Ana səhifə »  Müsahibə »  Kənd təsərrüfatının inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu gün mühüm islahatlar həyata keçirilir
A+   Yenilə  A-
Kənd təsərrüfatının inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu gün mühüm islahatlar həyata keçirilir

Milli Məclisin deputatı İqbal Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- İqbal müəllim, bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı və rəqabətədavamlı şəkildə inkişaf edir. Ölkəmizdə bu siyasətin uğurlarını hansı amillərlə izah edərdiniz?
- Hər bir ölkənin, cəmiyyətin inkişafı orada mövcud olan siyasi sabitlikdən bilavasitə asılıdır. Bu gün ölkəmizin bütün dünyada baş verən qlobal böhrandan kəskin şəkildə təsirlənməməsi, siyasi çaxnaşma və təlatümlərdən uzaq durması birinci növbədə ölkəmizin müdrik şəkildə, uzaqgörənliklə və düzgün strateji yol izləməklə idarə olunması ilə bağlıdır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dahiyanə şəkildə hazırlanmış siyasi kursun bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafındakı dayanıqlılığın başlıca səbəbidir. Ölkəmizin rəqabətədavamlı inkişafının təmin edilməsində qeyri-neft sektorunu vacib amil kimi önə çəkən dövlət başçımızın bu məqsədlə izlədiyi siyasət və apardığı islahatlar iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib. Rəqabətədavamlılığın təmin edilməsi və yerli istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə ötən il “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun qəbul etdik. Bu qanun ölkəmizin iqtisadi marağının üstünlüyü çərçivəsində çox böyük önəmə malikdir. Cari ilin yanvar ayında Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da möhtərəm Prezidentimiz sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı nəticəsində böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artmasının çox böyük göstərici olduğunu qeyd etmişdir.
- İqbal müəllim, ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Bu mənada Azərbaycanda qəbul olunan Dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sənaye və kənd təsərrüfatıdır. Əhalisinin təqribən yarısı bölgələrdə yaşayan ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, vətəndaşlarımızın ərzağa olan daxili tələbatını başlıca olaraq öz potensialımız hesabına qarşılaya bilməmiz üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə bu gün mühüm islahatlar həyata keçirilib və bu istiqamətdə işlər davam etməkdədir. Bildiyiniz kimi, cənab Prezidentin imzaladığı Sərəncamla 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmiş və eyni zamanda, dövlət başçısı Öz çıxışlarında Azərbaycan üçün hər ilin “Kənd təsərrüfatı ili” kimi qəbul edilməsinin vacibliyini qeyd etmişdir. Ölkəmizdə aqrar sahəyə qoyulan investisiyaların həcmi hər il mütəmadi olaraq artmaqdadır. Dövlət tərəfindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara xüsusi kreditlər, subsidiyalar verilməkdə, eyni zamanda, əkinçilər güzəştli şərtlərlə texnika və gübrə ilə təmin edilməkdədirlər. Hətta artıq ölkəmizdə kənd təsərrüfatı avadanlıqlarına olan ehtiyacın qarşılanması məqsədi ilə bu avadanlıqları istehsal edən yerli müəssisələrimiz də fəaliyyətə başlamışdır. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün, 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçməkdədirlər. Kəndçinin, əkinçiliklə məşğul olmaq istəyən vətəndaşlarımızın torpaqla təmin edilməsi və vergilərdən azad edilməsi islahatlarını xüsusi ilə qeyd etməliyəm. Hətta yaxın zamanda Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevriləcəyinə şübhə etmirəm. Gördüyünüz kimi, bu sahədə atılan addımlar və görülmüş islahatları saymaqla qurtarmaq olmaz və bunların hamısını, sadəcə, alqışlamaq lazımdır.
- İstənilən sahənin inkişafında lazımi hüquqi bazanı təşkil edən qanunvericiliyin olması vacib şərtdir. Bu baxımdan, ölkəmizdə aqrar sahənin inkişafını təmin edən qanunvericilik bazasının səviyyəsini necə qiymətləndirmək olar?
- Qanunvericilik bazasında müxtəlif boşluqlar mövcud olan və mükəmməl olmayan hər hansı sahənin inkişafından söhbət gedə bilməz. Aqrar sahənin inkişafından bəhs edərkən, ilk növbədə, Azərbaycanda həyata keçirilən torpaq islahatını vurğulamaq lazımdır. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan islahatlar nəticəsində sovet dövründən qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsl sahiblərinə - kəndlilərə verildi. Ölkədə neft sektorunda əldə edilən uğurlarla bir vaxtda aqrar sektorda tarixi əhəmiyyətli bir sənəd - “Torpaq islahatı haqqında” qanun qəbul olundu.
Azərbaycan Respublikasının Milli Məclisi qanunvericiliyimizin möhkəmləndirilməsi, sağlam əsaslara, məntiqi izaha dayalı, boşluq və şübhələrə yol açmayan hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla işbirliyi çərçivəsində mühüm işlər görməkdə, inkişafa təkan ola biləcək yeni qanunlar qəbul etməkdədir. Yadınızdadırsa, ötən il təkcə bir dəfəyə Vergilər Məcəlləsində 200-dən artıq əlavə və dəyişikliyi müzakirə edərək qəbul etdik. Bütün bu çalışmalar ölkəmizin sosial-iqtisadi inkişafı üçün, vətəndaşımızın rifahı naminə həyata keçməkdədir. Bu baxımdan ölkəmizdə aqrar sahə ilə bağlı qanunvericilik bazası da çox yüksək səviyyədədir. Ötən il komitəmiz tərəfindən Milli Məclisdə 14 iclas keçirilərək ümumilikdə 31 məsələ müzakirə edilmişdir. Bu məsələlərdən 26-sı Milli Məclisin plenar iclasına tövsiyə olunmuş və səsverməyə çıxarılaraq qəbul edilmişdir.
- İqbal müəllim, Milli Məclis strateji məhsullar haqqında da qanunlar qəbul edib. Bu qanunların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın ərzaq, yaxud qeyri-ərzaq olmasından asılı olmayaraq, istənilən strateji məhsulların müəyyən ehtiyatlarına sahib olması vacib amildir. Ötən dövr ərzində möhtərəm Prezidentimizin Sərəncamı ilə ölkəmizdə taxil fondu yaradıldı və müxtəlif kənd təsərrüfatı anbarları, soyuducular inşa olundu. Ümumiyyətlə, milli iqtisadiyyatımızın inkişafında dönüş yaradılmasına nail olmaq istəyiriksə, strateji əhəmiyyətli məhsullar daim diqqət mərkəzimizdə olmalıdır. Milli Məclisdə strateji məhsulların, demək olar ki, hamısı haqqında ayrılıqda qanunlar qəbul olunmuşdur. Taxılçılıq, üzümçülük, çayçılıq, pambıqçılıq və s. haqqında qanunlardan bəhs etmək mümkündür. Təcrübə göstərir ki, bu sahələrdə qəbul edilmiş qanunlardan sonra ölkəmizdə bu məhsulların əkilib-becərilməsi, yüksələn istiqamətdə inkişafı prosesi izlənməkdədir. Təkcə ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malik olan taxılçılıq yönündən baxsaq, son dövrlərdə taxıl istehsalının artması özünütəminetmə səviyyəsinin yüksəlməsinə və ölkəmizin idxala olan asılılıqdan qurtarılması istiqamətində mühüm yol qət etmişdir. Zənnimcə, bütün məhsulların ayrı-ayrılıqda əhəmiyyətindən və bu sahələrin inkişafında qəbul edilmiş qanunların rolundan danışmaq artıq olar.
- İqtisadi inkişafın fonunda ölkəmizdə sahibkarlığın inkişafına və sahibkarlara dövlət qayğısını necə dəyərləndirmək olar?
- Bu gün ölkəmizdə möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri, sözsüz ki, sahibkarlığın inkişafı mövzusudur. Ölkə başçısı tərəfindən “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” devizi altında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmiş, xüsusi ilə sahibkarlara geniş dəstək verilərək iqtisadi islahatlar davam etdirilmişdir. Bu baxımdan hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi istiqamətlərində nəzərəçarpacaq dərəcədə genişmiqyaslı işlər həyata keçirilmişdir.
Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatımızın inkişafına göstərdiyi mənfi təsirləri və bu sahədə çoxsaylı şikayətləri əsas götürən cənab Prezident güclü siyasi iradə nümayiş etdirərək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Milli Məclisə qanun layihəsi göndərdi və müzakirə olunaraq 2015-ci ilin oktyabr ayında 2 il müddətinə yoxlanılmaların dayandırılması ilə bağlı qanun qəbul edildi. Eyni zamanda, son illərdə istər kənd təsərrüfatının inkişafı, istərsə də sənayeləşmə istiqamətində qanunvericilik bazası daha da mükəmməlləşdirilmiş, biznes mühitinin inkişafında sahibkarlar üçün xüsusi əngəl törədən lisenziyalar və icazələr təkmilləşdirilərək müvafiq qanun qəbul edilmişdir. Həmçinin ixrac potensialımızı inkişaf etdirmək, xarici ölkələrlə və şirkətlərlə qarşılıqlı faydalı ticarət əlaqələrini genişləndirmək, ölkəmizə xarici valyuta axınını təmin etmək məqsədi ilə yerli istehsalçılar və fermerlərə xüsusi dəstək göstərilməsi istiqamətində yeni qanunlar qəbul edilmiş və bu sahədə dövlət siyasəti uğurla həyata keçməkdədir.
- İqbal müəllim, hazırda ölkəmizin regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramı həyata keçirilir. Bu mənada təmsil etdiyiniz bölgənin sosial-iqtisadi inkişafı haqqında da fikirlərinizi bilmək istərdik...
- Ölkəmizin hər bir qarışı bizim üçün əzizdir və xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan regionların mərkəzi şəhərlərlə paralel olaraq inkişafı, iqtisadi aktivlik və xüsusi əhəmiyyətə malik iri layihələrin icrası istiqamətində bu proqramın qəbul edilməsi və uğurla həyata keçirilməsi son dərəcə vacib amildir. Bu proqram çərçivəsində əhalinin işgüzar fəallığının artması, paytaxta insan axınının qarşısının alınması, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılması və s. istiqamətində mühüm işlər görülmüşdür.
Bütün sahələrdə olduğu kimi, bu sahədə də təmsil etdiyim bölgə həmişə mənim diqqət mərkəzimdədir. Bu proqramın icrası çərçivəsində istər Lerikdə anadan olan bir şəxs kimi, istər o bölgəni təmsil edən millət vəkili kimi, istərsə də Aqrar siyasət komitəsinin üzvü kimi mütəmadi olaraq sahibkar, iş adamları və yerli fermerlərlə görüşlər təşkil edir, onları narahat edən məsələləri müzakirə edir, eyni zamanda, təşviqedici və maarifləndirici söhbətlər aparıram. Konkret görülmüş işlərdən bəhs edərsək, əsrarəngiz təbiətə və gözəlliyə malik olan rayonumuzda xüsusi ilə son illər möhtərəm Prezidentimizin turizmə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq bu gün onlarla istirahət və turizm mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər artıq yüksək səviyyəli şərait və göstərdikləri xidmət sayəsində yerli turistlərlə yanaşı, müxtəlif ölkələrdən gələn qonaqları da qarşılamaqda, ölkəmizin turizm potensialına öz töhfəsini verməkdədir. Eyni zamanda, bu gün ölkəmizin ən iri quşçuluq komplekslərindən biri Lerik rayonunda fəaliyyət göstərir. Bu müəssisələr istər yüzlərlə yerli sakinin iş yeri ilə təmin olunması, istərsə də son texnologiyalardan istifadə etməklə ölkəmizin ərzaq təhlükəsizliyinin təmini istiqamətində fəaliyyəti baxımından çox əhəmiyyətlidir. Bütün bunlarla yanaşı, rayon iqtisadiyyatında heyvandarlıq və əkinçilik də xüsusi rol oynayır. Xüsusi ilə kartofçuluğun inkişafı istiqamətində son dövrlər böyük işlər görülmüş, yerli sahibkarlar tərəfindən geniş ərazilərdə son texnologiyalardan istifadə etməklə kartof sahələri əkilmişdir. Rayonumuzun sosial-iqtisadi inkişafı çərçivəsində Dövlət proqramının icrası və vətəndaşlarımızın qayğısı yönündə az da olsa fəaliyyətimin olması məni olduqca sevindirir. Bu məsələ mənim üçün prioritetdir və bu istiqamətdə heç vaxt əməyimi əsirgəməyəcəyəm.

 
  • Oxunub:  14340  |  
  • Tarix:  30-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18