Ana səhifə »  Müsahibə »  Bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirakla yanaşı, beynəlxalq miqyasda da ciddi uğurlar qazanırlar
A+   Yenilə  A-
Bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirakla yanaşı, beynəlxalq miqyasda da ciddi uğurlar qazanırlar

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, bildiyimiz kimi, hər il 2 fevral - Gənclər Günü ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti mütərəqqiliyi ilə fərqlənir. Gənclərin yüksək diqqət və qayğı ilə əhatə olunması, eləcə də onların potensialından səmərəli istifadə olunması dövlət gənclər siyasətinin əsasını təşkil edir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsi də uğurla inkişaf edir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar. Xüsusi olaraq qeyd edim ki, məhz Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu dövlət siyasətinin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirakla yanaşı, beynəlxalq miqyasda da ciddi uğurlar qazanırlar.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olmuş və hər zaman onlara dəstək vermişdir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu siyasət ardıcıl olaraq davam edir.
- Sizcə, dövlət gənclər siyasəti ilə bağlı hüquqi baza hansı səviyyədədir? Ümumiyyətlə, bu istiqamətdə mövcud qanunvericiliyi necə qiymətləndirirsiniz?
- Təbii ki, ölkəmizdə müəyyən bir sferanın inkişafı üçün həmin sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Qanunla müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapıb. Bundan başqa, “Bədən tərbiyəsi və idman haqqında” Qanun və müvafiq Fərman və sərəncamlar, eləcə də Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına imkan yaradıb.
Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramları xüsusi qeyd edilməlidir. Qəbul edilən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi. Eyni zamanda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərimiz üçün mühüm istiqamətlər mövcuddur.
- Hazırda dünyada mürəkkəb sosial-siyasi proseslərin və dəyişikliklərin baş verdiyi bir şəraitdə yeni çağırışlar meydana çıxır. Gənclərin bu çağırışlara cavabını necə dəyərləndirmək olar?
- Müasir Azərbaycan gəncliyi bizim müstəqil bir ölkədə yaşamağımız, müstəqil bir ölkənin vətəndaşı olmağımız, milli kimliyimizin dünya tərəfindən qəbul edilməsi üçün Ulu öndər Heydər Əliyevin nə qədər əziyyətlər çəkdiyini çox yaxşı bilir. Ulu öndər Heydər Əliyev bizə böyük əmanət miras qoyub. Bu, müstəqil Azərbaycan dövlətidir. Biz bunu dərk edirik və müstəqilliyimizin davamlı olması, dövlətimizin güclü olması üçün üzərimizə düşən yükü götürməliyik. Bu mənada Azərbaycan gəncliyinin fəaliyyəti qənaətbəxşdir. Dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan gəncliyinin səsi yüksək yerlərdən gələndə hər birimiz fəxr hissi keçiririk.
- Seymur müəllim, artıq 2016-cı il tarixə çevrildi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2016-cı ildəki fəaliyyətinin başlıca istiqamətləri nədən ibarət oldu?
- Fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üçün dəyişməz prinsiplər mövcuddur. Bunlar azərbaycançılıq ideologiyası, Ulu öndər Heydər Əliyevin siyasi ideyalarına sadiqlik, cənab Prezident İlham Əliyevin siyasi xəttinin dəstəklənməsi və partiyamızın proqram və nizamnaməsində uyğun fəaliyyət göstərməkdir. Ötən illər ərzində YAP Gənclər Birliyi istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda yüzlərlə uğurlu layihənin təşkilatçısı və iştirakçısı olub. Partiyamızın Gənclər Birliyinin həyata keçirdiyi tədbirlər həm məzmun, həm də forma baxımından bir-birini tamamlamış, bunun nəticəsi olaraq yeni-yeni üzvlər partiya sıralarına qəbul olunmuşlar. Məhz buna görə Gənclər Birliyinin sıraları həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə artıb. 2017-ci il yanvarın 1-nə olan statistikaya görə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin sayı 268 559 nəfərdir.
Təşkilatımız 2016-cı ildə də fəaliyyətini müxtəlif səpkidə quraraq Ulu öndər Heydər Əliyev siyasi ideyalarının təbliği, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasi xəttin dəstəklənməsi, azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi vacib əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib, bu istiqamətdə müxtəlif aksiyaların təşkilatçısı olub. Ötən il ərzində həyata keçirilən tədbirlər öz unikallığı və əhatə dairəsinə görə fərqlənib, bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarına yeni üzvlər daxil olmuşlar. Hər zaman gənclərin ideyalarının reallaşmasına dəstək verən Gənclər Birliyimiz bu ildə də bu missiyanı davam etdirmişdir. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində bu il gənclərə layihələrinin həyata keçirilməsi üçün istənilən şərait yaradılmışdır. Partiyamızın Gənclər Birliyi ötən illərdə olduğu kimi, bu ildə də vətənpərvərlik yönümündə olan layihələrin, siyasi, iqtisadi, mədəni, sosial, maarifləndirmə yönümündə olan təlim və tədbirlərin təşkilatçısı olmuş, ölkə gəncliyinin dünyagörüşünün artırılması istiqamətində bir sıra işlər görmüşdür.
YAP Gənclər Birliyi həmçinin müxtəlif təşkilatlarla birgə aktual mövzularla əlaqədar Bakı şəhərində və bölgələrdə çoxsaylı tədbirlər keçirmişdir. Eləcə də region gəncləri ilə də görüşlər daim diqqət mərkəzində olmuşdur.
- Bəs Yeni Azərbaycan Partiyası Gənclər Birliyi vətənpərvərlik mövzusunda nə kimi tədbirlər reallaşdırıb?
- Hər il olduğu kimi, 2016-cı ildə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, vətənə olan məhəbbətin artırılması istiqamətində tədbirlər həyata keçirmişdir. Belə ki, tariximizin mühüm səhifələrindən biri olan 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Şəhidlər Xiyabanında Azərbaycan xalqının azadlığı uğrunda şəhid olmuş vətən övladlarının məzarlarını ziyarət edərək, məzarları üzərinə qərənfillər qoymuşlar. Eyni zamanda, mövzu ilə əlaqədar təşkilatımızın ofisində “dəyirmi masa” təşkil olunaraq bu faciə pislənmiş, insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğu vurğulanmışdır.
26 fevral - Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyi silsilə anım tədbirləri keçirib. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 3000 gənclə birlikdə “Ana Harayı” abidəsini ziyarət etmişdir. Eyni zamanda, Xocalı soyqırımı barədə məlumatları əks etdirən bukletlər Bakı şəhərinin ayrı-ayrı məkanlarında ölkəmizdə yaşayan əcnəbilərə paylanmışdır. Bundan başqa, Xocalı soyqırımını özündə əks etdirən film hazırlanaraq, Sahil bağında nümayiş etdirilmişdir. Eyni zamanda, soyqırımının növbəti ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri soial şəbəkələrdə bununla bağlı məlumatlar paylaşmış, dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkmişlər. Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə soyqırımının mahiyyətini özündə əks etdirən “YARA” filmi gənclərə nümayiş olunmuşdur. Eləcə də 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq da YAP Gənclər Birliyinin ofisində “dəyirmi masa” təşkil olunmuş və erməni vəhşiliyi bir daha pislənmişdir.
- Bildiyimiz kimi, hər il YAP Gənclər Birliyi müxtəlif mövzularda təlim, seminar və kurslar təşkil edir. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, YAP Gənclər Birliyi 2016-cı ildə də müxtəlif istiqamətli təlim, seminar və kursların təşkilatçısı olub. Belə ki, 2016-cı ilin əvvəlində Birliyin ofisində fransız dili dərsləri davam etmiş, 50 nəfər gənc bundan yararlanmış, dil biliklərini təkmilləşdirmişdir. Bununla yanaşı, təşkilatın ofisində bir sıra təlim və seminarlar təşkil olunmuşdur. Bunlara misal olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı YAP rayon təşkilatları arasında “XƏMSƏ” adlı intellektual yarışma, “Sosial təhlükəsizlik” adlı təlim, “Siyasi debat layihəsi”, “Şahmat təlimləri”, “Qəhrəmanlar unudulmur” adlı layihə, “Qüsursuz gələcək” adlı layihə, “Mədəniyyətin növü - Yol hərəkəti qaydaları” adlı layihə, “Azərbaycanın Memarı” adlı layihə, “Gəncsən, öz biznesinə başla” adlı layihə, “Mən gələcəyin diplomatıyam” layihəsi, MMA Azərbaycan Liqasının YAP Gənclər Birliyi üzvləri ilə olan görüşü, “Gənc sahibkarın bacarıqlarının artırılması” mövzusunda təlim, İB Club və YAP GB-nin təşkilati dəstəyi ilə Bakcell Arenada “Gənclər Festivalı”nı göstərmək olar.
Eyni zamanda, “Texnoloji İdarə” layihəsi, “Multikulturalizmin Azərbaycan modeli” layihəsi, “Avto Akademiya” layihəsi, “Gənc Marketoloqlar Məktəbi” layihəsi, “Mən cəmiyyət arasında” adlı layihəni, “Müstəqilliyin 25 ili - Müstəqilliyin yaşıdları” adlı konfransı, “Danışan kitab” adlı layihəni, “Fərdi Özünüinkişaf” layihəsini, Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr edilmiş “Uğurlu Yol -24” adlı bilik yarışmasını, “Gənclik və qlobal çağırışlar” adlı beynəlxalq konfransı, “Uğur Menyusu” adlı layihəni, “Sən də bizə qoşul, bir kitab oxu” layihəsini, Bakıda keçirilmiş F-1 yarışlarına dəstək məqsədi ilə “YAP K-2016” adlı karting yarışmasını və başqalarını qeyd edə bilərəm.
- 2016-cı ilin mühüm hadisələrindən biri də Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsidir. Yeni Azərbaycan Partiyasının gəncləri bu prosesdə hansı səviyyədə iştirak etdilər?
- Əlbəttə ki, 2016-cı ildə ölkəmizin həyatında əlamətdar və vacib hadisələrdən biri referendumun keçirilməsi oldu. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası referenduma “Həmrəy olaq, HƏ deyək” şüarı ilə qatılmışdı. Referendum çərçivəsində təbliğat-təşviqat kampaniyasına start verildikdən sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər barədə əhalini maarifləndirməyə, bu dəyişikliklərin mahiyyətini onlara çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirməyə başladı. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti paytaxt Bakıda və Azərbaycanın ayrı-ayrı regionlarında ilk dəfə səs verəcək gənclərlə görüşlər keçirərək seçki sisteminin əhəmiyyəti, referendumda nəzərdə tutulan əlavə və dəyişikliklərin mahiyyəti, onların gələcəkdə nə kimi üstünlüklər vəd etdiyi və s. barədə gəncləri maarifləndirmişdir. Eyni zamanda, partiyamızın Gənclər Birliyi “HƏ deyək” şüarı ilə videoçarxlar hazırlayaraq, sosial şəbəkələr vasitəsilə bu videoçarxları paylaşmışdır. Bundan başqa, YAP Gənclər Birliyinin üzvləri tərəfindən Yeni Azərbaycan Partiyasına məxsus olan təbliğat posterləri şəhərin müxtəlif məkanlarında referendum təbliğatı üçün ayrılmış lövhələrə yapışdırılmışdır. Eləcə də referendum ərəfəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri “HƏ deyək” adlı fləşmob təşkil etmişlər.
- Seymur müəllim, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin mətbuat və sosial şəbəkələrdə iştirakı hansı səviyyədədir?
- YAP Gənclər Birliyi hər zaman olduğu kimi, bu ildə də mətbuatla işə xüsusi önəm vermiş, günümüzün ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələr vasitəsi ilə həyata keçirdiyi tədbirləri paylaşmış, eyni zamanda, Azərbaycanın haqq səsini dünya sosial mediasında duyurmağa çalışmışdır. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Facebook” sosial şəbəkəsində “QELEBE” adlı qrupu vardır. Bu qrup ölkəmizdə ən aktiv paylaşım qruplarından biridir. Belə ki, gün ərzində qrupda paylaşılan müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır. Eyni zamanda, “QELEBE” qrupu üzvlərinin sayına görə də ön sıralarda dayanır.
“Facebook” sosial şəbəkəsində Gənclər Birliyimizə məxsus “YAP Gənclər Birliyi” adlı səhifə də vardır. Bu səhifəni 36 mindən artıq istifadəçi bəyənmişdir. “QELEBE” qrupunda olduğu kimi, burda da aktiv müzakirələr aparılır, müxtəlif mövzular ətrafında gənclər öz fikirlərini bildirirlər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “instagram” səhifəsi də həm izlənmə sayına, həm də aktiv müzakirələrə görə ön sıralarda qərarlaşıb. Belə ki, səhifənin 6300-dən çox izləyicisi vardır. Təşkilatımıza məxsus “youtube” kanalında Gənclər Birliyimizin həyata keçirdiyi tədbirlərdən görüntülər yerləşdirilir. Ümumiyyətlə, YAP Gənclər Birliyi müxtəlif qəzetlər və saytlarla da fəal əməkdaşlıq edir. Təşkilatımızın fəaliyyətini əks etdirən məlumatlar qəzet və saytlarda geniş şəkildə öz əksini tapır.

 
  • Oxunub:  14460  |  
  • Tarix:  31-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA