Ana səhifə »  Müsahibə »  İƏT-in Baş katibi: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi beynəlxalq ictimaiyyətə mühüm mesajdır
A+   Yenilə  A-
İƏT-in Baş katibi: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi beynəlxalq ictimaiyyətə mühüm mesajdır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Əl-Osaymin AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab Baş katib, Siz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də keçirilən açılış mərasiminin iştirakçıları arasında idiniz. İlk növbədə bu mərasimlə bağlı təəssüratlarınızı bölüşmənizi istərdik. Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Hər şeydən əvvəl məni bu möhtəşəm tədbirə dəvət etdiyi üçün Zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanı açılış mərasiminin və ümumiyyətlə, bütün tədbirin uğurla keçməsi münasibətilə təbrik edirəm.
Açılış mərasimi möhtəşəm idi. Mən musiqiyə, rəqslərə, kreativliyə heyran qaldım, hər şey heyrətamiz idi. Mən tarixin və müasirliyin harmoniyasını, müsəlman dünyası üçün bu gün çox güclü mesaj olan həmrəylik mövzusunu çox bəyəndim. İslam Həmrəyliyi Oyunları təkcə müsəlman dünyasından olan idmançıları yarışmaq üçün deyil, həmçinin tamaşaçıları və kütləvi informasiya vasitələrini müsəlman dünyasının həmrəylik və dəstəyini göstərmək və öz zəngin mədəniyyəti və fərqli adət-ənənələri olan xalqları bir araya gətirmək üçün çox vacib tədbirdir. Bizim gənclərimizə ilham vermək və onları ruhlandırmaq da çox vacibdir. Düşünürəm ki, bizim müsəlman dünyasını enerji, istedad və tolerantlıq dolu göstərən bu cür istər idman, istər mədəniyyət tədbirlərimiz daha çox olmalıdır.
- Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. İslam aləminin bir çox problemlərlə, çağırışlarla üzləşdiyi bir zamanda Sizcə, Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü müsəlman dünyası üçün nə kimi müsbət nəticələr verəcək?
- Bu gün müxtəlif problemlərlə, münaqişələrlə üzləşən müsəlman dünyasının əvvəlkilərdən daha çox həmrəyliyə ehtiyacı var. Buna görə də biz Zati-aliləri Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi kimi müdrik qərarını həm İslam dünyası ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə mühüm mesaj və Azərbaycanın İƏT-ə üzv dövlətlər arasında həmrəylik və əməkdaşlığı genişləndirmək marağının təcəssümü hesab edirik. Buna görə də “İslam Həmrəyliyi İli”nin elan olunması bizim dinimizin prinsipləri və ənənələrinə əsaslanan bütün ideyalara töhfə verəcək və dünyanın qalan hissəsinə İslam ümmətinin sülh və həmrəylik yolu ilə necə idarə edilə biləcəyinə dair əhəmiyyətli mesaj göndərir. Bu yaxınlarda Bakının ev sahibliyi etdiyi, üç mindən çox idmançının bir araya gəldiyi, İslam dünyasını birləşdirən maraqlı multiidman hadisəsi - IV İslam Həmrəyliyi Oyunları da bunun konkret nümunəsidir.
Yeri gəlmişkən, qeyd edim ki, İslam Həmrəyliyi Oyunları yalnız idman tədbiri deyil, bu, həmçinin “İslam Həmrəyliyi İli”nin arxasındakı idealları gerçəkləşdirməyə xidmət edir. Bu, insanları müsbət və konstruktiv şəkildə birləşdirən bir hadisədir. Bizim İslam dünyasında bu birliyə ehtiyacımız var. İƏT-ə üzv dövlətlərdən olan idmançılar və onların nümayəndələri Bakıda bir-biri ilə sıx əlaqələr qurdular və bütün dünyaya bizim həmrəyliyimizin əhəmiyyətini nümayiş etdirdilər. Onu da xatırlatmaq lazımdır ki, Oyunlar “Həmrəylik bizim gücümüzdür” devizi altında keçirildi.
- Siz Bakıda, həmçinin Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışınızda xalqlar arasında birliyin gücləndirilməsində mədəni müxtəlifliyin vacib rol oynadığını vurğuladınız. Azərbaycan bu baxımdan da dünyaya nümunə kimi göstərilir. Artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb. Bununla bağlı fikrinizi eşitmək istərdik. Ümumiyyətlə, sivilizasiyalararası dialoqun inkişafında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Sualınızda bildirdiyiniz kimi, əlbəttə ki, xalqlar arasında birliyin gücləndirilməsində mədəni müxtəlifliyin rolunun əhəmiyyəti böyükdür. Biz düşünürük ki, bir-birini tanıması və onlar arasındakı əlaqələri inkişaf etdirə bilməsi məqsədilə müxtəlif xalqları və nəsilləri dialoq üçün bir platformada bir araya gətirməyin böyük əhəmiyyəti var. Bu kontekstdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları dünya gündəliyində vacib məsələlərdən olan mədəniyyətlərarası dialoq baxımından mühüm platformadır. İƏT Azərbaycanın xalqlar arasında dialoqun gücləndirilməsində və inkişafında rolunu yüksək qiymətləndirir. Bu təşəbbüsə dəstəyin təzahürü olaraq, Baş Katiblik 2011-ci ildən bəri keçirilən dörd forumumun hamısında iştirak edib. Bundan əlavə, Azərbaycan ötən il maraqlı tərəfdaşların mədəniyyətlərarası dialoq üçün toplaşdığı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna də uğurla ev sahibliyi edib. Bütün dünyaya qucaq açan bu tədbir sivilizasiyalar arasında dialoqu irəli aparmaqda Azərbaycanın açıq-aydın rolunu nümayiş etdirən başqa bir fəaliyyətdir. Biz yaxşı məlumatlıyıq ki, Azərbaycan tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olub. Azərbaycan əsrlərdən bəri bütün etnik qrupların və dinlərin nümayəndələrinin sülh və ahəngdarlıqda yaşadığı multietnik, çoxkonfessiyalı ölkədir. Onun coğrafiyası, tarixi və inkişafı göstərir ki, mədəniyyətlərarası dialoq ölkənin tarixinin ən mühüm aspektlərindən biridir. Həmçinin Azərbaycan tərəfindən bu davamlı səylər sülh şəraitində birgəyaşayışa, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa müsbət töhfələr verir.
- Son zamanlar ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında xeyli artım müşahidə olunur. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafı ilə bağlı gələcəkdə hər hansı bir strategiyanın, yaxud qlobal layihənin hazırlanması nəzərdə tutulurmu?
- İƏT-ə üzv dövlətlər arasında turizm sektorunun inkişafı təşkilatın müxtəlif proqramlarının məqsədlərinə nail olunmasına yönələn birbaşa kursu ilə möhkəm bağlıdır. 2000-ci ildə keçirilən turizm nazirlərinin birinci İslam Konfransından bəri turizmin inkişafı ilə bağlı nazirlərin doqquz konfransının, bir çox ekspert qruplarının görüşlərinin, seminarların təşkili İƏT-in gündəliyində turizm sahəsində əməkdaşlıq fəaliyyətlərinə daha böyük əhəmiyyət qazandırıb. Azərbaycan üzv dövlətlər arasında turizm sektorunun inkişaf etdirilməsində də böyük rol oynayır. Azərbaycan Respublikası 2006-cı ildə İƏT-ə bütün üzv dövlətlərin turizm potensialının təqdim edildiyi turizm nazirlərinin beşinci İslam Konfransına ev sahibliyi edib. Eləcə də İƏT-ə üzv dövlətlər arasında turizmin inkişafı və bu sahədə əməkdaşlıq üçün çərçivənin qəbul edilməsi üzv dövlətlər arasında turizm sektorunun yüksəlişi üçün mühüm plandır. Adıçəkilən çərçivə İƏT məkanında turizmin inkişafının təşviqi və bu sahədə birgə regional layihələrə üstünlük verilməsi məqsədini daşıyır. Bu mexanizm İƏT-ə üzv dövlətlər arasında turizm infrastrukturunun inkişafının vacib sahələrində insan kapitalının inkişafını və standartları göstərməklə həmrəyliyi gücləndirmək məqsədi daşıyır. Sevindirici haldır ki, İƏT Şəhər Turizm Mükafatı üzv dövlətlərin turizm sektoru arasında getdikcə daha da populyarlaşır. Mən Azərbaycanın müvafiq qurumlarını yeni turizm istiqamətlərinin yaradılması, eləcə də həmin şəhərlərə investisiyanın cəlb edilməsi məqsədilə 2019-2020-ci il üçün namizəd şəhərlərini Şəhər Turizm Mükafatına təqdim etməyə dəvət edirəm.
- Bu ay ərzində iki dəfə Azərbaycanda səfərdə oldunuz. Sizdə ölkəmiz, onun insanları barədə nə kimi təəssüratlar yarandı?
- Azərbaycan İƏT-in əsas üzv dövlətidir və füsunkar təbiəti, gölləri, dağları ilə çox gözəl ölkədir. Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir, insanları qonaqpərvərdir. Ölkədə müasir otellər, restoranlar fəaliyyət göstərir. Böyük turizm potensialına malik bu ölkədə ənənələrə və İslam irsinə dəyər verilir.

 
  • Oxunub:  11220  |  
  • Tarix:  31-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 10:11
Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
17 Sentyabr 10:06
Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin nümayəndə heyəti Parisdə təlim səfərindədir
17 Sentyabr 10:04
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
17 Sentyabr 10:01
Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
17 Sentyabr 09:56
Nur-Sultanda MDB-də rəqəmsallaşma sahəsinin inkişafı müzakirə edilib
17 Sentyabr 09:52
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
17 Sentyabr 09:28
“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub
17 Sentyabr 09:26
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
17 Sentyabr 09:23
Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20