Ana səhifə »  Müsahibə »  Azərbaycanda sabitlik və inkişaf bütövlükdə regiona müsbət təsir edir
A+   Yenilə  A-
Azərbaycanda sabitlik və inkişaf bütövlükdə regiona müsbət təsir edir

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı www.yap.org.az saytına müsahibə verib:
- Məlahət xanım, 2017-ci ilin birinci rübü başa çatıb. Hazırda cəmiyyətimizdə ötən rübün yekunları müzakirə olunmaqdadır. Bu haqda sizin də fikirlərinizi bilmək istərdik...
- Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi və ötən dövr ərzində əldə olunan nəticələri müsbət qiymətləndirdi. Dövlət başçısı həmçinin qarşıda görüləcək işlərlə bağlı hökumətə ciddi tapşırıqlar verdi.
Ümumiyyətlə, ölkəmizin 2017-ci il üçün əsas prioriteti qeyri-neft sektorunun sürətli inkişafıdır. Bu ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də bu reallığı təsdiqləyir. Bilirsiniz ki, hazırda dünyada iqtisadi böhran yaşanır. Bu böhranın arxasında müəyyən siyasi maraqlar var. Müəyyən beynəlxalq güclər dünyada neftin qiymətini aşağı endirməklə bir sıra dövlətlərə təsir etmək istəyirlər. Amma Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan öz inkişafını qoruyub saxlayır. Dövlət başçısının Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında söylədiyi kimi, Azərbaycan özünün valyuta ehtiyatlarını qoruyub saxladı və bu çox müsbət göstəricidir. Təbii ki, Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Hazırda sənaye və kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzindədir. Ölkəmiz öz resurslarından səmərəli istifadə edərək inkişafını davam etdirir. Eləcə də bölgələrimiz sürətlə inkişaf edir. Regionlarda insanların rifahının yüksəlməsi üçün tədbirlər görülür, yeni yollar çəkilir, kəndlərimiz qazlaşdırılır və s. Əlbəttə ki, bütün bunlar insanlarımıza xidmət edir. Hazırda həyata keçirilən islahatlar nəticəsində qarşıdakı dövrdə daha yaxşı inkişaf edəcəyik. Bu gün Azərbaycanın məhsullarının xarici bazarlara çıxarılması üçün mühüm işlər görülür. Azərbaycan brendlərinin dünyada tanıdılması üçün görülən işlər təqdirəlayiqdir. Şübhə yoxdur ki, görülən bu işlər gələcək inkişafımızı daha yüksək səviyyədə təmin edəcək.
- Məlumdur ki, hazırda beynəlxalq aləmdə mürəkkəb proseslər baş verir. Bu proseslərin fonunda Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında hansı amillər dayanır?
- Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Biz ötən il dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etdik. Bu illərdə baş verən proseslər, əldə olunan nailiyyətlər bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasəti, Heydər Əliyev yolu alternativsizdir. Hazırda bu siyasətin layiqli davamçısı, Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən liderdir. Azərbaycan mürəkkəb coğrafiyada yerləşir. Təbii ki, belə bir geostrateji məkanda yerləşən Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Amma dövlət başçısının qətiyyətli siyasəti belə qüvvələrin istəyini puç edir. Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq, dünyada nüfuzlu dövlətdir. Təbii ki, bu amilin əsasında Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lideri olması dayanır. Həmçinin Azərbaycan qlobal layihələrin təşəbbüskarı və müəllifi kimi də beynəlxalq müstəvidə söz sahibidir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan “G-20”, Nüvə sammitlərində və digər mötəbər beynəlxalq tədbirlərdə iştirak edir. Cənab Prezidentin hər zaman milli maraqlarımızı qətiyyətlə qoruması hər bir vətəndaşda qürur doğurur. Müstəqilliyimizi bərpa etdikdən sonra qazandığımız ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (2012-2013-cü illər) qeyri-daimi üzv seçilməsidir. Bu məsələdə dünyanın 155 dövlətinin Azərbaycana səs verməsi də ölkəmizin beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir.
Biz ötən illərdə bütün sahələr üzrə böyük nailiyyətlər əldə etmişik. Bu gün ölkəmizdə dünyanın ən mötəbər tədbirləri keçirilir, Azərbaycan humanitar, sivilizasiyalararası dialoqların məkanıdır. Burada tolerantlıq, multikultural dəyərlər qorunur və inkişaf edir. Bütün bunların fonunda Avropada multikulturalizm məhv olub, irqçilik, rasizm, ayrı-seçkilik genişlənib. Bu gün münaqişələr, etnik qarşıdurmalar, terrorizm dünyanın bəlasına çevrilib. Belə bir şəraitdə Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Biz bununla fəxr edirik və bu sabitliyi, əmin-amanlığı qorumağa hər birimiz məsuliyyət daşıyırıq. Azərbaycanın yeganə problemi torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır. Dövlətimizin qarşısında dayanan əsas vəzifə ərazi bütövlüyümüzün bərpa olunması və qaçqın-məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasıdır. Hazırda Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqlar prosesi gedir. Əgər Ermənistan sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsə bu vəzifəni ordumuz yerinə yetirəcək. Keçən ilin aprel döyüşləri bunu sübut etdi. Ümumiyyətlə, aprel döyüşləri işğalçı Ermənistana ağır zərbə oldu, düşmən tərəf ordumuzun gücünü gördü. Bu döyüşlər xalqımızda ruh yüksəkliyini daha da artırdı. Xalqımız inanır ki, Prezidentimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək.
Bir məqamı da qeyd edim ki, Azərbaycanda sabitlik və inkişaf bütövlükdə regiona müsbət təsir edir. Ermənilər anlasaydılar, bu inkişafdan yararlana bilərdilər. Regionda mühüm enerji layihələri, dəmir yolu layihələri həyata keçirilir ki, bütövlükdə bölgənin inkişafını şərtləndirir. TANAP və TAP layihələri icraya başlayandan sonra bu inkişaf daha da sürətlənəcək. Yəni Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu bu layihələr təkcə ölkəmizə deyil, region və Avropa xalqlarına da xidmət edir. Ona görə də bütün bunlarla bizim qürur duymağa haqqımız var.
- Dövlət başçısı tərəfindən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Hazırda bununla əlaqədar olaraq ölkəmizdə bir sıra mühüm tədbirlər keçirilməkdədir. Sizcə, ölkəmiz İslam həmrəyliyinin təmin olunmasına nə kimi töhfələr verməkdədir?
- Azərbaycan Şərqlə Qərb arasında bir körpüdür. Azərbaycan xalqı nadir xalqlardandır ki, həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirir. Zəngin milli dəyərlərimiz də buradan qaynaqlanır. Biz dünyada İslam ailəsinin bir parçasıyıq. Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır. Bu ölkələrlə bu münasibətlərimiz daha da inkişaf etməkdədir.
Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında da təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır.
- Sizcə, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında əməkdaşlığın güclənməsinə nə kimi töhfələr verəcək?
- Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və İslam dünyasında böyük nüfuz sahibidir, ölkəmiz İslam dini dəyərlərinin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Prezident İlham Əliyev qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Dövlətimizin başçısı bildirib ki, bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq.
Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox uğurla fəaliyyət göstərir. Xatırladım ki, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban xanım idi. Məhz onun rəhbərliyi ilə bu Oyunlar yüksək səviyyədə keçirildi. İlk Avropa Oyunları göstərdi ki, Azərbaycan ən yüksək tədbirlərə ev sahibliyi etməyə qadirdir. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının da çox yüksək səviyyədə keçiriləcəyinə əminik. Bu tədbir bir daha Azərbaycanın dünyada tanıtımı olacaq.
- Məlahət xanım, rəhbərlik etdiyiniz YAP Nəsimi rayon təşkilatı növbəti hesabat-seçki konfransına necə hazırlaşır?
- YAP-ın Nizamnaməsinə müvafiq olaraq hesabat-seçki konfransları keçirilir. YAP Nəsimi rayon təşkilatı da X konfransın ərəfəsindədir. Konfransa hazırlıq işləri demək olar ki, başa çatıb. Bütün ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Bu yığıncaqlarda bu günə qədər gördüyümüz işlərə baxış etdik, həmçinin bütün ilk təşkilatlarda konfransa nümayəndələr seçildi, təşkilati məsələlərə baxıldı.
Qeyd edim ki, YAP Nəsimi rayon təşkilatının 27 mindən çox üzvü var. Onların təxminən 40 faizi gənclər, 50 faizi isə qadınlardır. Sevindirici haldır ki, gənclər və qadınların partiyamızda təmsilçiliyi əhəmiyyətli dərəcədə artır. YAP gələcəyimiz olan gənclərə geniş imkanlar açır. Gənclər partiyamız vasitəsilə öz bilik və bacarıqlarını nümayiş etdirir, gələcək kadrlar kimi yetişirlər. Eləcə də qadınların cəmiyyətimizdə siyasi fəallığı artmaqdadır ki, bu prosesdə partiyamızın rolu xüsusi qeyd olunmalıdır.
Bilirsiniz ki, bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü tamam olur. Ötən dövrdə partiyamız şərəfli bir yol keçib. Qürurla deyə bilərik ki, artıq bu gün YAP Cənubi Qafqaz regionunun ən böyük siyasi qüvvəsidir. Partiyada cəmiyyətimizin intellektual potensialı birləşib. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, partiyamıza güclü axın var. Bu axının səbəbi isə insanlarımızın cənab Prezidentin ətrafında sıx birləşməsidir. YAP-ın hər bir üzvü Prezidentimizin uğurlu siyasətinin təbliğatçısıdırlar. YAP Nəsimi rayon təşkilatı olaraq biz də bu prosesdə hər zaman aktiv iştirak etməyə çalışırıq.

 
  • Oxunub:  11490  |  
  • Tarix:  22-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
17 Oktyabr 10:00
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
17 Oktyabr 09:58
STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur təşkil edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18