Ana səhifə »  Müsahibə »  Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır
A+   Yenilə  A-
Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır

AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova www.yap.org.az saytına müsahibə verib
- Sahibə xanım, ölkəmizin xarici siyasətdə əldə etdiyi nailiyyətlərə, qarşıya qoyulan hədəflərə toxunaq. Bu mənada ötən ilin nəticələrini necə dəyərləndirirsiniz?
- 2016-cı il bütün dünya üçün heç də asan keçmədi. Siyasi manipulyasiyalar nəticəsində birjalarda neftin qiymətinin kəskin ucuzlaşması fonunda qlobal iqtisadiyyat arzuolunmaz çətinliklərlə üzləşdi, ayrı-ayrı ölkələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşdü, bir sıra hallarda sosial proqramlar ixtisara salındı, dünyada yoxsulluğun və işsizliyin kəskinləşməsi kimi problemlər insanların ciddi etirazları və bir sıra ölkələrdə xoş olmayan hadisələrin meydana gəlməsi ilə yadda qaldı. Bununla yanaşı, qlobal təhlükəsizliyi təhdid edən terror hadisələri, müharibələr, bəzi ölkələrdə səngiməyən xaos ötən il üçün də xarakterik oldu. Lakin sevindiricidir ki, xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün güclü iqtisadi və maliyyə potensialını səfərbər etməyə nail oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrikində bir sıra çətinliklərlə yadda qalan 2016-cı ildə respublikamızda sabitliyin və inkişafın təmin olunması istiqamətində uğurlar əldə olunduğun vurğuladı. O cümlədən xarici siyasətdə Azərbaycanın nailiyyətləri kifayət qədər əhatəli oldu. Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Azərbaycanın təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq platformaları dövlətlər arasında münasibətlərin inkişafına, eyni zamanda regional məsələlərin həllinə yeni töhfə verir. Zamanında ölkəmizin fəal səyləri sayəsində yaradılan və hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir. Ümumiyyətlə götürdükdə, respublikamız, təcavüzkar Ermənistan istisna olmaqla, bütün qonşularla dostluq münasibətlərinə malikdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev region dövlətləri və tərəfdaşlarla əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin qonşu ölkələrin dövlət başçıları və digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlərin geniş spektri müzakirəyə çıxarılıb, səmərəli danışıqlar aparılıb. Azərbaycanın dövlət başçısının irəli sürdüyü fəal təşəbbüslər, bir qayda olaraq, qonşu ölkələrin müvafiq dairələrində də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır.
- Ötən il baş verənlər sırasında Azərbaycan hərb tarixində möhtəşəm bir uğurun - aprel döyüşlərində qazanılan qələbənin yeri xüsusidir. Bu qələbənin qazanılması Dağlıq Qarabağ münaqişəsinin həllində də mühüm əhəmiyyətə malikdir...
- Birmənalı şəkildə qeyd etmək lazımdır ki, dünyadakı ikili standartlar və təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həll olunmamasının əsas səbəblərindəndir. Ermənistan BMT və digər beynəlxalq təşkilatların işğala son qoymaq barədə qərar və qətnamələrini yerinə yetirmir, Azərbaycan torpaqları hələ də işğal altında saxlanılır. Əlbəttə, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi Bakının xarici siyasətində birinci məsələdir. Həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsi beynəlxalq gündəmin aktual məsələlərindən birinə çevrilib. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ümumiyyətlə, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir.
Aprel döyüşlərinə gəlincə, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Daha da dəqiqləşdirsək, son hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır. İrəvandakı kriminal hakimiyyət baş verənlərdən dərs çıxarmalıdır, anlamalıdır ki, Azərbaycan artıq 90-cı illərin əvvəllərində olan Azərbaycan deyil. Bu gün Azərbaycanın iqtisadi qüdrəti, hərbi imkanları, Ordusunun gücü Dağlıq Qarabağ və ətrafındakı ərazilərimizi istənilən üsulla azad etməyə imkan verir. Əgər Ermənistan rəhbərliyi aprel döyüşlərindən nəticə çıxarmasa, onda gələcəkdə onların alacağı bu tip dərslərin nəticələri daha ağır olacaq.
- Sahibə xanım, ötən il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdu. “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin ölkəmizdə mövcud olan multikulturalizm ənənələrinin təbliğinə, həmçinin Azərbaycanın dünyada dinlər və mədəniyyətlər arasında dialoqa verdiyi töhfələri necə qiymətləndirmək olar?
- Azərbaycan tolerantlığı, çoxmədəniyyətliliyi sərvətə çevirməyi bacaran azsaylı ölkələrdən biridir. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi-dini dəyərlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı güclü dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud olan humanitar dəyərlərin inkişafına güclü stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.
- Bu mənada Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Ötən ildə keçirilən tədbirlər, mühüm beynəlxalq konfranslar və forumlar Azərbaycanın dünyada sülh və təhlükəsizliyin, mədəniyyətlər və dinlər arasında dialoqun, multikulturalizmin təmin olunmasına nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Artıq Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilməsi ənənə halını alıb. 2016-cı ilin aprel ayında Bakı şəhəri BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, sentyabrda isə V Humanitar Foruma uğurla ev sahibliyi etdi. Eyni zamanda, Avropanın bir sıra böyük şəhərlərində Azərbaycan multikulturalizm modelinin təbliğ olunması, onun mühüm üstünlüklərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə silsilə tədbirlər təşkil olundu. Görülən işlərin nəticəsi olaraq, Çexiyada, Litvada, Polşada, Almaniyada, İsveçrədə, İtaliyada, Portuqaliyada, Türkiyədə, İndoneziyada, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə bu gün Azərbaycan multikulturalizmi fənni tədris proqramlarına daxil edilib. Respublikamız həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdi, bu il isə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edəcək. Hesab edirəm ki, bu faktların özü belə Azərbaycanın multikulturalizm modelinin dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Bu gün dünyada baş verən hadisələr, müharibələr, hər gün daha da genişlənməkdə olan və hazırda bütün dünya xalqlarını və ölkələrini təhdid edən terror dalğası, miqrant və qaçqın problemi fonunda Azərbaycanın multikulturalizm modelinin nə qədər əhəmiyyətli olduğunu bir daha dərk etmiş oluruq. Bəli, “Multikulturalizm ili” artıq başa çatıb və sadalananların fonunda ölkəmizin çox böyük nailiyyətlər qazandığını söyləyə bilərik. Amma təbii ki, Azərbaycanın multikulturalizm ənənələri, bu istiqamətdə verdiyi töhfələr bundan sonra da möhkəmlənərək davam edəcək.

 
  • Oxunub:  16680  |  
  • Tarix:  18-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18