Ana səhifə »  Müsahibə »  Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü və intellektual kadr potensialına malikdir
A+   Yenilə  A-
Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü və intellektual kadr potensialına malikdir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə www.yap.org.az saytına müsahibə verib:
- Pərvin xanım, bildiyimiz kimi, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
- Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, təhsil hər bir millətin gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması xüsusilə diqqətəlayiqdir. Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar, ilk növbədə, məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir.
Ölkəmizdə təhsilin inkişafı Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkə rəhbərinin Azərbaycanda təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə, vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, xüsusən gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf edir. Təsadüfi deyil ki, dövlət büdcəsindən müdafiə xərclərindən sonra ən çox vəsait ayrılan sahə məhz təhsildir. Son 10 ildə 2000-dən çox məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva müntəzəm olaraq, təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, təhsil sahəsində həyata keçirilən islahatlar davamlı xarakter daşıyır.
- Hazırda ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra Dövlət proqramları həyata keçirilməkdədir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?
- Cənab Prezident İlham Əliyev son illərdə imzaladığı 30-dək mühüm Fərman və sərəncamla, Dövlət proqramları ilə Azərbaycan elminin, təhsilinin etibarlı hamisi olduğunu təsdiqləyib.
Qeyd edək ki, respublikanın dinamik sosial-iqtisadi inkişafının hazırkı mərhələsində dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Mütərəqqi Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi zaman keçdikcə tarixi zərurətə çevrilir.
Müvafiq Dövlət proqramlarına uyğun olaraq millət vəkili kimi təmsil etdiyim Gəncənin ali təhsil ocaqlarında da bir sıra işlər görülüb, bu istiqamətdə uğurlu addımlar atılıb. Xarici ölkələrin ali təhsil müəssisələri ilə dostluq əlaqələrinin genişləndirilməsi, birgə əməkdaşlıq memorandumlarının imzalanması, müəllim-tələbə mübadiləsinin aparılması elmin, təhsilin inkişafına öz töhfələrini verməkdədir.
Dövlət başçısı cənab İlham Əliyevin 2008-ci il 10 aprel tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncamı da, 2009-2015-ci illər üzrə elm sahəsində aparılan islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyasının yaradılması da təqdirəlayiq olub. Göründüyü kimi, Ümummilli lider Heydər Əliyevin respublikamızın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət bu gün də əzmlə davam etdirilir.
Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır.
- Bu sahə ilə əlaqədar qanunvericilik bazası hansı səviyyədədir? Parlamentin yaz sessiyasının iş planına təhsil ilə bağlı nə kimi qanun layihələri daxil edilib?
- Düşünürəm ki, Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar olacaq. Sessiyanın iş planına daxil olan məsələlər bunu deməyə tam əsas verir. Parlament hər zaman ölkəmizin inkişafına xidmət edən qanunvericilik aktlarını müzakirəyə çıxararaq qəbul edir. Parlamentin yaz sessiyasının qanunvericilik işləri planına da çox mühüm qanun layihələri daxil edilib. 2017-ci ilin yaz sessiyasında Elm və təhsil komitəsində “İlk peşə-ixtisas təhsili haqqında” yeni qanun layihəsi hazırlanacaq. Artıq noyabr ayından bu istiqamətdə fəaliyyətə başlanılıb. İndiyədək ilk peşə-ixtisas təsili müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi əsasnamələr əsasında idarə edilib.”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırda ikinci oxunuşda müzakirədədir. Komitəmizin iclasında Azərbaycanda ali təhsil haqqında qanun layihəsinin hazırlanması da təklif edilib. Komitə bu yöndə işə başlayıb, işçi qrupu formalaşıb, dünya təcrübəsi öyrənilir. Uyğun sənədlər, əsasnamələr, qüvvədə olan sənədlər əldə olunub, təhlildən keçirilir.
Eləcə də yeni hazırlanan qanun layihəsində peşə məktəblərinin funksiyası, təsis olunma qaydaları, iş prinsipləri, fəaliyyətinin müxtəlif aspektləri öz əksini tapacaq. Prezident cənab İlham Əliyevin imzaladığı “Strateji Yol Xəritəsi”ndə peşə ixtisası təhsili ilə bağlı prioritet istiqamətlərin prinsiplərini, irəli çıxardığı müddəaları dərindən öyrənirik. Ölkə reallığı ilə dünya təcrübəsini uzlaşdıraraq, belə qanunun üzərində çalışırıq. İnanıram ki, yaz sessiyasının sonuna qədər qanun layihəsi üzərində ilkin işi tamamlaya biləcəyik.
Hesab edirəm ki, görülən işlər nəticəsində yaxın zamanlarda peşə təhsili məktəblərinin maddi-texniki bazasının qurulmasında ciddi dönüş baş verəcək. Azərbaycanda peşə təhsili müəssisələrinin müvafiq qaydada optimallaşdırılması da həyata keçiriləcək. Bu barədə ötən ay qəbul olunmuş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bəhs olunur. Bu gün peşə məktəbini bitirən gənclərin islə təmin olunması aktual problem olaraq qalır. Əslində, peşə məktəbini bitirən gənclərin işlə təmin olunması tək Təhsil Nazirliyi və digər aidiyyəti qurumların üzərinə düsməməlidir. Bu işdə məsuliyyət həm də digər müəssisə və təskilatların üzərinə düşür. Müəssisələr peşə məktəblərinə hər hansı bir sahə ilə bağlı sifariş verməlidir. Bu sifarişlər əsasında gənclər peşə məktəbini bitirdikdən sonra işlə təmin oluna bilərlər. Bunun özü böyük bir dəstəkdir. Peşə məktəblərinə marağın artırılması vacibdir. Bu istiqamətdə atılan ilk uğurlu addım 2016-2017-ci tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulunun “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilməsi olub. Bu layihə çərçivəsində dövlət vəsaiti hesabına 2016-2017-ci tədris ili üzrə Gəncə şəhərində 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 4287 gənc qəbul oldu. Bu, peşə təhsilinin tarixində ən şəffaf qəbul kimi tarixə düşüb.
- Pərvin xanım, siz Milli Məclisdə Gəncə şəhərini təmsil edirsiniz. Gəncənin sosial-mədəni inkişafı haqqında fikirlərinizi bilmək istərdik.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsinə qədəm qoyan 4 min yaşlı Gəncəmiz sürətli tərəqqisi, möhtəşəm abadlıq-quruculuq işləri, yeni-yeni mədəniyyət və istirahət mərkəzləri, nəhəng sosial obyektləri ilə dünyanın cəlbedici məkanına çevrilib. Burada beynəlxalq festivallar, konfranslar, forumlar, irimiqyaslı layihələr həyata keçirilir, bəşəriyyəti düşündürən qlobal müzakirələr, “dəyirmi masa”, diskussiyalar, sərgilər, görüşlər təşkil olunur. Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı olaraq 250 yerli və beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi ilə tarixə düşüb. Hazırda MDB-nin Mədəniyyət Paytaxtı olan şəhərimizdə mühüm tədbirlərin həyata keçirilməsi davam edir.
Son 6 ildə Gəncədə möhtəşəm Heydər Əliyev Mərkəzi və Park-Kompleksi, Bayraq meydanı, qurtuluşumuzun rəmzi olan “Zəfər tağı”, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya abidə-kompleksi, Uşaq Yaradıcılıq Mərkəzi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, əsaslı yenidənqurmadan sonra “Zərrabi” Poeziya Teatrı, Gəncəçayın sahilində Park-Bulvar Kompleksi, “VEQO” hoteli, yeni mədəniyyət və əyləncə mərkəzləri, yüksək səviyyədə təmir olunan məktəblər və məktəbəqədər müəssisələr, səhiyyə, idman ocaqları, Kitab Evi, Gənclər Evi, Gənclər Klubu, Beynəlxalq Uşaq Klubu, muzeylər, ofislər, həyata yaşam vəsiqəsi alan tarixi-memarlıq abidələri, ailələrə sevinc gətirən çoxmərtəbəli binalar, rahat mənzillər, göydələnlər, ən əsası isə, möhtəşəm işlərin fonunda insanların mənəviyyatında yeni intibahın boy verməsi nəinki şəhərimizdə, həmçinin dünyanın hər yerində yaşayan həmyerlilərimizin vətənpərvərlik ruhunu daha da yüksəldib. Ünsiyyət, ülvilik, doğmalıq, həmrəylik, birlik hissləri şəhər çərçivəsini aşaraq qloballığa, bəşəriliyə qovuşur.
Heydər Əliyev prospektinin, Nəriman Nərimanov, Fikrət Əmirov adına parkların, açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsinin yenidən qurulması, “İstiqlal” parkının, “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” parkının yaradılması, 7 hektar ərazidə yerləşən “Gəncland” İstirahət və Əyləncə Mərkəzi, Qərb zonasında ilk dəfə Gəncəçayın sağ sahilində analoqu olmayan, xüsusi layihə əsasında 460 kvadratmetr ərazidə beşmərtəbəli Mətbuat Evinin tikilməsi, Gəncə “AGP - 2016” ofisinin, Gəncədə 7-ci muzeyin - Miniatür Kitab Muzeyinin fəaliyyətə başlaması, 3 keçidin, dairəvi yolun, 54 min nəfərə yaxın əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Zazalı-İmamzadə kompleksi - Gəncə Avtomobil yolunun, Şıxzamanlı qəsəbəsində inzibati binanın, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Gəncə filialının istifadəyə verilməsi, Hacıkənd qəsəbəsində, Göygöl ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-qurculuq işləri şəhər sakinlərinin sevincinə səbəb olub.
Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində görülən işlər çərçivəsində dini-tarixi abidələrin, ölkənin ən böyük ziyarətgahlarından olan “İmamzadə” dini kompleksinin, “Uğurlu xan” karvansarayının, “Çökək hamam”ın bərpası və yenidən qurulması, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan 5 qəsəbədə - Şıxzamanlı, Məhsəti, Natəvan, Cavad xan, Sadıllı qəsəbələrində infrastruktur layihələrinin həyata keçirilməsi Gəncənin ümumi mənzərəsini kökündən dəyişib. Şəhər rəhbərliyinin yüksək təşkilatçılığı ilə görülən bütün bu işlər Gəncəni gözəlləşdirməklə, müasirləşdirməklə insanların həyatına firavanlıq gətirib, mənəviyyatını zənginləşdirib. Sabaha inamını və ruh yüksəkliyini daha da yüksəldib, vətənpərvərliyin əsl nümunəsinə çevrilib.
- Siz, həmçinin YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədrisiniz. Qadınların partiyamızda təmsilçiliyi haqqında nə deyə bilərsiniz?
- Bu gün respublikamız genişmiqyasılı infrastruktur layihələri, dünyanın ən modern ölkələrindən birinə çevrilməsi məqsədinə yönələn ardıcıl tədbirlərlə yenidən qurulur. Qadınlarımız bu gün Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə övladlarının parlaq gələcəyinə, əmin-amanlıq içərisində yaşayacağına inanır, ictimai-siyasi proseslərin önündə addımlayır. Qadınların ictimai-siyasi fəallığının artırılmasında Yeni Azərbaycan Partiyası ardıcıl tədbirlər həyata keçirir. Hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasınlar.
Bir sözlə, Azərbaycan qadınları tükənməz enerji ilə doğma ailələrində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar. Bu gün onlara ruh verən ölkənin birinci xanımı Mehriban Əliyevanın YAP Sədrinin müavini, YAP-ın Qadınlar Şurası İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərməsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verib, bu gün həmin ənənə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyatımızın bütün sahələrində, həmçinin Azərbaycanın demokratik, hüquqi dövlət olaraq inkişafına təminat verən seçkilərdə dövlətimizin siyasətinə uyğun olaraq, ölkə qadınlarının təmsilçiliyini artırmaq, onların daha fəal, daha işgüzar mövqeyini təmin etmək bu gün həm də Yeni Azərbaycan Partiyasının siyasətidir. Gəncə şəhər partiya təşkilatı da ölkəmizin ictimai-siyasi həyatında mübariz və fəal qüvvə olaraq iştirak edir, öz sıralarını bacarıqlı, təşəbbüskar, geniş dünyagörüşlü gənclər və qadınlar hesabına möhkəmləndirir. 40 minə yaxın üzvü olan şəhər partiya təşkilatı fəaliyyət göstərdiyi 24 il ərzində formalaşıb, inkişaf edib, təşkilati, ideoloji iş təcrübəsini təkmilləşdirib, zənginləşdirib, bütün seçkilərdə qələbə və uğur qazanıb.
Hazırda 260 ərazi ilk partiya təşkilatında birləşən partiya üzvlərinin 23964 nəfəri qadınlar, 21246 nəfəri gənclərdir. 2013-cü ildən indiyə qədər müəssisə və təşkilatlarda 20 yeni ərazi ilk partiya təşkilatı yaradılıb. 2016-cı ildə partiya sıralarına 2750 nəfər qəbul edilib. Onlardan 1722 nəfəri qadınlar, 2546 nəfəri gənclər olub. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasına sonsuz inam və etibarın nəticəsidir ki, partiya sıralarına qəbul olmaq üçün müraciət edənlərin əksəriyyəti gənclərdir. Fəal qadınlarımız arasında millət vəkili, rəhbər işçilər, elm, mədəniyyət və incəsənət xadimləri, uğurları ilə Gəncəyə şöhrət gətirən idmançılarımız var.

 
  • Oxunub:  13680  |  
  • Tarix:  04-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA