Ana səhifə »  Müsahibə »  Heydər Əliyev Azərbaycan xalqının əbədi milli sərvətidir
A+   Yenilə  A-
Heydər Əliyev Azərbaycan xalqının əbədi milli sərvətidir

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar www.yap.org.az saytına müsahibə verib:
- Anar müəllim, dekabrın 12-də Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı hər il bu günü dərin hüzn ilə qeyd edir. Çünki Ulu öndər Heydər Əliyev bütün həyatını xalqımıza həsr edib. Ümumiyyətlə, Ulu öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...
- Ümummilli lider Heydər Əliyev haqqında danışarkən bir məqamı qeyd etməmək mümkün deyil. Şəxsiyyətlərin miqyası, bir tərəfdən, onların öz zamanlarında gördükləri işlərin, yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi ilə, təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən, bu fəaliyyətin tarixdə əks-sədasıyla, uzun illər, dövrlər müddətində hadisələrin gedişatını yönəltməsi ilə müəyyənləşir. Hər iki meyarla Heydər Əliyev tarixi şəxsiyyətdir. Bu danılmaz həqiqəti kimsə inkar edə bilməz. Bu gün dünya miqyasında tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın geniş siyasi meydanına 1969-cu ildə çıxdı. Doğrudur, bu tarixdən neçə illər qabaq da Heydər Əliyev təhlükəsizlik xidmətlərində məsul vəzifələrdə çalışıb və o dövrün yazılmamış qanunlarına uyğun olmayan bir şəkildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri də təyin olunub. Bu, o dövrün qanunlarına ona görə uyğun deyildi ki, adətən müttəfiq respublikalarda bu vəzifəni yerli millətin nümayəndələrinə etibar etmirdilər, həmin postu başqa yerlərdən göndərilmiş, əsasən rus kadrları tuturdu. DTK keçmiş rejimin ən qapalı idarələrindən biri idi və onun nəinki işçilərini, rəhbərlərini belə ictimaiyyət çox vaxt üzdən də tanımırdı. Heydər Əliyevin bu cəhətdən də məharətlə istifadə etdiyini yada salmaq istəyirəm. Mərkəzi Komitənin katibi seçiləndən sonra ilk vaxtlar çox adamın üzdən tanımadığı Heydər Əliyev şəhəri gəzir, qanunsuzluqları, əliəyrilikləri, pozuntuları Özü Öz gözləriylə əyani şəkildə müşahidə edir və yerindəcə günahkarların cəzasını verirdi. Belə faktlar da əhalidə yeni ədalətli rəhbərin iş başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü kəsəcəyi haqqında fikirlərin geniş yayılmasına səbəb olurdu. Bu üsul, təbii ki, ən qısa bir müddətdə davam edə bilərdi, çünki tezliklə respublikanın yeni rəhbərini hamı üzdən də tanımağa başladı və Heydər Əliyev qanun pozuntularına qarşı mübarizəsini başqa, daha geniş miqyasla davam etdirdi.
Ümumiyyətlə, sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük quruculuq işləri həyata keçirdi, respublikamızın siması əhəmiyyətli dərəcədə dəyişdi. Bilirsiniz ki, O, rəhbər seçilənə qədər Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalanlardan biri idi. Amma Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan hərtərəfli inkişaf etdi. Onun hakimiyyəti illərində xalqın özünüdərki, milli şüurun oyanışı baxımından da mühüm nəticələr əldə olundu. Ulu öndərimiz müstəqilliyimizin dönməzliyini təmin etdi. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi.
- Ulu öndər Heydər Əliyev yaradıcı insanlarla da mütəmadi olaraq görüşürdü, onlara qayğı ilə yanaşırdı. Onunla ilk görüşünüzü necə xatırlayırsınız?
- Mən Ümummilli lider Heydər Əliyevi ilk dəfə sovet dövründə komsomolun qurultayında görmüşəm, Onun iştirak etdiyi həmin qurultayda çıxış etmişdim. Sonra isə dəfələrlə görüşmüşük. O, Moskvada işləyəndə də görüşmüşük, vəzifədən istefa verəndən sonra da əlaqələrimiz olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri olanda da Onunla Naxçıvanda görüşmüşəm.
Eləcə də müstəqillik illərində Heydər Əliyev dövlət başçısı olarkən dəfələrlə görüşümüz olub. Bütün bunlar haqqında “Unudulmaz görüşlər” adlı kitabımda müfəssəl yazmışam. Heydər Əliyev xarici səfərlərə gedəndə yazıçıları da aparırdı və mən də Onun bir neçə səfərində iştirak etmişəm.
Ümumiyyətlə, Heydər Əliyevə nə vaxt müraciət edirdimsə, həmişə müsbət cavab alırdım. Təbii ki, müraciətlərim Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı idi. O, AYB-nin ehtiyaclarını bilirdi və həmişə bizə qayğı ilə yanaşırdı. Müstəqillik illərində Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra AYB, onun qəzet və jurnalları dövlət büdcəsi hesabına maliyyələşdirildi. Çünki ədəbi jurnal və qəzetlər olmadan ədəbiyyat inkişaf edə bilməz. Heydər Əliyevin bu qayğısı Azərbaycan ədəbiyyatının xilası idi.
Eləcə də yazıçıların yubiley tədbirləri olanda, təşkilatımızın qurultaylarında Ulu öndər Heydər Əliyevə müraciət edirdik və həmişə Ondan xoş münasibət görürdük.
- Ümummilli lider Heydər Əliyev təkcə ədəbiyyatımıza qayğı göstərmirdi, eyni zamanda, ədəbiyyatımızın, yazarlarımızın xilaskarı missiyasını da Öz üzərinə götürmüşdü...
- Bəli, həqiqətən, belədir. Biz Yazıçıların IX qurultayına Heydər Əliyevi də dəvət etmişdik və O, dəvətimizi qəbul edərək qurultayda iştirak etdi. O zaman vəzifədə deyildi. AYB-nin X qurultayında isə Heydər Əliyev Azərbaycan Prezidenti olaraq iştirak etdi. Sualınızın cavabı olaraq niyə burdan başladım? Çünki X qurultayda çıxışı zamanı Heydər Əliyev bildirdi ki, vəzifədə olmayanda ətrafımda olan bir çox insanlar məndən üz döndərəndə yazıçılar tədbirlərinə dəvət etdilər, hörmətlə qarşıladılar və gördüm ki, yazıçılar daha etibarlıdırlar. Qurultayda onu da xatırlatdı ki, sovet dövründə kimlərsə gəlib yazıçılar haqqında cürbəcür sözlər deyirdilər. Məsələn, “Qobustan” jurnalında millətçilik var, Anarın yazdığı “Şəhərin yay günləri” antisovet əsəridir, onun babası da antisovet olub və s. Heydər Əliyev “Şəhərin yay günləri” pyesinə baxdı və bəyəndi, teatrın tarixində ilk dəfə səhnəyə çıxıb artistlərlə görüşdü, sonra da bu əsərə dövlət mükafatı verdi.
Ümumiyyətlə, Heydər Əliyev sovetlər dövründə bir çox yazıçı-şairləri təhlükələrdən xilas etdi. Fakt olaraq deyim ki, ermənilər Rəsul Rza haqqında Moskvaya böhtan dolu məktublar yazırdılar. Amma Heydər Əliyev Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı nişanı verilməsinə nail oldu. Eləcə də Bəxtiyar Vahabzadəni təhlükədən xilas etdi, yüksək adlarla, mükafatlarla təltif etdi. Sovet dövründə bəzi gənc yazıçıları millətçi damğası ilə həbs etmək istəyirdilər. Heydər Əliyev onları yanına çağırıb demişdi ki, ağlınızı başınıza yığın, işləyin, millətə öz yaradıcılığınızla xidmət edin. Yəni Ulu öndərimiz hər mərhələdə - həm sovet, həm də müstəqillik dövründə yazıçıları müdafiə edib.
- Sizin belə bir fikriniz var: “Heydər Əliyev Azərbaycan xalqının əbədi sərvətidir”. Bu fikrinizin fəlsəfəsində dayanan gerçəkliklər nədən ibarətdir?
- Bütün tariximizə nəzər saldıqda əminliklə deyə bilərik ki, Heydər Əliyev xalqımızın ən böyük dövlət xadimlərindən biridir. Bütövlükdə Heydər Əliyev dünya miqyasında böyük siyasi xadim idi. Mən həmişə deyirəm ki, Qorbaçovun yerinə Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı, bu dövlət dağılmazdı.
Təbii ki, Heydər Əliyev böyük dövlət xadimi olaraq xalqımız üçün misilsiz xidmətlər göstərib. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanı daxili çəkişmələrdən xilas etdi. Heydər Əliyev yeni Azərbaycanın əsasını qoydu. Bu gün müstəqil dövlətimiz möhkəm təməllər üzərində qurulub. Yəni müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, həqiqətən, Heydər Əliyev xalqımızın əbədi milli sərvətidir.
- Ulu öndərimiz haqqında indiyə qədər çoxsaylı əsərlər yazılıb, kitablar nəşr olunub. Bəzən belə fikirlər səslənir ki, Heydər Əliyev haqqında nə qədər yazılsa da, Onun xarakteristikasını, genişmiqyaslı fəaliyyətini tam ifadə etmək mümkün deyil. Siz bu barədə necə düşünürsünüz?
- Mən Ulu öndər haqqında xatirələrimi qələmə aldığım “Unudulmaz görüşlər” kitabımda da qeyd etmişəm ki, Heydər Əliyev haqqında çox yazılıb, qalın-qalın kitablar çıxıb. İllər keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək, dünyada və ölkəmizdə baş verəcək olayların, gələcək hadisələrin kontekstində Onun xidmətləri daha dərindən dərk ediləcək.
Mən də düşünürəm ki, bir kitabda Heydər Əliyevi tam ifadə etmək mümkün deyil. Çünki çox zəngin həyat yolu olan insandır. Hər kitab Onun bir cəhətini açır. Xüsusilə, mən yazıçı-publisist, millət vəkili Elmira Axundovanın çoxcildliyini qeyd etmək istəyirəm. Bu kitablar sənədlər əsasında yazılıb. Hesab edirəm ki, indiki dövrdə Heydər Əliyev haqqında əsərlər sənədlər və Onu yaxından tanıyanların xatirələri əsasında yazılmalıdır. Yəqin ki, Heydər Əliyevin bədii obrazı gələcəkdə yaradılacaq.
- Anar müəllim, Ümummilli liderimizin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan dövlət siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu baxımdan, hazırda Heydər Əliyev siyasətinin davam etdirilməsi haqqında nə deyə bilərsiniz?
- Əslində, başqa cür ola bilməzdi. Çünki Heydər Əliyev bütün fəaliyyəti boyu dəfələrlə dövrün və mövcud sistemin ağır sınaqlarından uğurla çıxan müzəffər siyasətçi idi. Ulu öndər Heydər Əliyev Öz rəqiblərindən və müasiri olduğu digər siyasətçilərdən, ilk növbədə, üstün keyfiyyətləri ilə seçilirdi. Məhz bu keyfiyyətlərinə, Öz daxili tarazlığını hər zaman qoruduğuna görə Heydər Əliyevin siyasi və rəhbərlik karyerası sonadək uğurlu olmuşdur. Bu baxımdan, Heydər Əliyev neçə-neçə siyasətçi nəsli, gələcəyin dövlət adamları üçün örnək sayılır və sayılacaq. Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir. Konkret olaraq sualın cavabına gəlincə, qeyd etmək yerinə düşər ki, Heydər Əliyev, eyni zamanda, min bir zəhməti bahasına qurduğu dövlətin qorunub saxlanması və gələcəkdə daha da qüdrətli olması üçün siyasi varis yetişdirməyi də unutmamışdı. 2003-cü ildən keçən zaman ərzində cərəyan edən proseslər, Azərbaycanın Heydər Əliyev yolu ilə gedərək yeni-yeni uğurlar əldə etməsi dahi şəxsiyyətin bütün digər məsələlər kimi, siyasi varislik məsələsində də yanılmadığını sübuta yetirdi.
Hörmətli Prezidentimiz İlham Əliyev Ulu öndərimizin layiqli davamçısıdır. O cümlədən Prezidentimizin ədəbiyyata diqqətini də hiss edirik. O, yaradıcı təşkilatlara hər zaman qayğı göstərir. Bəzən cahil fikirlər səslənir ki, AYB, yaradıcılıq təşkilatları nəyə lazımdır. Bunlara yaxşı cavablardan biri də dövlət başçısının Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə verdiyi yüksək qiymətdir.
Bir faktı sizə xatırladım. 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin yaradıcı ziyalılarla görüşü zamanı mən çıxış edərək əbədiyyat nümunələrinin latın qrafikalı əlifbada çap olunmasının zəruriliyini bildirdim. Cənab İlham Əliyev dövlət başçısı seçildikdən qısa müddət sonra bu barədə Sərəncam verdi və həm Azərbaycan, həm də dünya ədəbiyyatının nümunələri latın qrafikalı əlifba ilə çap olundu.
Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasəti əbədiyaşardır.

 
  • Oxunub:  13560  |  
  • Tarix:  10-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 08:04
Azərbaycan notariatı Sankt-Peterburqda
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb
13 Dekabr 12:30
Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın təşəbbüsləri BMT-də yüksək qiymətləndirilib
13 Dekabr 12:04
Səhiyyə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsi yolları müzakirə edilib
13 Dekabr 12:02
Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür
13 Dekabr 11:47
Bakı Musiqi Akademiyasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib
13 Dekabr 11:36
Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıb
13 Dekabr 11:31
Prezident Vladimir Zelenski GUAM-ın üzvü olan ölkələrin nümayəndələri ilə görüşüb
13 Dekabr 11:24
Nazir müavini fermerləri payızlıq əkinlərin bəyan edilməsi prosesində fəal iştiraka çağırıb
13 Dekabr 11:04
İlahiyyat İnstitutu ilə Səudiyyə Ərəbistanı universitetləri arasında əməkdaşlıq məsələsi müzakirə olunub
13 Dekabr 10:57
Azərbaycan və Latviyanın hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə olunub
13 Dekabr 10:31
Ulu öndər Heydər Əliyevin xatirəsi Latviyada da yad edilib
13 Dekabr 10:28
Azərbaycan ilə Latviya arasında əlaqələr yüksək səviyyədədir
13 Dekabr 10:25
Vaşinqtonda da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13 Dekabr 10:23
Bakıda türkiyəli müğənninin xeyriyyə konserti hər kəsə unudulmaz bir axşam bəxş edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +8