirazla reaksiya verdilər...
-Tamamilə doğrudur. İrad tutdular ki, gəncsən, milli musiqimizi Avropalaşdırırsan və sair. Amma sonradan gördülər ki, tarın notlaşdırılması onun akademik şəkildə tədrisinə körpü oldu. Elə aşıq musiqisini nota almaq da ilk dəfə üzeyr bəy tərəfindən həyata keçirilmişdi. “Koroğlu”, “Aşıq Qərib” operaları ilə aşıq musiqisi böyük səhnəyə gəldi, öz şöhrətini təsdiq etdi. Fikrət Əmirov “Kürdü-Ovşarı” simfonik muğamı ilə aşıq musiqisini bütün dünyaya yaydı. Sazın da tar və muğam kimi akademik səviyyədə ifa ediləcəyi gün çox da uzaqda deyil. üzeyir bəy təhlükəli bir dövrdə tarı nota aldı, hansı ki, “oxuma tar” yazırdı proletar. Sazı da notlaşdırardı bəlkə, amma ömrü vəfa qılmadı. İndi şükür Allaha, dövlətin dəstəyi yetərincədir. Sazın notlaşdırılması həm də saz musiqisinin qonşularımız tərəfindən oğurlanmasının qarşısını alacaq. “Eurovision” müsabiqəsini xatırlayaq. Oğurluq-bir qədər ağrılı və nə qədər komik səslənsə də, deyim ki, akademik səviyyədə oğurluq göz qabağındaydı. Ona görə də, etiraz edənlərə və etmək istəyənlərə bircə söz var:not sazın milli pasportu olacaq.
Qarabağ muğam sənətinin beşiyi olduğu kimi sovet dövründən əvvəl Gəncə vilayətinin aşıq sənətinin məskəni olmasına baxmayaraq Saz Evinin inşası üçün Gədəbəyin seçilməsi təsadüfi deyil. Gədəbəy həm də Göyçə mahalının adət - ənənələrini, missiyasını özünə hopdurub və orada saza, sözə xüsusi hörmət, müqəddəs bir yanaşma var. Eyni zamanda, hər bir bölgənin mərkəzi, həm də bir maarif, mədəniyyət ocağı olub zamanına görə. Artıq qırılmış, məhv olmaq təhlükəsi ilə üzləşmiş həmin o ənənələr dövlət qayğısı nəticəsində bərpa edilir, bölgələrin mədəniyyət mərkəzləri yaradılır.
-Sizcə Azərbaycan Saz Evi layihəsinə imza atmaqla, bütöv türk toplumunun Qızıl Alma arzusunu reallaşdıra biləcəkmi?
- Türkiyədə səfərdə olarkən tanınmış ziyalı Əli Qafqasiyalı görüşlərin birində dedi ki, Ərzurum şəhərini Türk dünyasının Mədəniyyət Mərkəzinə çevirmək niyyətindədirlər. Söylədim ki, Əli bəy, bizdə artıq bütün türk dünyasını birləşdirəcək bir ocağın əsası qoyulub. Türkün sazı onu birləşdirəcək ilk amil olduğundan, inanıram ki, “Saz Evi” bu missiyanı uğurla yerinə yetirəcək. Və bizdə artıq “Saz məktəbi” tədris-metodika bazası yaradılıb. Saz sənəti bizdə çox güclü şəkildə inkişaf edib. Abbas Tufarqanlı dövrünün -XVI minilliyin havaları yaşayır hazırda. Necə ki, Şərq dünyasını birləşdirən muğam mərkəzi Azərbaycandır, eləcə də türkü qopuz işığına yığan, saz havasına səsləyən Azərbaycan olacaq. Və mən inanıram ki, az keçməz Bakıda dünya aşıqlarının festivalını keçirərik. O zaman Türkün Qızıl Alma mifi reallığa çevrilər. Bütün Türk dünyası öz ana laylasının işığına bələnər. Osman Sarıvəlli demişkən:
Saz oyun deyildir düşündüyün tək,
Orda “Kərəmi” var, orda “Cəngi” var!
Hər simində bir əsrin öz ahəngi var!
KƏBUTƏR

 
  • Oxunub:  16740  |  
  • Tarix:  06-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA