Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, Milli Məclisin ötən payız sessiyasında  2017-ci ilin dövlət büdcəsi qəbul olundu. Sosial məsələlər bu ilin dövlət büdcəsində özünün əksini necə tapır?
- Dövlət büdcəsində sosial sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasda böhranın davam edən fəsadlarından və dünyanın siyasi, sosial və iqtisadi mənzərəsində müşahidə olunan proseslərdən qaynaqlanan ciddi çətinliklərin ölkəmizə təsirlərini minimallaşdırmaqla yanaşı, qarşıya qoyulan bütün vəzifələrin və sosial proqramların uğurla icrasını təmin etməkdədir. Hazırda Azərbaycan Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.
2017-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faiz səviyyəsində müəyyən edilib. Bu xərclər ötən illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub.
Ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə - orta hesabla 35 faizədək artırılmasını təmin etmək məqsədilə əvvəlki illərdə başlanılmış işlərin 2017-ci ildə də davam etdirilməsi istiqamətində müvafiq vəsait proqnozlaşdırılır. 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faizi və ya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
- Dünyada baş verən mürəkkəb proseslər nəticəsində bir çox ölkələr maliyyə-iqtisadi böhranla üzləşiblər. Təbii ki, bu proseslər regionumuza da təsirsiz ötüşməyib. Bütün bunların fonunda Azərbaycanda yeni iqtisadi inkişaf mərhələsinin başlanmasının əhəmiyyəti nədən ibarətdir?
- 2008-ci ildən başlayan dünya böhranının nəticələrini biz indi hiss etməyə başladıq. Həqiqətən də, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan manatını da devalvasiyaya uğradıb. Bütün bunlara baxmayaraq, artıq iki ildir ki, büdcəmizdə sosial sahələrə, sosial müdafiə məqsədlərinə ayırmalar azalmır, bəzi maddələr üzrə hətta artım da hiss olunur. Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amil və onun nəticələri ötən qısa müddət ərzində hörmətli Prezidentımız İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı. Möhtərəm Prezidentimizin ötən il 10 və 26 yanvar tarixli proqram xarakterli çıxışlarında qarşıda duran yaxın və gələcək anti-böhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirildi.
Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir.
Ölkədə geniş miqyas almağa başlayan struktur islahatlarının biri də möhtərəm Prezidentimiz İlham Əliyevin 18 mart 2016-cı il tarixli “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi faktıdır. Bu, öz növbəsində çevik əmək və sosial müdafiə siyasəti aparılmasında, elektron hökumət elementlərinin artırılmasında, ünvanlılığın dəqiqləşdirilməsində xüsusi rol oynadı. Uçotda pərakəndəliyin aradan qaldırılması üçün burada bir pəncərə sistemi faydalı oldu. Belə ki, bu strukturda, işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin və sığorta yığımının statistikasının bir yerdə birləşməsi daxilolmaların obyektiv uçotuna və nəticədə artmasına gətirib çıxartdı. İdarəetmə sistemindəki bu islahatlar, ştatlardan səmərəli istifadə olunmasına və bu sahədəki xərclərin qismən azalmasına xidmətetdi. Onu da vurğulamağı özümə borc bilirəm ki, bütövlükdə passiv sosial müdafiə sistemi nazirliyə birləşmiş, sosial müdafiə fondu bölümündə cəmləşdi.  Eyni zamanda, bürokratik əngəllərin, süründürməçilik və neqativ halların qarşısı kəskin surətdə azaldı.
- Yaranmış yeni vəziyyətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir...
- Ümumiyyətlə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Ötən ilin əvvəlində maaş və pensiyaların artırılması da bunu sübut edir. Düşünürəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr  dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək.
- Hadi müəllim, bəs  Dövlət Sosial Müdafiə Fondunun bu il üçün büdcəsini ötən illərdən fərqləndirən cəhətləri nədən ibarətdir?
- Bu il DSMF-nun büdcəsi 3,4 milyard manat təşkil edəcək ki, bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 milyon manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının yığımı hesabına nəzərdə tutulub. Belə ki, 2017-ci ilin proqnozları 2015-ci ilin icra olunmuş mədaxil göstəricilərindən 12,7% çoxdur. Təqdirəlayiq haldır ki,fondun büdcədən asılılığı ilbəil azalır. Əgər 2012-ci ildə Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfert 42% təşkil edirdisə, bu il üçün proqnozlaşdırılan bu göstərici 37,4%-ə düşür.
Artıq bir neçə müddətdir ki, pensiyalarla bağlı mövcud hüquqi bazanın beynəlxalq konvensiyalara, dünya təcrübəsinə, mövcud reallıqlara uyğun olaraq yenidən hazırlanması prosesi başa çatır. Düşünürəm ki, qanunun yeni variantda işləməsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsində ehtiyat mənbələri yaradacaq, vəsaitlərdən daha səmərəli və ədalətli istifadə olunmasına xidmət edəcəkdir.
Fondun büdcəsinin  müsbət məziyyətlərindən biri də pensiyaların təkcə sığorta hissəsi deyil, məbləğin bütövlükdə indeksasiya edilməsidir, bu da əlbəttə nəticədə hiss olunan artıma gətirib çıxaracaqdır.
Gəlirləri təsnifatlandırarkən bir sıra düşündürən məqamların yenidən çözülməyə ehtiyacı olduğu göründü. Qeyri-büdcə bölümü üzrə sosial sığortaya cəlbetmə illərlə artsa da, fiziki şəxslərdən yığım əmsalı son beş ildə ümumi həcmin 1,6%-ni hələ də keçə bilməmişdir. Nəzərə alsaq ki, ölkəmizdə əmək tutumlu iş yerlərinin açılmasına, kənd təsərrüfatı və turizmin inkişafına, eyni zamanda özünüməşğulluğa geniş vüsət veriləcək, nəticədə bu istiqamətdə böyük ehtiyat mənbələri yaranacaqdır.
Bir məsələyə də diqqət yetirək. İndiki maliyyə çətinlikləri dövründə büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri hesabına da sığorta məbləğlərini artırmaq mümkündür. Məhz odur ki, proqnozlarda bu illə müqayisədə həmin mənbədən gələn ilə təxminən iki dəfə artıq yığım məbləği nəzərdə tutulub. Daha bir ehtiyat mənbəyi, debitor borclarla aparılan işin yaxşılaşdırılması tələbləridir. Son illər debitor sığorta borclarının artması və bu mənbənin bilavasitə qeyri-dövlət bölümündə özünü bariz şəkildə göstərməsi faktorudur. Hazırda mövcud hüquqi bazanın bu borcların qaytarılmasına xidmət edən müddəaları olsa da, debitorlara qarşı sanksiyaların daha da gücləndirilməsinə və nazirliyə daha ciddi inzibati cəzalar tətbiq etmək imkanları yaradılmasına düşünürəm ki, ehtiyac vardır.
Fondun xərclərinin təxminən 95%-ni hər il olduğu kimi yenə də əmək pensiyalarının ödənişi qrafasındakı rəqəmlər təşkil edir. Bu göstərici ötən illə müqayisədə 7,7% çoxdur. Onu da qeyd etməyi vacib sayıram ki, ölkədə gözlənilən orta yaş həddinin artması və əhalinin sayının çoxalması səbəbindən pensiyaçıların bu hesaba 1mln 320 min nəfər olacağı proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 20min nəfər çoxdur. Buna baxmayaraq, ölkə üzrə orta aylıq pensiyanın məbləği təxminən 8% artırılaraq 203 manata çatdırılacağı gözlənilir. Bu il Fondun vəsaiti hesabına ilk dəfə vətəndaşların hər birinə işsizliyə görə veriləcək müavinətin artırılacağı gözlənildiyindən, ümumi məxaric məbləğinin bu maddəsinin 2015-ci illə nisbətdə üç dəfə çoxalması gözlənilir.

 
  • Oxunub:  15390  |  
  • Tarix:  06-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA