Ana səhifə »  Müsahibə »  Biz İslamı milli-mənəvi dəyər kimi qoruyuruq
A+   Yenilə  A-
Biz İslamı milli-mənəvi dəyər kimi qoruyuruq

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, məlum olduğu kimi, dünyada mürəkkəb proseslər baş verir. Bütün bunlar türk dünyasının birliyinin güclənməsini zəruri edir. Sizcə, Azərbaycanın bu prosesdə, bütövlükdə türk dünyasında yeri və rolu nədən ibarətdir?
- Əlbəttə ki, Azərbaycanın türk dünyasında yeri və rolu çox mühümdür. Ümumiyyətlə, türk xalqlarının qədim tarixi var. Türklər təxminən min beş yüz ildən sonra, yəni ilk orta əsrlərdən tədricən oğuz, qıpçaq və karluqlara ayrılırlar ki, həmin proses eyni zamanda geniş coğrafiyalarda yayılmaqla və məskunlaşmaqla müşayiət olunur. II minilliyin əvvəllərindən etibarən müasir türk xalqlarının təşəkkülü başlayır. Və bu minilliyin ortalarında artıq tarix səhnəsinə çıxmış türk xalqları ümumi “türk” adı ilə yanaşı, öz adları ilə tanınırlar. Bununla belə, müasir türk xalqlarının həm “daxil”dən, həm də “xaric”dən adlandırılmasında coğrafi və ya regional prinsip XX əsrin əvvəllərinə qədər aparıcı olur. Məsələn: Anadolu türkləri, Qafqaz türkləri və ya tatarları, Volqaboyu türkləri və ya tatarları, Krım türkləri və ya tatarları, Türküstan və ya Orta Asiya türkləri.
XIX əsrin sonu XX əsrin əvvəllərində türk dünyasında güclənən milli azadlıq, özünüidarə (dövlət) müstəqilliyi hərəkatı bütün XX əsr boyu davam edib, həmin əsrin sonu XXI əsrin əvvəllərində hamımızın gözləri qarşısında olan mənzərənin yaranması ilə başa çatdı. Artıq dünyada müstəqil türk dövlətləri var ki, bu da qürurvericidir.
Bu gün qloballaşan dünyada türk birliyinin güclənməsi çox aktualdır. Türk dünyasında həm iqtisadi, həm siyasi, həm də mədəni inteqrasiya qaçılmazdır və bu proses davam etməkdədir.
Təbii ki, Azərbaycan türk dünyasının birliyinin güclənməsinə böyük töhfələr verir və ölkəmiz bu yöndə bir çox təşəbbüslərin müəllifidir. Qeyd edim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantıları türk xalqlarının mədəni, iqtisadi inteqrasiyasına töhfədir. Bu görüşlər nəticəsində real iş görülür, böyük layihələr həyata keçirilir, türk dövlətlərinin beynəlxalq aləmdə yaxınlaşması, beynəlxalq təşkilatlarda bir-birini ardıcıl müdafiə etməsi müşahidə olunur. Gənc müstəqil türkdilli dövlətlər arasında əməkdaşlığın yeni formaları meydana çıxır. Məsələn, TÜRKSOY kimi çox önəmli mədəni təşkilatın gördüyü işlər göz qabağındadır.
İndiyədək zirvə görüşlərinin bir çoxu Azərbaycanda keçirilib və ölkəmizin iqtisadiyyatı, mədəniyyəti, respublikada gedən inkişaf türk dünyasında nümunə kimi qarşılanıb. Eyni zamanda, Türk dünyasında yeni ortaq qurumlar yaradılır. Məsələn, TürkPA türkdilli dövlətlərin parlamentləri arasındakı əlaqələri yüksək səviyyəyə qaldırıb və bu qurumun ofisi Bakı şəhərində yerləşir. Türk Akademiyası isə fəaliyyəti müddətində onlarla dəyərli kitablar çap etdirib.
Bilirsiniz ki, Ümummilli liderimiz Heydər Əliyevin də türk birliyinin güclənməsində müstəsna xidmətləri olub və bu gün türk dünyasında böyük öndər olaraq Heydər Əliyev dərin ehtiramla anılır. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir.
Bir sözlə, türk dünyasında da mövqeyimiz güclüdür. Son vaxtlar mediada, sosial şəbəkələrdə Azərbaycan və türk dünyası məsələləri geniş müzakirə olunur. Ona görə də qısa olaraq bu məsələyə də münasibət bildirmək istəyirəm. Ümumiyyətlə, dünya türkologiyasında, azərbaycanşünaslıqda bu məsələ öz həllini tapıb ki, Azərbaycan xalqı öz milli mövcudluğu ilə, mədəniyyəti ilə artıq müstəqil hadisədir. Orta əsrlər dövrünün sonları, yeni dövrün əvvəllərindən başlayaraq bu, belədir. Amma bu amil heç cür bizim türk mənşəli xalq olduğumuzu inkar etmir. Bununla yanaşı, biz “türkük” deyəndə bunu mütləqləşdirmək də olmaz. Çünki dünyada müxtəlif türk xalqları var və biz türk dünyasının bir hissəsiyik.
- Türk xalqlarının mültikulturalizm ənənələri də mövcuddur. Bu ənənələrin tarixi kökləri haqqında nə deyə bilərsiniz?
- Multikulturalizm türk xalqlarının daxilindən gələn məsələdir. Multikulturalizm müasir türk dünyasını iqtisadi, ictimai-siyasi və mənəvi-ideoloji baxımlardan səciyyələndirən ən mühüm mədəni göstəricilərdən biri, bəlkə də, birincisidir. Və türk multikulturalizminin olduqca zəngin, mükəmməl, müqayisəyəgəlməz tarixi ənənəsi var.
Müasir dövrdə isə türk dünyası multikulturalizminin mənzərəsini bir neçə məqamla ifadə etmək olar. Bunlardan birincisi ondan ibarətdir ki, müstəqil, eləcə də yarımmüstəqil türk dövlətlərinin ərazisində yaşayan müxtəlif xalqların dilləri, dinləri, adət-ənənələri üçün heç bir təhlükə yoxdur. Həmçinin artıq dil, din, adət-ənənə baxımından kifayət qədər fərqlənən türk xalqları arasında qarşılıqlı əlaqə, inteqrasiya meyilləri güclənməkdədir. Eyni zamanda, müasir dünyanın üzvi tərkib hissəsi olan türk xalqları həm bütövlükdə, həm də ayrı-ayrılıqda beynəlxalq dialoqda fəal iştirak etməyə çalışırlar. Xüsusilə Azərbaycan təcrübəsini qeyd etmək lazım gəlir və dərin kökləri olan türk multikulturalizmi dünyada harmoniya, sülh, əmin-amanlıq üçün yalnız sözdə deyil, təcrübədə də, demək olar ki, alternativsizdir.
- Bu gün ölkəmizin bütün vətəndaşları azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər. İndiki dövrdə bu ideologiyanın inkişafı məsələləri barədə nə düşünürsünüz?
- Ümumiyyətlə, azərbaycançılıq ideologiyası bizim milli ideologiyamızdır. Müasir azərbaycançılıq ideologiyasının müəllifi isə Ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu ideologiya daha da inkişaf etdirilir.
Müşahidələr və araşdırmalar göstərir ki, müasir mərhələdə - İlham Əliyev mərhələsində azərbaycançılıq ideologiyasının təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan birincisi həmin ideologiyanın tarixinə elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin digər mühüm əlaməti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə, Onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla yanaşılmasıdır. Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir.
Azərbaycan xalqı və dövlətçiliyi tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsinin dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir.
Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. O var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir.
Bütövlükdə, azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.
- Dövlət başçısı tərəfindən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Hazırda bununla əlaqədar olaraq ölkəmizdə bir sıra mühüm tədbirlər keçirilməkdədir. Sizcə, ölkəmiz İslam həmrəyliyinin təmin olunmasına nə kimi töhfələr verməkdədir?
- İslam dini bizim xalq kimi formalaşmağımızda çox ciddi rol oynayıb. Ümumiyyətlə, türk xalqlarının mütləq əksəriyyətinin xalq kimi formalaşmasında İslam dini mühüm rol oynayıb. Eyni zamanda, biz həm ərəb, həm İran dünyası ilə bağlı olmuşuq. Təsadüfi deyil ki, bizim dilimizdə çoxlu sayda ərəb və fars sözləri var. Yəni İslam dünyasına daxil olan bütün xalqlarla, ilk növbədə ərəb və farslarla mədəni əlaqələrimiz, həmrəyliyimiz həmişə güclü olub. Doğrudur, onun sosial, siyasi baxımdan müəyyən münaqişəli tərəfləri də olub, amma bununla yanaşı, İslamın yayılmasında türklərin böyük xidmətləri var. Təsadüfi deyil ki, həzrəti peyğəmbərimizin türklərə münasibəti xüsusi olub. Hədislərdə də türklərdən ibarət bir ordunun olduğu və bu ordudan İslam dininə qarşı çıxanlarla mübarizədə istifadə olunduğu bildirilir. Yəni türklərin İslam dininin yayılmasında xüsusi xidmətləri var. İlk növbədə, biz bunu “Kitabi Dədə Qorqud” dastanından da görürük. İslam həmrəyliyində türklərin rolu danılmazdır və bu, o deməkdir ki, biz bu həmrəylikdə tarixən aktiv rol oynamışıq.
Müasir dövrdə də Azərbaycan dövləti və xalqı İslam həmrəyliyində vacib rol oynayır. Azərbaycan inkişaf etmiş dövlətdir və müsəlman dünyasına qarşı hər hansı konyunktur müdaxilələr olursa, ölkəmiz buna dərhal etiraz edir. Eyni zamanda, müsəlman olduqlarına görə insanlara harda terror damğası vurulursa, Azərbaycan bu yanaşmaya qarşı çıxır. Azərbaycan İslam dünyasındakı inkişafa töhfələr verir və İslam ölkələri ilə bizim çox sıx əlaqələrimiz var. Beynəlxalq İslam təşkilatlarında da biz fəal iştirak edirik. Eyni zamanda, biz İslamı milli-mənəvi dəyər kimi qoruyuruq. Qısa müddət ərzində ölkəmizdə nə qədər ibadətgahlar, məscidlər tikilib və ya bərpa olunub. Bunların hamısı müasir dövrdə real olaraq dinimizə münasibətimizdir.
Eyni zamanda, İslam həmrəyliyinin çox mükəmməl bir şəkildə təzahür etməsi üçün, öz tarixi əsasları üzərində dayanması üçün özünün tarixiliyini, təbiiliyini qorunması üçün də biz mübarizə aparırıq. Bu və ya digər təriqətlərə qarşı bizim dövlətçilik təfəkkürümüzdə barışmaz bir münasibət var. Yəni təriqətçilik tarix boyu həmişə İslam dünyasında təfriqəçilik yaradır. Bu gün də həmin cəhdlər olduğuna görə biz bu sahədə kifayət qədər ardıcıl bir şəkildə İslamı mənəviyyat kimi, birləşdirici humanist amil kimi, insansevərlik fəlsəfəsi kimi qoruyuruq. Dağıdıcı təriqətlər şəklində ortaya çıxacaq “təşəbbüslərə” isə imkan vermirik. Bizim dövlət strukturunda ayrıca qurum var ki, bu məsələlərlə çox ciddi məşğul olur və uğurla fəaliyyət göstərir.
Biz İslam həmrəyliyini iki mənada başa düşürük. Birincisi, İslam daxilində həmrəylik, ikinci isə, İslamın dünyada yaratdığı həmrəylikdir. İslam sonuncu din olduğuna görə həmişə bütün dinlərə humansit münasibət bəsləyib, hörmətlə yanaşıb. Bu gün bütün bunlar Azərbaycan dövlətçiliyinin və ideologiyasının təcrübəsində mövcuddur.
- Nizami müəllim, bu günlər Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Ümumiyyətlə, həmrəylik və humanizm dəyərləri baxımından Novruz bayramının fəlsəfəsində hansı amillər dayanır?
- Azərbaycan Novruz bayramının beynəlxalq səviyyədə qeyd olunması, UNESCO-nun mədəni dəyər sisteminə daxil olması uğrunda fəal mübarizə apardı. Bilirsiniz ki, bu mübarizənin önündə Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva gedirdi və onun səyləri nəticəsində qarşıya qoyulan məqsədə nail olundu. Yəni Novruz bayramının beynəlxalq miqyasda dünya dəyəri kimi qəbul olunmasında Azərbaycanın xüsusi rolu oldu. Novruz həm qədim türk düşüncə tərzini, həm mədəniyyətini və dəyərlərini birləşdirən mədəni dəyərlər sistemidir. Novruz təbiətlə bağlı olan, təbiətin ruhu ilə nəfəs alan, yəni insanı təbiətdən ayırmayan, insan-təbiət münasibətlərinə harmoniya gətirən bir dəyərdir, eyni zamanda, bir fəlsəfədir.
Dövlətimiz Novruz bayramını yüksək səviyyədə qeyd edir, Novruzla bağlı atributların cəmiyyətə tanıdılmasında çoxlu işlər görülür. Novruz bayramı insan həyatının ən müxtəlif cəhətlərini əhatə edir, dostluq, yaxınlıq, həmrəyliyi ifadə edir. Bu bayram insanların bir-birinə xoş münasibətini, küsülülərin barışmasını, böyüklərə hörməti, dünyasını dəyişənləri anmağı tələb edir. Eyni zamanda, bu bayram insanlara yaşamaq üçün ruh verir. İnsan sanki gəncləşir, insan həyatına rəngarənglik gəlir. Ona görə də xalqımız Novruz bayramını əsrlər boyu yaşadaraq bu günə gətirib və hər il böyük coşqu ilə qeyd edir.

 
  • Oxunub:  17790  |  
  • Tarix:  18-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA