Ana səhifə »  Müsahibə »  Ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir
A+   Yenilə  A-
Ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, artıq 11 ildir ki, Dövlət Komitəsi fəaliyyət göstərir. Keçən müddət ərzində hansı uğurlara imza atmısınız?
- Ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və vətəndaş hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Bildiyiniz kimi, ölkədə bir sıra dövlət qurumları ailə, qadın və uşaq istiqamətləri üzrə bu və ya digər vəzifələri yerinə yetirirlər. Lakin ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və bu siyasətin sistemli şəkildə həyata keçirilməsində xüsusi dövlət təşkilatının yaranmasına ehtiyac vardı. Və bu zərurətdən irəli gələrək, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu, onu göstərir ki, Azərbaycan hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim nəzərində saxlayır, bu isə ölkəmizin daha da güclənməsinə gətirib çıxarır. Eyni zamanda, bu Komitənin yaradılması böyük məsuliyyət tələb edirdi. Belə ki, mən xüsusilə qeyd etmək istəyirəm ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var.
Bu günlə 11 il əvvəli müqayisə edəndə, həqiqətən də, Komitənin bir sıra nailiyyətlər əldə etdiyinin şahidi oluruq. İlk növbədə, biz stereotipləri və yanlış təsəvvürləri sındırmağı bacarmışıq. Fikrimcə, bu, çox vacibdir, “qadın hüquqları”, “uşaq hüquqları”, “məişət zorakılığı”, “valideyn məsuliyyəti”, “erkən nikah” və digər anlayışları qabardaraq, insanların təfəkkürlərinə, düşüncələrinə təsir edə bilmişik. Bunu bizə müraciət edən vətəndaşların ildən-ilə sayının artması ilə izah edə bilərik. Və çox sevindirici haldır ki, Komitəyə təkcə problemlərlə deyil, artıq iş qurmaq, sahibkarlıqla məşğul olmaq, ictimai həyatda fəal iştirak etmək üçün gənclər, qadınlar, hətta uşaqlar da müraciətlər edirlər. Əlbəttə, bu, bizim nailiyyətimizdir.
Bu sahədə çoxlu qanun və qanunlara dəyişikliklərin qəbul olunmasını nəzərə alaraq, onların implementasiyası ilə bağlı mütəmadi olaraq tədbirlər keçiririk. Qadın və uşaq hüquqları, xüsusilə gender və məişət zorakılığı üzrə hakimlər, vəkillər üçün spesifik təlimlər keçirilir. Və artıq müsbət nəticələrə nail olmuşuq. Yerli özünüidarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ailə, qadın və uşaq siyasəti üzrə mühazirələr təşkil olunur. Bakı Dövlət, İncəsənət və Mədəniyyət universitetlərində fakültativ dərslər keçirilir. Keçən müddət ərzində ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirmişik, bəzi layihələrimiz davam edir. Nümunə üçün deyə bilərəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə memorandum imzalanmışdır. Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” tədbirlər planı təsdiq olunmuşdur. Biz QHT-lərlə möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq. Mən bu sahədə, xüsusi ilə, Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının və partiyanın Qadınlar Şurasının fəaliyyətini qeyd etmək istərdim. Respublikanın bütün bölgələrini əhatə edən bu Şura ilə birlikdə qadın və uşaq hüquqlarının qorunması sahəsində müxtəlif layihələr həyata keçirmişik.
- Son illər bütün dünyada ailə institutunun böhran etməsini müşahidə edirik. Bəs Azərbaycanda vəziyyət necədir?
- Biz Şərqlə Qərbin qovuşduğu coğrafi mövqedə yerləşirik. Buna görə də dünyada gedən proseslərə baxmayaraq, klassik ailə modeli deformasiyaya məruz qalmır. Bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə çox böyük rəğbətlə yanaşır. Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bizim malik olduğumuz əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə qorunur və gələcək nəsillərə ötürülür. Həmçinin ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Məsələn, elm və texnologiyanın inkişafının ailələrə təsirini göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Müasir dövr informasiya, texnologiya dövrüdür, istər-istəməz bu prosesdən kənarda qala bilmərik. Lakin biz ailələrimizi - bu, qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, mütərəqqi dəyərlərdən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. Əfsuslar olsun ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Bunların sırasında məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma, intihar halları var. Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir.
Ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə ildən-ilə qanunvericilik bazasının daha da güclənməsi ilə yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Bunun üçün məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsillə gənc nəslin dialoqunu təşkil edirik. 2008-ci ildən etibarən Komitə tərəfindən keçirilən “Ailə bayramı”nda bütün Azərbaycanın rayonlarını təmsil edən 100-ə yaxın ailə iştirak edir. Bu gün ölkəmizdə xüsusi fərqlənən, nümunəvi və uzunömürlülüyü ilə seçilən ailələrimiz çoxdur. Həmin ailələrin təcrübəsi hamıya, xüsusən də gənclərə nümunədir. Və elə yeri gəlmişkən qeyd edim ki, Komitə tərəfindən belə ailələrin, ümumiyyətlə, ailə dəyərlərimizin təbliği ilə bağlı “Azərbaycan ailəsi” kitabı çap olunmuşdur. 2009-cu ildən başlayaraq Komitənin Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı uğurla həyata keçirilir. Burada əsas məqsəd mövcud problemləri işıqlandırmaqla, onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Mən burada xüsusilə Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyətini qeyd etmək istərdim. Onlar icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə son 5 ildə mərkəzlərin fəaliyyətindən 71 270 vətəndaş bəhrələnmişdir. Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən mütəmadi olaraq, qadınlar və uşaqlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda “dəyirmi masa”lar, seminar- treninqlər təşkil edilir.
Bütövlükdə isə, biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən, milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin brilyant, qızıl, gümüş yubileylərini keçirirlərsə, bu, o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən-nəslə yaşadılır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə dövlət başçımızın diqqəti sayəsində həmin ailələrin bir çox problemləri artıq həll olunmuşdur. Burada əsas məqsəd belə həssas qruplardan olan ailələrə, sadəcə, yardım göstərmək deyil, eyni zamanda, onları sosial və iqtisadi həyatda iştiraka cəlb etməkdir. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi”, “Azərbaycan gəncliyi”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və digər sərəncamlar hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanları yaradır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsi”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir.
- Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasındadır. Qadınlarımızın bu inkişafda rolunu necə qiymətləndirirsiniz? Sizin rəhbərlik etdiyiniz Komitə bu sahədə hansı işləri görür?
- Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Biz əvvəldə Komitənin 2006-cı ildə yaranmasını qeyd etdik. Ancaq bu proses hələ 90-cı illərdən başlamışdır. 1993-cü ildə, tariximizin həlledici dövründə Ulu öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi, bu istiqamətlərin də inkişafına güclü stimul verdi. Böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun olması idi. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Öz müstəqilliyini elan etdikdən sonra ölkəmiz bir sıra Konvensiylara, o cümlədən 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasına qoşulmuşdur. Davamlı olaraq milli qanunvericilik təkmilləşdirilmiş və gücləndirilmişdir. “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” verilən sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Azərbaycan Respublikası qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırırlar. Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş Azərbaycan qadınlarının qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakçılığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı ildən-ilə artır. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması çox mühüm nailiyyətdir. Xüsusilə həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərqlənirlər. Bu gün bütün qurumlarda gender fokul-pointlər var və onlar təmsil etdikləri qadınların problemlərinin həllində öz müsbət töhfələrini verirlər.
Azərbaycan əhalisinin ümumi sayının 50,2%-ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Azərbaycanın, demək olar ki, əksər rayonlarında icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2%-ə çatmış, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20%-ə çatmışdır. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40%-i qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni qadınlar təşkil edirdisə, 2015-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8%-ə yüksəlmişdir. 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7% olub. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35% təşkil etmişdir. Eləcə də, hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır. Əlbəttə, bu müsbət göstəricilərə nail olmaq üçün qadınlarımıza bir sıra silsilə tədbirlər, təlimlər keçirik. “Dayaq” Mentorluq layihəsi çərçivəsində qadınlarımızda özünəinam hissini artırmaqda köməklik edirik, onlar üçün müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlərdə fəaliyyət göstərməkdə maarifləndirici treninqlər təşkil edirik. Qadınların ictimai və siyasi həyatda iştirakçılığının artırılması sahəsində bir sıra layihələr həyata keçiririk. Xüsusi ilə uğur qazanmış qadın nümunələrinin təbliği müsbət nəticələrə səbəb olur. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması, eyni zamanda, təcrübə mübadiləsinin aparılması da vacib məsələlərdəndir. Bununla bağlı, BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində bir neçə konfrans və forumlar keçirilmişdir. Azərbaycan Respublikası bu tədbirlərdə aktiv iştirak etmişdir. Qeyd etmək lazımdır ki, 2012-ci ildə birgə təşkilatçılıqla Qadın sahibkarların III Forumu da Bakıda keçirilmişdir. SPEKA-ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır. Digər mühüm bir tədbir isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransı olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin Konfrans iştirkaçılarına müraciəti dövlətimizin bu məsələyə xüsusi maraq və diqqət göstərdiyini bir daha sübut etmişdir. Artıq həm Avropa, həm də MDB ölkələrinin tanınmış dövlət və ictimai-siyasi xadimləri Azərbaycanın gender bərabərliyinin təmin olunması sahəsində əldə etdiyi təcrübənin Şərq ölkələri üçün yaxşı bir nümunə ola biləcəyini qeyd edirlər. Eyni tendensiya artıq BMT və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində də formalaşmışdır.
Sevindirici haldır ki, ölkəmiz qadın hüquqlarının təmin olunması sahəsində tarixdə bir çox ilklərə imza ataraq məhz bu sahədə də Qərblə Şərq arasında bir körpü rolunu oynaya bilər. İstanbulda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu” mövzusunda VI, Qadın və Ədalət II Beynəlxalq konfranslarında irəli sürdüyümüz bütün təkliflər nəzərə alınaraq, qəbul olunan qətnamələrə əlavə olundu. Eyni zamanda, BMT-nin dəstəyi ilə nəşr edilən TUDOR ROSE adlı nüfuzlu nəşrlərdə Azərbaycanın ailə və gender siyasətinə dair məqalələrin yer alması, fransız yazıçısının Azərbaycanda qadın hərəkatına həsr edilmiş kitabının nəşri göstərir ki, bu sahədə ölkəmiz düzgün strategiyalar müəyyənləşdirmişdir.
- Hicran xanım, bildiyimiz kimi, bütün dünyada iqtisadi böhran yaşanır, bu proses Azərbaycana da müəyyən qədər təsir göstərir. Bunun ailələrə təsirinin qarşısının alınması barədə nə deyə bilərsiniz?
- Hazırda dünya iqtisadiyyatında böhran yaşanır və bu proses Azərbaycana təsir edir. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi, müəyyən qədər iqtisadi çətinliklər yaratdı. Ancaq sevindirici hal ondan ibarətdir ki, sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı üçün mühüm işlər aparılır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda böyük ruh yüksəkliyi yaratmışdır. Və əlbəttə, aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının artırılmasıdır. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir. Artıq layihə çərçivəsində Sabirabadda 7, Masallıda 14, Neftçalada 6 qadın biznes fəaliyyətinə başlayıb. Və bu da qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Layihənin davamı kimi, Biləsuvar və Salyanda hazırlıq işləri görülür. Son illərdə paytaxtda və regionlarda qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir: belə ki, əgər 2012-ci ildə 73 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 889 nəfərə qalxmışdır, yəni 20%-ə çatmışdır. Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz töhfəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhətdən asılı olmur, eyni zamanda, özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar. Qadınlarımız üçün Qadın Resurs mərkəzləri yaratmışıq və burada digər məsələlərlə yanaşı, maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması, yazılması sahəsində qadınlarımıza təlimlər keçirilir. Ailənin gəlirləri, onun düzgün xərclənməsi və digər məsələlər izah olunur. Burada digər bir məqam da kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resuslardan, xüsusilə banklardan biznes kreditini səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Bir məsələni unutmaq olmaz ki, qadınların hüquqlarının müdafiəsinə nail olmaq üçün məişət zorakılığının aradan qaldırılması vacibdir. Komitə Gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yalnış fikirləri dəyişmək üçün çox güclü layihələr keçirir, araşdırmalar aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2011-ci ildə 207 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”ına əsasən Komitə tərəfindən məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılıb. Banka daxil olan məlumatların təhlili, məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilmişdir. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Monitorinq qrup üzvlərinin iştirakı ilə bir neçə rayonlarda növbədənkənar iclas keçirilərək, baş vermiş məişət zorakılığı hallarının səbəbləri, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsi məsələləri müzakirə edilir, müvafiq qərarlar verilir.
- Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Uşaq problemlərinin həlli istiqamətində həyata keçirilən layihələr istənilən nəticəni verirmi?
- Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və priortet istiqamət təşkil edir. Bildiyiniz kimi, ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqında Konvensiya”dır. Beynəlxalq müqaviləyə ölkənin qoşulması uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Bu prinsiplərin formalaşdırılması və həyata keçirilməsi nəticəsində Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş 300 mindən çox uşağın hərtərəfli qorunması və müdafiəsi sistemi təkmilləşdirildi. Bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı edilən genosid haqda məlumatların dünyaya yayılmasında, təbliğ olunmasında və beynəlxalq səviyyədə düzgün qiymətini tapmasında dövlət strukturları, bütün ictimai qurumlar, hər bir vətəndaş imkanları çərçivəsində əlindən gələni edir. Bu baxımdan Heydər Əliyev Fondu və onun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. Komitəmiz də bu prosesdə öz imkanları çərçivəsində fəaliyyət göstərərək, beynəlxalq tədbirlərdə erməni işğalçılarının əməlləri haqqında məlumatları çatdırır. Komitənin hazırladığı “Müharibə uşaqların gözü ilə” adlı kataloqda, eyni zamanda, “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabında Ermənistanın torpaqlarımızı işğal etməsi, onun ağır nəticələri, Xocalı faciəsi özünün bədii və sənədli ifadəsini tapmışdır.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti davamlı tədbirlər həyata keçirir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqlara göstərdikləri qayğı həmçinin dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini daha da artırmışdır. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitəmiz mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmişdir. Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Valideyn məsuliyyətinin artırılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə və “Uşaq hüquqları” haqqında Qanuna dəyişikliklərin edilməsi haqqında qanunlar qəbul olunmuşdur. Uşaqların sağlamlığı, təhsili və hüquqlarının müdafiəsi istiqamətində çoxlu sayda Dövlət proqramları qəbul edilmişdir.
Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Biz istəyirik ki, onlar öz həmyaşıdlarının problemlərini ictimailəşdirsinlər, kömək etsinlər. Bu sahədə il ərzində müxtəlif təlimlər, treninqlər keçirmişik. Uşaq Forumlararası Əlaqələndirmə Şurası çox aktiv fəaliyyət göstərir. Qeyd edim ki, bu il IV Ümumrespublika Uşaq Forumu keçiriləcək. Eyni zamanda, 2018-ci ildə ölkə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının icrası üzrə BMT-nin Uşaq Hüquqları Komitəsi qarşısında hesabat verəcək, bununla bağlı ciddi hazırlıq işləri aparılır. Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi üçün 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalması və digər məsələlərlə bağlı monitorinq aparılır. Bütün məlumatlar Komitədə ümumiləşdirilərək, tövsiyələr hazırlanır və Nazirlər Kabinetinə təqdim etdilir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmış, artıq məlumatlar daxil edilir. Bunun nəticəsində biz uşaq məsələləri üzrə dəqiq statistikanı biləcəyik ki, bu da həmin sahədə daha effektiv perventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq.
Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması və maarifləndirmənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Valideyn himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun, eləcə də müxtəlif peşələrin öyrədilməsinin təmin olunması sahəsində işlər davam edir. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilir, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur.
- Komitənin gələcək fəaliyyəti barədə də fikirlərinizi bilmək istərdik. Qarşıdakı əsas hədəflər nədən ibarətdir...
- Əlbəttə ki, bu sahədə gələcək hədəflərimiz artıq müəyyənləşmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, uşaqların bütün sahələrdə hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. “Azərbaycan ailəsi” Strategiyası yekunlaşmaq üzrədir. Uşaq Strategiyası rəy üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır.
Hər bir cəmiyyətin inkişafı onun vətəndaşına göstərdiyi diqqətdən asılıdır. Müstəqil Azərbaycan Respublikasında hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradılmışdır. Onların məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsi, ictimai fəallığının artırılması üçün münbit şərait var. Və bu istiqamətdə işlərin daha da güclənməsi üçün biz də öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

 
  • Oxunub:  17250  |  
  • Tarix:  07-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA