Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyev Sumqayıtı Azərbaycanın yeni texnologiyalar əsasında inkişaf etmiş güclü bir sənaye mərkəzinə çevirməyi strateji bir məqsəd kimi qarşıya qoyub
A+   Yenilə  A-
Prezident İlham Əliyev Sumqayıtı Azərbaycanın yeni texnologiyalar əsasında inkişaf etmiş güclü bir sənaye mərkəzinə çevirməyi strateji bir məqsəd kimi qarşıya qoyub

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev www.yap.org.az saytına müsəhibə verib:
- Muxtar müəllim, “Azərikimya”nın SOCAR-ın strukturuna verilməsindən yeddi il ötdü. Bəlkə söhbətimizin təməlini o illərə fikrən də olsa ekskurs etməklə qoyaq? Nədən başladınız, nələr dəyişdi bu 7 ildə?
- Bəli, “Azərikimya” düz 7 il bundan öncə - Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli Sərəncamı ilə SOCAR-ın tabeçiliyinə verilərək, “Azərikimya” İstehsalat Birliyi təsis olunub. Bu təsisatdan dərhal sonra insan amilini həmişə ön planda saxlayan SOCAR rəhbərliyinin göstərişinə əsasən “Azərikimya” İB-nin mövcud müəssisələrinin insanların sağlamlığına, şəhərin ekologiyasına göstərdiyi mənfi təsirlər, vurduğu zərərlər araşdırıldı, nəticələr müzakirə olunaraq zərərli və zəhərli istehsalatların fəaliyyəti dayandırıldı. Uzun illərdən bəri kimyəvi məhsullarla çirklənmiş ərazilər xüsusi proqrama uyğun olaraq təmizləndi və bu ərazilər möhtərəm Prezidentimizin Sərəncamına əsasən Sumqayıt Kimya Sənaye Parkının yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinə təhvil verildi.
Ötən dövr ərzində SOCAR-ın dəstəyi ilə “Azərikimya”nın texniki bazasının gücləndirilməsi, Etilen-polietilen zavodunda məhsul istehsalının artımına yönəldilmiş yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, yeni qurğuların tikintisi “Azərikimya” İB-də bir canlanmaya və yüksəlişə səbəb olmuşdur.
- Yəqin ki, görülən bu işlər kimyaçıların iş və məişət şəraitinə də təsirsiz qalmayıb?
- Əlbəttə, görülən işlər, həyata keçirilən tədbirlər çətin və mürəkkəb peşə adamları olan kimyaçılarımızın iş və məişət şəraitinin yaxşılaşdırılması, istehsalatda onların əməyinin və sağlamlığının mühafizəsi, təhlükəsizliklərinin təmin edilməsi sahəsində ciddi dəyişikliklərə, müsbət dönüşə nail olmağa vəsilə oldu. Ötən dovr ərzində kimyaçıların iş və əmək şəraiti xeyli yaxşılaşmış, əmək haqları 3 dəfə artırılmış, bütün işçilərlə əmək müqaviləsi imzalanmış, fərdi mühafizə vasitələri ilə təminat 100 faiz olmuşdur. SOCAR-ın tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində hər bir kimyaçının tibbi sığorta kartları ilə təmin olunması da onların sağlamlıqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sığorta müqaviləsi və kartları üzrə kimyaçılar respublikanın 40-a yaxın müxtəlif ixtisaslaşdırılmış klinikalarında istənilən vaxt pulsuz, heç bir məhdudiyyət qoyulmadan müalicə olunmaq imkanına malikdirlər.
- Hər halda “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernizasiya işləri bu sadalananlarla məhdudlaşmır. Bəlkə söhbətimizi perspektiv layihələrlə davam etdirək?
- Öncə onu diqqətə çatdırım ki, Sumqayıtı Azərbaycanın yeni texnologiyalar əsasında inkişaf etmiş güclü bir sənaye mərkəzinə çevirməyi strateji bir məqsəd kimi qarşıya qoymuş ölkə rəhbəri bu istiqamətdə mühüm, perspektivli layihələrin, tədbirlərin həyata keçirilməsi üçün dövlət dəstəyini gücləndirməkdə davam edir. Bunun əyani sübutu Azərbaycan kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq, yuxarıda da qeyd etdiyim kimi Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kimya Sənaye Parkının yaradılmasıdır. Mütərəqqi texnologiyalar əsasında inşa edilən bu Parkın yaradılmasında əsas məqsəd sənayenin özəl sektorunun, kiçik və orta biznesin inkişafına, nəticə etibarilə isə respublikamızda rəqabət qabiliyyətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə nail olmaqdır.
Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində SOCAR-ın iki qurğusu - polipropilen və yüksək sıxlıqlı polietilen zavodları inşa olunur. 2013-cü ildən təsis edilən və Kimya Sənaye Parkının rezidenti statusunu almış “SOCAR-Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Hazırda bu qurğuların tikintisi tam sürətlə gedir. Polipropilen layihəsi üzrə işlərin 75%-i, yüksək sıxlıqlı polietilen layihəsi üzrə isə işlərin 33%-i icra olunmuşdur. Polipropilen qurğusunun istismara təhvil verilməsi 2018-ci ilin birinci rübünə, polietilen qurğusunun istismara verilməsi isə 2018-ci ilin son rübünə planlaşdırılır. Ən qabaqcıl texnologiyalar əsasında tikilən qurğularda istehsal olunan polimer məhsullarının təxminən 30 faizi daxili bazar üçün nəzərdə tutulub, bu da ölkə bazarında tələbatin tamamilə təmin edilməsi və bu məhsulların xarici bazardan idxalından asılılığın aradan qaldırılması deməkdir.
Məhz “SOCAR-Polymer” layihəsi çərçivəsində tikilən polipropilen və yüksək sıxlıqlı polietilen qurğularını xammalla təmin etmək zərurəti “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda “EP-300” istehsalatının modernizasiyası, rekonstruksiyası, yeni qurğularının və köməkçi istehsalatların tikintisinə ehtiyac yaratmışdır. Məlum olduğu kimi, SOCAR və “SOCAR Polymer” MMC arasında xammal təchizatı barədə imzalanmış müqaviləyə əsasən tikilməkdə olan polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı qurğuları 2018-ci ildən başlayaraq dayanıqlı olaraq tələb olunan miqdarda və keyfiyyətdə propilen, etilen, hidrogen xammalları və enerjidaşıyıcılarla “Azərikimya” İB-nin “EP-300” qurğusunun məhsulları əsasında təmin ediləcəkdir.
- Mövcud istehsalatların modernizasiyası və rekonstruksiyası, yeni istehsalat qurğularının və köməkçi istehsalatların tikintisi deyəndə əsas etibarilə nələr nəzərdə tutulur?
- Yuxarıda da qeyd etdiyim kimi, bu layihələrin icrası bir neçə mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə “EP-300” qurğusunda mövcud propan-propilen fraksiyasının ayrılması bölməsinin yenilənməsi ilə məhsuldarlığın 135 min ton/ildən 190 min ton/ilə yüksəlməsi, Bakı Neft Emalı zavodundan gələn propan propilen fraksiyası xammalının zərərli qarışıqlardan təmizlənməsi qurğusunun tikintisi, hidrogenin zənginləşdirilməsi qurğusunun tikintisi ilə hidrogenin qatılığının 90%-dən 99,9%-ə çatdırılması, “EP-300” istehsalatında pnevmatik idarəetmə sisteminin yeni müasir sistemlə əvəz olunması nəzərdə tutulur. Növbəti mərhələdə “EP-300” qurğusunda 4 yeni soba inşa ediləcək, butan-butilen fraksiyasının tam hidrogenləşdirilməsi qurğusu tikiləcək, selektiv hidrogenləşmə blokunun reaktorları yenisi ilə əvəz olunacaq, kompressorlar rekonstruksiya olunmaqla optimallaşdırılacaq, etilen və propilenin saxlanılması üçün yeni bullet tipli anbar tikiləcək. Son mərhələdə isə nəzarət ölçü cihazları və texniki hava istehsalı qurğusu tikiləcək, “EP-300” istehsalatında yeni rəqəmsal idarəetmə sisteminin tətbiqi başa çatdırılacaq, köməkçi qurğuların və infrastrukturun modernizasiyası - enerji effektivliyinin artırılması, xammal və məhsul anbarlarının genişləndirilməsi, kommunikasiya xətlərinin təkmilləşdirilməsi işləri həyata keçiriləcəkdir. Əsas hədəf də mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək polipropilen və yüksək sıxlıqlı polietilen istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsi, eləcə də EP-300 istehsalatının effektivliyinin artırılmasıdır.
İcrasına start verilən digər bir layihəmiz də var. Bu layihə 16 il bundan öncə yapon texnologiyası ilə tikilib istifadəyə verilmiş buxar-generator kompleksi ilə bağlıdır.
- “Azərikimya” İstehsalat Birliyində kadr problemi öz həllini necə tapır?
- “Azərikimya”da kadr hazırlığı və işə qəbul məsələsi həmişə prioritet məsələlərdən olmuşdur. “Azərikimya” İB ixtisaslı fəhlə kadrlarına olan tələbatını, əsas etibarilə, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıtdakı Təlim-Tədris Mərkəzində sifariş əsasında müxtəlif ixtisaslar üzrə hazırlanan gənclər hesabına ödəyir. Ali təhsilli kadrlara olan tələbatımız isə respublikamızda fəaliyyət göstərən və kimya sənayəsi üçün kadrlar hazırlayan ali təhsil ocaqlarının məzunları hesabına ödənilir. Biz bir neçə ildir ki, bu ali təhsil ocaqları ilə qarşılıqlı faydalı əməkdaşlıq etməklə, bu universitetlərin tələbələri arasında apardığımız müsahibələr əsasında seçimlər edir, onların Birliyimizin müəssisələrinin müxtəlif istehsalatlarında həm ödənişli, həm də ödənişsiz yay təcrübələrini təşkil edir, növbəti mərhələdə isə onlar tərəfimizdən Türkiyənin “Petkim Petrokimya Holding” şirkətinə praktikaya göndərilirlər. Nəticə etibarilə isə SOCAR-ın İnsan Resursları Departamentində test imtahanlarından keçərək yüksək bal toplayanlar “Azərikimya”ya işə qəbul olunur.
- Respublikamız, xüsusən də kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən müəssisələrdən biri də əsasən azot gübrəsi istehsalı üçün nəzərdə tutulmuş Karbamid zavodunun tikintisidir. Bu layihə ilə bağlı nə demək istərdiniz?
- Sizin də qeyd etdiyiniz kimi, hazırda Sumqayıtda həyata keçirilən böyük layihələrdən biri də Karbamid zavodunun tikintisidir. Zavodun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Layihə üzrə “Samsung Engineering Co, Ltd.” şirkəti Mühəndislik, Satınalma və Tikinti podratçısı seçilmişdir. Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara verilməsi isə gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq.
- “Azərikimya”da istehsal olunan məhsulların ixrac coğrafiyası ilə bağlı nələri söyləmək olar? Tələbat azalmayıb ki?
- Məhsullarımızın ixrac coğrafiyası genişdir. Tələbat nəinki azalmayıb, əksinə bir az da artıb. İxrac üçün əsas hədəf bazarları Türkiyə, Qərbi Avropa, MDB ölkələri, Çin və s. hesab olunur. Türkiyənin “Petkim Petrokimya Holding” şirkəti ilə səmərəli əməkdaşlıq və inteqrasiya əlaqələrinin qurulmasının real nəticəsi olaraq Birliyin istehsal etdiyi kimyəvi məhsulların xarici bazarlarda, xüsusilə də Avropa ölkələrində satış şəbəkəsi hazırda daha da genişlənməkdədir. Bu məqsədlə diversifikasiya prinsipi əsas götürülərək, son dövrlərdə kimya məhsullarımızın dünya bazarına ixracının əsas istiqamətlərindən biri kimi Gürcüstanın Kulevi terminalından, Batumi və Poti limanlarından istifadə edilir. Bakı-Tbilisi-Qars dəmir yolu da Birliyimizin neft-kimya məhsullarının Türkiyəyə, oradan da Avropa və dünya bazarına çıxarılmasında mühüm rol oynayacaq.
- Bəs ekoloji məsələlər “Azərikimya”da öz həllini necə tapır?
- Təbii ki, həyata keçirilən yenidənqurma və modernizasiya işləri özünü istər-istəməz ekoloji problemlərin həllində əsaslı şəkildə göstərir. Belə ki, “Azərikimya” İB-nin idarə və müəssisələrində ekoloji tarazlığı qoruyub saxlamaq, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasını minimuma endirmək məqsədilə mütəmadi olaraq tədbirlər planı hazırlanaraq, səmərəli ekoloji layihələr həyata keçirilir. Müəssisələrdə davamlı ekoloji monitorinqlər aparılır, su, torpaq və atmosfer havasından nümunələr götürülərək təhlil olunur, çirklənmə dərəcəsi müəyyənləşdirilərək, müvafiq qabaqlayıcı tədbirlər görülür. Bu istiqamətdə atılan addımlardan, icra olunan layihələrdən biri də gündəlik gücü 2600 m3 olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. Bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədilə istifadə olunmasıdır.
- Söhbətimizin məntiqi yekunu kimi, toxunmaq istədiyiniz bir məsələ varmı?
- Sonda bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, istər Sumqayıtda, istərsə də respublikamızın digər bölgələrində sənaye parklarının yaradılmasında, yeni, müasir müəssisələrin inşa olunmasında əsas məqsədlərdən biri özəl sektorun inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Bu, bir faktdır ki, hər hansı bir sahəyə xarici və yerli investorların cəlb edilməsi üçün əsas amillər əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, mürəkkəb prosedurların sadələşdirilməsi, layihənin maliyyələşdirmə imkanları, ən başlıcası isə dövlət dəstəyidir. Bütün bu deyilənlər Sumqayıt Kimya Sənaye Parkında nəzərə alınıb və Parkın modeli formalaşdırılarkən dünyadakı bir çox uğur qazanmış sənaye parklarının təcrübəsi öyrənilib.

 
  • Oxunub:  12660  |  
  • Tarix:  02-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA