Ana səhifə »  Müsahibə »  Kinoda çalışanlar həqiqi qəhrəmanlardılar
A+   Yenilə  A-
Kinoda çalışanlar həqiqi qəhrəmanlardılar
Oktay Mir-Qasım: Müstəqillik hər bir xalqın ən uca, ən ülvi və ən romantik duyğusudur
Dosye əvəzi: Oktay Mir-Qasım - rejissor, ssenarist. 1943-cü ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə Moskvada üDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. Bir çox sənədli və bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın Xalq artistidir. AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun nəvəsidir. Aktrisa Ayan Mirqasımovanın atasıdır.
- Oqtay sözü “aq tay”, yəni, ağ day, ağ at deməkdir. Mənə Aktay deyə müraciət edirlər. Bəziləri isə adımın ağ dağ mənasını verən “ak tau”dan gəldiyini iddia eləyirlər.
- Amma indi sizə ağ dağ daha çox yaraşır (diktofona düşməyən söhbətdən).
Biz kinomuzun qocaman dağı ilə üz-üzəyik. Ayın 12-də doğum gününü qeyd edəcək bu adama hələ bundan sonra da uzun on illər arzulayırıq.
- “Günaydın mələyim” filmi istehsalata buraxılsa da, böyük baxışı keçirilmədi...
-...
- Televiziya ekranlarına buraxılması, kütləvi istehsala verilməsi nə zamana planlaşdırılır?
- Mənim tərbiyəmi çox ləyaqətli insanlar verib. Yəqin ki, bir az qüsurludu...
- Film?
- Yox... aldığım tərbiyə... çünki bu məsələni qaldırmağı özüm üçün çox xoş və doğru hesab etmirəm. Yayım məsələləri ilə məşğul olmaq nə ssenari müəllifinin, nə rejissorun öhdəsinə düşür. Sualınızın cavabında bunu deyə bilərəm. öz işi üçün kiminsə qapısını döymək mənim adətim deyil. Gözləyirəm. Hər halda, film var və o, cəmiyyətə təqdim olunmalıdı.
- Filmdən özünüz razı qaldınız?
- Mən bunu heç zaman demirəm.
- Bəs prosesdən?
- Prosesə mən nifrət edirəm... Mənim üçün ən sevmədiyim iş kino istehsalı prosesidir.
- çox maraqlıdır...
- çox maraqlı və ekzotik səslənsə də, bu belədir. Amma filmdən razı qalmaq məsələsinə gəlincə, ata öz övladını yalnız sevə bilər. Bu məsələ haqqında danışsam, obyektiv olmayacağımdan ehtiyatlanıram. Amma reaksiyalar və baxışlar məni qane edir. Filmin ilk baxışı zamanı mən tamaşaçıların gözlərindəki yaşdan, edilən telefon zənglərindən, mətbuatda dərc olunan yazılardan belə qənaətə gəldim ki, razılıq edə bilərəm. Filmin istehsalı bir neçə mərhələdən ibarətdir. çox sevdiyim birinci mərhələ insanın daxilində baş verir, müxtəlif bağlantılar, duyğular, düşüncələr və planlar harmonik şəklə gəlir. Bu hiss çox maraqlıdı və əsas məsələdi. Təqdim edəcəyin əsər artıq səndə hazırdır. Layihənin kağıza köçməsi də rahat və insana zövq verən bir prosesdir. Rejissor ssenarisi isə artıq texniki işlənmədir. Kadrların uzunluğu, obyektlər və sairə. Yəni, bu, dözülməli prosesdir. Hazırlıq dövrü isə işgəncələrin başlamasıdır. Maliyyə məsələləri, görüşlər, yorucu ünsiyyət...
Mən bu gün kinoda çalışanları qəhrəman hesab edirəm. Təsəvvür edin ki, sən öz düşüncələrini, fikirlərini başqalarının köməyi ilə həyata keçirirsən. Amma bu başqaları nə qədər səy göstərsələr də, hər şey yüzə-yüz yerinə oturmur. Bəlkə paralellərim bir qədər kobud səslənir. Amma rəssamda, şairdə, başqa yaradıcı insanlarda ortadakı məhsul onların istedadına bağlıdır. Kino yaradıcılığı isə tək ssenaristin, rejissorun istedadına əsaslanmır. çəkilişlər zamanı faydalı iş əmsalı sıfra yaxın olur. Xəyalınızda yaratdıqlarınızı tam olaraq reallaşdırmalısınız, təqdim olunan isə... İndi mənzərəni təsəvvür edin. İki insan heç vaxt eyni notda, eyni dalğada çalışa bilməz. Bu, kinonun qaçmaq mümkün olmayan, labüd çətinlikləridi. Və bu çətinliklərdən sonra final mərhələsi başlayır-montaj. Yəni, çəkə bildiyin, ortaya qoyduğun budu. Həyəcan, gərginlik bitdi. İndi əlindəki məhsuldan istifadə edib son kompozisiyanı müəyyənləşdirmək artıq sənin peşəkarlağından asılıdı. Artıq burda hakim sən olduğundan işgəncələr də yoxdu.
- Amma eyni zamanda, bu mərhələ rejissora bir qədər də zövq verməlidir. çünki o işgəncələrin qayçılanıb kəsilməsi başlanır.
- Amma ağrılıdı həm də. O qədər işgəncə çəkəndən sonra məcbursan ki, çəkdiklərini kəsəsən və tullayasan. O daha lazım deyil.
- Hər bir rejissor həmişə yeni bir film haqqında düşünür. Siz isə artıq təqdim etmək haqqında düşündüyünüz yeniliklərdən danışın.
- Əlimdə sənədli bir filmim vardı. Texniki və maliyyə problemləri üzündən yarımçıq qalıb. Mövzusu 1930-40-50-ci illərdə azərbaycanlıların sürgün olunması ilə bağlıdır. Bu çox köklü bir proses idi və kökündə Qafqazı türk və müsəlman faktorundan təmizləmək siyasəti dururdu. Filmdə, həm də azərbaycanlıların böyük əksəriyyətinin sürgün olunduğu Qazaxıstanla bağlı bilgilər də yer almalıdır. Yəni, sırf arxiv sənədləri ilə işlənmiş üç novelladan ibarət böyük bir filmdi. Azərbaycanlıların başına gələn faciə ilə bərabər onların yaşamaq üçün apardıqları mübarizə və qazax xalqının belə çətin durumda onlara yardımçı olması yer alacaq. Filmdə yaşadığım son tarixi hadisələr də yer alacaq. İki ölkənin-Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının görüşləri, TRASEKA və “İpək Yolu” kimi nəhəng layihələrin reallaşması üçün addımlar və sair. Mənim düşüncələrimə görə, bu iki xalq arasındakı münasibətlər haqqında böyük bir epopeya olacaq. Daha bir sənədli filmin üzərində işləyirəm, bu isə teatr fəlsəfəsi ilə bağlıdır. Tammetrajlı beş bədii filmlə bağlı layihələri isə təqdim etmişəm.
- “Bilyardçı” filmi ilə bağlı hazırlıqlar da görülürdü...
- Görülürdü, amma yarımçıq qaldı. öz povestim əsasında çəkilirdi, Rusiya ilə müştərək işləyəcəkdik.
- Oktay Mir-Qasım kinoya öz möhürünü Qara Qarayev haqqında çəkdiyi sənədli filmlə vurdu. Və bütün yaradıcılığınız boyu, necə deyərlər, formada olmusunuz, bədii film çəkməyəndə sənədli filmlər çəkmisiniz. Sənədli və bədii janr. Bədii janrın ası hesab edilən bir rejissorun sənədli janra sevgisini necə izah edərdiniz?
- Sənədli film çox zəngin bir sahəni əhatə edir. Orda janr, stilistika fərqləri var. Ekranlaşdırma, epik və kamera filmləri var. Hər bir müəllif kinoda bir dünyadır. Və eləcə də, sənədli filmdə də müxtəlif istiqamətlər - reportaj, faktların üzərində qurulmuş quru və əksinə, bədii-sənədli filmlər var. Bəzən bir görüntünü almaq üçün on günlərlə dayanıb məqam gözləyirsən. Və sənədli film çəkmək mürəkkəb bir prosesdir. Ssenaridə yazılmış məqamın həyatın ifadəsindən oğurlamaqdı. Sənədli kino sahəsində çox uğurlu tapıntıların müəllifi, İngiltərə rejissoru Robert Flayertinin “Aranlı adam” və yapon rejissoru Kaneto Sindonun “çılpaq ada” filmini xatırlayaq. “Aranlı adam” filmi və “çılpaq ada” çox üst-üstə düşən və oxşayan filmlərdi. Halbuki, birinci film sırf sənədli, ikinci film isə bədii janrın nümunəsidir. Əsl sənədli film çox böyük, özündə poeziya qədər güclü bir yükü daşıyan janrdı.
- Dünya kino sahəsində sevdiyiniz rejissorlar kimlərdi?
- Birini dedim - bəlkə də ən çox sevdiyim, izlədiyim Robert Flayerti. Mixail Rom.
- “Adi faşizm” filmini...
- Bəli. Məncə, bu iki adla kifayətlənək. Bədii filmdə ən böyük həyəcanla Federiko Fellininin, Alen Renenin, böyük yapon sənətkarı Akira Kurasavanın adını çəkərdim. Bir də Miloş Forman...
- O polyak əsilli yəhudiydi gərək ki...
-Yox, çexiyalı yəhudi. çexiya ilə bağlı bəzi şeyləri deyim. 1965-ci ildə Praqada oldum. Kino sahəsində ilk böyük uğura imza atmışdım. Moskvada keçirilən ilk ümumittifaq Tələbə Filmləri Festivalının Qran-Pri mükafatına layiq görülmüşdüm. Və əlavə olaraq şərtlərə görə, çexiyaya səfərlə mükafatlandırılmışdım. Bax, onda tanıdım Miloşu. Miloş o vaxt bütün Avropada səs-küy qaldıran film çəkmişdi. O, əsl dissident idi. Sonra Miloş Amerikaya getdi. Avropa, o cümlədən, Amerika incəsənəti - ədəbiyyatı və kino sənəti mənəvi baxımdan, mentalitet baxımından fərqlidi. Amerika formatında olan qələbə - düşmənə qalib gəlmək, onu məhv etmək deməkdi. Avropa variantında isə katarsis, özünü qurban olmalıdı. Bu mənim düşüncəmdir. Amerika filmlərinin terminologiyası xoşbəxt sonluq-mütləq qələbədir. Avropa incəsənəti isə daxili qələbəni sevir. Janna Dark, İsa peyğəmbər qələbəsi. Tarkovskinin filmlərini xatırlayaq. Ona görə də, Forman kimi Amerikaya köçmüş avropalıların yaradıcılığı bir mənada bu cəmiyyət üçün töhfə idi.
- Bu dediklərinizdən hansı Azərbaycan kinosuna xasdır?
- Mən bizim kino dedikdə, bilmirəm nəyi nəzərdə tuta bilərəm. Təbii, mən yuxarıda qeyd etdim, kinoda çalışan hər kəs mənim üçün qəhrəmandır. Amma yəqin ki, bir az vaxt keçəndən sonra imtina edəcəm bu dediklərimdən.
- ölkənin öz sənət adamına verə biləcəyi ən böyük fəxri adın daşıyıcısı olan Oktay Mir-Qasım, həm də bir vətəndaş kimi son illərin dinamikasını necə qiymətləndirir? Son illərin yaddaqalan ən mədəni hadisəsi, sizcə?
-Bakı İslam Mədəniyyətinin paytaxtı elan edildi. Bir neçə ay öncə Beynəlxalq Muğam Festivalı keçirildi. Məncə, son illərin ən uğurlu sənət layihəsi məhz Muğam Festivalı oldu. Əsrlər boyu öz mədəni irsimizi zənginləşdirsək də, bunu qabartmaq, nümayiş etdirmək fikrində olmamışıq. Muğam Azərbaycan xalqının etnosunu özündə əks etdirən və dünya mədəni irsinə verdiyimiz ən böyük töhfədir. Ona görə də, məncə, Beynəlxalq Muğam Festivalının keçirilməsi ölkəmizin mədəni həyatında ən böyük və uğurlu bir addım idi. Biz bütün dünya ilə danışırdıq. Amma nə avanqard, nə də modern yox, özümüzün qədim xalq dilimizdə. Və maraqlısı bu idi ki, dünya bizi anlamağı bir yana, bu dilə vurğun belə olmuşdu. Bu imkana görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdar olmalıyıq həm də. Bilirsiniz, bütün sahələrdə görülən işlər ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi, yön verdiyi böyük mədəni siyasətin davamıdır. Baxın, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və ilk görüşdüyü adamlar kinematoqrafçılar və ədəbiyyatçılar oldu. Bu nə deməkdi? Bu, o deməkdi ki, o, sənətin və sənətkarın həqiqi qiymətini çox gözəl bilirdi. Yaxud mən, xatırlayıram, hələ Heydər Əliyev sovetlərin rəhbərlərindən biri olanda sovet kinosu da onun kurasiyasında idi. O vaxt təkcə milli kinomuzun texniki bazasının yaxşılaşdırılması üçün ən böyük işi gördü. Mən indi ayrı-ayrı rejissorların və filmlərin taleyində Onun oynadığı rol haqqında hamının bildiyi şeyləri təkrar etmək istəmirəm. Yaxud müstəqillik illərində kinoya dövlət yardımı məsələsinin əsasını məhz ulu öndər Heydər Əliyev qoydu. Allah ona rəhmət eləsin!
- Bu il ölkəmizin müstəqilliyinin 18 ili tamam olur. Hansı hissləri keçirirsiniz?
- Bizim ailəmizdə ölkənin müstəqillik məsələsinə çox həssas yanaşıblar. Anamın atası İsgəndər bəy Axundov Azərbaycan Xalq Cümhuriyyəti zamanı parlamentin üzvü olub. Əmim Mir-Zeynalabdin siyasətçi və Cümhuriyyət zamanında Parisdə təhsil almağa göndərilmiş azərbaycanlılardan biri idi. Vətənə dönə bilməyəcəyini anlayanda intihar etdi. Müstəqillik hər bir xalqın ən uca, ən ülvi və ən romantik duyğusudur. O duyğunu gerçəkləşdirən, o arzunu reallaşdıran xalq xoşbəxtdir.
KƏBUTƏR
Səlim BABULLAOÄžLU



 
  • Oxunub:  16140  |  
  • Tarix:  06-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA