Ana səhifə »  Müsahibə »  Azərbaycan Həmkarlar İttifaqları Ulu Öndərin ideyalarına həmişə sadiqdir
A+   Yenilə  A-
Azərbaycan Həmkarlar İttifaqları Ulu Öndərin ideyalarına həmişə sadiqdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev www.yap.org.az saytına müsahibə verib:
- Səttar müəllim, bu günlərdə ölkəmizin hər yerində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunur. Siz Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində yeri və əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş günü ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, Onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur.
Böyük bir imperiyanın çökməsi səbəbindən XX əsrin sonlarına doğru yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Həmin dövrdə hakimiyyəti ələ keçirmiş səriştəsiz insanların xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmışdı. Xaos və anarxiya ölkəni bürümüşdü. Qarşıdurma vətəndaş müharibəsi dərəcəsinə yüksəlmişdi.
Belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev yerinə yetirməyə qadir idi. Bunu xalq yaxşı bilirdi. Ona görə də  təkidlə öz böyük xilaskarını ikinci dəfə, yəni iyunun 15-də hakimiyyətə qaytardı. Bununla da xalqımız müstəqilliyimizi məhv olmaq təhlükəsindən birdəfəlik xilas etdi.
Heydər Əliyevin qayıdışı ilə hakimiyyətsizliyə son qoyuldu, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar ünsürlər cəmiyyətdən tədric edildi, nizami silahlı qüvvələr yaradıldı, dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem quruldu. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi. Demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi. Beləliklə, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi faktiki təmin olundu.
Ümummilli liderin əsasını qoyduğu iqtisadi, sosial islahatlar onun layiqli davamçısı İlham Əliyev tərəfindən müasir sivilizasiyanın tələbləri səviyyəsində davam etdirildi. Deyirlər görünən dağa nə bələdçi. Ümummilli liderin bizə miras qoyduğu müstəqil dövlətimizin uğurları göz qabağındadır. İqtisadi artıma, sosial duruma görə regionda liderik.  Mədəniyyətimiz, idmanımız yaxın, uzaq ölkələrdə brendə çevrilib. Paytaxtımız Avropanın, Asiyanın ən gözəl meqapolisləri cərgəsindədir. Bölgələrimiz abadlaşır. Azərbaycan turizm məkanına çevrilməkdədir.
Artıq vətəndaş cəmiyyəti formalaşması prosesi başa çatmaqda, demokratik proseslər, mətbuat, söz azadlığı irəliləməkdədir.
-Məqalələrinizdə, çıxışlarınızda dəfələrlə xatırladırsınız ki,  Ulu öndərin qayıdışı ilə Azərbaycan həmkarlar ittifaqlarının da həyatında tarixi dönüş oldu. Bu fikrin davamı kimi nə demək istərdiniz?
- Ümumiyyətlə, həmkarlar ittifaqları hər zaman ümummilli liderin qayğısını öz üzərində hiss edib.  Azərbaycan həmkarlar ittifaqları ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirib. Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında ümummilli liderin prezidentliyə namizədliyini irəli sürmüşdü.
Xatırladım ki, 1993-cü ilin yayında respublikada vəziyyət gərgin olaraq qalırdi. İyunun 4-də baş vermiş hadisələr vəziyyəti daha da pisləşdirmişdi. Ölkəmiz parcalanmaq, dövlətimiz məhv olmaq üzrə idi. Belə bir təhlükə həmkarlar ittifaqının da başının üstünü almışdı. Heydər Əliyev bu təhlükənin qarşısını qansız-qadasız aldı. Bu işdə həmkarlar iittifaqları da ümummilli liderin yanında oldu.
1993-cü ildə Azərbaycanın cənub bölgəsində gərgin vəziyyət yaranmışdı. Heydər Əliyevin respublikanın bütövlüyünü, dövlətçiliyini qorumaq sahəsində yeritdiyi siyasəti müdafiə edən AHİK-in "Azərbaycan Respublikasının cənub regionunda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar bəyanat"ında  deyilirdi: "AHİK, bu çoxsaylı təşkilatın minlərlə üzvü respublikanın cənubunda gedən hadisələri böyük təşviş və həyəcan hissi ilə izləyir. Qeyd edirik ki, son vaxtlar Azərbaycanda bir sıra qüvvələr öz siyasi məqsədlərini həyata keçirmək üçün vətəndaşların sosial-iqtisadi hüquqlarını qorumaq bəhanəsi altında millətçi, separatçı hərəkata başlamışlar. Azərbaycan həmkarlar ittifaqları birmənalı qeyd edir ki, bu cür hərəkat siyasi avantüralardan başqa bir şey olmayıb, vətəndaşların sosial-iqtisadi hüquqlarının daha da pozulmasına, Azərbaycanda həmkarlar ittifaqları qüvvələrinin parçalanmasına, zəhmətkeşləri öz haqlı tələblərini müdafiə etmək yolundan yayındırmağa aparır.
Bu gün belə avantürist ideyaların ortaya atılması yalnız xalqın parçalanmasına, böhranın dərinləşməsinə, hərbi uğursuzluqların davam etməsinə, ən başlıcası isə respublikanın qardaş xalqları arasında milli münasibətlərin pozulmasına xidmət edir. Azərbaycan zəhmətkeşlərini sayıq olmağa, siyasi oyunçuların əlində alət olmağa yol verməməyə çağırırıq".
1994-cü il fevralın 24-də "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir. "Həmkarlar ittifaqları haqqında" qanunun qəbul edilməsi təşkilatımızın səmərəli fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə, məzmununa görə təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Heydər Əliyevin Prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi.
Hamıya məlumdur ki, ümummilli liderin 1994-cü il 5 oktyabr dövlət çevrilişi cəhdləri ilə bağlı xalqa müraciətinə AHİK həmrəyliklə cavab vermişdi. Bu hadisələrlə bağlı  "Dövlətçiliyimizi qorumaq naminə" adlı müraciət qəbul edilmişdi. Müraciətdə respublikanın paytaxtında baş vermiş hadisələr dövlətçiliyimizə, müstəqilliyimizə zərər vuran hadisə kimi pislənmişdi.
Heydər Əliyevin uğurlu xarici siyasəti türk dünyasında yüksək qiymətləndirilmiş, 1999-cu ildə ona türk dünyasının ən mötəbər mükafatı - Beynəlxalq Atatürk Sülh mükafatı verilmişdi. Bu hadisə həmkarlar ittifaqı təşkilatları üzvləri tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Bununla əlaqədar, 1999-cu il noyabrın 5-də AHİK-də respublikada fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrinin toplantısı keçirilmişdi.
Ulu öndər Azərbaycan həmkarlar ittifaqlarının əməkçilərin hüquqi və sosial mənafelərini müdafiə etmək sahəsində fəaliyyətlərini yüksək qiymələndirmişdir. Onun AHİK-in 1998-ci ilin fevralında keçirilmiş birinci qurultayının iştirakçılarına müraciətində deyilirdi: "Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir".
2003-cü il fevralın 5-6-da AHİK-in II qurultayının iştirakçılarına müraciətində də  Ümummilli lider əmin olduğunu bildirirdi ki, həmkarlar ittifaqları dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini yenidən təşkil edəcək, Azərbaycan Respublikasında demokratik, azad cəmiyyətin, insanların firavan həyatının bərqərar olması yolunda gələcəkdə də ön sıralarda addımlayacaqdır.
AHİK-in II qurultayının nümayəndələri isə Heydər Əliyevə müraciət qəbul etmiş, həmkarlar ittifaqlarına göstərdiyi qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirmişdilər. Fevralın 6-da Heydər Əliyev Prezident sarayında həmin qurultayda iştirak edən xarici həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrini qəbul etmiş və görüşdə "Azərbaycan həmkarlar ittifaqlarının qurultayını ölkənin ictimai-siyasi həyatında mühüm hadisə adlandırmışdı".
Bu gün Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar ittifaqları ailəsinin bərabərhüquqlu üzvü kimi cəmiyyətdə yüksək nüfuza malik olmaqla öz missiyasını layiqincə icra edir. Bunu 2013-cü ildə AHİK-in keçirdiyi IV qurultay bir daha sübut etdi. Ulu öndərin layiqli varisi  Prezident İlham Əliyevin qurultay iştirakçılarına göndərdiyi təbrikdə deyilirdi: "Bir əsrdən çox tarixə malik olan Azərbaycan Həmkarlar İttifaqları müstəqillik illərində daha da inkişaf etmiş, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur".
Mənə elə gəlir ki, bizim üçün bundan yüksək qiymət ola bilməz!
- Dediyiniz kimi, Ulu öndər həmkarlar ittifaqlarını işçilərin mənafeyinin, əmək hüquqlarının, sosial problemlərinin həllində mühüm rol oynayan başlıca qüvvə kimi görürdü…
- Yuxarıda dediyim kimi, Ümummilli lider  vətəndaşların qanuni mənafeyini, əmək hüquqlarını qoruyan, sosial problemlərinin həllində mühüm rol oynayan, zəngin tarixi keçmişə malik həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə daim diqqət və qayğı göstərmişdir. Azərbaycanda Heydər Əliyev epoxasının başlanması təşkilatımızı yeni inkişaf mərhələsinə çıxardı, onun cəmiyyətdəki yerini və rolunu gücləndirdi.
Bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən əksər müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməyə çalışır, sosial siyasətin həyata keçirilməsinə önəmli dəstək verirlər.
Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin  diqqət və qayğısı sayəsində ölkəmizdə həmkarlar ittifaqlarının qanunvericilik bazası daha da təkmilləşdirilmiş, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi respublikamızın dünyada nüfuzunun yüksəlməsində də fəal iştirak edir, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın dərinləşməsinə və inkişafına öz töhfələrini verir.
Bu gün möhtərəm Prezident cənab İlham Əliyevin apardığı siyasətin məqsədi ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, dayanıqlı inkişafa və ilk növbədə Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına nail olmaqdır. Məhz buna görə də mükəmməl işlənib hazırlanmış bütün dövlət proqramlarında sosial məsələlərin həlli nəzərdə tutulur, maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda sosial infrastrukturun yaradılması istiqamətində tədbirlər müəyyənləşdirilir.
 Sosial sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkə əhalisinin güzəranı daha da yaxşılaşmış, sosial obyektlərin tikintisi və istifadəyə verilməsi sürətlənmiş, məşğulluq probleminin həllində böyük irəliləyişə nail olunmuş, aztəminatlı ailələrin sosial müdafiə mexanizmi işlənib hazırlanmışdır. Son illərdə dərin maliyyə böhranı nəticəsində bir sıra ölkələrdə iqtisadiyyaınt tənəzzülə uğradığı və sosial gərginliyin artdığı, əhalinin sosial təminatı məsələlərinin diqqətdən kənarda qaldığı halda, respublikamız qlobal böhranın təsirindən qorunur, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilir, əməyin və sağlamlığın mühafizəsi, bütün kateqoriyadan olan işçilərin əməkhaqlarının və təqaüdlərin artırılması istiqamətlərndə mühüm addımlar atılır.
Ulu öndər Heydər Əliyevin dövlətçilik və humanizm ideyalarının həyata keçirilməsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da mühüm xidmətləri vardır. O, ali dövlət vəzifəsinə təyin edilənədək də Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi istər ölkəmizdə, istərsə xaricdə bu ideyaların gerçəkləşməsi istiqamətində böyük fədakarlıqlar göstərmişdir. Birinci vitse-prezident vəzifəsində Mehriban xanımın ilk rəsmi qəbulunu ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş hərbçilərlə keçirməsi, onların problemlərinin həlli üçün konket tədbirlər görməsi Azərbaycan dövlətinin öz vətəndaşlarına sosial qayğısının bariz təzahürlərindəndir.
Azərbaycan həmkarlar ittifaqları təşkilatları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının həyata keçirilməsində öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Vətəndaş cəmiyyətinin fəal təsisatlarından biri kimi çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası — ölkənin ən kütləvi ictimai təşkilatı vətəndaşların hüquq və mənafelərinin daha dolğun müdafiəsi üçün bütün imkanlarını səfərbər edəcək, daim əməkçi insanların yanında olacaqdır.
Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

 
  • Oxunub:  14610  |  
  • Tarix:  12-06-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir

16 Fevral 18:18
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
16 Fevral 18:03
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb
16 Fevral 17:26
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
16 Fevral 17:19
Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında dərs verdi
16 Fevral 16:14
Elçin Əhmədov: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi
16 Fevral 14:52
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
16 Fevral 14:49
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Münxendə Paşinyanı çətin vəziyyətə salmasından yazır
16 Fevral 14:25
Prezident Ilham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
16 Fevral 14:23
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16 Fevral 14:20
Prezident İlham Əliyev: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”
16 Fevral 09:34
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib
16 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 22:59
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
15 Fevral 22:56
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
15 Fevral 22:53
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
15 Fevral 22:51
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
15 Fevral 22:50
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
15 Fevral 22:10
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15 Fevral 21:41
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub
15 Fevral 20:49
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
15 Fevral 14:44
Rövzət Qasımov: Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır
15 Fevral 14:39
DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”
15 Fevral 13:18
Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqətindədir
15 Fevral 13:07
Həftəsonu paytaxtda 10 dərəcə isti olacaq
15 Fevral 13:05
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir
15 Fevral 12:55
Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
15 Fevral 12:44
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
15 Fevral 12:40
Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb
15 Fevral 12:30
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru ilə görüşüb
15 Fevral 11:41
X Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayıb
15 Fevral 11:31
Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir
15 Fevral 11:22
Göyçay rayonunda 12,3 kilometrlik yol yenidən qurulur
15 Fevral 11:19
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
15 Fevral 10:54
Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir
15 Fevral 10:46
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır
15 Fevral 10:44
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
15 Fevral 10:41
Regionlarda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi öz bəhrəsini verir
15 Fevral 10:39
DEMOKRATİYA MARAFONU
15 Fevral 10:30
Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb
15 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 00:16
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
14 Fevral 22:13
Macarıstanın İnsan Resursları Nazirliyi ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri qurulacaq
14 Fevral 21:53
Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
14 Fevral 21:42
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib
14 Fevral 21:34
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclası keçirilib
14 Fevral 21:05
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçilib
14 Fevral 20:08
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb
14 Fevral 19:38
Prezident İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
14 Fevral 17:55
Azərbaycan Prezidenti serbiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Fevral 17:51
İntiqam Babayev: Könüllülük hərəkatının daha da genişləndirilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərəcək
14 Fevral 17:48
İlahiyyat İnstitutu Bakının Binəqədi rayonunda abituriyentlərlə görüş təşkil edib
14 Fevral 17:40
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib
14 Fevral 17:35
İstirahət günlərində paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
14 Fevral 17:32
Müşavirədə təhsilin keyfiyyəti, bu sahədə yeniliklər, innovasiyaların tətbiqindən danışılıb
14 Fevral 17:26
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası olub
14 Fevral 17:25
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib
14 Fevral 17:20
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 30 ölkədən 150 idmançı iştirak edəcək
14 Fevral 16:57
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
14 Fevral 16:35
“Medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi”
14 Fevral 16:11
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
14 Fevral 16:07
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Fevral 16:03
Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri ilə görüşüb
14 Fevral 15:51
Venesuelanın Azərbaycandakı səfiri AZƏRTAC-da olub
14 Fevral 15:47
Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir
14 Fevral 15:37
Ermənistanda hərbi hospitala məxsus avtomobilin aşması nəticəsində üç əsgər ağır xəsarət alıb
14 Fevral 15:28
Müdafiə nazirinin müavini Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
14 Fevral 15:22
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İcbari Tibbi Sığorta üzrə İnformasiya sessiyası təşkil edib
14 Fevral 15:10
Antarktidada 300 kvadrat kilometr buz sahəsi parçalanıb
14 Fevral 14:59
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14 Fevral 14:36
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabı böyük maraqla qarşılandı.

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA