Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP Avropa Xalq Partiyası ilə əməkdaşlığa böyük önəm verir

YAP Avropa Xalq Partiyası ilə əməkdaşlığa böyük önəm verir

09.07.2009 [10:32]

Milli Məclisin deputatı Asəf Hacıyev www.yap.gov.az saytına müsahibə verib:
- Asəf müəllim, bu yaxınlarda xarici səfərdə olmusunuz və Avropa Xalq Partiyasının tədbirində iştirak etmisiniz. İstərdik ki, bu səfər haqqında ətraflı məlumat verəsiniz...
- 1-3 iyul tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində səfərdə oldum. Səfərdə məqsəd dediyiniz kimi, Avropa Xalq Partiyasının tədbirində iştirak etmək idi. Qeyd edim ki, Avropa Xalq Partiyası Avropa Birliyinin (AB) ən böyük qrup partiyasıdır. Avropa Xalq Partiyasına AB-yə üzv olan dövlətlərin sağ-mərkəz yönümlü siyasi partiyaları üzvdür. Bu qrupa Avropanın 39 ölkəsini təmsil edən 71 partiya daxildir. Onların arasında 18 hökumət başçısı təmsil olunur. Almaniyanın Baş naziri Angela Merkelin təmsil olunduğu Xristian Demokrat Partiyası, eləcə də, Fransa prezidenti Nikola Sarkozinin “Xalq Hərəkatı Uğrunda Birlik” partiyası, İtaliyanın Baş naziri Silvio Berluskoninin “Azadlıq Xalqı” partiyası da bu qrupun üzvləridir. Avropanın İspaniya, Portuqaliya, Niderland, İsveç kimi dövlətləri də bu qrupda təmsil olunurlar. ümumiyyətlə, bu təşkilat Avropada çox böyük nüfuza malik olan qrup partiyasıdır.
- Avropa Xalq Partiyasına üzvlük məsələsində hansı prinsiplər əsas götürülür?
- Qrupun nizamnaməsinə görə, bu partiyaya tamhüquqlu üzv kimi Avropa Birliyi dövlətlərinin təmsilçiləri daxil ola bilər. Amma digər dövlətlər isə müşahidəçi statusunda təmsil olunmaq imkanına malikdir. Belə ki, Avropa Birliyinin üzvü olmayan yeddi ölkədən sağ-mərkəz istiqamətli siyasi qüvvələr bu partiyada müşahidəçi qismində iştirak edirlər. Məsələn, MDB-dən Ukrayna Prezidenti Viktor Yuşşenkonun və Baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi partiyalar qrupda müşahidəçi statusundadır. Bundan başqa, Albaniya, Belarus, Bosniya-Hersoqovina, Türkiyə kimi dövlətlərin də partiyaları Avropa Xalq Partiyasında müşahidəçi kimi təmsil olunurlar.
- Azərbaycanda ən böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası da Avropa Xalq Partiyasına müşahidəçi statusu ilə üzv olmaq niyyətindədir. YAP-ın bu təşəbbüsü qarşı tərəfdə necə dəyərləndirilir?
- Bəli, YAP-ın qrupa daxil olması üçün danışıqlar aparılır. Bu yaxınlarda qrupun ATƏT Parlament Assambleyasında təmsilçilərinin yeni rəhbəri seçildi. Bu, ATƏT Parlament Assambleyasında İsveç nümayəndə heyətinin başçısı Valburqa Habsburq Duqlasdır. Onunla görüşüm zamanı əsas müzakirə mövzusu YAP-ın bu qrupda müşahidəçi kimi təmsil olunması məsələsi idi. Partiyamızın Avropa Xalq Partiyasına qoşulmaq istəyi müsbət qarşılandı, amma bu məsələ qısa zamanda həll olunmur, müəyyən qədər vaxt lazımdır. Artıq YAP tərəfindən lazımi sənədlər də təşkilata təqdim edilib. Mən görüş zamanı partiyamızın rəhbərliyinin dəvətini qarşı tərəfə çatdırdım və dəvət məmnuniyyətlə qəbul olundu. Onu da qeyd edim ki, YAP-ın qrupda müşahidəçi statusu ilə iştirakı məsələsi Avropa Xalq Partiyasının Bürosunun cari ilin payızında keçiriləcək toplantısında gündəmə gələ bilər.
- ümumiyyətlə, Avropa Xalq Partiyasına müşahidəçi statusu ilə qoşulmağın YAP üçün önəmi nədən ibarətdir?
- Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçib. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlara imza atır. YAP nəinki ölkəmizin, eyni zamanda, Cənubi Qafqaz bölgəsinin ən böyük siyasi təşkilatıdır. Bilirsiniz ki, partiyamızın geniş beynəlxalq əlaqələri mövcuddur. Dünyanın bir sıra nüfuzlu partiyaları ilə ikitərəfli və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlıq edirik. Bu baxımdan çox nüfuzlu Avropa Xalq Partiyasında müşahidəçi statusu ilə təmsil olunmaq böyük əhəmiyyət kəsb edir. Bu, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi ilə yanaşı, YAP-ın fəaliyyəti haqqında da Avropaya geniş bilgilər verəcək.
- Bəs, Avropa Xalq Partiyasının ATƏT Parlament Assambleyası çərçivəsində keçirilən iclasında hansı məsələlər müzakirə edildi?
- Qrupun iclasında ayrı-ayrı ölkələrdən müxtəlif partiyaların nümayəndələri iştirak edirdi. İclasda qrupun ATƏT-də gələcək fəaliyyəti müzakirə olundu. Bundan başqa, onu da deyim ki, ATƏT-də komitə sədrləri və müavinləri seçkisi olarsa, qrup bu məsələni müzakirə edir. Əgər qrupun namizədləri olarsa, bütün üzvlər həmin namizədlərə səs verirlər. Bu baxımdan gələcəkdə YAP qrupa daxil olarsa və nümayəndələrimiz həmin seçkilərdə iştirak edərsə, qrup onları dəstəkləyəcək.
- Asəf müəllim, səfəriniz zamanı ATƏT Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə də görüşünüz olub. Bu görüş haqqında nə deyə bilərsiniz?
- Qeyd edim ki, Qoran Lenmarker də Avropa Xalq Partiyasının üzvüdür. Lenmarker ATƏT-in Parlament Assambleyasının sessiyasının gedişi zamanı Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətlərindən ibarət görüş təşkil etdi. Görüşdə Dağlıq Qarabağ problemi əsas müzakirə mövzusu oldu. Söhbət zamanı Ermənistan nümayəndə heyətinin üzvlərindən biri dedi ki, Azərbaycan Dağlıq Qarabağla birbaşa müzakirələrə başlamalıdır. Təbii ki, onun cavabı dərhal verildi. Bildirildi ki, Dağlıq Qarabağda iki icma yaşayır. Azərbaycanlı icması Dağlıq Qarabağda həmişə olub və bundan sonra da olacaq. Dəfələrlə qeyd olunub ki, danışıqların müəyyən mərhələsində hər iki icma prosesə qoşulacaq. Bizim mövqeyimiz dəyişilməz olaraq qalır. Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan hər zaman danışıqlar aparmağa hazırdır. Bu fikir də səsləndirildi ki, ATƏT-ə daxil olan dövlətlərdən biri, yəni, Ermənistan istisna olmaqla, digərləri praktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün bunlar göstərir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. ümumiyyətlə, son proseslər münaqişənin həllinə ümidləri artırır. Prezident İlham Əliyev bu günlərdə danışıqların bəzi detallarını açıqladı. Bu açıqlamalarda ölkəmizin prinsipial mövqeyi xüsusi vurğulandı. Münaqişənin mərhələli həlli milli maraqlarımıza cavab verir. Biz tezliklə torpaqlarımızın işğaldan azad olunmasını və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını arzu edirik.


Paylaş:
Baxılıb: 1123 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30