Ana səhifə »  Müsahibə »  Ədalət anlayışı bəşəriyyət üçün prioritetdirsə, o zaman torpaqlarımız qeyd-şərtsiz qayıtmalıdır, Qarabağın işğalçı qüvvələrdən azad edilməsindən gözəl ədalət ola bilməz
A+   Yenilə  A-
Ədalət anlayışı bəşəriyyət üçün prioritetdirsə, o zaman torpaqlarımız qeyd-şərtsiz qayıtmalıdır, Qarabağın işğalçı qüvvələrdən azad edilməsindən gözəl ədalət ola bilməz

Milli Məclisin deputatı Elşən Musayev www.yap.org.az saytına müsahibə verib:
- Elşən müəllim, məlum olduğu kimi, yerləşdiyimiz regionda olduqca mürəkkəb proseslər baş verir, müəyyən təhdidlər ortaya çıxır. Belə olan şəraitdə Azərbaycan regionda sabitləşdirici dövlət kimi əməkdaşlıq məkanı olaraq çıxış edir. Bölgədə təhlükəsizlik və əməkdaşlıq kontekstində Azərbaycanın rolunu necə dəyərləndirirsiniz?
- Çox düzgün qeyd elədiniz ki, coğrafi mövqeyimiz hər zaman ətrafda gedən siyasi və iqtisadi təlatümlərə şahidlik məcburiyyəti yaradıb. Yəni Liderimiz və xalqın iradəsi sayəsində bir çox təhlükələri adlasaq da, məlum prosesləri görməzdən keçə bilməmişik. Yəqin, hər kəs razılaşar ki, bölgədə Azərbaycan adlı dövlət olmasaydı, vəziyyət daha kritik rəng alardı. Ələlxüsus da vasitəçilik və təhlükəsizlik baxımından ölkəmizin oynadığı rol danılmazdır. Məsələn, elə ən yaxın tarixə ekskurs edək: Rusiya ilə Türkiyə arasında ciddi diplomatik gənginlik yaşandığında Azərbaycan məsələyə əl qoymasaydı, durum hansı hala, hansı mərhələyə qədər irəliləyərdi, bunu təsəvvür etmək belə çətindir. Ya da olsun İran və Amerika, Rusiya - Gürcüstan, Rusiya-Avropa İttifaqı kritikası. Hamısının həllində və ya ən azından bu kritikaların yumşalmasında dövlətimizin rolu var. Məsələ burasındadır ki, Azərbaycan qonşu, sərhəd dövlətlərin marağını əsla və əsla güdaza verməyib. Əksinə, hər zaman o maraqları qoruyub. Bir tək Ermənistan istisnası ilə. Onun da səbəbi aydındır. Hətta beynəlxalq layihələrin (neft-qaz) məqsəd fabulasında belə iqtisadiyyatla bərabər siyasi stimullaşdırma mexanizmi qabarıq şəkildə görünür. O anlamda ki, dövlətlərin ümumi təhlükəsizlik marağı olsun və bölgədə sabitlik pozulmasın. Bu səbəbdən Azərbaycan regionun lideridir. Həmin liderliyə isə ölkəmiz düzgün yürüdülən siyasətlə yüksəlib.
- İndiki dövrdə milli dövlətlərə qarşı çoxsaylı təhdidlər ortaya çıxıb. Azərbaycan müstəqil və uğurlu siyasəti ilə özünü bu cür təhdidlərdən qoruyur. Dövlətimizin öz təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində qanunvericilik bazasının gücləndirilməsi nə dərəcədə aktualdır?
- Bu kontekstdə Azərbaycanın qanunvericilik bazası yetərincə təkmildir. Son referendumda - ümumxalq səsverməsində təsdiq edilən müddəalardan tutmuş, digər cari qanunların qəbuluna qədər bütün proses məhz həmin bazanın formalaşmasına yönəlib. Üstəlik, imzalanan birtərəfli və çoxtərəfli sazişlər, qoşulduğumuz ittifaqlar, ratifikasiya mərhələsini adlayan konvensiyalar da deməyə əsas verir ki, Azərbaycan dövləti mümkün və lazım olan hər şeyi edir. Növbəti mərhələdə də zərurət yaranacaqsa, zamanın tələblərinə uyğun formada yeni qanunlar qəbul ediləcək. Yəni dediyim odur ki, mövcud vəziyyətdə sırf təhlükəsizliklə bağlı kazus (hüquqi qeyri-müəyyənlik) müşahidə olunmur. Hər şey nəzarətdədir.
- Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyinin əhəmiyyəti haqqında da fikirlərinizi bilmək istərdik...
- Bilirsiniz, bu mövzu ətrafında zaman-zaman fikir haçalanmaları olub. Məsələn, bir qrup düşünür ki, beynəlxalq təşkilatların milli maraqlarımızla bağlı sükut sərgilədiyi məkanlarda qalmamağımız daha məsləhətdir. Ələlxüsus da təbii, Qarabağla bağlı. Digər qrupun isə fikri ondan ibarətdir ki, beynəlxalq arena bir tək həqiqətlərin, ədalətin təsdiq olunduğu yer deyil, həm də həmin həqiqətlərin bütün dünyaya bəyan edilməsi üçün ən ideal məkandır. Yəni tutaq ki, Avropa Şurasının plenar iclasında hansısa erməni vandalist durub öz yalanını izhar edərkən barı ona tutarlı cavab vermək üçün imkanımız, müdafiə sığortamız olsun. Bu baxımdan ikinci qrupun əsaslandırmasını daha məqbul hesab edirəm. Həqiqətən, meydanı boş buraxmaq olmaz.
Bildiyiniz kimi, mən də Avropa Şurası nümayəndə heyətində Azərbaycanı təmsil edən millət vəkillərindən biriyəm və... inandırım sizi, orada erməni şərəfsizlərin dövlət olaraq üzərimizə atdığı elə çamurlara, söylədikləri elə absurd fikirlərə şahidlik etmişik ki, belə meydanlarda nümayəndəmiz, təmsilçimiz olmasa, düşmən tərəf öz qırmızı yalanları ilə ortalıqda meydan sulayar. Üstəlik nəzərə alın ki, erməni lobbisinin sıza bildiyi, ələ aldığı Avropa parlamentariləri də yetərincədir. Bəzən onları da susdurmaq məcburiyyəti ilə üzbəüz qalırıq. Əlqərəz, dediyim odur ki, həqiqətləri özümüzdən başqa kimsə deməz. Ya da deyə bilməz. Yəni beynəlxalq təşkilatlarda düşmənin və düşmən yanında qərarlaşanların cavabını yalnız özümüz verməliyik. Maksimum resursla. Düzdür, bir ara “Avronest”lə bağlı müəyyən problemimiz vardı, amma şükür, artıq o da həll olub. Bundan sonra tam təmsilçilik gücü ilə iş gedəcək və Azərbaycan həqiqətləri, əsl reallıqlar bütün dünyaya ən gözəl və ən düzgün formada çatdırılacaq.
- Hazırda regionumuz üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların tutduğu mövqe ilə bağlı fikirlərinizi bilmək maraqlıdır...
- Qarabağ mövzusu dünyanı deyil, Azərbaycanı narahat edən mövzudur və çox təəssüf ki, demokratiyadan, insan haqlarından, beynəlxalq hüququn ana prinsiplərindən danışan beynəlxalq təşkilatlar bu problemin çözümündə bizlərə yetərincə dəstək olmurlar. Deyim ki, bu məsələdə heç maraqlı da deyillər. Niyə? Çünki qlobal dünyada ikili standartlar mövcuddur və beş tirəli oyunlar gedir. O təşkilatların bəziləri isə hətta lobbi əsirləridir. Nə mövqelərində, nə də icraatlarında gözlənilən qətiyyət yoxdur. ATƏT-in Minsk qrupunun fəaliyyəti də səmərəsizdir. BMT də öz qətnamələrinə sahib çıxa bilmir. Avropa Şurası da şablon ritorikadan o yana keçmir. Belə olduğunda isə məsələnin həlli uzanır. Hərgah, Azərbaycan tərəfi dünyaya bütün vasitələrlə əyani şəkildə sübut edib ki, haqlı olan tərəf bizik. İşğalçı, qəsbkar isə Ermənistan. Əgər ədalət anlayışı bəşəriyyət üçün hələ də keçərlidirsə, prioritetdirsə, o zaman torpaqlarımız qeyd-şərtsiz qayıtmalıdır. Yəni Qarabağın işğalçı qüvvələrdən azad edilməsindən gözəl ədalət ola bilməz. Yox əgər bu məntiqin tərsi olacaqsa, diplomatik həll variantları tükənəcəksə, o zaman hərbi yola əl atmaqdan başqa çarə qalmayacaq.
- ATƏT-in Minsk qrupunun həmsədlərinin sonuncu bəyanatı yenə də ənənəvi xarakter daşıdı və əvvəlki bəyanatın təkrarıdır. Həmsədrlərin bu yanaşmasını hansı amillərlə izah edərdiniz?
- Bayaq da söylədim: ATƏT-in Minsk qrupunun fəaliyyəti fəaliyyətsizliyə bərabər bir şeydir. Çünki bu qrupda təmsil olunan dövlətlərin özləri ortalığa yekdil mövqe qoya bilmirlər. Ortalıqda xristian faktorundan tutmuş, digər siyasi maraqlara qədər bir çox səbəb toplusu var. Əsl səbəb isə özlərini kiminsə yanında pis etməmək istəyidir. Ona görə də problemin həllini uzada bildikləri qədər uzadırlar. Sadəcə, məsələ burasındadır ki, Azərbaycan tərəfinin aprel döyüşlərindəki uğurları ATƏT-in də diqqətindən yan keçməyib və sanki bütün beynəlxalq təşkilatlar kimi onlar da qəflət yuxusundan ayılıblar. Üstəlik, mövzunun həlli ilə bağlı gecikdiklərinin fərqinə varıblar. Ona görə də təyinatı barışdırıcı və vasitəçi missiya həyata keçirmək olan Minsk qrupu aprel döyüşlərindən sonra nəzərə çarpacaq qədər aktivləşib. Amma yenə də şablon şəkildə. Çünki real iş görmək əzmində olan təsisat separat - işğalçı hakimiyyətlə dialoqa, hansısa danışıqlara getməz. Ya da Ceyms Uorlik kimi protokol xarakterli bəyanatlar verməz. Mövzu sərt şəkildə qabardılmalı, Ermənistana qarşı ardıcıl sanksiyalar tətbiq olunmalıdır. Bütün bunlar edilmədiyi təqdirdə yekuna, sülhə varmaq çətin olacaq.

 
  • Oxunub:  16500  |  
  • Tarix:  30-11-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18