Ana səhifə »  Müsahibə »  Azərbaycanda uşaq hüquqlarının təmin olunması dövlətin qarşısında duran əsas məqsədlər sırasındadır
A+   Yenilə  A-
Azərbaycanda uşaq hüquqlarının təmin olunması dövlətin qarşısında duran əsas məqsədlər sırasındadır

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, məlum olduğu kimi, hər il 1 iyun tarixi dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda dövlət uşaq siyasətinin əsas prinsipləri nədən ibarətdir?
- Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Beynəlxalq müqaviləyə ölkənin qoşulması uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdir.
Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitəmiz mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmişdir.
- Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub. Bunun nəticəsində də 1 milyondan çox insan doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qaçqın-köçkün həyatından uşaqlar da əziyyət çəkirlər. Dövlətimizin bu uşaqlara olan qayğısı haqqında nə deyə bilərsiniz?
- Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, uşaqların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarda, doğma ev-eşiklərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmur. Doğrudur, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul olunur. Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurd-yuvasından didərgin salmış təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq işğal etdiyi əraziləri azad etmək istəmir. Bu hərbi münaqişə zamanı yüz doxsan üç uşaq qətlə yetirilmişdir, yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olmuşdur. 61 uşaq itkin düşmüş, 27 uşaq isə hələ də əsirlikdədir. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır. Ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yoxdur. Ümid etmək istərdik ki, Azərbaycanın bu qaçqın-köçkün balaları yaxın, lap yaxın vaxtlarda özlərinin bu gözəl bayramlarını doğma yurdlarında qeyd edəcəklər. Buna dünyanın bütün uşaqları kimi onların da haqqı var! Və bu arzunun gerçək olması üçün ölkə başçısı cənab İlham Əliyev çox mühüm addımlar atır. Azərbaycanın Birinci vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi müşavirə də müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr olunmuşdur. Vitse-prezident bildirib ki, “Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Hazırda əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”.
Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Və bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam hər birimizdə, xüsusilə evlərindən, ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızda böyük inam yaradır.
- Azərbaycanda uşaq hüquqlarının təmin olunması istiqamətində hüquqi baza hansı səviyyədədir?
- Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Son illər ərzində rayonlarda və bölgələrdə üç mindən çox orta məktəb, altı yüzdən çox xəstəxana, tibb məntəqələri, qırx olimpiya və onlarla gənclər mərkəzi tikilib istifadəyə verilmişdir.
Müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir.
Əlbəttə ki, bu sahədə gələcək hədəflərin müəyyən edilməsi də vacib məsələlərdəndir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Uşaq Strategiyası rəy üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır.
- Hicran xanım, Heydər Əliyev Fondu daim uşaqlarla əlaqədar mühüm layihələr həyata keçirir. Bu layihələrin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Xüsusilə də “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində yüzlərlə təhsil ocağı tikilib istifadəyə verilmişdir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidənqurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Fondun prezidenti kimsəsiz və yetim uşaqlara, fiziki sağlamlığında problemi olanlara xüsusi yardım göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
- Uşaqlar hər bir millətin gələcəyidir. Bu mənada, ölkəmizdə uşaqların sağlam həyat tərzinin təmin olunması istiqamətində nə kimi tədbirlər görülür?
- Vacib məsələlərdən biri də uşaqların sağlam həyat tərzi keçirmələridir. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülür, həm bilik yarışları, olimpiadalar keçirilir, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi nəticəsində şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar. Mütəmadi olaraq, kütləvi informasiya vasitələrində uşaq hüquqları haqqında maarifləndirici verilişlər təşkil olunur, audio materiallar səsləndirilir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları, eyni zamanda, zərərçəkmiş uşaqlarla profilaktiki işi təşkil edir, onlara lazımi psixoloji və hüquqi yardımlar göstərir. Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə 2016-cı ildə mərkəzlərin nəzdində olan xidmətlərdən ümumilikdə 4351 uşaq istifadə etmişdir.
Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Bu baxımdan, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu vardır. Hər iki ildən bir keçirilən Uşaq Forumlarında uşaqlar sərbəst şəkildə mühüm problemlərə münasibətlərini bildirir, öz həmyaşıdlarının problemlərini ictimailəşdirirlər. Onların irəli sürdükləri təklif və məsələləri dövlət məmurları və parlament üzvləri ilə müzakirəyə qoyuruq. Hazırda IV Uşaq Forumuna hazırlıq gedir. Eyni zamanda, növbəti il BMT-nin müvafiq Komitəsi qarşısında Uşaq Hüquqları üzrə ölkə hesabatı veriləcək, bununla bağlı ciddi hazırlıq işləri aparılır.
Uşaqların sağlam və xoşbəxt böyüməsi həmişə aktual olmuşdur, lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Əlbəttə ki, uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri nəticəsində mümkündür. Əgər ailə dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin özəyidir. Uşaq hüquqlarının təmin olunması valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsədlər sırasındadır.
Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsün. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik.

 
  • Oxunub:  11460  |  
  • Tarix:  01-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16 Oktyabr 11:21
“YARAT”da Rusiya istehsal olan qısametrajlı filmlər nümayiş olunacaq
16 Oktyabr 11:16
Bu il Azərbaycandan 9,1 milyard kubmetrdən çox təbii qaz göndərilib
16 Oktyabr 11:08
Azərbaycan Prezidenti: Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk
16 Oktyabr 10:20
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16 Oktyabr 10:16
Professor İbrahim Öztək: Yerevanda Njdeyə heykəl qoyulması hitlerçiliyin açıq-aşkar təbliğatıdır
16 Oktyabr 10:13
Qırğızıstan mətbuatı Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 10:10
Prezident İlham Əliyev: Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir
16 Oktyabr 10:07
Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
16 Oktyabr 10:04
Azərbaycan multikulturalizmi Seulda tədris olunacaq
16 Oktyabr 10:02
Akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq məfkurəsi dayanır
16 Oktyabr 10:01
Füzulidə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib
16 Oktyabr 09:58
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür
16 Oktyabr 09:57
Qubadakı meyvə bağlarının 13 min hektardan çoxunu alma bağları təşkil edir
16 Oktyabr 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
15 Oktyabr 23:15
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
15 Oktyabr 23:05
Xarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 22:54
Dövlət Turizm Agentliyinin sədri türkiyəli jurnalist və bloqqerlər üçün təşkil olunmuş mediaturda iştirak edib
15 Oktyabr 22:46
Siyasi ambisiyalar üçün öz analarının ruhuna belə həqarət edənlər
15 Oktyabr 22:26
Koreya Respublikası Milli Assambleyasının Sədri Azərbaycana rəsmi səfərə gəlib
15 Oktyabr 22:02
Xarici jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
15 Oktyabr 20:56
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15 Oktyabr 20:51
Azərbaycan nümayəndə heyəti Avropa Ədliyyə nazirlərinin konfransında iştirak edib
15 Oktyabr 20:46
Almaniyanın “Der Freitag” qəzeti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən yazır
15 Oktyabr 20:34
Azərbaycan Konstantin Zatulinlə bağlı Rusiya XİN-ə nota göndərib
15 Oktyabr 20:31
Azərbaycanın və Özbəkistanın Təhlükəsizlik şuraları katiblərinin görüşü olub
15 Oktyabr 20:24
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Oktyabr 20:21
Baş Prokurorluqda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 20:18
Milli Məclisdə türk iş adamları ilə görüş olub
15 Oktyabr 20:08
Qazaxıstanlı nazirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar
15 Oktyabr 19:53
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Qazaxıstan mediasının diqqət mərkəzində
15 Oktyabr 19:48
İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
15 Oktyabr 19:40
Azərbaycan ilə Qırğızıstan arasında idman və gənclər sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub
15 Oktyabr 19:36
Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları genişləndirilir
15 Oktyabr 19:31
Macarıstan XİN-in başçısı türkdilli ölkələrlə əmtəə dövriyyəsinin genişlənməsindən məmnun qaldığını bildirib
15 Oktyabr 19:29
“Azərxalça”nın Lənkəran filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub
15 Oktyabr 19:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
15 Oktyabr 19:24
Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib
15 Oktyabr 19:22
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfəri başa çatıb
15 Oktyabr 19:19
Əli Əhmədov: Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir
15 Oktyabr 19:16
Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır
15 Oktyabr 19:13
YAP Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18