Ana səhifə »  Müsahibə »  Sən mənim anamsan...
A+   Yenilə  A-
Sən mənim anamsan...
Azadlığın özgə qapılarda böyümüş balası ilə söhbət
O, şairdi, dramaturqdu, siyasətçi və ictimai xadimdi. Müstəqillik arzusunu dilinə, şeirinə gətirdiyinə görə, çox şöhrətli bir şairin övladı olsa da, üzünə qapılar qapanmışdı. Qapalı qapıların arxasında dua yerinə şeir söyləyən bu insanın ömrünün 70-ci ilində hər şeyi var: müstəqil ölkəsi, söz demək azadlığı və ... çoxlu, lap çoxlu xatirələrlə süslənmiş taleyi.
Vaqif Səmədoğlu ilə söhbətə başlamaq çətin olmadı. Yubiley münasibəti ilə dövlət başçısı tərəfindən təltif olunduğu “Şərəf” ordeninin sevincini paylaşmaq üçün redaksiyamıza dəvət etdiyimiz şair qəzetin yaradıcı heyətinin marağını görəndə gülümsündü:
- Rəhmətlik Mehdi Mehdizadə təhsil naziri olarkən onunla birlikdə Qazax məktəblərindən birinə getmişdik. Sinfə girdik, Mehdi rəhmətlik sual verdi: “kim iqtisadçı olmaq istəyir, kim neft sənayesi sahəsində çalışmaq istəyir?”. Riyaziyyatçı bir əl qalxdı, iqtisadçı üç əl qalxdı. Mən üzümü tutdum uşaqlara:” kim şair olmaq istəyir?” 60 nəfər əlini birdən qaldırdı. Ədəbiyyata, sözə aşiqlik bu millətin canında, qanındadı...
Beləcə, modern Azərbaycan şeirinin ən tanınmış nümayəndəsi özü söhbətə körpü saldı, fotoqrafımızın əlindəki rəqəmsal aparatı görüb hobbisini xatırladı. Minə yaxın nadir şəklin toplandığı neqativinin bir erməni balası tərəfindən oğurlandığını uşaq səmimiyyyəti ilə söylədi. Əməkdaşımızın dəcəl uşaqların şair olması ilə bağlı sualını da cavablandırmağı unutmadı:
- Şairlər həmişə “xuliqan” olublar. Bir şeiri ilə aləmi bir-birinə vuran şairlərdi. Qəhrəmanlar da, şairlər də “xuliqan”lardan çıxır...
İki xatirə
- Vaqif müəllim, 70 illik yubileyinizi ilk kim təbrik etdi?
- Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyev evimə zəng etdi. Efir vasitəsi ilə mənə təbrik ünvanladı. 65 illik yubileyimdə məni “Şöhrət” ordeni ilə təltif edən Prezident İlham Əliyev bu dəfə məni “Şərəf” ordeni ilə təbrik etdi.
- Siz Prezident İlham Əliyevlə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində birgə yer almısınız. Bu, söz adamına, şairə diqqətdir, yoxsa çətin günlərin silahdaşına?
- Dövlət başçısının diqqətində qeyd etdiyiniz məqamların hamısı cəmlənib. Amma AŞ PA-da biz ədəbiyyatla yox, siyasətlə məşğul idik və mən sevinirəm ki, nümayəndə heyətinə rəhbərlik edən cənab İlham Əliyevin başçılığı altında xeyli iş gördük. Dörd il bərabər işlədik və bu dövr ərzində yeganə beynəlxalq təşkilat AŞ PA oldu ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını rəsmən təsdiqlədi. Sevinirəm ki, biz bunu bacardıq.
- O günləri xatırlayanda hansı hissləri keçirirsiniz?
- Təbii, qürur hissi. Həm də bu qürur hissi mənim ana torpağım, müstəqil ölkəm və onun başçısı ilə bağlıdır. İki xatirə danışım sizə. Şərhsiz, filansız.
O dövrdə Avropa Şurasının prezidenti Lord Rassel Conson cənab İlham Əliyevi, Səməd Seyidovu və məni-Azərbaycan nümayəndə heyətini qəbul edirdi. Mən dramaturqam və bütün mizanları rejissordan pis görmürəm. Biz qapıdan girəndə baxdım ki, Consonun üzündə qəribə bir təbəssüm yarandı. Təxminən daxili replikası belə idi ki, İlham Əliyev-Azərbaycan nümayəndə heyətinin rəhbəri-dünyaşöhrətli siyasətçi Heydər Əliyevin oğludur. Görüş bir saata yaxın çəkdi. Conson və cənab İlham Əliyev ingiliscə danışırdılar. Tərcüməçi də protokol qaydalarına uyğun olaraq tərcümə edirdi. Söhbətin sonuna qədər Consonun sifəti, mimikası, təbəssümü dəyişmişdi. Görüş sona çatanda bizi yola salmaq üçün qalxan ingilis lordu Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin qarşısında heyranlıqla baş əydi.
İkinci heç vaxt unuda bilmədiyim, həmişə qürur hissi ilə xatırladığım məqam da cənab Prezidentlə bağlıdır.
Siqaret çəkmək üçün AŞPA-nın siyasi komitəsinin iclas salonundan dəhlizə çıxmışdım. Bu zaman Monitorinq Komitəsinin iclas zalından təngənəfəs çıxan Dmitri Raqozin-Rusiyanın prezidentliyinə iddialı bir adam-çaşmış halda özünü üstümə atdı. Rəngi dümağ idi, panika içində az qala qışqırırdı: “Rossiyu zaqnali tupik, qde İlxam Aliyev? Nujno sovet!”...
Ədəbiyyatla siyasətin kəsişməsində
- ümumiyyətlə, ədəbiyyatçının siyasətlə məşğul olmasına necə baxırsınız?
-Mənim üçün ədəbiyyatçı, ziyalı məhfumu yoxdur. Konkret kim var? Adını çəkin, deyim kim siyasətlə məşğul ola bilər, kim yox? Aktyorlar, rejissorlar da, həmçinin. Məsələn, Səməd Vurğunu mən deputat görmüşəm həmişə, Osman Sarıvəllini yox. Bəxtiyar Vahabzadə deputat idi, rəhmətlik Qabil yox. Onlarla misal gətirə bilərəm ki, böyük şair, eyni zamanda, dövlət xadimidir: Höte, Bomarş, Şekspir.
- Siz Azərbaycan ədəbiyyatında sərbəst şeirin əsaslarını qoyanlardan birisiniz.
- Sərbəst şeirin əsasını Səməd Vurğun, Mikayıl Rəfili, Rəsul Rza və Nazim Hikmət qoyub.
- Siz də sərbəst şeirə keyfiyyətcə milli kolorit gətirdiniz. Nazim Hikməti Mayakovski ilə müqayisə edirlər. Rəsul Rzanın Nazim Hikmətdən təsirləndiyini deyirlər. Sizdə bu bənzərlik yoxdur. Vaqif Səmədoğlu sərbəst şeirə böyük səmimiyyət gətirdi. Ona milli pasport qazandırdı.
- Sərbəst şeirin texnologiyasından söhbət açsaq, bəli, sərbəst, qafiyəsiz şeiri ilk dəfə mən yazmışam. Əvvəlki şairlər qafiyəli yazırdılar və Səməd Vurğunda rus şairi V.Mayakovskiyə oxşarlıq çox idi, nəinki Nazim Hikmətdə. Səməd Vurğundakı ritmik sərbəstlik V.Mayakovskidə daha güclü idi. Nazim Hikmətdə də ritm var. özü oxuyanda da olmayan yerlərə intonasiya ilə ritm verirdi. Nazim Hikmət, həm də çox böyük aktyor idi. Gözəl şeir oxuyurdu.
Amma mən təkcə sərbəst şeir yox, gəraylı da yazmışam, qoşmalarım var. Əruzda xeyli yazmışam, meyxana janrına da müraciət etmişəm.
- Bir-biri ilə ziddiyyət təşkil edən iki məşhur düstur var: biri odur ki, yazıçı dilin alətidir, digəri: dil yazıçının alətidir.
- İkisi də doğrudur... Mənim üçün sərbəst şeir yazmaq hecada yazmaqdan, gəraylı yazmaq əruzda yazmaqdan çətindir. çünki heca vəznində yazanda bir də görürsən ki, qafiyə elə möcüzələr yaradır ki, ağlına da gəlməz. Sərbəst şeir yazanda ağlında nə varsa onu da ortaya qoyursan. Vəzndə yazanda özü duyğuları səndən qoparır. Bəhrdə, hətta sözün musiqisini müəyyənləşdirmək olur. Yaratdığın şeirin musiqiyə necə oturduğunu görə bilirsən. Hansı sözün bəmdə, hansı sözün zildə oxunacağını belə müəyyənləşdirməyi bacarırsan. ümumiyyətlə, ədəbiyyat, xüsusilə də poeziya möcüzədir.
- Meyxana janrına da müraciət etdiyinizi dediniz. Meyxananın indiki vəziyyəti necədir?
- Sadəcə, dəhşətdir. Diqqətlə fikir versəniz görərsiniz. İndi nəsr cümləsinə meyxana oxunur. Əruz itib, ritm yoxdur. Əliağa Vahidin, rəhmətlik Balasadığın meyxanalarına baxın. İndi meyxana tamamilə bayağılaşıb. Mən bir vaxtlar sinədən də meyxana deyirdim. Mən, Rəfiq Zəka, Vaqif Mustafazadə yığışardıq, meyxana deyərdik. Vaqif Mustafazadə hamımızdan yaxşı meyxananı deyərdi. Həm ritm duyumu gözəl idi, həm də o içərişəhərli idi.
Uzaq, yaşıl ada... Nargin
- Azərbaycanda ədəbiyyata dövlət qayğısı sahəsində vəziyyət necədir?
- Ədəbiyyat da ələbaxım olmamalıdır. Amerikanın ötən əsr ədəbiyyatında dörd, uzaqbaşı beş yazıçı ədəbi əməyi ilə dolanırdı. Onların da üçü detektiv yazırdı. Fransada da, həmçinin. Jül Vernin romanları böyük tirajlarla satılırdı, Balzak kimi nəhəng yazıçı borcların içində itib-batırdı. Ədəbiyyatı umacaqlı edən sovet ideologiyası oldu. 1990-cı illərdə iki kitabım nəşr olundu, sovet dövründə çıxsaydı mən onların qonorarı ilə Nargin adasını alardım.
Bu ənənə təkcə sovetlərdəydi ki, ssenari müəllifi rejissordan da, kino ulduzundan da çox qonorar alırdı. Bu, ədalətsizlik idi.
- Niyə? Axı kino da bədii mətnin üzərində durur.
- Kino ilk növbədə rejissor sənətidir. Onun üçün də dünya tarixinə həkk olunmuş ən böyük ekran əsərlərinin müəllifləri elə rejissorlardı. çarli çaplin, Fellini. Hollivudda Uilyam Folkner kimi dahidən ancaq dialoqlar yazmaq üçün istifadə ediblər.
- Bütün filmlərinizdə ən kiçik bir epizodda da olsa, varsınız.
- O da dünya kinosundan gəlmədi. Amerika, Fransa filmlərində tamaşaçı ssenaristi də görür, rejissoru da. Bəzən operator da kadra düşür. Bu, ənənədir. Mən hətta Otar İoselianinin bir filmində də çəkilmişəm. Otarın özü ilə. Qəhrəmanlar - qızla oğlan söhbət edir, biz də arxa planda başımızda aerodrom kepka bıçaq itiləyirik.
- Azadlığı boğmaq azadlıq istəyinin yaranmasına səbəb olurdu, bəlkə maraqlı ədəbiyyatın yaranması üçün də bu tətbiq olunmalıdır?
- Təəssüf ki, möhtəşəm ədəbiyyatı qadağalar yaradır. Biz Sovet dövründə bunun şahidi olduq. Rusiya imperiyasına daxil olan ölkələrin hamısında dövlət, kilsə, xüsusi nəzarət orqanlarının senzurasının mövcud olmasına baxmayaraq, ədəbiyyat yaranırdı. İndi heç bir yazarın sözün qatlarına enməsinə, sətiraltı gizlinlərdən istifadə etməsinə ehtiyac yoxdur. Amma Amerika kimi demokratik bir cəmiyyətdə də nəhəng yazarlar meydana çıxırdı.
- 90-cı illərdə mətbuatın, ondan daha əvvəl isə ədəbiyyat üzərindən senzura götürülüb. Azərbaycan ədəbiyyatı bu azadlıqdan yetərincə istifadə edə bilirmi?
- Mən ancaq özüm haqqında danışa bilərəm. Təəssüflənirəm ki, yaşımın 50-ci ilində müstəqillik qazandıq...
- O şeirləri indi də yaza bilərsinizmi?
- Əlbəttə. Allahıma və Səməd Vurğunun ağıllı, demokratik tərbiyəsinə minnətdaram ki, mənim şeirlərimdə aktuallıq olmadı.
Mən dedim ki, sən mənim doğma anamsan, azadlıq, mən sənin yad qapısında böyümüş balan. Daha demədim ki, SSRİ-də böyümüş balan. Poeziyanın evini aktuallıq yıxır. Mayakovski kimi dahi şair gündəmi tutduğu üçün indi həmin şöhrətini itirib.
Babam, atam, qardaşım və mən...
- ömrün bu çağında Səməd Vurğun, Yusif və Vaqif Səmədoğluların bir evdə yaşadıqları zamanı necə xatırlayırsınız?
- Yaşın bu çağından baxanda o illər mənə çox əzizdi. Mənim uşaqlıq dövrüm ümumbəşəri bəlanın gəldiyi vaxta düşsə də, müharibə acısını yaşamadım. çox kiçik olduğumdan o ağrıları duya bilməzdim. 1948-ci il represiyaları zamanı böyüklərin necə əzab çəkdiyinin şahidi olsam da, mən ağrını dərinliyi ilə hiss edə bilmirdim. Tarixən azərbaycanlıların dədə-baba torpağı olan Ermənistan ərazisindən başlanan köçürmələr davam etdikcə böyüklərin əzabı artırdı. O dəhşətli xatirələrdən yadımda ağlayan yekə kişilər qalıb. Bizim indi klassik saydığımız yazıçılar hönkürə-hönkürə ağlayırdılar ki, gəlin, bir şey edək. Babam da qışqırırdı ki, ayə, biz nə edə biləcəyik. Aclığın nə olduğunu evlərinə çörək apardığım insanlarda, qonşularda görürdüm... Mən taleyimə minnətdaram. Bilmirəm, Səməd Vurğunun taleyini yaşasaydım, dözərdimmi???
- Siz həm də Yusif Səmədoğlunun qardaşısınız...
- Həmişə qardaş kimi Yusifə paxıllığım tutub. Heç vaxt heç nədə israr etmirdi. Hər yerdə uğur özü gəlib onu tapırdı, gözəl qızlar kimi... O, böyük qardaş idi, yazıçı və ictimai xadim idi. Bir dəfə növbəti prezident seçkiləri zamanı idi. Rəhmətlik Heydər Əliyev zəng vurdu Yusifə. Gülə-gülə dedi: “Yusif, sən o sözü necə demisən, birdən prezident seçərlər səni?”. Yusif demişdi ki, prezidentliyə namizəd olmaq problem deyil, mən də öz namizədliyimi verə bilərəm. Problem ondadır ki, birdən çaşıb məni prezident seçərlər. Bəs, onda mən nə edərəm?!
Xeyli güldülər onda.
Yusifin mənim üçün indiyə qədər əlçatmaz olan, səcdə qıldığım xüsusiyyətləri vardı. Uşaqlıqdan ağır oturub batman gələn, zahirən çox yaraşıqlı, mütaliəsi çox ideal bir insan idi. Mənim əlimə hansı kitab keçirdi oxuyurdum. Yusif isə götürürdü Tolstoyun 46 cildliyini, sona qədər sıra ilə oxuyurdu. Hər hansı bir yazıçıdan söhbət açsaq, nə qədər bilikli adam olsa da, onun yaradıcılığını biləcək. Yusif yazıçının yaradıcılığını bildiyi qədər özünü də bilirdi.
- “Mən sənin özgə qapılarında böyümüş balanam, azadlıq” misralarının müəllifi nə zamandan millətinin azadlıq düşüncələrinə sahib olmağa başladı?
- Demək olar ki, ilk yetkinlik çağlarından. 50-ci illərdə artıq biz bu eşqlə yaşayırdıq. Və təkcə ədəbi, siyasi nöqteyi-nəzərdən yox. Vaqif Mustafazadə ilə həmyaşıd idik. Caz musiqisi ilə çox maraqlanırdıq. Bu musiqi isə o zaman qadağan idi. Bizdə azadlıq simvolları əmələ gəlmişdi. 50-ci illərin əvvəllərində “samizdat” hərəkatı başladı. Bəzi sovet yazıçı və şairlərinin, xüsusilə də Avropa ədəbi cərəyanlarının yeni baxışlarını, dini fəlsəfəsini “samizdat” ədəbiyyatından öyrənirdik. Bu ədəbiyyatı oxumaq isə çox qorxuluydu, Cinayət Məcəlləsində müvafiq cəza nəzərdə tutulurdu.
- “Samizdat”dan ilk dəfə oxuduğunuz kim olub?
- Yaspersin fəlsəfi baxışlarını oxumuşam. Sonra Sartrı tapdım. Ekzestensializm məni maraqlandırdı. Xoşbəxtlikdən o vaxt artıq kifayət qədər mütaliəm var idi və mən elə o vaxt başa düşdüm ki, bu, yeni şey deyil. Ekzestensializm Demokritdə, Aristoteldə var. Və ədəbiyyatda da xoşbəxtliyim o oldu ki, heç bir cərəyanın içində itib-batmadım, o cərəyanların, o izmlərin qulu olmadım. Mənim üçün heç bir fərqi yoxdur, insan hansısa fərdin quludur və yaxud hansısa düşüncənin. İnsan düşüncəsini dəyişə bilməlidir. Bu barədə mənim üçün Azərbaycan mədəniyyətində etalon bəstəkar Qara Qarayevdir. Musiqinin mövcud olan elə bir cərəyanı yoxdur ki, orada əsər yazmasın. Lap klassik formada yazdığı əsərlər də var, impersialist cərəyanda yazdığı da. Azərbaycan muğamlarından da istifadə edib, Amerikanın blyuzlarından da. Amma deməyib ki, mən modernistəm, nə bilim, avanqardistəm. SSRİ-də ilk dəfə dedukafoniyanı da o yazdı. Qara Qarayev axtarışların fanatıydı.
- Klassik Azərbaycan ədəbiyyatında bir asılılıq, bağlılıq ənənəsi yaratmış müridlik, mürşidlik məsələlərinə necə baxırsınız.
- Mən Rumini oxuyanda müridlik, mürşidlik haqqında düşünmürəm. İlk olaraq şairi oxuyuram, onun dini və ya ideoloji fəlsəfəsi mənə lazım deyil. Mən əvvəlcə Nəsimini oxuyuram, onun dini və fəlsəfi baxışları mənə sonra lazım olur. Nəsimi bir şair kimi xoşuma gəlməsəydi, heç onun nə haqda düşündüyü ilə də maraqlanmazdım. Redyard Kiplinqin “Mauqli” əsəri dahiyanə əsərdi. Onu sevməyim ki, Redyard Kiplinq İngiltərə imperializminin ən qaniçən ideoloqlarından biri olub? Dahi Vaqnerin musiqisinə qulaq asmayım ki, alman faşizminin əsasını qoyan Hitlerin ən çox sevdiyi şəxsiyyət olub? Yaxud Maksim Qorkinin bir abzasını yaza bilməyən Moskva yazıçılarına necə haqq qazandırım ki, onlar Maksim Qorkidən sosializm realizminin əsasını qoyduğuna görə imtina edirlər. Şoloxovdan necə imtina etmək olar? Və yaxud Azərbaycan yazıçıları: “Səməd Vurğun Stalinə mədhiyyə yazıb”.
Yazıb. Əvvəla, necə yazıb, onun sənətkarlığına baxın, sonra sənətkarı qınayın.
- Ədəbiyyat epitetlərlə bəzədilmiş eranı arxada qoydu, Sizcə, həmin bölgü, həmin o epitetlər qorunmalıdır, yoxsa, ədəbiyyat artıq imtina edib o bölgülərdən?
- Söhbət ədəbi cərəyanların aktuallığından getmir. Bu saat məni, ümumiyyətlə, dünya ədəbiyyatının aktuallığı düşündürür. Ədəbiyyat - bəşər zehninin yaratdığı son dərəcə böyük bir məfhum artıq aktuallığını itirir. Azərbaycanda, Rusiyada-keçmiş sovet məkanında bu, ümummilli drama, şəxsi faciələrə gətirib çıxartdı. Moskvada elə yazıçı ailələri tanıyıram ki, kübar həyat tərzindən həyatın dibinə yuvarlanıblar. Həmişə bu məqamda deyirik: “ədəbiyyat oxucunu itirib”. Deyirlər ki, Avropada kitablar 200 min tirajla çıxıb. Azərbaycanda 70 min tirajla şeir kitabı çıxırdı, alınırdı. Amerika Birləşmiş Ştatlarında, Yaponiyada isə 1000 tirajla kitab çıxırdı və onun 300-ü satılırdı. Bizdə də, əslində vəziyyət normal deyildi. Ədəbiyyatın statusu həddindən artıq yüksək idi. Onun da səbəbi qadağalar idi. İndiki kimi yadımdadır, insanlar yığışıb çayxanalarda şairlərin şeirlərini müzakirə edirdilər. İndi Azərbaycanda ona ehtiyac yoxdur. Hər şey açıqdır, yaza bilirsənsə yaz. 5 il Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuşam. Bütün Avropanı qarış-qarış gəz, Azərbaycandakı qədər azadlığa rast gələ bilməzsən.
- Maraqlı müsahibə üçün çox sağ olun.
KƏBUTƏR
 
  • Oxunub:  16680  |  
  • Tarix:  17-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA