Ana səhifə »  Müsahibə »  Dağlıq Qarabağın azərbaycanlı icması fəaliyyətini gücləndirəcək
A+   Yenilə  A-
Dağlıq Qarabağın azərbaycanlı icması fəaliyyətini gücləndirəcək
Elman Məmmədov: Həmsədrlər münaqişənin həllində ciddi addımlar ata bilmirsə, onların vasitəçiliyindən imtina etmək lazımdır
Məlum olduğu kimi, bugünlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı keçirilib. Qurultayın məqsəd və məramı barədə məlumat verən icmanın nümayəndəsi, millət vəkili Elman Məmmədov bildirib ki, icma öz fəaliyyətini gücləndirmək istəyir:
- Qurultayda xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi. Qurultayı keçirməkdə məqsəd ötən dövrlərdə görülən işlərə nəzər salmaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdən ibarət idi. Əsas məqsədimiz daha yüksək səviyyədə təşkilatlanmaq, daha yaxşı fəaliyyət göstərmək üçün səylərimizi artırmaqdır. Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq Prezident  İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı apardığı işlərə kömək etmək istiqamətini götürməliyik, Ona dayaq olmalıyıq. Qarabağ həqiqətlərinin, ermənilər tərəfindən başımıza gətirilən müsibətlərin dünyaya çatdırılması, Xocalı soyqırımını, təcavüzkarı tanıtmaq, son nəticədə torpaqlarımızı işğaldan azad etmək üçün biz beynəlxalq aləmlə çox işləməliyik.
Xaricə ünvanladığımız müraciətlərdə Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünə, onların hüquqlarının pozulduğuna dair faktlar öz əksini tapmalıdır. Bəzən deyirik ki, Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 3-4 min şikayət göndərilib. Niyə bu ərizələr  100-200 min olmasın? Bu müraciətlər BMT-yə, ATƏT-ə, Avropa Birliyinə, insan hüquqları ilə məşğul olan bütün təsisatlara da göndərilməlidir. Bu, hamımızın üzərinə düşən vəzifədir və həmin vəzifəni də özümüzə borc bilib icra etməliyik.
- Həmsədrlər münaqişənin həlli ilə bağlı mütəmadi olaraq bəyanatlar verirlər, bu bəyanatlara münasibətiniz necədir? ümumiyyətlə, icma həmsədrlərin fəaliyyətini necə qiymətləndirir?
- Həmsədrlərin hərəsi bir dövləti təmsil edir. Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri özbaşına deyil ki? Həmsədrlər eləbil ki, böyük bir teatrın mahir rejissorları tərəfindən idarə olunan aktyorlardır. Amma bu aktyorlar özlərini məzhəkəçi yerinə də qoyurlar. Xüsusilə, Azərbaycana gələndə, görüşlər keçirəndə onların sifətindəki əlamətlər, lağlağı sözləri adamda ikrah hissi doğurur. Hətta onlar təmsil etdikləri dövlətləri də aldadırlar. Onların vaxtaşırı bəyanat verərək, “hər şey yaxşıdır, irəliləyiş var, bu il qızıl ildir” və s. demələri dünya ictimaiyyətini aldatmaqdır. çünki onları 1 milyondan çox məcburi köçkünün hansı vəziyyətdə yaşaması, bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı maaşları və xarici ölkələri gəzmələri maraqlandırır. Həmsədrlər bu imtiyazları əldən verməmək üçün yalan məlumatlar yaymaqla məşğuldurlar. Odur ki, onların münaqişənin həlli istiqamətində heç bir iş görmədikləri və dünya ictimaiyyətini aldatdıqlarına dair dövlət qurumları, qeyri-hökumət təşkilatları, bütövlükdə Azərbaycan ictimaiyyəti həmsədr dövlətlərin rəhbərliyinə müraciət etməlidir.
Onu da demək istəyirəm ki, həmsədr dövlətlərin maraqları bir-birilə toqquşur. çox zaman onlar haqq-ədalət tərəfindən yox, öz maraqlarından çıxış edirlər. 1992-ci ildən Ermənistanın tərəfini tutublar. Onlar yalnız ermənilərin dediyini deyib Azərbaycanı güzəştə məcbur etmək istəyirlər. Amma vaxtı ilə Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin də birmənalı olaraq qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Azərbaycanın güzəşti odur ki, ermənilərə yüksək statuslu muxtariyyət versin. Əslində, həmsədrlər 1992-ci ildən hər hansı nəticəyə nail olmayıbsa, onların vasitəçiliyindən imtina etmək lazımdır. Eyni zamanda, ATƏT-in qərarlarının icra mexanizmi yoxdur. Ona görə də, işğalçılıqdan əl çəkməsi üçün erməniləri məcbur etmək çətindir. Amma münaqişənin həlli məsələsi BMT Təhlükəsizlik Şurasının müstəvisinə çıxarılsa, Ermənistanı məcbur etmək olar ki, işğal etdiyi torpaqları tərk etsin.
- Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin  görüşü keçirildi. Gələn ay daha bir görüşün keçirilməsi gözlənilir. ümumiyyətlə, Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesinə münasibəti necədir?
- Danışıqlar həmişə lazımdır. Amma danışıqları apara-apara gücümüzü artırmalıyıq. Prezident İlham Əliyevin dediyi kimi, güclü iqtisadiyyat, güclü ölkə, güclü orduya sahib olmaq Azərbaycanın mövqeyini gücləndirir. Biz bu siyasəti daim yürütməliyik. Bu, vacib amildir. Kimin gücü varsa, danışıqlarda onun sözü kəsərli olur. Biz bu məntiqə əsaslanmalıyıq. Mənə elə gəlir ki, biz nəticədə təcavüzkarı danışa-danışa yerində oturdacağıq. Əks halda, torpaqlar hansı yolla olursa olsun, işğaldan azad ediləcək.
- Ermənilər xalqımıza qarşı qətliamlar, vəhşiliklər törədiblər. Gələcəkdə torpaqlar işğaldan azad olunandan sonra ermənilərlə birgə yaşayış çətin olmayacaq ki?
- Zaman hər şeyi həll edir. Müharibə nəticəsində 30 min şəhid vermişik. Amma nəzərə alsaq ki, dünyada, Avropada nə qədər müharibələr olub, qanlar tökülüb. Bu gün isə Avropa bir ailə kimi yaşayır. Şəxsən mən ermənilərlə bir yerdə yaşamaq istəmərəm, çünki ermənilər ailə üzvlərimi, doğmalarımı öldürüblər. Amma bu, mənim istəyimdən asılı deyil. Beynəlxalq qayda-qanunlara əməl etməliyik. Birgə yaşamağa məhkumuq. Amma biz Azərbaycan qanunları, Konstitusiyası çərçivəsində bərabərhüquqlu yaşamalıyıq. Keçmiş SSRİ dövründə isə bərabərhüquqlu yaşamamışıq. 1923-cü ildən 1991-ci ilə qədər Dağlıq Qarabağda hüqüqu pozulanlar azərbaycanlılar olub. Məsələn, Vilayət Partiya Komitəsi kimi nəhəng strukturda cəmi 4 azərbaycanlı ştatı var idi. Eləcə də, Əsgəran, Mardakert, Hadrut rayonlarının partiya komitələrinin hərəsində cəmi 1 azərbaycanlı ştatı var idi. Digər qurumlarda da belə olub.
Nardar BAYRAMLI


 
  • Oxunub:  16740  |  
  • Tarix:  11-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA