Ana səhifə »  Müsahibə »  Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir
A+   Yenilə  A-
Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir

Milli Məclisin deputatı Elman Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, ermənilər tərəfindən xalqımıza qarşı törədilən Xocalı soyqırımından 25 il ötür. Ötən illər ərzində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?
- Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir. Ötən illər ərzində soyqırımının dünyada tanınması istiqamətində ardıcıl olaraq tədbirlər görülüb. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən Xocalı soyqırımını gündəmə gətirdi. İlk dəfə Ulu öndərimizin rəhbərliyi ilə Milli Məclisdə 1994-cü il fevralın 24-də Xocalı faciəsinə siyasi qiymət verildi. Bundan 3 il sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə istintaq materialları əsasında Ali Məhkəmənin hərbi tribunalında iki aydan artıq məhkəmə prosesi getdi. Bu da Xocalı soyqırımına verilən hüquqi qiymət idi. Təbii ki, bütün bunlar Azərbaycan daxilində baş verdi.
Bu mərhələdən sonra isə əsas hədəfimiz Xocalı soyqırımının dünyada tanınması oldu. Qeyd etdiyim kimi, bu istiqamətdə indiyə qədər xeyli işlər görülüb. Biz çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün hüquqi və siyasi qiymətini alsın. Hazırda “Beynəlxalq cinayətlərin qarşısının alınması və bu cinayətləri törədənlərin cəzalandırılması haqqında” qanun layihəsi gündəmdədir. Məqsəd odur ki, təkcə Xocalı soyqırımı deyil, beynəlxalq miqyasda törədilən bu tipli cinayətlərin qarşısı alınsın və cinayətləri törədənlər cəzalandırılsınlar. Belə cinayətkarların içərisində bu gün böyük bir dəstə Ermənistana rəhbərlik edən şəxslərdir. Serj Sarkisyan başda olmaqla Dağlıq Qarabağın separatçı rejiminə rəhbərlik edənlər Xocalı soyqırımını törətmiş insanlardır. Biz bu cinayətkarların cəzalandırılması istiqamətində işimizi aparmalıyıq.
Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda baş verən qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görür. Eləcə də Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası böyük effekt verir. Bu kampaniya çərçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu, əvəzolunmaz fəaliyyətdir. Təbii ki, həyata keçirilən bu sistemli tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar.
Amma bu məsələ hansısa qurumun işi deyil. Bu, ümumxalq məsələsidir və hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir. Bununla da, hər birimiz bu soyqırımının tanıdılması, ermənilərin iç üzünün açılması üçün çalışmalıyıq.
- Prezident İlham Əliyevin Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncamı bu hadisənin dünya ictimaiyyətinə çatdırılması baxımından nə dərəcədə əhəmiyyət kəsb edir?
- Əlbəttə ki, dövlət başçısının Sərəncamının bu baxımdan əhəmiyyəti böyükdür. Sərəncamda da qeyd olunduğu kimi, Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.
Dövlət başçısının Sərəncamı əsasında geniş tədbirlər planı hazırlandı. Hazırda tədbirlər planı icra olunmaqdadır. Tədbirlər planında təkcə ölkə daxilində deyil, dünya miqyasında aparılacaq işlər əks olunub. Artıq plana əsasən həm ölkəmizdə həm də müxtəlif ölkələrdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilir. Məqsədimiz XX əsrin sonunda erməni cinayətkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqrımının tanıdılması və bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
- Xocalının hərbi-strateji baxımdan mövqeyi necə idi?
- Xocalı qədim yaşayış məskənidir. Xocalı başdan-başa türk tarixini özündə əks etdirən müxtəlif abidələrdən ibarət idi. Digər tərəfdən, bu ərazi coğrafi, hərbi cəhətdən də çox strateji mövqedə idi. Bakıdan Şuşaya, Laçından Ermənistana gedən magistral avtomobil yolu, Bakı-Xankəndi dəmir yolu Xocalıdan keçirdi. Dağlıq Qarabağda yeganə hava limanı da Xocalıda idi. Digər tərəfdən, Xocalı elə bir yerdə yerləşirdi ki, Xocalı ilə Ağdam arasında Əsgəran və onun ətrafında olan 7-8 erməni kəndini Xankəndi və onun ətrafındakı erməni kəndlərindən ayıra bilirdi. İstənilən vaxt biz yolu bağlayanda onları ayıra bilərdik.
Yəni Xocalının çox mühüm hərbi-strateji mövqeyi var idi. Ona görə də ermənilər etiraf etdilər ki, “qarşımıza məqsəd qoyduq ki, Xocalını ələ keçirməliyik. Çünki bununla Azərbaycanın qarşısında tab gətirə bilərik”. Xocalı bizdə olduğu müddətdə erməni qüvvələrini iki yerə parçalamışdıq: Əsgəran və Xankəndində olan qüvvələr. Əgər Azərbaycan tərəfi ermənilərdən əvvəl əməliyyat keçirərək Əsgərandan yolu açıb, Ağdamdakı və Xocalıdakı hərbi qüvvələrimizi birləşdirə bilsəydi, faktiki olaraq Xankəndi bizə təslim olurdu. Çünki yuxarı tərəfdən də Şuşadakı qüvvələrimiz vəziyyətə nəzarət edirdi. Bununla da Qarabağ məsələsi bizim xeyrimizə həll olunardı. Amma ermənilər ozamankı Azərbaycan hakimiyyətindən tez hərəkətə keçdilər və Xocalını işğal etdilər.
- Elman müəllim, beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistanın işğalçılıq siyasətinə olan münasibəti haqda fikirlərinizi bilmək istərdik. Sizcə, bu münasibət işğal faktına adekvatdırmı?
- ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri fəaliyyətlərində ermənipərəst mövqe nümayiş etdirirlər. Əgər belə olmasaydı, onlar işğalçı dövləti çoxdan sülhə məcbur edə bilərdilər. Çünki hər üç dövlət dünyada güclü, böyük dövlətdir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması onlar tərəfindən qısa müddətdə reallaşdırıla bilər. Çünki işğalçı Ermənistan bu dövlətlərin mövqeyinə qarşı çıxa bilməz.
Bu yaxınlarda Fransa prezidenti Ollandın erməni diasporu ilə görüşündə səsləndirdiyi fikirlər də onların ermənipərəst olduğunu bir daha sübut edir. Ermənilər Fransanı özlərinə ikinci vətən hesab edirlər. Fransua Ollandın fikirləri Ermənistanın maraqlarına xidmət edir. Bir neçə il öncə Sarkozi Fransa prezidenti olarkən demişdi ki, Ermənistan bizim kiçik bacımızdır. Mən də o zaman belə bir fikir söyləmişdim ki, Ermənistan Fransanın əxlaqsız bacısıdır. İndi Fransua Olland ondan bir az da qabağa gedir. Deyirlər ki, erməni mətbuatı Ollandın fikirlərini təhrif edib. Amma o, hər nə deyibsə, ermənilərin mənafeyinə xidmət edir. Beynəlxalq hüquq var, eləcə də Azərbaycanın BMT-yə qəbul olunarkən ərazisi, əhalisi qeyd olunub. Bütün beynəlxalq qanunlar da əsas verir ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər millətlərin öz müqəddəratını müəyyən etməkdən söz gedirsə, ermənilər Azərbaycan ərazisində dövlət yaradıblar. Əgər Qarabağ erməniləri istəyirsə, gedib Ermənistanda yaşasınlar. Millətlərin öz müqəddəratından danışsaq, onda Fransanın özü bir neçə yerə bölünməlidir. Yəni məsələyə bu cür yanaşma kökündən səhvdir.
- Bu günlərdə Dağlıq Qarabağın separatçı rejimi tərəfindən “referendum” keçirildi. Sizcə, bu qanunsuz addım münaqişənin həllinə nə dərəcədə zərbə vurur?
- Təbii ki, Dağlıq Qarabağdakı separatçı rejim oyuncaq qurumdur. Və bu qurumun keçirdiyi “referendum”un heç bir hüquqi qüvvəsi yoxdur. Çünki bu hadisə həm Azərbaycanın qanunlarına, həm də beynəlxalq qanunlara ziddir. Dünyanın heç bir dövləti, təşkilatı separatçıların keçirdiyi “referendum” oyununu tanımadı.
Amma məsələ tək bunda deyil. Beynəlxalq təşkilatlar, dövlətlər, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız bəyanat verməli deyillər. Çünki belə hərəkətlər münaqişənin danışıqlar yolu ilə həllinə çox ciddi zərbə vurur. Bununla erməni tərəfi açıq-aydın sülh istəmədiklərini göstərir. Ona görə də beynəlxalq birlik işğalçılara qarşı beynəlxalq hüquq çərçivəsində sərt addımlar atmalıdır. Təəssüf ki, biz bu münasibəti bir çox dövlətlərdən, xüsusilə Qərb dövlətlərindən görmürük. İnsan hüquqlarından, demokratiyadan, qanunun aliliyindən danışan dövlətlər və təşkilatlar işğal və soyqırımı faktına layiq olduğu qiyməti verməlidirlər. Əgər bu olmasa, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını işğaldan azad edəcək.

 
  • Oxunub:  12810  |  
  • Tarix:  24-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18