Ana səhifə »  Müsahibə »  Turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir
A+   Yenilə  A-
Turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, ölkəmizdə son dövrlərdə qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı aqrar sahənin inkişafında da xüsusi əhəmiyyət daşımaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Son bir neçə ildə dünyada hökm sürən qlobal maliyyə böhranı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşması qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsini olduqca zəruri edirdi. Bu baxımdan son 13 ildə neft gəlirlərindən istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük nikbinlik doğurur. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft sektorunu, dolayısı ilə kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradır.
Ötən illərdə ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində infrastruktur quruculuğuna böyük diqqət göstərilib. Hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer alır. Təkcə bu il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Azərbaycanda iqtisadi sahədə həyata keçirilən bu və ya digər məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf edib, ölkənin ixrac potensialı artıb. Əgər bir vaxtlar ölkə iqtisadiyyatında neft sektorunun çəkisi təxminən 80 faiz civarında idisə, hazırda bu nisbət qeyri-neft sektorunun xeyrinə dəyişib. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. O ki qaldı konkret olaraq kənd təsərrüfatının inkişafı məsələsinə, bu ilin aprelində ölkə Prezidentinin Sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının müşavirəsində də səsləndirildiyi kimi, artıq Azərbaycan dünyada öz aqrar məhsulları ilə tanınıb şöhrət tapmaqdadır. İxracın təşviqi üzrə qəbul edilən qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin icrası uğurla davam etdirilir. Ən əsası isə pambıqçılıq və baramaçılığın inkişafı yönündə atılan addımlar təqdirəlayiqdir. Bu gün ölkəmizdə bu sahələrlə məşğul olmaq istəyən sahibkarlara yaxından kömək göstərilir. Əminəm ki, yaxın gələcəkdə kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar öz real nəticələrini ortaya qoyacaq və aqrar sahənin qeyri-neft sektorundakı payı daha da artacaq.
- Ölkəmizdə qeyri-neft sektorunun digər sahələrinin inkişafı istiqamətində də real addımlar atılır, bu yöndə qanunvericilik bazası gücləndirilir. Yeri gəlmişkən, bu yaxınlarda “Turizm haqqında” yeni qanun layihəsi parlamentdə iki oxunuşda qəbul edilib. Turizm mövsümünün başlandığını nəzərə alsaq, bu sahədə hansı irəliləyişləri qeyd edə bilərsiniz?
- 2004-cü ildən bu yana həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə yüksək səviyyəli infrastruktur formalaşdırılıb. Bütün kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmini, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönümündə addımlar atılır. Yəni regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir. Ötən ay Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı da vurğulanıb ki, Azərbaycana mart-may aylarında gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Eləcə də ötən il səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat olub. Turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir.
Göründüyü kimi, bu kifayət qədər yüksək rəqəmdir və turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq məsələsində öz müsbət effektini göstərir. Cəlbedicilik baxımından isə paytaxt Bakı ilə yanaşı digər bölgələrimiz də xarici turistlər üçün maraq kəsb edir. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi də xarici ölkələrin vətəndaşlarının ölkəmizə marağını artıran amillər sırasındadır.
- Azər müəllim, digər bir məsələ haqqında da fikirlərinizi bilmək istərdik. Parlament “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun qəbul edib. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyətini daha da inkişaf etdirmək üçün hansı addımların atılması zəruridir?
- Ölkəmizin uğurlu iqtisadi-sosial inkişafı, dünyanın siyasi palitrasındakı yeri yeniləşməyə, modernləşməyə stimul verən əsas amillərdəndir. Bu mənada, bələdiyyə institutlarının iş prinsipində, onlarla bağlı qanunvericilikdə də zaman-zaman təkmilləşməyə ehtiyac duyulur. Azərbaycanda bələdiyyələr inkişaf yolundadır. O cümlədən bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edirlər. Azərbaycanda bələdiyyələr fəaliyyətə başladığı 1999-cu ildən etibarən regionların sosial-iqtisadi inkişafına öz töhfələrini verməkdədirlər.
Yerli özünüidarəetmə orqanları ötən dövr ərzində böyük təcrübə qazanıblar. Məhz bunun nəticəsidir ki, bələdiyyələrimiz fəaliyyətlərində xeyli uğurlar əldə ediblər. Bu gün çox uğurlu sosial-iqtisadi layihələr həyata keçirən bələdiyyələrimiz var ki, onların bu işi əhali tərəfindən yüksək qarşılanır. Təbii ki, yerli özünüidarəetmə orqanları yerli məsələlərlə məşğul olduqları üçün onların işi insanlar tərəfindən daim diqqətlə izlənilir. Sevindirici haldır ki, bələdiyyələrlə əlaqədar mükəmməl qanunvericilik bazası da yaradılıb. Zərurət yarandıqca, bu sahə ilə bağlı qanunlar təkmilləşdirilir, yeni qanunlar qəbul olunur. Bu baxımdan, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” yeni qanun da əhəmiyyətlidir. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi yerli özünüidarəetmə orqanlarında nizam-intizamı, bütövlükdə iş keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Ümumiyyətlə, hər bir dəyişiklik, hər bir yenilik bələdiyyələrin həyatında müsbət mənada əhəmiyyət kəsb edir. Bələdiyyə qulluqçularının etik davranış qaydaları məsələsi olduqca vacib məqamlardandır ki, müvafiq qanunda bu məsələ öz əksini tapıb. Vurğulayım ki, hər bir bələdiyyə üzvü öz üzərində işləməlidir. Peşəkarlığının, o cümlədən fərdi məsuliyyətinin artırılması, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşılması, işgüzar nüfuza hörmət kimi nüanslar mütləq şəkildə nəzərə alınmalıdır. Ən əsası isə qarşısındakı şəxslərlə mədəni davranış qaydalarına riayət olunmalıdır. Bu əsas məqamdır. Prezident İlham Əliyev də vurğulayıb ki, bütün məmurlar xalqın yüksək etimadını doğrultmalıdır. O cümlədən də bələdiyyə üzvləri onları seçən insanların problemlərinin həlli ilə məşğul olduqları zaman etik davranış qaydalarına riayət etməlidirlər.

 
  • Oxunub:  13350  |  
  • Tarix:  09-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA