Ana səhifə »  Müsahibə »  Azərbaycanda iqtisadi inkişaf strategiyası düzgün istiqamətdə həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda iqtisadi inkişaf strategiyası düzgün istiqamətdə həyata keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov
- Eldar müəllim, Milli Məclisdə 2017-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam edir. Gələn ilin dövlət büdcəsi haqqında nə deyə bilərsiniz?
- Qeyd edim ki,  Azərbaycanda iqtisadi inkişaf strategiyası düzgün istiqamətdə həyata keçirilir. Ötən dövr ərzində əldə edilən nailiyyətlər bunu deməyə əsas verir. Son illər dünya iqtisadiyyatında baş verən böhranlar, yeni müharibə ocaqlarının alovlanması, aparıcı dövlətlərin siyasi aləmdə yaratdıqları gərginliklər və digər xarici  amillər nəticəsində neftin qiymətinin kəskin aşağı düşməsi 2017-ci ilin büdcəsinin ümumi parametrlərinə müəyyən təsirini göstərib. Buna baxmayaraq hörmətli Prezidentimiz İlham Əliyevin əzmlə həyata keçirdiyi istiqamətlər və meyarlar üzrə artım əldə ediləcəkdir.
Bildiyiniz kimi, cənab İlham Əliyev prezidentliyinin ilk illərindən başlayaraq iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişaf etdirilməsini əsas prioritet kimi göstərmiş və aparılan siyasətin mərkəzində  insan faktorunun dayandığını dəfələrlə qeyd etmişdir. Gələn ilin büdcə materiallarının təhlili bu istiqamətlər üzrə uğurlu nəticələr əldə edildiyini və növbəti ildə də artımlar olacağını göstərir.  
Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır və  dövlət büdcəsinin gəlirlərində   neft sektorunun payı 2015-ci ildə  58,4 faiz  olduğu halda 2017-ci ildə 49,2 faiz nəzərdə tutulur. Əgər sosialyönlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 2015-ci ildə 31,8 faiz təşkil  edirdisə, 2017—ci ildə 40,3 faiz nəzərdə tutulur.
Bu isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması,davamlı olaraq aparılan iqtisadi islahatlar, qeyri- neft sektoruna investisiyaların həcminin artırılması, sahibkarlığın inkişafı üçün münbit şəraitin  yaradılması, yeni sənaye  müəssisələrinin fəaliyyətə başlaması, vergi bazasının genişlənməsi, vergidən yayınmaların qarşısının alınması və digər tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. Bütün bunlar isə vergi və rüsumların, habelə digər büdcə gəlirlərinə   dair nəzərdə tutulan  tapşırıqların yerinə yetirilməsindən asılıdır.   Hər il olduğu kimi gələn ildə də büdcə gəlirlərinin əsas ağırlığı Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Ümid edirik ki, onlar gələn ildə də üzərlərinə düşən bu çətin işin öhdəsindən uğurla gələcəklər.
Yeri gəlmişkən, mən Milli Məclisdə Naxçıvan Muxtar Respublikasını təmsil etdiyim üçün muxtar respbulikaya ayrılan vəsaitə görə hökumətə təşəkkür edirəm. Hökumət blokada şəraitində olan Naxçıvanın büdcəsinin formalaşmasına diqqətlə yanaşıb.
- Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər hansı nəticələr verməkdədir?
- İqtisadiyyatın bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də artıq  öz bəhrəsini verir.  Qeyd etmək istəyirəm  ki, ölkəmizdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu istiqamətdə apardıqları işlər və göstərdikləri səylər    nəticəsində bütün şəhərlər və 25 rayon (cəmi 56 rayonun 45 faizi) gələn il öz xərclərini özlərinin gəliri hesabına ödəyəcəklər.  Bu isə o deməkdir ki, həmin şəhər və rayonlar dövlət büdcəsindən dotasiya almayacaqlar. Bu tədbir onları daha yaxşı işləməyə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına sövq edəcəkdir.  
Məlumdur ki, qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar bölmə bütün dünya ölkələrində olduğu kimi respublikamızda da dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Ona görə də bu sahə hörmətli Prezidentimizin diqqət və qayğısı ilə  daim əhatə olunur. Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin bazasını təşkil edən aqrar bölmədə məhsul istehsalının artımı, məhsuldarlığın yüksəlməsi, intensivləşmənin genişlənməsi, yeni texnika və texnologiyaların tətbiqi, müasir tələblərə cavab verən emal müəssisələrinin, aqroparkların və digər obyektlərin yaradılmasında əhəmiyyətli işlər görülmüşdür”.
- Eldar müəllim, sizcə, aqrar sahəyə ayrılan vəsaitlər gələn il bu sahənin inkişafına nə dərəcədə təsir göstərəcək?
- Büdcə layihəsinin təhlili göstərir ki, kənd təsərrüfatı məhsulları istehsalının artımı və  bu sahənin intensiv inkişafı üçün praktiki əhəmiyyət təşkil edən tədbirlər üçün ayrılan vəsaitlər azalmayıb, əksinə artıb. Məlumdur ki, məhsul istehsalının artımı üçün ilk növbədə əldə olunan məhsulu qoruyub saxlamaq və itkiyə yol verməmək lazımdır. Bu mənada baytarlıq və fitosanitar tədbirlərə büdcədən ayrılan vəsaitin artırılması diqqətə layiqdir. Belə ki, elə tədbirlər var ki, ona vəsaitin az ayrılması və ya növbəti illərə saxlanması kənd təsərrüfatının ümumi inkişafına həmin büdcə ilində o qədər də təsir göstərmir. Ancaq baytarlıq və fitosanitar tədbirlər vəsaitin az olması səbəbindən  lazımi səviyyədə aparılmadıqda onlar hər gün öz mənfi təsirini göstərə bilər. Bu isə milyonlarla itki deməkdir.  Odur ki, məsələyə belə düzgün yanaşdıqlarına görə büdcə layihəsini tərtib edənlərə təşəkkür edirəm.
Bu məsələ toxumçuluqla məşğul olan təsərrüfatlara ayrılan büdcə vəsaitinin artırılmasında da öz əksini tapmışdır. Bu da onu göstərir ki, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafında intensivləşməni əsas prioritetlərdən biri kimi  götürmüş və bu məqsədlə də bitkiçilikdə toxumçuluğun inkişafını təmin etmək üçün büdcədən ayrılan vəsaiti artırmağı nəzərdə tutmuşdur. Məhsul istehsalının artımında son illər müsbət nəticələr verən subsudiyalaşma prosesi (əkinlərə, gübrə və yanacağa və s. görə verilən subsudiyalar) də gələn il əvvəlki illərdə olduğu səviyyədə davam edəcəkdir. Hörmətli Prezidentimizin imzaladığı sərəncamlara uyğun olaraq növbəti ildə buğda, çəltik, pambıq və tütün  istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi, habelə ölkədə ipəkçiliyin inkişafı ilə əlaqədar və  Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanması və istifadəsi ilə bağlı subsudiyanın verilməsi üçün aqrar sektora ayrılan xərclər  növbəti ilin büdcə xərclərində öz əksini tapmışdır.  
Bütün bunlar 2017- ci ildə  kənd təsərrüfatının inkişafına ayrılan büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə   imkan verəcəkdir. Yəni çox vəsait ayırıb səmərəsiz istifadə etməkdənsə, az vəsait ayırıb daha səmərəli istifadə etmək olduqca faydalıdır. Özü də bu vəsait həlli daha vacib olan təxirəsalınmaz  məsələləri əhatə edəndə onun səmərəsi də yüksək olur. Bu isə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və ixrac potensialının artırılması baxımından cənab Prezidentin müəyyən etdiyi prioritetlərin icrasını təmin etməyə imkan verəcəkdir. Bu priotitetlər isə hörmətli Prezidentimizin müəyyən etdiyi kimi kənd təsərrüfatı məhsullarının ixracı hesabına, habelə sənaye potensialı və kənd təsərrüfatının gələcək inkişafı nəticəsində  təmin ediləcəkdir.
- “Kənd təsərrüfatı kooperasiyası  haqqında” qanun qəbul edib. Yerlərdə kooperasiyaların əhəmiyyəti nədən ibarətdir?
- Bəli, bu il, hörmətli Prezidentimizin təşəbbüsü və tapşırığı ilə aqrar sektorun və kənd ərazilərinin davamlı inkişafında mühüm əhəmiyyəti olan  “Kənd təsərrüfatı kooperasiyası  haqqında” Qanun qəbul edilmişdir. Hesab edirəm ki, hökumət həmin qanunun tələblərinə uyğun olaraq aqrar sektorun inkişafında qabaqcıl mövqe tutan ölkələrdə olduğu kimi respublikamızda da kənd təsərrüfatı kooperasiyası hərəkatının gücləndirilməsi üçün təsirli tədbirlər görəcək,  böyük səmərəsi olan bu işə dövlət dəstəyini əsirgəməyəcək. Kənd təsərrüfatı kooperasiyasının inkişafı həm də ölkəmizə valyuta gətirəcək ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının artımına da təkan verməklə büdcə gəlirlərini artırmağa imkan verəcək.   Dünya ölkələrinin təcrübəsi göstərir ki, kənd təsərrüfatına sərf edilən xərclər tezliklə öz səmərəsini verir və böhranlı illərdə ən az zərər görən sahə də aqrar sektordur. Ona görə də bu sahə ölkəmizdə həmişə diqqət mərkəzində olub və hesab edirik ki, bundan sonra da onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir”.

 
  • Oxunub:  14970  |  
  • Tarix:  07-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18