Ana səhifə »  Müsahibə »  20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildi
A+   Yenilə  A-
20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildi

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib
- Hikmət müəllim, bu günlərdə 20 Yanvar faciəsinin 27-ci ildönümü, şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilir. 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri və rolu nədən ibarətdir? Ümumiyyətlə, bu faciənin baş verdiyi dövrün ictimai-siyasi xarakteristikasını necə təsvir edərdiniz?
- 1990-cı il yanvar ayının 20-si xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Ozamankı ictimai-siyasi proseslərin inkişafı nəticə etibarilə bir çox xalqların tarixinə faciəli səhifələr bəxş etdi. Ancaq ən ağır fəlakət Azərbaycan xalqının bəxtinə düşdü. Bəs, doğrudanmı, bu faciə qaçılmaz idi? Bu suala konkret cavab vermək üçün həmin dövrün xarakteristikasını və məlum proseslərin mahiyyətini əks etdirən bir sıra məqamlara toxunmaq lazımdır. Əlbəttə, 1989-cu ilin sonu - 1990-cı ilin əvvəllərində keçmiş SSRİ-də və respublikamızda baş verən ictimai-siyasi prosesləri analiz etməklə müəyyən nəticələrə gəlmək mümkündür.
1985-ci ildə Qorbaçovun təşəbbüsü ilə başlayan yenidənqurma 1989-cu ildə elə bir vəziyyətə gəlib çatmışdı ki, o, SSRİ-nin dağılmasını labüdləşdirirdi. Baltikyanı ölkələrdə, Gürcüstanda imperiya ordusunun törətdiyi vəhşiliklər keçmiş müttəfiq respublikaların xalqlarının azadlıq istəyinin, müstəqillik uğrunda apardıqları mübarizənin qarşısını ala bilmədi. Müqəddəratının öz əllərində olmasını istəyən Azərbaycan xalqı da, təbii ki, azadlıq, müstəqillik uğrunda mübarizədə öndə gedənlərdən idi. Xalqımızın müstəqil gələcəyindən vahiməyə düşən imperiya qüvvələri buna qətiyyən razı ola bilməzdilər. Ona görə də, bir tərəfdən, mənfur qonşuların məkrli niyyətlərinin həyata keçməsinə rəvac verən, şovinist ambisiyalarından əl çəkmək istəməyən qüvvələr, başqa bir tərəfdən, nəyin bahasına olursa olsun, respublikada hakimiyyəti ələ keçirmək, yüksək mənsəbə çatmaq niyyətində olan ayrı-ayrı qruplar ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışırdılar. Beləliklə, durum getdikcə pisləşirdi. Bütün bunlar sovet qoşunlarının bilavasitə iştirakı və əks cəbhəyə yardımları ilə müşahidə edilirdi. Həmin vaxt geniş vüsət almış xalq hərəkatını idarə edənlərin əksəriyyəti alovlu vətənpərvər, böyük millətsevər rollarında olan gələcək vətən xainləri idi. Onlar populist çıxışlarla, imperiyanı hədələməklə “böyük cəsarət” nümayiş etdirərək xalq qəhrəmanı cildinə girməyi bacarmışdılar. Əslində isə, bilavasitə və dolayısı ilə imperiyaya xidmət edən bu şəxslər sovet dövlətinin erməni lobbisinə satılmış yüksəkçinli rəhbərlərinin Azərbaycanda mənfur niyyətlərini həyata keçirməsinə zəmin yaratmaqla məşğul idilər. Bu isə emisarların öz planlarını həyata keçirməsini asanlaşdırır, onlara geniş fəaliyyət meydanı açırdı. O dövrdə dövlət aparatında yüksək vəzifələr tutmuş ayrı-ayrı “rəhbər”lərin başı isə kreslo davasına qarışmışdı. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirovun fəaliyyətsizliyi, ölkəni idarə edə bilməməsi, kosmopolit şəxsiyyəti, baş verən proseslərin mahiyyətini dərk edə bilməməsi, imperiyaya sədaqəti, əslində, dövlət aparatını iflic vəziyyətinə gətirib çıxarmışdı. Belə mənəvi düşkünlük və şəxsi ambisiyaların hökm sürdüyü dövlət aparatı isə xalqı idarə etmək bacarığından çox-çox uzaq idi. İmperiya ordusunu Azərbaycana yeritmək üçün, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsini qan dəryasında boğmaq üçün bir bəhanə lazım idi. Bu bəhanə isə elə hazırlanmalı idi ki, gələcəkdə imperiya beynəlxalq təşkilatlar qarşısında hüquqi cəhətdən özünə bəraət qazandıra bilsin, məsələnin mahiyyəti başqa formada dünya ictimaiyyətinə təqdim edilsin, “vəhşi azərbaycanlı” obrazı yaradılsın, qonşu respublikalar arasında qanlı münaqişə daha da qızışdırılsın. Belə işlərdə çoxillik təcrübəsi olan SSRİ kəşfiyyat orqanı və imperiya siyasətçiləri hazırladıqları ssenarini həyata keçirmək üçün çox da çətinlik çəkmədilər. 1990-cı ilin yanvar ayının əvvəllərində bir neçə günlük fasilələrlə Bakıda süni erməni qırğını törətdilər. Faktlar şişirdilmiş və məqsədyönlü formada dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırıldıqdan sonra Azərbaycana “Qırmızı ordu”nun yeridilməsinin zərurət olduğu fikrini yaratdılar. Yanvar ayının 19-da artıq bütün hazırlıq işləri başa çatdırıldı. Emisarlar və milli satqınlar məhz həmin gecə xalqın axın-axın meydanlara, küçələrə çıxmasını təmin etdilər. Faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkar rəhbərlər xalqı xəbərdar etmədilər. Həmin gün telestudiyanın enerji bloku partladıldı. Fövqəladə vəziyyət rejimi haqqında Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçovun fərmanı isə qırğından sonra elan edildi. Bütün bunlar təsadüf yox, mənfur bir planın dəqiq hazırlanmış ssenarisi əsasında baş tutdu.
Yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnikaları ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.
Böyük bir imperiyanın güc nazirliklərini təmsil edən generalların Bakıda oturub bilavasitə rəhbərlik etdikləri 20 yanvar əməliyyatı barbar bir qırğınla sona çatdı. Ancaq nə bu cəza, nə də ondan sonrakı müsibətlər Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azadlıq uğrunda - müstəqillik yolunda dönmədən mübarizə aparan xalqımız sonunda öz məqsədinə nail oldu.
- 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, 20 Yanvar hadisəsinə siyasi qiymət çox gec verildi. 1990-cı ildən sonrakı 3 il müddətində bir neçə siyasi komanda hakimiyyətə gəlsə də, cəsarət edib bu məsələyə siyasi qiymət vermədilər ki, bunu da müxtəlif səbəblərlə izah etmək olar. Əgər, bir tərəfdən, bu, həmin dövrdə hakimiyyətdə olan qrupların müstəqil olmamaları - xarici dövlətlərin “dirijor çubuğu”nun göstərişi ilə oturub-durmaları ilə əlaqədar idisə, başqa bir tərəfdən, törədilmiş cinayətdə bilavasitə iştirakları ilə bağlı idi.
Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verildi. Cinayətkarın adı, ünvanı dəqiqləşdirildi. Hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Bunlarla yanaşı, Ümummilli lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı.
1994-cü il yanvar ayının 5-də Ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət, həmin ilin mart ayında təsdiqlənən 20 Yanvar faciəsinə siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının öz haqqını tələb edə bilməsini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacarmasını sübut etdi.
Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
- Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərin daim yaddaşlarda qalması, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə - şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi dövlətin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 27 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub. Bu, bütövlükdə, böyük əhəmiyyət kəsb edir. Belə bir ifadə var: tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar. Azərbaycan tarixinin şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlı gerçəkliklərin ölkə və dünya ictimaiyyətinə çatdırılması tarixi reallıqların dərk edilməsi və ondan nəticə çıxarılması baxımından böyük önəm kəsb edir.
Onu da qeyd edim ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən siyasətin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında mühüm layihələr həyata keçirilib.

 
  • Oxunub:  16740  |  
  • Tarix:  18-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18