Ana səhifə »  Müsahibə »  Ölkə mətbuatına bir çox ənənələri "Səs" qəzeti gətirib
A+   Yenilə  A-
Ölkə mətbuatına bir çox ənənələri "Səs" qəzeti gətirib

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Bəhruz müəllim, artıq "Səs" qəzeti 26 yaşını tamamlayır və qəzetin yaranması dövrün hansı zərurətlərindən doğub?
- Əlbəttə ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının qaranquşlarından hesab olunur və bu qəzet ictimai-siyasi mətbu orqanı kimi 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən isə dərcinə başlanılıb. Yəni, qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Qəzetin əsas məramı Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması idi və bu amil müqəddəs missiya kimi yerinə yetirilib. Ümumiyyətlə, istər yarandığı vaxtlarda, istərsə də hazırkı dövrdə "Səs" qəzetinin ətrafında Ulu öndəri sevənlər cəmləşib. Həmçinin, bütün zamanlardakı fəaliyyətinə nəzər salarkən, deyərdim ki, qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə, vicdanla və mərdliklə yerinə yetirib. Qəzetimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Bu, danılmaz faktdır. Həmin dövrlərdə ziyalıların Heydər Əliyevə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz "Səs" qəzetində dərc olundu və bu addım sonradan ölkənin ictimai- siyasi həyarına köklü dəyişiklərə səbəb oldu. Məhz bu xidmətin nəticəsidir ki, Ulu öndər Heydər Əliyev öz çıxışlarında hər zaman vurğulayardı ki, "Səs" qəzeti onun üçün ən əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. Onun bu uzaqgörənliyi hazırda reallaşıb və təsdiqini tapıb.
- Bu gün ölkənin media aləmində bir çox tanınmış jurnalistlər də etiraf edirlər ki, "Səs" qəzeti bir məktəbdir, bu fikri necə şərh edərdiniz?
-Tamamilə doğrudur. Bilirsiniz, "Səs" qəzeti həmin qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. Yəni müxalifət qəzeti kimi işıq üzü görərək, çətin dövrlərin enişli-yoxuşlu yollarını keçib. Əbəs yerə deyil ki, yarandığı dövrlərdə "Səs" qəzeti dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Hətta redaksiyaya o zamankı iqtidarın silahlı hücumları da olub. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib, əksinə olaraq yoluna daha qətiyyətlə, mübarizəylə davam edib. Bu baxımdan, "Səs" qəzeti iqtidara müxalif olub və indiki bəzi müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə, xalqa müxalif mövqedə dayanmayıb. Ona görə də istər müxalifət mətbuatı olduğu zamanlarda, istərsə də iqtidar mətbuatı olduqdan sonra "Səs" Azərbaycan mediasına bir mayak olaraq, hətta müxalif mövqedə olmaqla da xalqa xidmət etməyin ənənəsini yaratdı.
- "Səs" qəzetinin 26 illik ömür yoluna bir nəzər salmanızı xahiş edərdik...
-"Səs" qəzeti yarandığı gündən yenilənməyə meyilli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb. Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında "Səs" İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün "Səs" İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq. Ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirilir. Ümumiyyətlə, "Səs" qəzeti mütəmadi olaraq regionların sosial-iqtisadi inkişafı, problemlər, əldə olunan uğurlarla bağlı dəyirmi masalar təşkil edib. “Səs” qəzetinin redaksiyası hər zaman ictimai fikri maraqlandıran  ən aktual məsələlərlə bağlı görkəmli ictimai-siyasi xadimlər, deputatlar və hökumət təmsilçilərinin iştirakı ilə keçirilən müzakirələrin ünvanına çevrilib.  
Beləliklə, "Səs" ictimai-siyasi qəzet kimi üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışıb. Əminəm ki, bundan sonra da "Səs" qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla, müasir zamanın yeniliklərində öz sözünü deməyi, dövlətçilik uğrunda mübarizəsini, fəaliyyətini davam etdirəcək .
- Qəzetin bazasında inkişaf edən yeniliklərdən danışdınız, ümumiyyətlə, SİA və SƏS TV internet televiziyası özünü oxucuları və tamaşaçıları qarşısında nə dərəcədə doğruldub?
- İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır. Sağlam rəqabətdə SİA-nın da öz dəsti-xətti, öz yeri var. Mən deyə bilmərəm ki, SİA ölkənin aparıcı agentliklərindən biridir. Bu, təkəbbür, yersiz, subyektiv fikir olar. Hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyaya sahiblənə bilib, onun öz oxucu və tamaşaçı auditoriyası  var. SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir. Bir məqama toxunaraq demək istərdim ki, SİA-da, yaxud da SƏS TV-də günün tələbinə aid hər hansı bir problemə elə həssaslıqla toxunulur ki, sonradan bu amil həm auditoriyamızda, həm də ictimaiyyətdə uzun illər unudulmayacaq hisslər doğurur.
- Bəhruz müəllin, hazırda Azərbaycan mətbuatının ümumi vəziyyətini necə dəyərləndirmək olar?
- Bu gün Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb. Bundan əvvəl 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Sadəcə, bu gün Azərbaycan mətbuatının özündən qaynaqlanan bir sıra problemləri var. Bu problemləri mətbuat özü tədricən aradan qaldırmalıdır və qaldırır da... Məsələn, reketçilik yazılı mətbuatdan artıq internet portallara keçib, təəssüf ki, bəzi internet media orqanlarında bunu açıq müşahidə edirik. Belə problemlərlə mübarizə aparmağa ehtiyac var idi və ötən ilin son aylarında biz həmin mübarizənin nəticələrini gördük. Reketçiliklə mübarizədə görülən işlər hesab edirəm ki, öz müsbət nəticələrini verməyə başlayıb. Digər tərəfdən, mətbuatımızın dünyaya tam inteqrasiya etdiyini, dünya mətbuatı ilə tam ayaqlaşdığını da söyləmək olmaz, bu sahədə də çatışmazlıqlar var. Əlbəttə ki, zaman-zaman bu çatışmazlıqların da aradan qalxacağı şübhəsizdir. Çünki dövlət də daim mətbuatın inkişafına, jurnalistlərin sosial problemlərinin həllinə çalışır. 2013-cü ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün bir qrup jurnalist mənzillə təmin olundu, növbəti bina da artıq təhvil verilmək üzrədir. Demək istədiyim odur ki, əgər dövlətimiz bu kimi mütərəqqi addımları atırsa, bu addımlar jurnalistlər cameəsində dinamika yaradır, stimul verir. Ancaq biz, əldə edilən uğurlarla kifayətlənməməli, daim öyrənməli, problemlərin aradan qaldırılması istiqamətində mətbuat olaraq daha çox çalışmalıyıq. Məhz bu halda mediamızın daha sürətli inkişafına, tərəqqisinə nail ola bilərik. Düşünürəm ki, biz bu amili kredo kimi götürməliyik.
- Son olaraq, "Səs" qəzetinin gələcək planları, reallaşdırmağa hesabladığı arzuları nədən ibarətdir?
- Təbii, bir sıra layihələrimiz, planlarımız var. İlk növbədə çalışacağıq ki, ümumi xarakterli problemlərin işıqlandırılması, görülən işlərin zamanında ictimaiyyətə çatdırılması istiqamətində öz yolumuzu davam etdirək. Belə bir deyim var -mətbuat cəmiyyətin güzgüsüdür. Ona görə də hesab edirəm ki, rəhbərlik etdiyim mətbu orqanı ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Bu barədə Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb. Hesab edirəm ki, "Səs" qəzeti bu gün ictimai nəzarət funksiyasını da yerinə yetirməyi bacarmalıdır və buna maksimum qaydada çalışır. Bu istiqamətdə yolumuzu davam etdirərək qəzetlə yanaşı, SİA və SƏS TV-nin inkişafını, yeniliklərimizi də oxucu auditoriyamıza təqdim etməyə davam edəcəyik.

 
  • Oxunub:  16380  |  
  • Tarix:  10-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18