Ana səhifə »  Müsahibə »  Vüqar Rəhimzadə: Həyatımın ən yaddaqalan anı Ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşdüyüm gün olub
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Həyatımın ən yaddaqalan anı Ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşdüyüm gün olub

May ayının 24-də məşhur “91-lər”dən biri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin 50 illik yubileyidir. Bu münasibətlə yubilyar APA-ya müsahibə verib.
- Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Bu gün Siz Azərbaycan cəmiyyətində ictimai-siyasi sahədə fəal bir şəxs kimi tanınırsınız. Bu səbəbdən də haqqınızdakı məlumatlar insanlar üçün maraqlıdır. Ona görə də söhbətimizə uşaqlıq dövrünüzlə bağlı xatirələrinizlə başlamaq istərdik...
- Təbriklərinizə, xoş sözlərinizə görə təşəkkür edirəm. Qeyd edim ki, 1967-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olmuşam. Əkiz qardaşım İlqarla birlikdə çoxuşaqlı ailədə böyüyüb boya-başa çatmışıq. Uşaqlığımız maraqlı, bir qədər də çətin günlərlə yadda qalıb. Hələ o vaxt yaşayışımızı təmin etmək üçün sovxozda işləyirdik. 1988-ci ildə atam vəfat etdikdən sonra ailəmizin bütün yükü anamın çiyinlərinə düşüb. Onu da deyim ki, bizi böyüdüb boya-başa çatdıran anam o dövrdə çoxuşaqlı ana olduğuna görə “Qəhrəman Ana” fəxri adına layiq görülmüşdü. Onun “Qəhrəman Ana” qızıl medalını bu gün də qiymətli xatirə kimi saxlayırıq. Orta məktəbdə təhsil alarkən Naxçıvan Muxtar Respublikasında nəşr olunan “Zəfər”, “Şərq qapısı” qəzetlərində yazılarım çap olunurdu. Yazılarımın mövzusu məhz kənd, məktəb həyatı ilə bağlı idi. Bununla yanaşı, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan pioneri” və s. qəzetlərlə əməkdaşlıq edirdim. Hətta bir dəfə qazandığım qonorarlar hesabına 40 manata yaxın pul toplamışdım. Bu pulla da özümə velosiped almışdım. Orta məktəbdə dərslərimlə ciddi məşğul olurdum. Bir yandan təsərrüfatda işləyir, bir yandan da ali məktəbə hazırlaşırdım.
Orta məktəbi bitirdikdən sonra ovaxtkı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) axşam şöbəsinə daxil oldum. Gündüz işləmək məcburiyyətində olduğum üçün təhsilimi axşam şöbəsində davam etdirməli idim. “Azərneftkimyazavodtəmir” Trestinin 1 nömrəli Təmir-tikinti idarəsində yardımçı fəhlə işləyirdim. O dövrdə axşam şöbəsində oxuyanları hərbi xidmətə aparırdılar. Ona görə də əkiz qardaşım İlqarla birlikdə 2 illik hərbi xidmətə yollandıq. Biz üç qardaş eyni dövrdə hərbi xidmətdə olmuşuq. Bizdən böyük qardaşımız Malik o vaxt altı ay fərq ilə Murmansk vilayətinin Severmorks şəhərində hərbi xidmət keçib. Təsəvvür edin, bir ananın və atanın üç oğlu eyni vaxtda hərbi xidmətdə olub.
O zaman bizi əvvəlcə Xarkov şəhərinə, oradan isə xidməti hissəyə - İrkutsk vilayətinin Zima şəhərinin kənarında, sıx meşəlikdə yerləşən inşaat təyinatlı hərbi hissəyə aparmışdılar. Düz 7 gün qatarla yol getdik. Gəldiyimiz yer qalın meşəliklə əhatə olunmuşdu. İnşaat hissəsi olaraq, burada xidmətimiz kimya zavodunda işləmək idi. Zavodda işləmək o qədər çətin idi ki, bunu təsəvvür etmək belə mümkün deyil. Ərazidə xeyli cəzaçəkmə müəssisəsi vardı. Hara baxsaq, dustaqları görürdük. Bu zavodlarda gündüzlər məhbuslar, gecələr isə biz işləyirdik. Hərbi hissədə sərt qayda-qanun vardı. Bəzən sabaha ümidimiz belə olmurdu. Qışın kifayət qədər sərt olması da ayrı bir problem idi.
Hərbi xidmətdən qayıtdıqdan sonra məni 1 nömrəli Təmir-tikinti idarəsində yardımçı fəhlədən 3-cü dərəcəli çilingər vəzifəsinə keçirdilər. Bu dövrdə respublikada nəşr olunan bir sıra qəzetlərlə əməkdaşlıq edirdim. Yaradıcılıq fəaliyyətim nəzərə alınaraq 1989-cu ildən Trestin çoxtirajlı “Böyük kimya uğrunda” qəzetinin müxbiri vəzifəsinə təyin olundum və beləliklə, jurnalist kimi çalışmağa başladım. 1990-cı ilin iyulunda həmin qəzetin redaktoru vəzifəsinə irəli çəkildim. Yadımdadır, 120 manat əmək haqqı alırdım. 1991-ci il iyulun 10-da - “İki sahil” yarandığı gündən isə həmin qəzetin baş redaktoruyam. Bununla da fəaliyyətimi jurnalistikada davam etdirməklə uşaqlıq arzuma çatdım. Ali məktəbi bitirdim. Sonra ikinci ali təhsil aldım - Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Eyni zamanda, mətbuat mövzusunda elmi iş müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam.
- Müəyyən qədər çətin həyat yolu keçmisiniz. Bu yolda qarşılaşdığınız ən böyük çətinliklər barədə nə deyə bilərsiniz?
- Əlbəttə, insan hər yaşında həyatdan zövq almalıdır. Düzdür, çoxuşaqlı ailə olduğumuz üçün maddi vəziyyətimiz o qədər də yaxşı deyildi. Amma fəxrlə qeyd edirəm, yaxşı ki, mən o çətinlikləri və əziyyəti görmüşəm. O dövrdə axıtdığım alın təri, çəkdiyim zəhmət hesabına bu günə gəlib çıxmışam. Bilirsiniz, adamın çox arzusu, istəyi olur. Bəlkə də, gəncliyimi istədiyim kimi keçirsəydim, bugünkü uğurlarımı qazana bilməzdim. Həyat insanı yetişdirir və formalaşdırır. Təbii ki, ailəmin maddi vəziyyəti yaxşı olsaydı, bəlkə də, zəhmətin nə olduğunu bilməzdim. İnsan yalnız gərgin zəhmət hesabına məqsədlərinə çata bilər. Ona görə də əməyə, zəhmətə alışmağımda yaşadığım çətin günlərin rolu böyük olub.
Şübhəsiz, uşaqlıq illəri ömrümün ən qayğısız, gözəl illəri idi. Kənddə qoyun-quzu da otarmışam, əkin-biçinlə də məşğul olmuşam. Ömrümün ən gözəl, qayğısız illəri idi o dövr...
Hər birimiz bu dünyada axirət üçün cənnəti qazanmaq arzusu ilə yaşayırıq. Amma mənim üçün uşaqlıq illəri gözlərimin önündə cənnətin gözəl mənzərəsini canlandırır. Mənim cənnətim elə uşaqlıq illərim idi.
Bu gün də böyüyüb boya-başa çatdığım Saltaq kəndinə tez-tez gedirəm. Dünyanın çox ölkəsində olmuşam, amma mənəvi olaraq rahatlıq tapdığım məkan doğulduğum ev, həyət-baca, ata yurdumuzdur. Orada müəllimlərimlə də görüşürəm. Onların yanında özümü daim şagird kimi hiss edirəm.
- Həyatınızda, xüsusilə də uşaqlıq və gənclik illərinizdə ən yaddaqalan məqamları necə xatırlayırsınız?
- Uşaqlığımda, gənclik dövrümdə yaddaqalan anlarım çox olub. Amma mənim üçün ən unudulmaz gün 1990-cı ilin 9 oktyabr tarixidir. Bir məqamı da qeyd edim ki, qələmimi, demək olar, bütün sahələrdə sınamışam. Ümummilli lider Heydər Əliyevlə bağlı olan mövzulara isə həmişə xüsusi diqqətlə yanaşmışam. Bu baxımdan fəxr edirəm ki, mənim ilk və ən mötəbər müsahibim Ulu öndər Heydər Əliyev olub. İndiyədək yadımdadır, müsahibə 1990-cı il oktyabrın 9-u saat 19:00-da baş tutdu. Mənim həyatımın ən yaddaqalan anı dünya şöhrətli siyasi xadim, dahi insan, böyük şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevlə ilk dəfə görüşdüyüm gün olub.
Artıq 50 yaşım var. Sevinirəm ki, indiyədək yaşadığım 50 illik həyatımın 30 ilə yaxını sırf mətbuatla bağlıdır. Bu sahəyə bağlanmaq mənə çox insanları tanıdıb, əsl dostlar qazandırıb.
- Mətbuatdan söz düşmüşkən, qeyd edək ki, siz həmçinin Mətbuat Şurası İdarə Heyətinin üzvü, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müavinisiniz. Yəqin, iş qrafikiniz kifayət qədər gərgin olur...
- Bu gün Azərbaycanda mətbuata kifayət qədər diqqət və qayğı göstərilir. Xüsusi vurğulamaq lazımdır ki, istər Mətbuat Şurası, istərsə də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dövlətin bu sahədəki siyasətinə dəstək istiqamətində öz fəaliyyətlərini uğurla davam etdirir. Hər iki qurum ölkədə mətbuatın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, eyni zamanda, KİV ilə ictimaiyyət - dövlət qurumları arasında daha sıx münasibətlərin qurulması sahəsində daim fəal çalışır, bununla bağlı mütəmadi olaraq tədbirlər, görüşlər keçirilir, müzakirələr aparılır. Mən də bu qurumlarda təmsil olunan bir şəxs kimi çalışıram ki, Azərbaycan jurnalistikası daim uğur qazansın, müasirləşsin. Hesab edirəm ki, görülən bu uğurlu işlər öz bəhrəsini verir, ölkəmizdə bütün sahələr kimi, mətbuat da sürətlə inkişaf edir.
- “İki sahil” qəzetinin ölkə mətbuatındakı rolu barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, “İki sahil” 1991-ci ildə nəşrə başlayıb. Qəzetimiz hər zaman dəqiq, obyektiv, ədalətli və qərəzsiz mövqeyi ilə seçilib. Dövlətçilik və milli maraqlar naminə mübarizə aparan “İki sahil” həmişə düzgün yolda olub. Biz ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi ağır vəziyyətdən çıxarmaq üçün Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasını israrla qeyd etmişik. Göründüyü kimi, güclü, müstəqil Azərbaycanın mövcudluğu bizim düzgün, ədalətli mövqedə olmağımızın bir daha təsdiqidir. Bu gün Heydər Əliyev ideyaları yaşayır, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Təbii ki, qəzetimiz yarandığı ilk illərdə olduğu kimi, bu gün də Heydər Əliyev ideyalarının fəal təbliğatçısıdır, dövlət başçımızın yürütdüyü uğurlu siyasi kursun ən böyük dəstəkçilərindən biridir. Bununla qürur duyuruq.
Qeyd edim ki, “İki sahil” qəzeti Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən, möhtərəm Prezidentimiz İlham Əliyevin Sədrliyi ilə öz işini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və fəaliyyətində də hər zaman qətiyyətli mövqe ortaya qoyub. Bununla yanaşı, müəllifi Ümummilli liderimiz olan yeni neft strategiyasının Azərbaycanın inkişafındakı əvəzsiz rolu, adı dünyanın nəhəng şirkətləri sırasında çəkilən SOCAR-ın uğurlu fəaliyyəti ilə bağlı araşdırma və təhlili yazılar dərc etmişik və bu istiqamətdəki fəaliyyətimizi səylə davam etdiririk. Təbii ki, “İki sahil” gündəlik ictimai-siyasi qəzet olaraq daim ölkə daxilində və xaricdə baş verən hadisələri diqqətdə saxlayır, insanları doğru, dəqiq və qərəzsiz informasiya ilə təmin edir. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, “İki sahil” müasir Azərbaycan mətbuatının formalaşması və inkişafında böyük rolu olan qəzetlər sırasındadır.
- Siz mətbuatımızın kapitanlarından biri olmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüsünüz...
- Sözsüz ki, Ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin qurub yaratdığı və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu bir partiyada təmsil olunmaq böyük şərəfdir. Partiya yarandığı gündən Siyasi Şurasının üzvüyəm və eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın düşmüş olduğu faciələrdən qurtulması üçün 1992-ci ilin oktyabrında Ulu öndərimiz Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalıdan biriyəm. Bütün bunlara görə sonsuz qürur hissi keçirirəm.
- Siz həm də 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmusunuz...
- Tamamilə doğrudur. 2000-ci ildə 5 saylı Culfa-Ordubad Seçki Dairəsi üzrə seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq, II çağırış Milli Məclisə deputat seçilmişəm. Deputat olduğum 5 ildə bir çox qanun layihəsinin müzakirəsində və qəbulunda yaxından iştirak etmişəm, seçicilərimlə mütəmadi olaraq görüşlər keçirmiş, onları narahat edən problemlərin həllinə çalışmışam. Bununla yanaşı, bir çox xarici səfərlərdə olmuşam, ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmişəm. Təbii ki, bütün bunlar mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, deputat, jurnalist və ya sadə vətəndaş olmağından asılı olmayaraq, hər kəs öz xalqına, Vətəninə şərəflə xidmət etməlidir.
- Eyni zamanda, Bakı Slavyan Universitetində tələbələrə jurnalistikanın sirlərini öyrədirsiniz. Bu baxımdan daim gənclərlə ünsiyyətdə olan Vüqar Rəhimzadə onlara hansı tövsiyələri vermək istərdi?
- Birmənalı şəkildə qeyd edim ki, bu gün Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Təsəvvür edin, bu gün bizim gənclərin ən pis geyinəni o dövrün ən yaxşı geyinəni hesab olunardı. Artıq müqayisəni özünüz aparın. İndi müasir, qüdrətli dövlətimiz var. Mən vaxtilə birmərtəbəli kiçik məktəbdə oxuyurdum. İndi həmin məktəbin əvəzində müasir standartlar səviyyəsində dördmərtəbəli məktəb binası tikilib. Düzdür, bu gün ölkəmizdə kifayət qədər savadlı, qabiliyyətli, öz Vətənini, torpağını, dövlətini sevən gənclərimiz var. Lakin mövcud mükəmməl şərait, informasiya-kommunikasiya texnologiyalarının inkişafı fonunda bəzi gənclərin tənbəlliyi məni narahat edir. Gənclərin savadlı, bilikli, dünyagörüşlü olması bizim üçün ən vacib məsələlərdən biridir. Bunun üçün dövlətimiz və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb. Gənclərə tövsiyəm bu olardı ki, yaradılmış münbit şəraitdən maksimum dərəcədə, səmərəli şəkildə istifadə etsinlər, öz bilik və bacarıqlarını daha da artırsınlar. İstənilən addımı atanda, hansısa işin qulpundan yapışanda düşünsünlər ki, cəmiyyət, Vətən üçün nə fayda verəcəklər. Hesab edirəm ki, yaşından, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər bir vətəndaş ilk növbədə Vətənini, xalqını düşünməlidir.
- Vüqar müəllim, siz müxtəlif vaxtlarda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Eyni zamanda, Ali Media Mükafatı, həmçinin bir sıra digər mükafatlara layiq görülmüsünüz...
- Təbii ki, bütün bu təltiflər möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mənim kiçik xidmətlərimə verilən böyük qiymətdir. Mən dövlətimizin başçısına ürəkdən minnətdarlığımı bildirirəm. Mən bütün həyatım boyu, hər zaman dövlətimə, xalqıma şərəflə xidmət etməyi hər şeydən üstün tutmuşam. Sözsüz ki, bundan sonra da belə olacaq. Müqəddəs bildiyim, mənim üçün əsas olan bu prinsiplər daim fəaliyyətimin ana xəttini təşkil edəcək. Hesab edirəm ki, ölkəmizin gələcək inkişafı, daha güclü Azərbaycan naminə hər bir vətəndaşımız möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəs dövlət başçısının həyata keçirdiyi siyasi kursa dəstək olmalıdır.
- Maraqlıdır, işində prinsipial, qətiyyətli və tələbkar olan baş redaktor Vüqar Rəhimzadə bəs ailədə necə tanınır?
- Ailə mənim üçün ən müqəddəs anlayışlardan biridir və hər zaman ailəmə bağlı olmuşam. Demək olar ki, boş vaxtlarımı onlarla keçirirəm.
Bakı Dövlət Universitetinin məzunu olan böyük oğlum Səlim hazırda dövlətimizin müqəddəs sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqla hərbi xidmət borcunu şərəflə yerinə yetirir. Ortancıl oğlum Rauf da Bakı Dövlət Universitetində sonuncu kursda təhsil alır. Kiçik oğlum Fuad isə hələ orta məktəbdə oxuyur. Həyatda ən böyük amallarımdan biri onların sağlam, milli ruhda böyüyüb, boya-başa çatmaları, Vətənə layiq şəxsiyyət kimi yetişmələridir. Təbii ki, bunun üçün əlimdən gələni edirəm. Mənimlə yanaşı, Bakı Dövlət Universitetinin məzunu olmuş həyat yoldaşım da var gücü ilə övladlarımızın sağlam ruhda böyüməsinə çalışır. Tələbkar ata olmaqla yanaşı, heç vaxt onlardan sevgimi, qayğımı da əsirgəməmişəm. Yeri gələndə danlamışam, yeri gələndə isə əzizləmişəm. Amma hər zaman onlara həyatda ədalətli olmağı, heç vaxt doğru yoldan çıxmamağı aşılamışam.

 
  • Oxunub:  10650  |  
  • Tarix:  24-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24