Ana səhifə »  Müsahibə »  "Azərbaycanla Gürcüstan arasında qazın qiymətinin artırılmasına dair müzakirə aparılmır"
A+   Yenilə  A-
"Azərbaycanla Gürcüstan arasında qazın qiymətinin artırılmasına dair müzakirə aparılmır"
Yekaterina Şaraşidze: Gürcüstan prezidentinin müşavirinin dedikləri ilə dövlətin mövqeyi qətiyyən üst-üstə düşmür
Gürcüstan Prezident Administrasiyasının rəhbəri Yekaterina Şaraşidzenin APA-ya eksklüziv müsahibəsi:
- Son günlərdə Gürcüstan prezidenti Mixeil Saakaşvili və baş naziri Nika Qilauri Azərbaycana səfər ediblər. Bu səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafına necə təsir edib?
- ölkələrimiz arasında münasibətlər təkcə enerji sahəsində yox, bütün sahələrdə çox sıxdır. Biz həm siyasi, həm iqtisadi əlaqələri daim inkişaf etdirməyə, sərfəli investisiyaların qoyulması üçün yeni yollar axtarmağa çalışırıq. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilir, biz Azərbaycan biznesinin Gürcüstanda inkişaf etməsi üçün hər cür şərait yaradırıq. İndi Azərbaycanın Gürcüstanın bir hissəsi olan Acarıstan ilə birbaşa əlaqələr qurmasına çalışırıq. Acarıstan - turizm zonasıdır, burada geniş turist imkanları var, Azərbaycan orada ciddi investisiyalar qoya bilər.
- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin realizə olunması hansı mərhələdədir?
- Hazırda bu xəttin mövcud olan hissəsinin reabilitasiyası, inşa ediləcək yolun və stansiyanın isə mühəndis işləri aparılır. Bu, çox mürəkkəb layihədir. Bu, Bakı-Ceyhan və Bakı-Ərzurum istisna olmaqla, Gürcüstanda realizə olunan ən böyük layihədir. Bu xətt yalnız Azərbaycan və Gürcüstanı Türkiyə ilə birləşdirmir, həmçinin, çindən başlayaraq Bosfora qədər uzanacaq, oradan isə Avropaya gedib çıxacaq. Bu, hər iki ölkə üçün çox vacib layihədir, biz onun sürətləndirilməsi üçün birgə aktiv çalışırıq.
- Azərbaycan qazının qiymətinin artırılması barədə danışıqlar aparılırmı?
- Bizim hazırda Azərbaycan tərəfi ilə qazın qiymətinə dair müqaviləmiz var, indi belə bir məsələ müzakirə olunmur. Biz hər iki ölkənin enerji sahəsində inkişafı üçün müxtəlif layihələr axtarırıq.
- Hazırda Gürcüstanda daxili vəziyyət necədir?
- Vəziyyət normaldır, müxalifətin mitinqlərini demokratik ölkə üçün normal hal kimi qiymətləndiririk. ölkə normal ritmlə yaşayır. Həm parlament, həm də parlamentdənkənar müxalifət hər zaman olacaq, onların ideyaları da müxtəlifdir. Müxalifətlə lazım gələndə dialoq aparılır, lazım olmayanda yox, bu, ölkənin siyasi inkişafıdır. Parlamentdənkənar müxalifət tamamilə başqa ideyaya malikdir, onlarla danışıqlar aparmaq çətindir, amma biz dil tapmağa çalışırıq.
- Gürcüstanda yaşayan azərbaycanlılar mütəmadi olaraq bəzi problemlərlə üzləşirlər. Bu problemlər necə həll olunur?
- Biz vətəndaşlarımızın rastlaşdıqları problemlərin həlli ilə çox ciddi məşğul oluruq, azərbaycanlı vətəndaşlarımızla digər vətəndaşlarımız arasında fərq qoymuruq. Problemlər yaranan zaman onları birgə həll etməyə çalışırıq. Problemlər hər zaman olub, gələcəkdə də yarana bilər, əsas odur ki, onların həllinə çalışırıq. Məsələn, toponimlərin dəyişdirilməsi bir neçə il əvvəl baş verib. Bizim tarixçilərimiz, bu işlə məşğul olan mütəxəssislərimiz həmin məsələləri öyrənir. Əlbəttə, biz insanların hissiyatına toxunan, onların tarixi yaddaşına zərər gətirən bir şey edə bilmərik.
- Bir müddət əvvəl Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev APA-ya müsahibəsində “SOCARQAZ-Georgiya”nın rəhbərliyinin əhali arasında etibarını itirmiş insanlardan ibarət olduğunu demişdi və ARDNŞ-ni bu məsələyə baxmağa çağırmışdı. Bu sahədə dəyişikliklər varmı?
- Prezidentin müşavirinin dedikləri Gürcüstan dövlətinin mövqeyi ilə qətiyyən üst-üstə düşmür. Bizim ARDNŞ ilə çox gözəl münasibətlərimiz var, yaranan sualları da problemsiz həll edirik. ARDNŞ son 3-4 ildə Gürcüstanın ən iri investorlarından biridir, bu ölkəyə 200 milyon dollara yaxın vəsait yatırıb. Şirkət hazırda yeni layihə üzərində işləyərək Gürcüstanın qazlaşdırılması ilə məşğul olur. Bu, ən azı 150 min evin qazlaşdırılması deməkdir. Biz bu layihənin həyata keçməsi üçün şirkətlə sıx əlaqəyə çalışırıq. SOCARQAZ-la bizim nəinki heç bir problemimiz yoxdur, hətta biz bu şirkətin Gürcüstanda inkişaf etməsi və əhalinin bundan xeyir görməsi üçün hər şey edirik.


 
  • Oxunub:  16860  |  
  • Tarix:  09-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA