Ana səhifə »  Müsahibə »  Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatı üçün böyük perspektivlər vəd edir
A+   Yenilə  A-
Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatı üçün böyük perspektivlər vəd edir

Milli Məclisin deputatı Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, 2016-cı ili başa vurmaqdayıq. Ümumiyyətlə, cari ili sosial-iqtisadi, eləcə də digər kontekstlərdə necə qiymətləndirmək olar?
- Vurğulamaq lazımdır ki, 2016-cı il həyatımıza müəyyən qədər çətin şərtlər çərçivəsində daxil olmuşdu. Belə ki, 2015-ci ilin sonunda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, eləcə də dünya bazarında bir sıra kataklizmlərin yaşanması, enerji ixrac edən ölkələrdə hərbi qarşıdurmaların yaşanması dünya iqtisadiyyatında müəyyən geriləmələrə səbəb oldu. Bu kataklizmlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi. Bununla belə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasət kursumuz Azərbaycanın bu gərginliklərdən ən minimal itkilərlə çıxmasına yol açdı. Ölkəmizdə sosial müavinətlərin artırılması, yeni iş yerlərinin açılması, orta və kiçik sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, verilən qərarlar qeyri-neft sektorunun daha da dirçəlməsinə, insanların rifah halının yüksəlməsinə yol açdı.
Birmənalı vurğulamaq lazımdır ki, Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası, kənd təsərrüfatının inkişafı ilə bağlı planlı tədbirlər görülür. Məsələn, baramaçılığın inkişafı, pambıqçılığın dirçəldilməsi, ixracyönümlü aqrar məhsulların xarici bazarlara çıxışının təmin edilməsi ölkəmizdə qeyri-neft iqtisadiyyatının yüksəlişinə mühüm töhfələr verəcək. Digər tərəfdən, yeni sənaye komplekslərinin yaradılması yönündə aparılan fəaliyyət ölkəmizin qısa zaman kəsiyində yeni-yeni uğurlara imza atacağını deməyə əsas verir.
- Qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri də aqrar sahədir. Hazırda aqrar sahənin inkişafı yönündə atılan addımların effektivliyini necə dəyərləndirərdiniz?
- Bu gün regionlarda aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinin təmini istiqamətində strateji əhəmiyyət kəsb edən işlər görülür. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı 2014-cü ildə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Təkcə bu ilin 9 ayında qeyri-neft sənayemiz 3,6 faiz artıb. Kənd təsərrüfatımızda 2,4% artıma nail olmaqla ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 80%-ni məhz daxili istehsalla təmin edə bilirik. Dövlətimizin təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” iqtisadi inkişaf konsepsiyası mövcuddur. Düşünürəm ki, qarşıya qoyulan proqramlar icra olunandan sonra Azərbaycan ölkədə ərzaq təhlükəsizliyini tam təmin etməklə xarici bazarlara da kifayət qədər məhsul ixrac edən ölkəyə çevriləcəkdir.
Digər tərəfdən, 2014-2018-ci illərə dair regional inkişaf proqramı yeni dövrün iqtisadi reallıqlarını, Azərbaycanın qarşısında duran yeni çağırışları özündə əks etdirir. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Yeni inkişaf konsepsiyası Azərbaycanda innovativ-kreativ iqtisadiyyatın yaradılmasını və rəqabətədavamlı milli məhsul ixracının gücləndirilməsini, bunun fonunda ölkəmizin milli ixrac potensialının qlobal bazarlarda üstünlüyünü təmin etməyi nəzərdə tutur. Bu pozitiv proqnozları yeni onilliklə bağlı inkişaf ssenariləri də ehtiva etmiş olur.
- Sizcə, Tarif Şurasının qazın və elektrik enerjisinin qiymətlərində diferensial qiymətləndirmə və optimallaşdırma üsulundan istifadə etməsi hansı müsbət tendensiyalara yol açacaq?
- Dünyada bir sıra dövlətlər enerjilərin qiymətləndirilməsində müxtəlif üsullardan istifadə edirlər. Məsələn, bəzi ölkələrdə bu, həftənin günləri, bəzilərində isə limit prinsipi ilə aparılır. Ölkəmizdə də Tarif Şurasının qiymətləndirmədə diferensiallaşdırmanı tətbiq etməsi ilk növbədə izafi itkilərin qarşısını alacaq, istər qaza, istərsə də elektrik enerjisinə qənatə yol açacaq. Digər tərəfdən, bu məsələdə limitlərin təyin edilməsi olduqca əhəmiyyətlidir. Məsələn, qazın əhali üçün yeni qiymətləri yalnız 1500 kubmetrdən sonrakı həcmə şamil ediləcək. Eləcə də elektrik enerjisinin yeni qiymətləri 250 kilovat-saatdan sonra əsas götürüləcək. Fikrimcə, yeni qiymətləndirmə əhalinin mühüm hissəsinin ödənişlərində dəyişikliyə səbəb olmayacaq.
- Azər müəllim, 2016-cı il həm də “Multikulturalizm ili” idi. İl ərzində multikulturalizmin təbliği yönündə görülən işlər haqqında fikirlərinizi bilmək istərdik.
- 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi olduqca böyük bir addım idi. Bu gün dünyada baş verən kataklizmlərin, dini-irqi səbəblərlə əlaqələndirilən qarşıdurmaların fonunda ölkəmizdə olan tolerant mühit bir daha dünyaya nümunə göstərilməlidir. Azərbaycan hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkədir. Elə buna görə də ölkəmizin adı yüksək tolerantlıq sərgiləyən ölkələrin siyahısında ən yüksək yerlərdən birini tutur.
2016-cı ilin “Multikulturalizm ili” kimi Azərbaycan tarixinə yazılması nəinki ölkə daxilində, hətta regionda və bütün dünyada tolerantlığın qorunmasına yüksək töhfə verməyə imkan yaratdı. Ümumiyyətlə, multikulturalizmin qorunması ötən dövrlərdə də ölkəmiz üçün aktual bir məsələ olub. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər, ortaya qoyduğu mövqe dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə dünyada tolerantlığın, sivilizasiyalar arasında dialoqun yaradılması istiqamətində bir sıra beynəlxalq tədbirlər keçirilib. Bundan başqa, Heydər Əliyev Fondunun, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə bir çox tədbirlərə Bakı ev sahibliyi edib ki, məhz bu da ölkəmizin tolerantlığa, dünyada barışa verdiyi töhfə kimi dəyərləndirilməlidir. Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bu yöndə aparılan fəaliyyətin gücləndirilməsi isə xalqımızın bir amal, bir ideya - azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsini təmin edir. Fikrimcə, əsrlərdir ki, ölkəmizin həyat tərzinə çevrilmiş multikulturalizm, tolerantlıq gələcək illərdə də xalqımızın əsas təməl prinsipi kimi yaşayacaq.

 
  • Oxunub:  19020  |  
  • Tarix:  07-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA