Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yeni hədəfləri elan etdi
A+   Yenilə  A-
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yeni hədəfləri elan etdi

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, cari ilin ötən rübünün iqtisadi göstəriciləri haqqında nə demək olar?
- 2017-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib.
Azərbaycan iqtisadiyyatı neftdən asılı olmadan inkişaf edir. Cari ilin birinci rübündə Azərbaycan özünün sürətli inkişaf tempini saxlayıb. Ötən 3 ayda neftin qiymətinin dünya bazar qiymətlərindən hələ də aşağı olmasına baxmayaraq, iqtisadiyyatın əsas inkişaf indikatoru olan qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz artıb. Kənd təsərrüfatında 3,5 faiz artım olub. Bu tendensiya 2 il əvvəl Prezident İlham Əliyevin uzaqgörənliklə “Azərbaycan iqtisadiyyatı neftdən asılı olmadan inkişaf edəcək” fikrinin tam özünü təsdiq etdiyini göstərir. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Ən əsası isə budur ki, Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur.
- Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qazanılmış uğurlar və strateji məqsədlər istiqamətində görüləcək işlərlə bağlı tövsiyələrini verdi...
- Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasət, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin aparılması, sənaye və turizmlə bağlı proqramların geniş vüsət alması iqtisadi sabitliyə öz töhfəsini verir. Ölkədə rəqabət mühitinin təmin olunması, ixracın təşviqi və ixracın stimullaşdırılması Azərbaycanın tədiyyə balansında müsbət dinamikanın yaranmasına səbəb olub. Ölkəmizin ticarət dövriyyəsində 1 milyard dollar səviyyəsində müsbət saldo əldə olunub. Azərbaycanın ixrac potensialı güclənib, ixrac 50 faiz artıb, ixracda qeyri-neft məhsullarının çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Bu siyasətin mühüm nəticəsi olaraq idxal 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyiyi möhkəmləndirib, maliyyə-valyuta bazarında sabitliyin güclənməsi milli valyutamızın məzənnəsinin möhkəmlənməsinə səbəb olmaqdadır.
- Aydın müəllim, Azərbaycanda valyuta ehtiyatlarının möhkəmlənməsi istiqamətində görülən tədbirlərin səmərəliliyini hiss etmək olurmu?
- Öncədən qeyd edim ki, strateji valyuta ehtiyatlarımız 1 milyard dollar çoxalıb. Maliyyə sabitliyinin güclənməsi səmərəli valyuta siyasətinin həyata keçirilməsi nəticəsində valyuta bazarının sabitləşməsi və manatın öz dəyərini möhkəmləndirməsidir. Əvvəlki ildə ölkəmizin valyuta ehtiyatlarının azalması baş verirdisə, artıq bu istiqamətdə əks proses getməkdədir və strateji valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində yüksəlib. Hazırda valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, çox mühüm haldır və 2015-ci ildən sonra strateji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir. Mövcud situasiya manatın tədiyyə aləti kimi möhkəmlənməsinə, idxal və ixracatçılar üçün əlverişli biznesin təşkilinə, daxili bazarda qiymətlərin sabitləşməsinə güclü zəmin yaradır.
- Regionların sosial-iqtisadi inkişafı və yeni iş yerlərinin açılması ilə bağlı nə demək olar?
- “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadi inkişafının dayanıqlığının təmin olunması, tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir. 2017-ci ilin ilk 3 ayında hərtərəfli regional inkişaf təmin edilib, 85 min yeni iş yeri yaradılıb. Sosial infrastruktur yeniləşir, bu amillər Azərbaycanın iqtisadiyyatının tarazlı inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz mühüm töhfəsini verməkdədir. Təkcə elə regionlarda 30 min yeni iş yeri yaradılıb.
- Aydın müəllim, Nazirlər Kabinetinin sonuncu iclasında dövlət başçımız yeni hədəfləri elan etdi...
- Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının proqram xarakterli çıxışında iqtisadi dinamikanı artırmaq üçün vacib olan bir sıra məsələlər də qarşıya qoyuldu. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, süni qiymət artımına yol verilməməsi üçün ciddi addımların atılması, investisiya proqramının tam şəkildə icra edilməsi başlıca istiqamətlər kimi müəyyənləşdirildi. Bundan başqa, turizm, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi siyasətinin yürüdülməsi iqtisadi prioritetlər kimi müəyyən olunub. Dövlət başçısı xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparılmalı olduğunu, burada dövlət orqanları ilə yanaşı, yerli icra orqanlarının da çalışmasının zəruriliyi barədə müvafiq tapşırıqlar verib. Bəli, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında yeni hədəflər müəyyən etdi və bu hədəflərə çatmaq üçün qarşıda duran vəzifələr barədə konkret tapşırıqlar verdi.

 
  • Oxunub:  12420  |  
  • Tarix:  13-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
17 Oktyabr 10:00
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
17 Oktyabr 09:58
STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur təşkil edilib
17 Oktyabr 09:56
YAP Gədəbəy rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18